İmam Məhəmməd Təqi (ə)-dan iki nəsihətyönlü hədis yazın?


İmam Məhəmməd Təqi (ə)-dan iki nəsihətyönlü hədis yazın? Həzrət Məhəmməd Təqi ələyhis-salam buyurub:
* Səbri yastıq et, yoxsulluğu qucaqla, şəhvətləri at uzağa, həvayi-nəsfə qarşı çıx! Bil ki, Allahın gözü qarşısındasan. Elə isə bax gör necəsən?!
* Üç şey var ki, hər kəs ona riayət etsə peşiman olmaz; 1.Tələsməkdən çəkinmək, 2. Məsləhət etmək, 3. Qərara gələn zaman Allaha təvəkkül etmək
* Can və malımız Allahın xoş bəxşişləri və Onun tapşırdığı borcudur. Ondan istifadə etsək sevincə səbəb olar. Onların (geri) alınması, əcr və savabdır. Elə isə hər kəsin qərarsızlığı onu səbrinə qalib olsa, əcri zay olar və ondan Allaha pənah!
* Bir işlə üzləşən şəxs onu xoşlamasa, elə bil ki, orada qaib kimidir. Hər kəs bir işi etməsə lakin onunla razılaşsa orada hazır kimidir.
* Üç şey var ki, adamı Allahın rizvanına çatdırır; 1. İstiğfarın çoxluğu 2. Yumşaqxasiyyətlilik 3. Çoxlu sədəqə vermək


Imаm Məhəmməd-təqi (ə)-ın qаtili nеcə dünyаdаn gеtdi?


Imаm Məhəmməd-təqi (ə)-ın qаtili nеcə dünyаdаn gеtdi? Imаm Məhəmməd-təqi əlеyhissаlаm şəhаdət yаtаğınа düşəndən sоnrа Ümmül-Fəzl pеşmаn оlub аğlаmаğа bаşlаdı. Imаm Məhəmməd-təqi əlеyhissаlаm buyurdu: Nə üçün аğlаyırsаn? Аnd оlsun Аllаhа, tеzliklə еlə bir yохsulluğа və qəm-qüssəyə giriftаr оlаcаqsаn ki, оnun nicаtı-dərmаnı оlmаyаcаq. Çох çəkmədi Ümmül-Fəzl хəstləndi. О bütün vаr dövlətini dərmаnа хərclədi. Аmmа sаğаlmаdı. Mаl dövləti əlindən çıхdı. Еlə bir vəziyyətə düşdü ki, dilənçilik еdib cаmааtın yоlu üstündə оturаrаq dilənçiliyə bаşlаdı və еlə həmin vəziyyətlə də dünyаdаn gеtdi.


Qissə bəyan etməkdə Quranın hədəfi nədir?


Qissə bəyan etməkdə Quranın hədəfi nədir? Əhvalatların bəyanında aşağıdakı halları Quranın hədəfləri hesab etmək olar:
1. Təfəkkür, 2. İbrət almaq, 3. Qissələrin inhirafa düşməsinin, əsl məqsəddən azmasının qarşısını almaq, 4. İxtilafları aradan qaldırmaq, 5. Yaxşı və pis işlər görmək müqabilində camaatı ilahi sünnətlərdən agah etmək.


Öbəy ibni Kəbin şəxsiyyəti necə idi?


Öbəy ibni Kəbin şəxsiyyəti necə idi? Öbəy ibni Kəəb İslam Peyğəmbərinin (s) ən məşhur səhabələrindən olub, şiə və sünnü nəzərə almadan bütün müsəlmanların nəzərində ehtirama sahibdir. Şiə mənbələrində ondan məhdud rəvayətlər var və rical elminin böyükləri, onu Allah Rəsulunun səhabələrindən və vəhy kitabələrindən biliblər. Ondan nəql olmuş rəvayətlərə diqqət edərək onun Əhli- beytə (ə) məxsusən İmam Əli (ə) qarşı sahib olduğu məhəbbəti və sədaqəti görmək olur. (Diqqət: Səhabələri tanımaqla hədislərin hansı düzgün olub olmamasını əld etmək mümkündür).


Bəşər mədəniyyətinin inkişafında İslamın nə kimi təsiri olmuşdur?


Bəşər mədəniyyətinin inkişafında İslamın nə kimi təsiri olmuşdur? Hər bir xalqın mədəniyyəti o xalqın inkişaf və tərəqqisinin göstəricisidir. İslam ölkələrində mədəniyyətin keçmişi – onlarda yeni fikir və əndişə, sərvət, mal-dövlət və qüdrətin olması mənasınadır. Əks halda, heç bir mədəniyyət formalaşa bilməzdi.
Mədəniyyət – yəni şəhər yaşayışını, qayda-qanunu, nizam-intizamı və sair ictimai işləri qəbul etmək, cəmiyyət üzvlərinin bir-biri ilə həmkarlığı mənasınadır. Bir mədəniyyətin formalaşması üçün müxtəlif ünsür və vasitələr təsirli rol ifa edir, o cümlədən: elm, nəzm-inzibat, təhlükəsizlik, qarşılıqlı yardım və s. İslam dinində həm Quran, həm rəvayət, həm də məsumların (əleyhimus-salam) həyat və davranışında mədəniyyət yaradan ünsürlərə çox təkid edilmişdir. Həqiqətdə demək olar ki, İslam dini yüksək mədəniyyət yaradan bir dindir. Dünyanın hazırkı mədəniyyəti bəşər tarixi boyu müxtəlif dünya xalqlarının səy və fəaliyyətlərinin nəticəsidir. Bu mədəniyyəti vücuda gətirməkdə İslamın ifa etdiyi rol çox qabarıq şəkildə nəzərə çarpır. İslam dini özü elm və texnologiyanı ixtira etməkdən əlavə, onu qərb ölkələrinə də nəql etmişdir. Bu nəql etmə üç yolla baş vermişdir: 1. Məsihilərlə əlaqə qurmaq və onlarla qarşılıqlı əlaqələrin inkişafı; 2. Müsəlman alimlərinin elmi əsərlərinin müxtəlif Avropa xalqlarının dinlərinə tərcümə edilməsi; 3. Avropalıların elmi mərkəzlərində islami əsərlərin tədrisi.


Zürarənin şəxsiyyəti və mövqeyi İmamların yanında necə idi?


Zürarənin şəxsiyyəti və mövqeyi İmamların yanında necə idi? Zürarə İmamların yanında böyük mövqe və dərəcəsi olan səhabələrdəndir. O icma- əshabından biri yayılır ki, İmamlar (ə) -ın əshabı onun düz danışmağını hamısı qəbul edir. Onun pislənməsində rəvayətlər olsa da, amma rəvayətləri bir yerə cəm edib və son nəticəni alanda, onun İmamlar (ə)- ın əshabının ən böyüklərindən biri olması nəticəsinin doruluğuna yetişmək olar.


Müsəlmanların tarixi nə vaxtdan başlanmışdır?


Müsəlmanların tarixi nə vaxtdan başlanmışdır?Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-in besətindən sonra, habelə islamın coğrafi sərhədləri Ərəbistan yarımadasının bir hissəsində olduğu zaman və müsəlmanların əlaqələrinin cüzi və mühüm ümumi hadisələrin az olduğuna görə bir müddət zamanı bilmək üçün tarixin başlanğıcının və hadisələrin baş vermə zamanının müqayisə olmaması heç bir problem yaratmırdı. İkinci xəlifə 16-cı, yaxud 17-ci, yaxud da 18-ci hicri ilində bu problem barəsində məşvərət etmək üçün Peyğəmbər səhabələrini bir yerə yığdı. Yəqubinin (vəfat tarixi: 292), Təbərinin (vəfat tarixi: 310), Məsudinin (vəfat tarixi: 346), İbni Əsirin (vəfat tarixi: 630) və Zəhəbinin (vəfat tarixi: 748) aşkar dediyinə görə ikinci xəlifə İmam Əli (əleyhis-salam) ilə məşvərət etdi və bu yığıncaqda o həzrət müsəlman tarixinin başlanğıcı üçün Peyğəmbər (səlləllahu əleyhi və alih)-in Məkkədən Mədinəyə hicrətini təklif edildi. Bu nəzər həm xəlifə, həm də müsəlmanlar tərəfindən qəbul edildi.


Şəxsi gigiyena ilə bağlı dinimizin bəzi tövsiyələrini qeyd edin?


Şəxsi gigiyena ilə bağlı dinimizin bəzi tövsiyələrini qeyd edin? İslam dinində şəxsi gigiyenaya diqqət etmək xüsusi əhəmiyyətə malik olan mövzulardandır. Bəzi yerlərdə hətta vacib hesab edilir, bəzi yerlərdə isə müstəhəb. Şəxsi gigiyanaya riayət etməyə aid çox sayda hədislərimiz vardır. (Tebyan) İslam dininin nəzərinə görə mənəviyyatla təmizliyin rabitəsi vardır. Buna vacib və müstəhəb olan qüslları misal göstərmək olar. İbadətin həqiqi olması bədənin pak və təmiz olmasından çox asılıdır.
İmam Rza (ə) yuyunmağın faydalarını bəyan edərək buyurmuşdur: “Hamamın çox faydası vardır. Çirk və pislikləri aradan aparar. Bədəndə olan damarları kiçikdən tutmuş böyüyə qədər yumşaldar. Bədəni gücləndirər. Lazımsız maddələri məhv edər. İltihabı aradan aparar”.


İmam Rza (ə) rəvayətlərindən bir neçə sualımı cavablandırın?


İmam Rza (ə) rəvayətlərindən bir neçə sualımı cavablandırın? İmam Rzanın (ə) hədislərində bir neçə sualın cavabı belə gəlmişdir:
1-Allah nədir və haradadır? Cavab: Diqqət olunsa Allah ahqqında bu sual və baxış səhvdir. Çünki Allah məkanı yaradandır və özünün bu məhdud məkana ehtiyacı yoxdur deyə məkanda yerləşməmişdir, və nəlikləri yaradan odur zəif olanlar kimi Allahın olmasını düşünmək səhvdir, buna görə məxluqların ehtiyacı olanlara nəzər salaraq Allahın haqqında oxşadaraq belə sual soruşmaq düzgün deyildir.
2-Mümkündürmü Allahı bizim üçün tanıtdırasınız? Cavab: Hər kim Allahı müqayisə edərək tanıtdırmaq istəsə, səhv yolda addımlamış olar və hər nə Allaha nisbət versə İslam maarifi ilə uyğun deyildir. ...


Tövbənin mahiyyəti və xalis tövbə haqda geniş yazın?


Tövbənin mahiyyəti və xalis tövbə haqda geniş yazın? İmam Sadiq (ə) buyurur: «Hər dəstənin özünə məxsus tövbəsi var. Allahın məxsus bəndələrinin tövbəsi Allahdan bir an da olsa, qafil olmaları üçün etdikləri tövbədir. Ümumi camaatın tövbəsi isə günahlardan tövbə etməkdir». İmam Baqir (ə) buyurur: «Allah Təalanın bəndəsinin tövbəsinə sevinməsi, övladı olmayan adamın uşağı olandan sonrakı sevincindən, itirdiyi şeyi tapan şəxsin və həmçinin, susuz adamın su tapdıqdan sonrakı sevincindən çoxdur». İmam Baqir (ə) buyurur: «Tövbəni tə’xirə salmaqdan çəkin. Çünki tövbəni tə’xirə salmaq bir dənizə bənzər ki, tövbə etməyi tə’xirə salan şəxs onda boğulacaqdır». -Xalis tövbənin beş şərti var: 1. Günahı tərk etmək; 2. Keçmiş günahlardan peşman olmaq 3. Günah etməyəcəyini qərara almaq 4. Etdiyi günahları ibadətlə əvəz etmək 5. Dillə tövbə etmək ...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter