Yoxsulluğa səbəb olan amillər nələrdir?


Yoxsulluğa səbəb olan amillər nələrdir? Yoxsul olmaq eyb deyildir. O şey ki, yoxsul olmaqda bəyənilmir – odur ki, insan əməllərinin sayəsində yoxsul olar. Özünü və başqalarını əziyyətə salar. Yoxsulluqla vuruşan və mübarizə aparan insanlar da az deyildir. (Tebyan) İnsanlar adətən üç növ yoxsulluqla üzləşərlər: biri o yoxsulluqdur ki, insan dini göstərişləri tərk etdiyi üçün düçar olmuşdur. İkinci o yoxsulluqdur ki, mömin üçün günahlarının kəffarəsidir. Üçüncüsü isə o yoxsulluqdur ki, insan əgər ona səbir edərsə, dərəcəsinin artmasına və böyük savaba nəsib olar. Qurana nəzər salan zaman görmək olur ki, insanın yoxsul olmasına səbəb olan ən böyük amil – günah və büdrəmələrdir.
Əsas amillər ibarətdir: 1. Yaxın qohumlarla əlaqəni kəsmək. 2. İsraf. 3. Zina. 4. Haram musiqiyə qulaq asmaq. 5. Namazı yüngül hesab etmək. 6. Yalana adət etmək. 7. Yalandan and içmək. 8. Övladını lənətləmək.


Hansı hallarda təvazökar olmağa icazə verilmir?


Hansı hallarda təvazökar olmağa icazə verilmir? Təvazökarlıq insanlığın ən fəzilətli sifətlərindəndir ki, Allah Təala ona çox böyük əhəmiyyət verir. Həmçinin bu sifəti xüsusi bəndələrinə aid edir. Buna baxmayaraq, bəzi hallarda təvazökar olmağın faydasından çox, ziyanı vardır. (Tebyan)
Bu hallarla tanış olaq: 1. Düşmən qarşısında təvazökarlıq, 2. Zəlil təvazökarlıq. 3. Təkəbbürlü insanlara qarşı təvazökarlıq. 4. Qüdrət sahiblərinin mal-dövləti qarşısında təvazökarlıq. 5. Vəzifə sahibləri qarşısında.


İnsanın Xaliqinə qarşı ən pis halı nə zaman olur?


İnsanın Xaliqinə qarşı ən pis halı nə zaman olur? Təkəbbür - insanın ən pis və rəzil sifətlərindən sayılır. Təkəbbürün adı çəkilən kimi şeytan (lən) yada düşür. Çünki şeytan məxluqlar içərində ilk təkəbbür göstərən varlıq olmuşdur. Təkəbbür hər evi xarab edər və insanı şeytana çevirər, ona görə də çox təhlükəli bir sifətdir. (Tebyan) İnsan təkəbbürünün ən pis halı o zaman olur ki, Allah Təalanın əmrlərinə və göstərişlərinə qarşı təkəbbür edir. Buna ən yaxşı nümunə - Firondur.
Allaha təkəbbür göstərmək küfrdür və onun da növləri vardır: 1-Bəzən cahil elə bir hala düşür ki, o halda özünü müstəqil hesab edir və bütün varlığını, malik olduqlarını özündən bilir. Hazır olmur ki, Allaha itaət edib əmrlərinə boyun əysin. 2-Bəzən bu təkəbbür daha da şiddətli olur və başqalarına da rübubiyyət iddiasında olduğunu bildirir. 3-Allah qarşısında təkəbbürün başqa bir növü - Onun əmrlərinə qarşı təkəbbürlü olmaqdır. Təkəbbür üzündən ibadət və vacibatları tərk etmək kimi. 4-Dua etməmək və ibadəti tərk etmək də təkəbbür üzündən olar. Yəni, özünü Allaha möhtac hesab etməmək.


Gecə namazı qılmamağın 2 əsl səbəbi nələrdir?


Gecə namazı qılmamağın 2 əsl səbəbi nələrdir? Gecənin sonu çox mübarək bir zamandır. Həqiqi Məhbub ilə xəlvətdə ünsiyyət zamanıdır. Məsum İmamlarımız (ə) bilzəri bu mübarək vaxtda oyanmağa və ibadət etməyə həmişə təşviq etmişdilər. (Tebyan)
Aləmin Tək Xaliqi ilə gecə vaxtı xəlvətdə ünsiyyət qurmaq, qəlb əhli üçün xüsusi ləzzətə malikdir. Bu insanlara gecə namazı qılmaq tofiqi nəsib olur. İmam Səccad (ə) Allahla ünsiyyətində buyurur: “Ey mənim Məbudum! O kimdir ki, sevginin şirinliyini dadar və Səndən üz döndərər və başqasını Sənin yerinə məqsəd və məhbubu qərar verər? O kimdir ki, Sənin qürbünə yaxınlaşar, başqasına ürək bağlamaq və qovuşmaq arzusunu zehninə yol verər?”. İnsan bəzən istəyir ki, gecənin sonunda ayağa qalxsın və gecə namazı qılsın. Lakin buna müvəffəq ola bilmir. Bilməliyik ki, bəzi amillər buna imkan vermir ki o amillər ibarətdir: 1-Günaha düçar olmaq. İmam Sadiq (ə) buyurur: “Günah insanı ibadətdən məhrum edər, Allaha münacat etməyin ləzzətini ondan alar”. 2-Yatan zaman mədə dolu olmaq. Loğman buyurur: “Oğlum, nə zaman insanın mədəsi dolu olar, fikir və düşüncəsi yuxuya gedər. Dili hikməti deməkdən dayanar və bədən ibadətdən (ibadət üçün) gücsüz olar”.


Bu dünyada məhdud zaman ərzində edilən günahlar üçün əbədi əzab verilməsi ilahi ədalətlə necə uyğun gələ bilər?


Bu dünyada məhdud zaman ərzində edilən günahlar üçün əbədi əzab verilməsi ilahi ədalətlə necə uyğun gələ bilər? Yaxşı əməl ilə axirət mükafatı və pis əməl ilə axirət cəzası arasında bir növ səbəbiyyət əlaqəsi mövcuddur ki, ilahi vəhy vasitəsilə camaata xatırladılmışdır. Elə bu dünyada bəzi cinayətlərin uzun-uzadı və acınacaqlı təsirləri olur, məsələn, insanın özünün, yaxud başqasının gözünü bir anda kor etməsinin nəticəsi ömrünün axırına qədər kor qalmasına səbəb olur. Böyük günahlar da axirətdəki əbədi təsirlərə malikdir. Əgər bir şəxs bu dünyada onların təsirinin aradanqaldırma vasitələrini (tövbə kimi) tədarük görməzsə, onun pis nəticələri əbədi nəsibi olacaqdır. İnsanların bir anlıq törədilən cinayət vasitəsilə ömürlərinin axırına qədər kor qalmaları ilahi ədalətlə zidd olmadığı kimi, böyük günahlar sayəsində əbədi əzaba düçar olmağın da ilahi ədalətlə ziddiyyəti yoxdur. Çünki bu, günahkar şəxsin agahlıq və qəsdən etdiyi əməlin nəticəsidir.


Əgər Allahın hikməti insanın bu dünyada yaşamasını tələb edirsə, onda nə üçün onu öldürür və həyatına son qoyur?


Əgər Allahın hikməti insanın bu dünyada yaşamasını tələb edirsə, onda nə üçün onu öldürür və həyatına son qoyur? Əvvəla, varlıqların bu dünyadakı ölüm və həyatları da təkvini və səbəb-nəticə qanunlarına bağlıdır və bunlar yaradılış sisteminin tələbidir. İkincisi, əgər canlı varlıqlar ölməsəydi, sonrakı varlıqların yaradılmasına şərait yaranmaz və gələcək nəsillər vücud və həyat nemətindən məhrum olardı. Üçüncüsü, əgər bütün insanların diri qalmasını fərz etsək, qısa bir zaman ərzində yer üzü onların həyatı üçün daralar və əzab-əziyyətdən, aclıqdan ölüm arzusu edərdilər. Dördüncüsü, insanın yaradılışında əsas hədəf əbədi səadətə çatmaqdır, insanlar ölüb bu dünyadan köçməyincə son hədəflərinə nail ola bilməzlər.


Zilhiccə ayının birinci ongünlüyünün tövsiyə olunan bəzi əməllərindən yazın?


Zilhiccə ayının birinci ongünlüyünün tövsiyə olunan bəzi əməllərindən yazın? Zilhiccə ayının birinci ongünlüyünün tövsiyə olunan bəzi əməllərə diqqət edək:
1. Bu ayın ilk 9 gününü oruc tutmaq. Bu orucların savabı bütün ömrü boyu tutduğu orucların savabına bərabərdir.
2. Bu on günün hamısında məğrib və işa namazları arasında iki rükətli namaz qılınır. Hər rükətdə \"Həmd\"dən sonra 1 dəfə “İxlas” surəsini, sonra “Əraf” surəsinin 142-ci ayəsi oxunur. Hər kim bu namazı qılarsa, hacıların savablarına şərik olar.
3. İlk gündən Ərəfə gününün əsrinə qədər sübh namazından sonra və məğrib namazından əvvəl İmam Sadiqdən (ə) nəql edilən bir duanı oxumaq. Bu dua \"Məfatihul-cinan\" kitabının azərbaycancaya tərcüməsinin 523-cü səhifəsində verilmişdir.
4. Hər gün ilk ongünlükdə Həzrət Cəbrayilin (ə) Həzrət İsaya (ə) Allahın hədiyyə
etdiyi duanı oxumaq. Həmin dua da \"Məfatihul-cinan\"da 525-ci səhifədə verilmişdir.
5.Hər gün İmam Əlinin (ə) buyurduğu duanı oxumaq. Bu dua da həmin kitabın 526-cı səhifəsində verilmişdir. ...


Xanımların həyatını çətinləşdirən 5 eyb nələrdir?


Xanımların həyatını çətinləşdirən 5 eyb nələrdir? İnsana zəruridir ki, özündə olan eybləri və nöqsanları tanısın və sonra da onları aradan qaldırmaq üçün səy göstərsin. Hər bir insan eyblidir, eybsiz insan praktiki olaraq yoxdur. Lakin bəzi eyblər vardır ki, müsəlman qadına xüsusilə yaraşmır. Bu eybləri tanıyaq və onları aradan qaldırmağa çalışaq. (Tebyan)
Xanımların həyatını çətinləşdirən amillər ibarətdirlər: 1. Səthi mövzular üzərində çox dayanmaq və ciddi mövzulardan qəflət etmək. 2. Falçıya getmək və “dua yazdıranlardan” yardım ummaq. 3. Gəlinlə qayınana çəkişməsi. İslam dini bizə buyurur ki, gəlin gəldiyi evin qızı olmalı, qayınanası isə ona qarşı ana kimi olmalıdır. 4. Zamanı düzgün tənzim edə bilməmək. 5. Xüsusi həyatlarını çoxları ilə bölüşmək. Bu eyb həyat yoldaşına çox əziyyət verir. (məsləhətləşmək üçün olsa eybi yoxdur, yenə də evin sirrini xüsusən də yoldaşının sirrini açmaq düzgün deyildir.


Həyanın əlamətləri. Həyanın 5 növü hansılardır?


Həyanın əlamətləri. Həyanın 5 növü hansılardır? Həya - İslam dinində hərəmləri qoruyan hissdir. Yəni, həya - insanı günahdan saxlayan hissdir. Elə bir amildir ki, günah üçün şərait yaranan zaman insana mane olar. (Tebyan) Həyanın nişanələri: 1. Möminliyin nişanəsidir. 2. Ümumi iffət. 3. Subay cavanlara lazım olan iffət.
Həyanın həqiqəti. - Həzrət Peyğəmbər (s) buyurur: “Ey Əbazər! Behiştə daxil olmaq istəyirsənmi?”. Deyir: “Bəli”. Buyurur: “Arzuları qısa et və ölümünü gözünün önündə qərar ver. Allahdan lazım olan kimi həya et”. Dedim: “Ya Rəsulallah! Biz Allahdan həya edirik”. Buyurdu: “Həya etmək o cür deyildir. Allahdan həya etmək odur ki, qəbirlərin daxilini və orada cürüməyi unutmayasan. Nəzərində olsun ki, qəbirin daxilində nələr baş verəcəkdir. Başına nə gələcək və orada nələr baş verəcəkdir”.
- Həzrət Peyğəmbər (s) buyurur: “Həya 5 növdür: 1-günah edən zaman edilən həya, 2-səhlənkarlıq zamanı edilən həya, 3-səxavətli olan zaman edilən həya, 4-sevgi və dostluq zamanı edilən həya, 5-qüdrət zamanı edilən həya. Hər birinin əhli və malik olanı vardır”.


Bu gün İmam Cavadın (ə) şəhadət günüdür.


Bu gün İmam Cavadın (ə) şəhadət günüdür. Bu gün Əhli-beyt (ə) davamçılarının doqquzuncu İmamı olan İmam Cavadın (ə) şəhadət günüdür.
İmam Cavadın (ə) İmamət dövrü 17 il sürmüşdür. Hicrətin 218-ci ilində Məmun vəfat etdi. Ondan sonra qardaşı Mötəsim xəlifə oldu. O, İmam Cavadı (ə) öz nəzarəti altında saxlamaq məqsədi ilə hicrətin 220-ci ilində o Həzrəti Mədinədən Bağdada gətizdirir. Qəlbində İmam Cavada (ə) qarşı düşmənçilik kin-küdurəti bəsləyən Mötəsim onun sözlərindən bərk narahat olaraq, İmamı (ə) öldürmək fikrinə düşdü. Nəhayət, o, öz çirkin məqsədini həyata keçirib İmam Cavadı (ə) vəzirlərindən birinin katibi vasitəsilə zəhərləyib şəhid edir. İmam Cavad (ə) şəhid olarkən mübarək ömründən cəmi 25 il və bir neçə ay keçmişdi.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter