İmam Əlinin (ə) hədisində gəncləri doğru yoldan ayıran səbəblər!


İmam Əlinin (ə) hədisində gəncləri doğru yoldan ayıran səbəblər! Həzrəti Əmirəlmöminin Əli ibn Əbi Talib (ə) buyurur: Gənclərin doğru yoldan ayıran səbəblər ibarətdirlər:
1- Məlumatsızlıq 2- Şəhvət 3- Pis insanlardan təqlid etmək
4- Həddindən artıq əsəbilik və qəzəb, 5- Üstünlük qazanmaq duyğusu
6- Çoxluq istəyi 7- Qürurlanmaq 8- Ailə tərbiyəsindən məhrum olmaq 9- İmanın zəif olması.


Oruclu halda başı suya batırmağın hökmləri haqda yazın?


Oruclu halda başı suya batırmağın hökmləri haqda yazın? Oruc tutan halda Başı suya batırmaq
1. Əgər oruc tutmuş şəxs bilərəkdən başını tam suya batırsa vacib ehtiyata əsasən orucu batil və qəza olunmalıdır, 2. Başı suya batıran zaman bədənin suda olub-olmamasının məsələyə təsiri yoxdur, 3. Başın bir hissəsini suya batırıb çıxarıb, sonra o biri hissəsini batırıb çıxarsa oruc batil olmaz. 4. Əgər başı suya batırsa, amma tüklərindən bir hissəsi sudan bayırda qalsa oruc batil olmaz. 5. İnsan şübhə etsə ki, başı tam suya batıb yoxsa batmayıb, orucu düzgündür. 6. Əgər oruc tutan şəxs bilmədən suya düşsə və başı tam suya batsa, orucu batil olmaz. Amma dərhal başını sudan çıxarmalıdır. 7. Bir şəxs üzgüçülük libası geyinsə, suya girəndə bədəni islanmasa, bu libas başına möhkəm yapışsa, orucunun düzgünlüyü iradlıdır, qəza tutmalıdır, 8. Qabdan başa su tökmək orucu pozmur.


Oruclu halda Yemək və içməyin hökmlərindən yazın?


Oruclu halda Yemək və içməyin hökmlərindən yazın? Yemək və içmək
1. İnsan bilərəkdən, agahlıqla bir şey yesə və ya içsə onun orucu batil olar, istər halal və ya haram bir şey yesin və ya içsin, 2. İnsan dişlərinin arasında qalmış bir şeyi oruc olduğu zaman bilərəkdən udsa orucu batildir. 3. İnsan bilmədən bir şey yesə və ya içsə orucu batil olmaz. 4. Ağız suyunu udmaq orucu batil etmir. 5. Vacib ehtiyat budur ki, oruc tutan şəxs gücləndirici ampulların ineksiyasından (iynə vurdurmaqdan) çəkinsin. 6. Vacib ehtiyat budur ki, oruc tutan şəxs burun yolu və dilin altı ilə qəbul olunan narkotik maddələrdən (o cümlədən dərmanların maddələrində olanları qəbulu) çəkinsin. 7. Əgər yemək yediyi zaman başa düşsə ki, artıq sübh olub, ağzındakı tikəni çıxarmalıdır. 8. Baş və sinədən gələn bəlğəm, qatı maye nə qədər ki ağıza çatmayıb orucu batil etməz. Amma ağıza daxil olsa vacib ehtiyat budur ki, tüpürülsün. 9. Qan təzyiqinə qarşı həb qəbul etmək vacibdirsə oruc tutan şəxs həb qəbul edə bilər. Amma bu dərman orucu batil edir. Müalicə məqsədi ilə həb atmaq da yemək sayılır. 10. Damağdan gələn qan nə qədər ki udulmayıb orucu batil etməz. Əgər ağız suyuna qarışıb itsə onu udmağın eybi yoxdur.


Orucluqda cənabət, heyz və nifas halında sübh azanına qədər qalmağın hökmləri.


Orucluqda cənabət, heyz və nifas halında sübh azanına qədər qalmağın hökmləri. Cənabət, heyz və nifas halında sübh azanına qədər qalmaq
1. Bir şəxs ramazan gecəsi cünub olsa sübh azanından qabaq qüsl verməlidir, əks halda orucu batildir. 2. Cənabətli şəxs ramazan ayı günlərində qüsl verməyi fəcr tülusuna qədər yaddan çıxarsa, cünub halda səhəri açsa orucu batildir. 3. Bir şəxs cünub olmağın orucu batil etdiyini bilmədiyindən bir neçə gün bu halda oruc tutsa tutduğu oruclar batil və qəzası vacibdir. 4. Əgər bir şəxs mübarək ramazan ayında murdar su ilə qüsl versə, bir neçə gün sonra həmin suyun murdar olduğunu bilsə, tutduğu oruclar düzgündür. 5. Bir şəxs ramazan ayında gecə qüsl verməyə vəzifəlidirsə, vaxt dar olduğundan və ya su ona zərər etdiyindən qüsl verə bilməsə qüsl əvəzinə təyəmmüm etməlidir. 6. Oruc halda yuxuda cünub olsa, orucu pozulmaz. 7. Bir şəxs oyaq halda cünub olsa, ya yuxuda cünub olduqdan sonra oyansa, yatsa sübh azanına qədər oyanıb qüsl üçün oyana bilməyəcəyini bilsə, qüsl verməmişdən qabaq yata bilməz. 8. Əgər qadın aylıq adətdən və doğuş qanından pak olubsa qüsl verməli, əgər sübh azanına qədər ramazan ayında qüsulü təxirə salsa orucu batildir. 9. Oruc tutmuş qadın gündüz vaxtı özündə heyz və ya nifas qanı görsə orucu batil olar. Qüruba az qalsa da orucu batildir.


Altı dəstə insanlar bu xüsusiyyətlərinə görə əzab olunacaqlar!


Altı dəstə insanlar bu xüsusiyyətlərinə görə əzab olunacaqlar! İslam Maarifinə əsasən bəzi insanlar xüsusiyyətlərinə görə Allahın ağır əzabına düçar olacaqlar. Bu haqda İmam Əli (ə) nurlu kəlamlarından birində belə gəlimişdir.
إِنَّ اللّهَ یُعَذِّبُ سِتَّةً بِسِتَّة : أَلْعَرَبَ بِالْعَصَبیَّةِ وَ الدَّهاقینَ بِالْکِبْرِ وَ الْاُمَراءَ بِالْجَوْرِ وَ الْفُقَهاءَ بِالْحَسَدِ وَ التُّجّارَ بِالْخِیانَةِ وَ أَهْلَ الرُّسْتاقِ بِالْجَهْلِ.
\"Allah altı dəstəni bu xüsusiyyətələrinə görə əzab edər: 1-Ərəblərin çoxunu cahilanə təssüblərinə görə, 2-kəndlərin xanlarını təkəbbürlüklərinə görə, 3-Hakimləri zülmlərinə görə, 4-Alimləri paxıllıqlarına görə, 5-Tacirləri alış-verişdə xəyanətlərinə görə, və 6-Kəndliləri cahilliklərinə görə. (Yəni ilahi borclarını bilmək üçün kəndlilər cahillikdən çıxmaq yolunda heç bir addım atmadılar deyə).


İmanın neçə sütunu var biri olmasa başqaları da dağılar?!


İmanın neçə sütunu var biri olmasa başqaları da dağılar?! Əmirəl-möminin (ə) buyurur: “İmanın dörd sütunu vardır və onlardan biri olmazsa, naqis olar.
1. Birinci sütun odur ki, insanın həyatdakı pənahı Sübhan Allah olsun. Ondan başqa heç kəsə söykənməsin.
2. İkinci sütun budur ki, insan bütün işlərini Allaha tapşırar.
3. Üçüncü sütun – insanın İlahi təqdirə razı olması və İlahi qəzanı qəbul etməkdir.
4. Dördüncü sütun odur ki, bəndə Allah Təalanın əmrinə təslim olar”.


Təvəkkülün mərhələlərini yazın?


Təvəkkülün mərhələlərini yazın? Təvəkkül sözünün mənası vəkil seçməkdir. Yəni, başqasına etimad edib, onu öz vəkili qərar vermək. (Tebyan) Allaha təvəkkül etmək dedikdə isə, çalışqan insanın işini Allaha tapşırması nəzərdə tutulur. Allah onun ehtiyaclarından xəbərdardır. Hər bir çətinliyi həll etmək qüdrətinə malikdir. Təvəkkülün mərhələləri vardır:
1. Təvəkkülün ilk mərhələsi. Yəni, insan işin bir hissəsini özü yerinə yetirər və həmin işin səmərəyə çatmasında elə o miqdarda özünü təsirli hesab edər. İşin nəticəsini isə Allaha tapşırar. İnsanların əksər hissəsi bu təvəkkülə etiqad bəsləyirlər. 2. Təvəkkülün ikinci mərhələsi. Bu təvəkkül xüsusi insanlara aiddir. O kəslər ki, Allah Təaladan başqa səbəb tanımazlar, həyatda olan bütün feyz mənbəyini Onda görərlər. Onların nəzərində heç bir başqa səbəbin əhəmiyyəti yoxdur və onlar əməl tövhidinin ən kamil mərhələsinə çatıblar. 3. Təvəkkülün üçüncü mərhələsi. Təvəkkülün üçüncü mərhələsi xüsusi xas insanların təvəkkülüdür. Bu mərhələdə insan təslim, riza məqamına çatmış olar. Bu məqama çatmaq çox çətindir. Elmi və əməli təmrinə ehtiyacı vardır.


Həzrət Adəm (ə)-ın altı naməlum şəxslərlə ibarətdolu əhvalatı?!


Həzrət Adəm (ə)-ın altı naməlum şəxslərlə ibarətdolu əhvalatı?! Deyirlər ki, bir gün həzrət Adəm (ə) oturmuşdu. Altı nəfər ona yaxınlaşdı. Üçü sağ tərəfində, üçü isə sol tərəfində oturdu.
Adəm (ə) ağlardan birindən soruşdu: 1–Sən kimsən? Cavab verdi: –Əql. Soruşdu: –Sənin yerin haradır? –Beyin. 2- Adəm (ə) ikincidən soruşdu: –Sən kimsən? –Məhəbbət. –Sənin yerin haradır? –Ürək. 3- Həzrət Adəm (ə) üçüncüdən soruşdu: –Sən kimsən? Dedi: –Həya. –Sənin yerin haradadır? –Göz.
- Sonra Adəm (ə) üzünü sol tərəfə tutub qaralardan birindən soruşdu: 4–Sən kimsən? Cavab verdi: –Təkəbbür. –Sənin yerin hardadır? –Beyin. Adəm (ə) soruşdu: –Əql ilə bir yerdəsiniz? Dedi: –Elə ki, mən gəldim əql gedir. 5- İkincidən soruşdu: –Sən kimsən? –Həsəd. Soruşdu: –Yerin hardadır? –Ürək. –Məhəbbətlə bir yerdəsiniz? –Mən gəldimsə, məhəbbət gedəcək. Adəm üçüncüdən soruşdu: 6–Bəs, sən kimsən? Cavab verdi: –Tamah. –Bəs sənin yerin hardadır? –Göz. –Həya ilə bir yerdəsiniz? Dedi: –Mən daxil olan kimi, həya xaric olur. (Mümkündür ki, bu altı nəfər Adəmi (ə) təlimatlandırmaqdan ötrü bu surətdə gələn mələklər olmuşdur. Yaxud da mətləbi başa salmaqdan ötrü aydın bir yuxu olmuşdur.


Həzrət Ayətullah Xamenei ramazan ayının dəyəri haqqında nə buyurur?


Həzrət Ayətullah Xamenei ramazan ayının dəyəri haqqında nə buyurur? Böyük Rəhbər Ayətullah Xameneinin Ramazın dəyəri haqqında buyurduqlarından seçmələr:
1-Ramazan ayında Hökmən Quran oxuyun. Bacardıqınız qədər oxuyun və düşünün. 2-Bəziləri bu 30 gün hesabına bütün ili behiştdə keçirir, bəziləri də bütün ömrünü behiştə çevirir. 3-Bu ayda insanın Allahla qəlbən rabitəsi həmişəkindən asan olar. 4-Siz oruc tutmaqla nəfs istəklərini zəncirləyirsiz. 5-Allahdan qəflət, xətalar içində çabalayan insan bu ayda öz ruhunu yüksəltmək imkanı qazanır. 6-Bu süfrədən məhrumluq gerçək bir məhrumiyyətdir. Əsl məhrum o şəxsdir ki, ramazan ayında Allahın mərhəmətini qazana bilıməsin. 7-Bəzi adamlar üçün adi günlərdə sübh namazından qabaq oyanıb gecə namazı qılmaq çətin olur. Ramazanda isə həmin vaxt istər-istəməz oyaq olursan. Bu ilahi tövfiqdir. 8-lahi ziyafət ayı olan ramzanda Allahın qonaqlığı mənəvi qonaqlıqdır. \"vilayet.nur-az\".


Aylıq adət günlərində olan qadına aşağıdakı əməllər haramdır.


Aylıq adət günlərində olan qadına aşağıdakı əməllər haramdır. Haiz olan qadına aşağıda sayılan bir neçə şey haramdır:
1. Namaz kimi dəstəmaz, qüsl və ya təyəmmümlə yerinə yetirilməsi lazım olan ibadətlər; 2. Həyat yoldaşı ilə cima etməsi qadağandır. 3. Öz bədənindən hər hansı bir yeri Quranın yazısına ya Allahın adına (hansı dildə olursa olsun) toxundurmaq. 4. Məscidul-hərama və Peyğəmbər (s) məscidinə girmək. Bir qapıdan daxil olub, digər qapıdan xaric olsa belə. 5. Başqa məscidlərdə və vacib-ehtiyata əsasən İmamların (s) hərəmlərində dayanmaq. 6. Lazım-ehtiyata əsasən, bir şeyi məscidə qoymaq, 7. Vacib səcdəsi olan ayələri oxumaq. Onlar bu dörd surədədir: 32-ci \"Səcdə\" surəsi; 41-ci \"Fussilət\" surəsi; 53-cü \"Nəcm\" surəsi; 96-cı \"Ələq\" surəsi.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter