Orucun vacib olma şərtləri nələrdir?


Orucun vacib olma şərtləri nələrdir? Orucun vacib olma şərtləri səkkizdir:
1-Həddi büluğa çatmaq, - yəni uşağa oruc vacib deyil, 2-Aqil olmaq (yəni dəliyə oruc vacib deyil. 3-Oruc tutmağa qadir olmaq, (xəstə olana oruc vacib deyil misal üçün mədə yarası olan və ya şəkər xəstəsi olana oruc tutmaq vacib deyildən əlavə tutan şəxs günah da olar) 4-Ayıqlıqda olmaq, -yəni huşsuz olan şəxsi qidalandırmamaq düzgün deyil). 5-Müsafir olmamaq, -yəni öz vətənindən 8 fərsəx - get-gəli 45 kilmetrdən çox olan şəxsə oruc tutmaq qadağandır. Bu haqda təfərrüatlı hökmlər var müctehidlərin risalələriə müraciə etmək məsləhətlidir) 6-Qadının heyz və nifas halında olmaması, - yəni qadınlara aid üç növ qüsl var istihazə, nifas və heyz, istihazə halında olan qadına oruc tutmağa icazə verilir. Amma heyz və nifaslı qadına oruc tutmaq haramdır. 7-Orucun zərəri olmasın. Yəni əgər bir şəxs həkimin deməsi və ya özünün yəqin etməsi ilə ki bilə oruc tutması onun üçün zərərlidir bu halda oruc tutmasına icazə verilmir. 8-Oruc insanı məşəqqətə salmasın. Yəni bir nəfər əgər oruc tutan halda görə vəziyyəti o həddə pisdir ki davam etsə bədəninə ziyan yetirər onda açmasına icazə verilir.


Oruc tutmağın 42 faydası haqqında.


Oruc tutmağın 42 faydası haqqında. Mübarək Ramazan ayı və oruc tutmaq ilə əlaqədar Qurani-kərimin ayələrinə, eləcə də peyğəmbərlərin sonuncusu həzrət Muhəmmədin -səllAllahu əleyhi və alih- və onun məsum Əhli-beytindən nəql edilmiş hədislərə ötəri bir nəzər saldıqda oruc tutmağın ən azı 42 faydasını görürük.
1- Oruc tutmaq insan vücudunda onun dünya və axirət xoşbətliyinin təmin edilməsi üçün ən mühüm səciyyə və xüsusiyyət olan TƏQVA ruhiyyəsini, qüvvəsini yaradır və inkişaf etdirir. 2- Oruc insanın mənəvi dostu və həqiqi yardımçısı, köməkçisidir. 3- Oruc tutun ki, oruc tutmaq şeytanın üzünü qaraldır. Şeytanı məyus edir. 4- Oruc, insanın cismini, bədənini pak və təmiz edir, insanın cismimin inkişafını sürətləndirir. 5- Mələklər oruc tutan insana salam və rəhmət göndərirlər, onun bağışlanmasını Allah Taaladan istəyirlər. 6- Oruc tutan insanın yuxusu da ibadətdir, oruc tutmuş insan yatsa da ibadətdə sayılır, bir şərtlə ki, heç kimin qeybətini etməsin. 7- Mələklər oruc tutmuş insana dua edirlər, onun arzularının qəbul olunmasını istəyirlər. 8- Oruc tutmuş insanın duası qəbuldur. 9- Oruc tutan insanın nəfəsi təsbihdir, hər nəfəs alması Allahı təsbih etməkdir. 10- Mələklər özlərini oruc tutana sürtür və ona mücdə verirlər. 11 ...


Orucu batil edən 9 əməllər haqda yazın?


Orucu batil edən 9 əməllər haqda yazın? Orucu batil edən 9 əməl:
1. YEYİB_İÇMƏK- Miqdarından asılı olmayaraq orucluq vaxtı bilərəkdən yeyilən və ya içilən hər şey orucu pozur. Unutqanlıq üzündən olduqda oruc pozulmur.
2. CİNSU YAXINLIQ -Oruc tutulan müddətdə sübh namazından şam namazına qədər cinsi yaxınlıqda olmaq olmaz. 3. İSTİMNA - ONANİZM (spermanın xaric olması) yəni özünü cənabətli etmək, 4. Allaha, Peyğəmbər və İmamlara YALAN nisbət vermək, 5. TOZUN BOĞAZDAN KEÇMƏSİ -İstər halal, istərsə də haram olsun, qatı toz halında olan tüstünün boğazdan keçməsi orucu pozur. 6. BAŞI BÜTÜNLÜKLƏ SUYA SALMAQ- Orucluq vaxtı hamamda, dənizdə, hovuzda çimərkən başı suya salmaq orucu batil edir. yuxarıdan aşağı su axıtmaq orucu batil etməz. 7. İMALƏ- Müalicə məqsədilə olsa belə, orucluq vaxtı imalı etmək orucu pozur. 8. CÜNUB HALINDAN SÜBH NAMAZINA QƏDƏR QALMAQ. Sələnkarlıq üzündən və ya bilərəkdən bu vəziyyətdə qalmaq orucu pozmuş olur. [left][/left]9. QUSMA bilərəkdən olarsa, Qeyri-ixtiyari və unutqanlıq üsündən qusduqda isə oruc pozulmur.


Ramazanı sağlam keçirməyin 9 yolu hansılardır?


Ramazanı sağlam keçirməyin 9 yolu hansılardır? Bu il Ramazan ayının isti yay günlərinə düşməsinə görə din alimləri Ramazanı problemsiz keçirmələri üçün məsləhətlər veriblər.
Ramazan ayını sağlam şəkildə başa vurmaq üçün Dr.Vüqar İsmayılzadə Maide.az oxucuları üçün bəzi məsləhətlər verdi: 1. Üç dəfəyə qidalanın: Mütləq 3 dəfəlik qida norması həyata keçirilməlidir. 2. İmsakı yüngül edin: İmsak süfrənizdə daha uzun tox saxladığı üçün protein tərkibi yüksək yumurta və pendir mütləq olmalıdır. 3. Sürətli yeməyin: Orucu su, xurma, zeytun və şorbayla açmaq, yarım saat sonra əsas yeməyə geçmək daha düzgündür. 4. Şirin istehlak edin, amma: Yeməkdən sonra şirin qida istehlak edin, amma dərhal sonra yox. 1-2 saatdan meyvə və ya şirin çörək yeyin. 5. Lifli qidalar istehlak edin: İftarda və ya imsakda çox yağlı, çox duzlu və çirkin qidalardan çəkinin. 6. Loxmanızın miqdarını azaldın: İftarda sürətli yemək mədə problemləri başda olmaqla qan şəkəri və təzyiqin yüksəlməsinə səbəb olur. 7. Qızartma yeməyin: Ətləri sobada və ya gözdə tam bişirin. Bu şəkildə bişirilən ət daha yaxşı həzm olunur. 8. Su itkisinə diqqət: İftardan imsaka qədər ən azı 12-15 stəkan su için. Çay və qəhvə kimi mayelərdən çəkinin. 9. İftardan sonra gəzin: İftardan 1,5-2 saat sonra sakit templə gəzməyiniz həzmə yardımçı olar.


Ramazan ayının gəlişi münasibəti ilə İmam Rizanın (ə) hədisi!


Ramazan ayının gəlişi münasibəti ilə İmam Rizanın (ə) hədisi! Ramazan ayının gəlişi münasibəti ilə İmam Riza (ə) buyurdu: \"Ramazan ayında yaxşı əməllər qəbul olunar, onda günahlar bağışlanmışdır,
-Hər kim ramazan ayında Allahın kitabından (Quran) bir ayə oxuyarsa, bu aydan başqa aylarda bir Quran xətmini etmiş şəxsin savabını qazanmış olar. -Hər kim bu ayda mömin qardaşının üzünə gülərsə (yəni xoş rəftar olsa) qiyamətdə Allah onu xoş qarşılayar və məhşər gününün çətinliklərindən xilas edər və behiştdə düşməsinin xəbərini verər. -Hər kim bu ayda mömin qardaşına kömək edərsə Allah-Taala qiyamətdə sirat körpüsündən keçəndə ayaqların titrədiyi zamanda ona kömək göstərər. -Hər kim bu ayda əsəbini cilovlasa, Allah-Taala da ona qarşı qiyamətdə qəzəbini söndürər. -Hər kim bu ayda məzluma kömək edərsə Allah Taala bu dünyada ona fitnə quranlara qarşı kömək edər, eləcə də Qiyamətdə əməl dəftəri və hesab-kitab zamanı ona köməkçi olar. ...


Pis xasiyyətlərin əsas qaynaqları 11 şeydir?


Pis xasiyyətlərin əsas qaynaqları 11 şeydir? Pis xasiyyətlərin əsas qaynaqları bu 11 şeydir:
1-Çox yemək, 2-Çox danışmaq, 3-Əsəblilik, 4-Paxıllıq, 5-Var-dövlətə məhəbbət bəsləmək, 6-Məqam pərəstlik,
7-Təkəbbürlülük, 8-Özünü bəyənmək (Ücb etmək kimi) 9-Riyakarlıq,
10-Fəxr göstərişi etmək, yəni- Ücb və təkəbbürlülüyü eyni zamanda göstərmək. 11-Paxıllılıq.


Şəfiq ibn İbrahim deyir: 700 alimdən 5 sualıma cavab aldım?


Şəfiq ibn İbrahim deyir: 700 alimdən 5 sualıma cavab aldım? Şəfiq ibn İbrahim ərəb tədqiqatçılarından olan bir şəxsiyyət yazır: Beş məsələ haqqında sualımı 700 alimdən soruşdum! Hamısı da eyni cavabı verdilər:
1-Sorşudum ki, ağıllı insan kimdir? Dedilər ki, qəlbini dünyaya bağlamayan şəxsdir.
2-Soruşdum ki, zirəng və qoçaq insan kimdir? Dedilər: O şəxsdir ki, dünya onu qürurlandırmasın.
3-Soruşdum ki, (məxluqatdan) ehtiyacsız bəndə kimdir? Dedilər ki, O kəsdir ki, Allahdan gələn hər bir şeyə razı olsun.
4-Soruşdum ki həqiqi kasıb kimdir? Dedilər ki, o şəxsdir ki, həmişə dünya malını artırmaq fikrindədir.
5-Soruşdum ki, paxıl kimə deyilir? Dedilər ki, o şəxsdir ki, Allahın haqqını ödəməmiş olsun.


Peyğəmbərdən hədis: Bu beş dətsəni təhqir edən 5 zərəri görər?


Peyğəmbərdən hədis: Bu beş dətsəni təhqir edən 5 zərəri görər? Peyğəmbərdən (s) əhli-sünnətin müvəssəq hədislərində belə nəql olunur:
Hər kim beş dəstəni təhqir edərsə bu beş zərər və ziyanla üzləşər:
1-Hər kəs alimlərə (xüsusən din və xalqın xeyrinə çalışan) hörmətsizlik edərsə dinini əldən verər.
2-Hər kəs dünya hakim və şahlarını təhqir edərsə dünyasını əldən verər,
3-Hər kim qonşusuna etina etməsə, bir dəstə faydalardan məhrum olar.
4-Hər kim qohum-əqrəbalarını dəyərsiz hesablayarsa mədrliyini əldən verər.
5-Və hər kim həyat yoldaşını təhqir edərsə yaşayışın şirinliyik və ləzzətini əldən verər.
Mərhum Ayətullah Meşkininin nəsayeh kitabından.


Böyük Arif Şeyx Həsən Əli İsfahaninin 14 tövsiyəsi.


Böyük Arif Şeyx Həsən Əli İsfahaninin 14 tövsiyəsi. Şeyx Noxudəki çox vaxt gecələri sübhədək oyaq qalardı. 11 yaşından ömrünün sonunadək ildə üç ay ardıcıl və beyz günləri oruc tutub.
Şeyx Noxudəkinin 14 tövsiyəsi: 1.Yövmiyyə (gündəlik) namazlarını vaxtında qıl; 2.Xalqın istəyini yerinə yetirmək üçün çalış və düşünmə ki, hansısa iş əlindən gəlməz. 3.Seyidləri əziz tut, 4.Gecə namazını unutma, təqvalı ol; 5.O qədər oxu ki, təqliddə azad olasan; 6.Məkruh işlər bəndəni alçaldır, müstəhəb işlər onu yüksəldir – bunu unutma; 7.Əgər seyr-sülukda bir məqama çatmışamsa, gecələr oyaq qalmaq, müstəhəbə əməl etmək, məkruhları tərk etməyin bərəkətidir. 8.İki şeyə diqqətli ol: halal ruzi və namaza diqqət. Bu iki şərt ödənsə qalan işlər düzələr. 9.İki tülu arasında (sübhdən gün doğana qədər) vaxtı 4 yerə böl: zikr üçün, dua üçün, Quran qiraəti üçün, ötən günün əməllərini fikirləşmək üçün. 10. Az da olsa hər gün sədəqə ver. 11.Zikrdən qabaq salavatla qəlbinizi hazırlayın; 12.Gecə ibadətinə müvəffəq olmaq, çətinliklərin həlli üçün hər sübh Quran, xüsusilə Yasin oxu; 13.Pis adamlarla ünsiyyətdən yaranan istilik salehlərlə ünsiyyət vasitəsilə aradan qalxar; 14.Günahkarla yaxınlıqdan çəkinmək tapşırılıb. Bir vəsvəsənin zərərini uzun illərin zəhməti ilə aradan qaldırmaq olmur…


Ramazan ayının müştərək əməlləri nələrdir?


Ramazan ayının müştərək əməlləri nələrdir? Mübarək Ramazan ayının müştərək əməlləri:
1-ci qisim həcc duası hər vacib namazdan sonra, Ya əliyyul ya əzim... duası (Günahları bağışladar) Eləcə də bu duanı imkan həddə: Allahummə ədxil əla əhlil-qubris-surur, Allahummə əğni kullə fəqir. Allahummə əşbi kullə cai. ...
2-ci qism qisim əməllər,
Ramazan ayının gecələrində yerinə yetirilən əməllərə məxsusdur. 1. İftar: Şam namazını qılandan sonra iftar etmək müstəhəbdir. 2. Haram və şübhəsiz olmayan şeylərlə iftar edə. 3. İftar edərkən, iftar dualarını oxusun. O cümlədən aşağıdakı duanı: Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu 4. Birinci tikəni ağzına qoyanda desin: Bismillahir-rəhmanir-rəhim ya vəsil-məğfirəti iğfirli. 5. İftar vaxtı mübarək Qədr surəsini oxumaq. 6. İftar vaxtı, oruc tutanlara iftar vermək, hərçənd bir neçə xurma ilə olsa belə. 7. Hər gecə min dəfə mübarək Qədr surəsini oxumaq. 8. Hər gecə yüz dəfə “Duxan” surəsini oxumaq. 9. Seyyid rəvayət etmişdir ki, mübarək ramazan ayının hər gecəsi bu duanı oxuyan şəxs qırx illik günahları bağışlanar. 10. Hər gecə məğribdən (namazdan) sonra həcc duasın oxumaq.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter