İmam Əlinin (ə) məzarının kənarında kimlər dəfn olunub?


İmam Əlinin (ə) məzarının kənarında kimlər dəfn olunub? Həzrət Əlinin (ə) ziyarətnaməsindən belə nəticə əldə etmək olur ki, Həzrət Adəm (ə) və Həzrət Nuh (ə) Həzrətin kənarında uyuyur (dəfn olunub). Çünki, ziyarətnamədə belə qeyd edilmişdir: \"Əssəlamu ələykə ya məulayə və əla zəci`əykə Adəmə və Nuh və rahmətullahi və bərakətuh\". (Ey mənim mövlam, sənə və sənin civarında uyuyan Adəm və Nuha Allahın salamı və bərəkəti olsun) (\"Biharul-Ənvar\" c.53, səh. 271, \"Məfatihul-Cinan\" səh. 344) Əbu Bəsir deyir: \"İmam Məhəmməd Baqirdən (ə) Möminlərin əmirinin (ə) qəbri haqqında soruşdum və camaatın bu barədə ixtilafda olduğunu dedim. Həzrət buyurdu: - Şübhəsiz ki, Möminlərin əmiri (ə) atası Nuhla onun məzarında uyuyur.\" ( Hürr Amuli, \"Vəsailuş-şiə\", c.14, səh.386, hədis 19437 \"Alul-Beyt\" müəssisəsi, Qum, 1409 q, Bu mövrid barədə rəvayətlər çoxdur, daha artıq məlumat əldə etmək istəyən \"Vəsailuş-şiə\", c.14, səh. 384, bab 27 \"Babu istihbabi ziyarəti Adəmə və Nuh və İbrahimə mə`ə Əmiril-muminin (ə)\" müraciət etsin.)


Qiyamətin əsas sualları nələr olacaq?


Qiyamətin əsas sualları nələr olacaq? Qur᾽ani Məcidin neçə yerində zikr olunub ki, peyğəmbərlər və ümmətlərdən sual olunar. (7-ci surə, 6-cı ayə) Peyğəmbərlərdən sual olunar: Sizi xalqın (haqqa doğru) də”vəti üçün göndərdik, onlara (də”vəti) çatdırdınızmı? Deyərlər: Pərvərdigara, Özün şahidsən, biz süstlük etmədik. Nida olar: Şahidiniz kimdir? Deyərlər: Şahidimiz Xatəmül-ənbiyadır. Eləcə də Məryəm oğlu İsadan soruşarlar: Sən dedinmi, mənə və anama pərəstiş edin? Həzrət İsa, Allahın əzəməti qarşısında lərzəyə gəlib ərz edər: Pərvərdigara, əgər mən belə bir söz desəydim, Sən bilərdin. Mən dedim ki, Allahın bəndəsiyəm, mənim və özünüzün Allahına pərəstiş edin (“Maidə” surəsinin axırı).
Ümmətlərdən sual olunar: Peyğəmbərləriniz sizə bu günkü olacaqlardan xəbər vermədimi? Hamı deyər: Bəli. QİYAMƏTİN SƏHƏRİ NE᾽MƏTLƏRDƏN SUAL OLUNAR: Sual mövzusunda başqa bir sorğu Allahın ne᾽mətləri barədədir ki, bu ne᾽mətlərlə necə rəftar olundu? (102-ci surə, 8-ci ayə) Ne”mətə şükr olunub, yoxsa yox? Ne᾽mətlərdən sual barədə müxtəlif rəvayətlər vardır. Ne᾽mətin mərtəbələri mövcuddur. Bu ne᾽mətlərin ən mühümü Ali-Mühəmməd (s) vilayətidir. Hətta ayədəki “mütləq soruşulan ne᾽mət” vilayətdir. İmam (əleyhissalam) Qitadəyə buyurdu: “Ne᾽mətlər barədə mütləq sorğu-sual olunacaq” ayəsi barədə nə deyirsiniz? Ərz etdi: Su, çörək və başqa şeylərdən sorğu olunar. İmam (ə) buyurdu: Allahın kərəmi bu sualları verməkdən daha da üstündür (yə᾽ni, Allah əsla belə suallar verməz). Əgər siz bir nəfərə süfrə açsanız, ikinci dəfə o yeməklərin sorğusunu apararsınızmı? Ərz etdi: Bəs bu ayədən məqsəd nədir? Həzrət buyurdu: Ne᾽mət biz Ali-Mühəmmədin vilayətidir.


İmam Rzanın (ə) ziyarətinin fəziləti haqda hədislər yazın?


İmam Rzanın (ə) ziyarətinin fəziləti haqda hədislər yazın?İmam Rzanın (ə) ziyarətinin savabı və fəziləti barədə Peyğəmbəri-Əkrəm (s) və məsum İmamlardan (ə) bir çox hədislər nəql olunmuşdur ki, onlardan bir neçəsini nümunə üçün qeyd edirik:
1. Şeyx Səduq öz \"Uyunul-əxbar\" və \"Əmali\" kitablarında Peyğəmbəri-Əkrəmdən (s) belə nəql edir ki, həzrət buyurmuşdur:
\"Tezliklə mənim bədənimin bir parası (ovladlarımdan biri) Xorasan torpağında dəfn olacaq. Onu ziyarət edən hər bir möminə Allah Cənnəti vacib edər, bədənini isə Cəhənnəm oduna haram edər.\"
2. Yenə də, Şeyx Səduq qeyd olunmuş kitablarında Peyğəmbəri-Əkrəmdən (s) belə nəql edir ki, o həzrət buyurmuşdur:
Tezliklə mənim bədənimin bir parası (ovladlarımdan biri) Xorasan torpağında dəfn olacaq. Allah onu ziyarət edən və çətinliyi olan şəxsin çətinliyini aradan qaldırar və onu ziyarət edən günahkarın günahını bağışlayar.\"


Həccin sirri haqda açıqlayın?


Həccin sirri haqda açıqlayın? Həcc mərasiminin əməllərindən biri olan ehrama diqqətimizi yönəltsək, onun bir növ nəfsin təmrini, təkamülə mane olan amillərdən azad olmaq səbəbi olduğunu görərik. Bu cür tərbiyə və təmrin müsəlmanı bütün adətlərdən, xoşgüzəranlıqlardan, ictimai məşğuliyyətlərdən uzaqlaşdırır. Ehram bağlayan zaman “təlbiyə” zikri və “ləbbeyk” şüarının təkrarlanmasının, bir çox məna və sirrləri vardır. “Ləbbeyk” demək; hacıların Allah müqabilində ittihad və birliklərinə təkididir, yəni bizlər Allahın bütün dəvətlərini qəbul edirik. Bəzi Quran müfəssirlərinin dediyi kimi “Ləbbeyk” kəlməsindən məqsəd, təkcə Quranda İbrahimin (ə) dəvətini qəbul etmək deyil. Quran bəyanı ilə , Allah İbrahim peyğəmbərə (ə) insanları uca səslə həccə dəvət etməsini əmr edir:
“İnsanları ümumi şəkildə (Allah evinin) həccinə çağır ki, (onlar sənin dəvətinin nəticəsində Qiyamət gününə kimi) piyada və hər uzaq yoldan gələn arıq dəvələr üstündə sənə tərəf üz tutsunlar. Nəticədə öz (dünya və axirət) mənfəətlərinin bir hissəsini müşahidə etsinlər..” “əl - Həcc” surəsi, 27-28 ci ayələr


İnadkarlıqdan necə əl çəkmək olar?


İnadkarlıqdan necə əl çəkmək olar? Düşünmək lazımdır ki, inadkarlıq söz və istəyin sonucda yerinə yetirilməsidir. Amma bunu anlaya bilmək lazımdır: İnadkarlıq kin və düşmənçilik yaradan amildir və ailəvi olaraq nəsillərə irs olaraq qalır. inadkarlıqdan azad olmağın yolu budur ki, haqq tərəfdarı olub, batildən uzaqlaşmaq haqda qəti qərar gəlmək lazımdır. Misal üçün əgər iki nəfər arasında eyni baxış alınmadı püşk atıb çıxan nəticəyə tabe olmaqla inadkarlıqla mübarizə etmək mümkündür, Yersiz çəkişmə iki nəfər arasında indakarlıq yaradır, zülm törədir və sonucda iki dost arasında olan səmimiyyəti məhv edir. Əli (ə) inadkarlıq haqda buyurur: \"Hər kim inadkarlıq miniyinə minsə, bəla və çətinliklərlə üzləşmək xətəri onu bürüyər\". Ğərərül-hikəm, hədis: 900.


Allahla rabitə insana nələri bəxş edir?


Allahla rabitə insana nələri bəxş edir? Allahla aşiqcəsinə rabitə qurmağın yollarından biri – zikrdir. Yəni, insanın ürək və dilinin Allahın gözəl adlarını tərənnüm etməsidir. Allahı yada salaraq insan ruh gülünü canlı və gümrah saxlayar. Allahı yada salmağın fəzilətləri və böyük təsirləri vardır. Onların hər biri insan ruhuna əvəzolunmaz təsir qoyur. Bu təsirlər ibarətdir: 1. Allah Öz bəndəsini yada salar. 2. Ürəyi aydın edər. 3. Ürəyə rahatlıq verər. 4. Allahdan qorxmaq. 5. Bəsirətli olmaq və şeytanı tanımaq. 6. Günahları bağışlanar. 7. Hikmət və elm.
Həzrət Peyğəmbər (s) öz səhabələrinə buyurardı: “İstəyirsinizmi ki, sizi Allah yanında ən pakizə və yaxşı işdən, mənəvi dərəcədə əməlləri yüksəldən, sizin üçün dirhəm və dinardan daha yaxşı olan, düşmənlə üzləşməkdən yaxşı olan əməldən agah edim?”. Hamı deyir: “Bəli”. Həzrət (s) buyurur: “Bu, Allah Təalanı çoxlu zikr etməkdir”.


Üzr istəmək insanı əskildərmi?


Üzr istəmək insanı əskildərmi? Üzr istəmək insanın ağıllı olmasının nişanəsidir.
“Üzr istəyirəm” – iki sadə söz olmasına baxmayaraq, dilə gətirmək çoxları üçün çox çətindir. Yolda nə zaman biri ilə toqquşsaq və ya dükançının pulunu səhv versək, bu cümləni sadə şəkildə dilimizə gətirə bilirik. Lakin bizim üçün mühüm olan hadisələrdə bu cümləni demək çox çətin olur. Üzr istəyə bilməməyimiz də rabitələrimizə mənfi təsir qoyur – istər iş həyatında olsun, istərsə də şəxsi. (Tebyan)
Bunu da qeyd edək ki, bəzi üzr istəməklər həqiqi deyildir. Əksinə, qarşı tərəfə əziyyət verər. Yəni insan üzr istəyən zaman elə sözlərdən istifadə edir ki, qarşı tərəfə əziyyət verir. Bu cümlə kimi: “Əgər sənə əziyyət vermişəmsə, bağışla. Lakin sən məni əsəbləşdirən iş görmüsən”. Belə bir üzr istəmək şübhəsiz ki, qarşı tərəfi sakitləşdirmək yerinə, əksinə, ona əziyyət verər. Üzr istəmək elə bir əməldir ki, insan gördüyü səhv işi etiraf edər və əməlinin məsuliyyətini boynuna götürər. İnsan üzr istəyərək qarşı tərəfə bildirər ki, çox təəssüf edir və öz rəftarını islah edəcəkdir.


Yusif (ə) peyğəmbərin həyatından bir ibrətamiz dastan yazın?


Yusif (ə) peyğəmbərin həyatından bir ibrətamiz dastan yazın? Həzrət Yusif saray eyvanından bir cavanı gördü ki, sadə paltarla sarayın kənarından keçirdi, Cəbrail (ə) dedi: Bu cavanı tanıyırsan? Həzrət Yusif (ə) buyurdu: Xeyr.
Cəbrail (ə) buyurdu: Bu elə o körpə qundağ uşaqdır ki, beşikdə (Zuleyxə fitnəsindən səni amanda saxlamaq üçün) şəhadət vermək üçün dilə gəldi və Misrin əzizi qarşısında sənin paklıq və iffətinə şəhadət verdi. ... Həzrət Yusifin ə) fərmanı ilə onabahalı paltarla geyindirdilər və ona çoxlu hədiyyələr bağışladı. ...
Cəbrail (ə) bu mənzərəyə baxmaqla gülümsədi! Həzrət Yusif (ə) buyurdu: Mənim hədiyyələrim az idi ki, təhqir baxışla gülümsədin?!
Cəbrail (ə) dedi: Mənim təbəssümümdən məqsəd budur ki, sən ki məxluqsan və sənin haqqında uşaqlıqda istəmədən (Allahın əmri ilə) paklığına şəhadət verən uşağa bu qədər hədiyyə və ehsan etdin. Buna nəzər salmaq lazımdır ki, Böyük Allah o bir şəxsin haqqında nələr hədiyyə verəcək ki, bir ömür Tövhidə və Allahın təkliyinə bilərəkdən şahadət verir.


Ölməzdən əvvəl hazırlamalı olduğumuz 10 hədiyyə nələrdir?


Ölməzdən əvvəl hazırlamalı olduğumuz 10 hədiyyə  nələrdir? Bir nəfər Həzrət Peyğəmbərin (s) xidmətinə gəlir və deyir: “Mənə icazə verərsiniz ki, ölümü arzulayım?”. Həzrət (s) buyurur: “Ölüm elə bir şeydir ki, ondan qaçış yoxdur, uzun bir səfərdir. Ancaq o kəs ki, bu səfəri iradə edər, yaxşı olar ki, 10 hədiyyə hazır etsin, sonra bu səfərə daxil olsun”. Sonra Həzrət (s) buyurdu: “Həzrət Əzrayilə (ə) hədiyyə, qəbir üçün hədiyyə, Münkir və Nəkir üçün hədiyyə, tərəzi üçün hədiyyə, Sirat üçün hədiyyə, (cəhənnəm məmuru) Malik üçün hədiyyə, (behişt məmuru) Rizvan üçün hədiyyə, Allahın Peyğəmbəri (s) üçün hədiyyə, Həzrət Cəbrayil (ə) üçün hədiyyə və sonda isə Allah üçün hədiyyə.
Əzrayilin (ə) hədiyyəsi dörd şeydir: 1. Boynunda haqqı olan insanları razı salmaq. 2. Qəza olan namaz və orucları yerinə yetirmək. 3. Allahla görüşməyə şövqə malik olmaq. 4. Ölümü arzulamaq.
Qəbirin hədiyyəsi də dörd şeydir: 1. Söz gəzdirməyi tərk etmək. 2. Özünü nəcasətdən qorumaq. 3. Quran oxumaq. 4. Gecə nafiləsi.


Dünyanın ən üstünləri kimlərdir?


Dünyanın ən üstünləri kimlərdir?Bu aləmdə olan bütün varlıqlar Allahın məxluqlarıdır. Bu dünyada olan hər bir məxluq İlahi hikmət üzərində xəlq edilmişdir. Elə bir varlıq yoxdur ki, əbəs yerə xəlq edilsin. Hətta o şeylər ki, bizim gözümüzdə dəyərə malik deyildir, ya da əksər insanların nifrət etdiyi şeylər belə, hikmət üzərində xəlq edilmişdir. Hər birinin Xaliqin yanında öz məqam və mərtəbəsi vardır. İnsan ətrafında olan hər bir şeyə Allahın məxluqu kimi baxmalıdır. Bu məxluqların bəzisi bəzisindən üstün və daha dəyərli və daha yaxşıdır. Mühüm olanı odur ki, insan ən yaxşılarını tanısın və onu dini və mənəvi həyatında nümunə qərar versin.
Ən üstün varlıq: ən üstün varlıq insandır. Qurani-Kərim insanı ən üstün varlıq kimi tanıtmışdır. 2-Ən üstün kitab: Qurandır. İlahi kitablar içərisində ancaq Quran cavidan bir kitabdır. 3-Ən üstün ümmət: Quranda ən üstün ümmət olaraq, Həzrət Peyğəmbərin (s) ümməti tanıdılmışdır. 4-Ən üstün bəndə: ən üstün bəndə o kəsdir ki, təqvalı, pak olsun. 5-Ən üstün qadın: Həzrət Fatimədir (s.ə). 6-Ən üstün ay: mübarək Ramazan ayıdır. 7-Ən üstün gecə: Qədr gecəsidir. 8-Ən üstün ibadət: Quranı tilavət etməkdir. 9-Ən üstün yeyəcək: baldır. 10-Ən üstün içəcək: süddür. 11-Ən üstün hədiyyə: insanı sevindirən hər bir əşya. 12-Ən üstün dəyər: insafdır. 13-Ən üstün söz: qısa və başa düşüləsidir. 14-Ən üstün insan: Həzrət Fatimə (s.ə) buyurur: “Sizlərdən ən üstünü o kəslərdir ki, insanlarla yumşaqdırlar. 15-Ən üstün elm: insanlar üçün ən faydalı olanıdır. 16-Ən üstün qəlb: pak qəlbdir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter