Qədir-xum hadisəsi necə baş verdi və o gündə tarixdə nələr baş veribdir?


Qədir-xum hadisəsi necə baş verdi və o gündə tarixdə nələr baş veribdir? Qədir-xum bayramı
Hicri təqvmi ilə 10-c il, zi-hiccə ayının 18-ci günü, Həccətül-vidadan qayıdarkən qədir-xum hadisəsi həyata keçdi. Yüz iriymi min nəfərdən ibarət hacıların karvanın “Qədir-xum” məntəqəsində duruduğu üç gün ərzində Peyğəmbər (s), özünün ən uca xütbəsində Əli ibn Əbi Talibi (ə) və ondan sonra gələcək on bir İmamın adlarını sayıb onların qiyamətədək İmam olacaqlarını sayıb, orada olan cəmiyyətdən beyət aldı.
Ali-Məhəmmədin (s) böyük bayarmı: Qədir-xum bayramı, Ali-Məhəmmədin (s) bayramı hesab olunur. Ona görə ki, o bayram çox əhəmiyyətli və böyük bir hadisədir. Məhz o zaman ilahi bir əmrlə, birbaşa həzrət Əli ibn Əbu Talibin vəsayəti (vəciliyi) ümumi şəkildə elan olnudu. (Tovzihil-məqasid, s. 37- Misbahi- Kəf`əmi, c. 2, s. 601- Mənaqibi Ali- Əbi Talib (ə): c. 3, s. 37- Misbahül-mütəhəccid,s. 754- Biharül-ənvar: c.35, s. 150) O gün, mübarək səmavi bir bayramdır. O gün Allah-taala,
1-həzrət İbrahimi (ə) oddan xilas etdi, 2-həzrət Adəmin tövbəsini qəbul etdi, 3- həzrət Musanı sehrbazlara qalib etdi, ...


Həzrət Əlinin (ə) həyatından yazın?


Həzrət Əlinin (ə) həyatından yazın? İmam Əli (ə) Həzrət Məhəmməd (s) peyğəmbərliyə çatmamışdan 10 il əvvəl rəcəb ayının 13-də Kəbə evində dünyaya gəlib. Atası Həzrət Əbu Talib, anası Fatimə binti Əsəddir. Rəcəb ayının 13-də cümə gecəsi Fatimə binti Əsəd ağrılar hiss etdi. Əbu Talib Qüreyş qadınlarından onun üçün kömək çağırmaq istədikdə bir nida ucaldı: Ey Əbu Talib, səbr et. Çünki nəcis əl Allahın vəlisinə toxunmamalıdır Fatimə binti Əsəd deyir: Sübh vaxtı bir nida eşitdim: Ey Fatimə, Bizim Evə gəl Əbu Talib (ə) və Peyğəmbər (s) onu Məscidül-Harama gətirdilər. Abbas ibn Əbdül Mütəllib bir dəstə insanla məsciddə əyləşmişdi. Gördülər ki, Fatimə Məscidül-Harama daxil oldu. Kəbə ilə üzbəüz dayanıb: səmaya baxaraq belə dua etdi: Pərvərdigara! Mənim Sənə, Peyğəmbərlərinə və Sənin tərəfindən göndərilən Kitablara imanım var. Mən babam Ibrahimin kəlamını təsdiq edirəm. O, bu evi bir şəxsin haqqına xatir tikib. Səni and verirəm, bətnimdə olan, mənimlə danışıb ünsiyyət quran övladın haqqına xatir, bu doğumu mənə asan et`` (Ibn Şəhraşub, Mənaqib c.2, səh.198-199. Biharül-Ənvar 35 c. səh.8-36). ...


Əli (ə) hansı ayda çox ibadət edərdi?


Əli (ə) hansı ayda çox ibadət edərdi? Həzrətin kənizi Ümmü-Səiddən soruşurlar ki, həzrət Əli (ə) Ramazan ayında çox ibadət edir, yoxsa başqa aylarda? Kəniz deyir: «Həzrət Əli (ə) hər gecə öz Allahı ilə raz-niyazdadır. Onun üçün ramazanayı ilə başqa aylarda fərq yoxdur».
Həzrət (ə) zərbə aldıqdan sonra məsciddən evə gətirilərkən qızarmaqda olan üfüqə baxıb buyurur: «Ey sübh, şahid ol ki, Əlini (ə) yalnız indi uzanmış vəziyyətdə görürsən».
İbn Əbil-Hədid deyir: «Həzrət Əli (ə) hamıdan çox ibadət edirdi. Əksər günlər oruc idi, bütün gecələri namaza məşğul olurdu. Savaş zamanı da namazı tərk etməzdi. O bildiyinə əməl edən alim idi. Xalqa nafilə namazları, dualar, gecə ibadətləri öyrədirdi». ...


Həzrət Xədicə (ə.s) həyatından yazın?


Həzrət Xədicə (ə.s) həyatından yazın? Həzrəti Xədicə besətdən 55 il qabaq təkallahlı (monoteist) ailədə dünyaya göz açmışdır. Onun atası Xuvəylid ibn Əsəd və anası Fatimə binti Zəhahədir. Həzrət Xədicə hər iki tərəfdən, həm ana, həm də ata tərəfdən Rəsulullahla qohumdur. Ata tərəfdən Xuvəylid ibn Əsəd ibni Əbdulğuzza ibn Qusayy ibn Kilab. (Kilab Rəsulullahın dördüncü babasıdır). Ana tərəfdən isə: Fatimə (Həzrət Xədicənin anası) binti Zaidət ibn Əsim ibn Rəvahət ibn Həcər ibn Əbd ibn Məğis ibn Amir ibn Luvəy ibn Ğalib. Luvəy ibn Ğalib Rəsulullahın səkkizinci babasıdır. Bəs Həzrəti Peyğəmbərlə Xanım Xədicə əmi oğlu əmi qızı olurlar.
Xanım Xədicə Peyğəmbərin (s) dilində
1.Həzrəti Peyğəmbər(s) buyurub: Dünya qadınların içində xanım Xədicədən və Məryəm İmran qızından üstün qadın yoxdur.
2.Keçmiş ümmətlərin ən ləyaqətli xanımı Məryəm İmran qızı və mənim ümmətimin içində Xədicədən ləyaqətli xanım yoxdur.
3.Peyğəmbər (s) buyurub:Dünyanın ən ləyaqətli xanımları bunlardır: Məryəm, Asya, Xədicə və Fatimə Muhəmməd qızıdır.
4.Allah tərəfindən məmur idim ki, Xədicənin Behiştdəki evi ilə müjdələyəm. Elə bir ev ki, orada heç bir çətinlik yoxdur.


Həbib İbn Məzahir Əhli-Beyt (ə) ailəsinə məhəbbətini necə sübut etdi?


Həbib İbn Məzahir Əhli-Beyt (ə) ailəsinə məhəbbətini necə sübut etdi? Dini ömür tarixçəsi, İslama xidmət və İslam Peyğəmbərinin (s) hüzurunda olmaq iftixarı Həbib ibn Məzahirə məxsusdur. Həbib iftixar sahibi olan «Bəni Əsəd» tayfasının görkəmli şəxsiyyətlərindəndir.
O, İslam Peyğəmbərinin (s) besətindən bir il əvvəl dünyaya gəldi. İslam Peyğəmbəri (s) Məkkədə insanları tövhid dininə dəvət edərkən Həbib öz uşaqlıq dövrünü yaşayırdı. Amma o öz gəncliyini Mədinədə İslam Peyğəmbərinin (s) hakimiyyəti zamanında din yolunda cihad və fədakarlığa sərf etdi.
Həbibin Peyğəmbər (s) səhabəsi olması onun məqamını bir xeyli ucaltmışdır. Bu insanın yetmiş beş yaşında ikən Kərbəla qiyamında iştirak etməsi, əlinə silah alaraq Hüseyn ibn Əlini (ə) müdafiə etməsi mənəviyyat dolu səhnələrindəndir.
Həbib Kərbəlada İmam Huseyin vilayəti yolunda şəhid olan bir şəxsiyyət oldu, qocaların fəxri və cavanların ibarəti olan haqq səhabəsi. Kərbəla cihad meydanında Həbib düşmən qoşununu yara-yara belə bir rəcəz oxuyurdu: Mən Məzahir oğlu Həbibəm, bilin, Hünəriniz varsa, meydana gəlin. Sayınız olsa da bizlərdən artıq, Qəlbimizdə vəfa, başımız ayıq. Dəlilimiz möhkəm, sözümüz aşkar, Candan keçiləsi məqsədimiz var.


Peyğəmbərin (s) azançısı olan Bilalın həyatından yazın?


Peyğəmbərin (s) azançısı olan Bilalın həyatından yazın? “Bilal” adı həm də iman, əqidə, məqsədə çatmaq yolunda mətanət mənalarını daşıyır.
Bilalın xatırlanması səbrin, düşmən qarşısında müqavimətin, sabitqədəmliyin, Allah yolunda işgəncələrə dözümün xatırlanmasıdır.
Bir sözlə, Bilal islami bərabərliyi, Kəbə və Məkkənin fəthini, təqvanın üstünlük ölçüsü olmasını, möminin insani dəyərini və bir çox digər məsələləri yada salan bir addır.
Məkkənin fəthi zamanı İslam peyğəmbəri Həbəş Bilala əmr edir ki, Kəbə üzərinə qalxıb, uca səslə azan desin. Bu əməl həm müsəlmanların qibləgahında tövhid nidası, həm də müsəlmanların bərabərliyinin elanı və ağaların qəbilə, irq, sərvət, dil kimi ayrıseçkiliklərinin üzərindən xətt çəkilməsi idi. ...


İmam Əlinin (ə) mənəvi tələbəsi olan Meysəm Təmmar haqqında yazın?


İmam Əlinin (ə) mənəvi tələbəsi olan Meysəm Təmmar haqqında yazın? Meysəm Təmmar:
Mənəvi dəyər, doğru yol, cihad, səbr və yəqin axtarışında olanların yaxşı tınıdığı bu ilahi insan olan dəyərli şəxsiyyət.
Meysəm Əlinin (ə) sirlərinə məhrəm idi.
Meysəmin düşüncəsi: Allah aşiqləri üçün dar ağacı bir merac kürsüsüdür. ...


Peyğəmbər və imam Əlinin (ə) vilayətində sabitqdəm olan Əmmar Yasir haqda yazın?


Peyğəmbər və imam Əlinin (ə) vilayətində sabitqdəm olan Əmmar Yasir haqda  yazın? Əmmar Yasir (r) Peyğəmbərə ilk iman gətirən möminlərdən, imanını uca dərəcədə şəhidliklə sona çatdıran səhabə idi. Onun varlığı müsəlmanlar arasında fitnə zamanı Siffeyində Haqqla batili ayırmaq üçün Peyğəmbr (s) tərəfindən ölçü olaraq açıqlanmışdır.
Əmmarın fəzilətlərindən: Peyğəmbər (s) risalətinə müdafiəçi, valideyinləri İslamın ilk şəhidləri, Mədinəyə mühacir, peyğəmbərin həm xoş və çətin günlərində yanında olması, Əli ibn Əbi Talibin (ə) 25 illik qəm yoldaşı, Birinci İmamın xilafətində o ağanın müşaviri və ...


İranda yerləşən Qum şəhərinin tarxiçəsini yazın?


İranda yerləşən Qum şəhərinin tarxiçəsini yazın? Qum şəhərinin tarixi:
-Qumun İslamdan öncəki siması dəqiq açıqlanmır. Məlum olan budur ki, Qumda İslamdan öncə yaşayış olub və tarixdə bu barədə işarələr var. Amma Qumun dəqiq hüdudları, onun müxtəlif dövrlərdə və İslamdan öncəki əsrlərdəki durumu tam aydın deyil. Belə görünür ki, Qum İslamdan öncə çoxsaylı qalalar şəklində olub. Onların əhalilərindən bəziləri zərdüşti, bəziləri isə yəhudi olublar. Belə xatırlanır ki, Qum əslən Yəmən ərəblərindən və şiə məzhəbli əşərilər tərəfindən şəhərləşdirilib. Buna görə də tarixçilər əşəriləri Qumun iftixarlarından sayırlar. Qumun şəhərə çevrilməsi şiəlik və peyğəmbər ailəsinin vilayəti ilə şərtlənib. Qədim tarixçilərdən bəziləri İslamın zühüründan öncə Qumda hakim olmuş tanınmış şəxslərin adını qeyd ediblər. \"Ənvarul-məşəşəyn\" kitabının müəllifi \"Sirul-muluki-əcəm\" kitabından nəql edərək deyir: \"Bəhram-gur Ərməniyyə məntəqəsinə gedərkən yolu Savə ətrafından keçir. ...
Bu şəhərin gələcəkdə hansı dəyərə sahib olacağı haqda İmam Kazim (ə) buyurub: \"Qum Ali-Məhəmməd yuvası, onların şiələrinin sığınacağıdır.\" (\"Bihar\"Ş c.6, s.214).


Müsəlmanın geyimi haqda İslam maarifinin baxışını qeyd edin?


Müsəlmanın geyimi haqda İslam maarifinin baxışını qeyd edin? Paltar və geyim elə mövzudur ki, İslam dini ona xüsusi diqqət göstərir. Paltar geyinməyin öz ədəb və qaydası vardır. (Tebyan)
Həmad ibni Osman İmam Sadiqin (ə) yanına gəlir və bir kişini görür ki, Həzrəti (ə) tənqid edir (nəuzbillah!) və deyirdi: “Siz deyirdiniz ki, Əli ibni Əbitalib (ə) kobud paltar geyinərdi və köynəyinin qiyməti dörd dirhəmlik idi. Amma indi görürəm ki, sizin özünüz cəddinizin geyindiyindən qeyrisini geyinirsiniz”. Həzrət (ə) buyurdu: “İmam Əli (ə) o paltarı o zaman geyinərdi ki, insanların nəzərində qəbahətli sayılmırdı. Əgər bu gün onu geyinsəydi, qeyri-adi olardı. Hər bir zamanda ən yaxşı paltar – həmin zamanın paltarıdır”. Süfyan Suri nəql edir ki, İmam Sadiqə (ə) dedim: “Siz nəql edirdiniz ki, İmam Əli (ə) kobud paltar geyinərdi. Siz isə bahalı parçadan paltar geyinirsiniz?”. Həzrət (ə) buyurur: “Vay olsun sənə! İmam Əli (ə) insanların yoxsul olduğu zamanda yaşayırdı. Ruzigar rifaha çıxandan sonra zamanın yaxşıları ona (gözəl paltara) daha layiqlidir”. ...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter