Fitrə zəkatını qohumlara vermək olarmı?


Fitrə zəkatını qohumlara vermək olarmı? Fitrə zəkatını qohumlara vermək
243. Fitrə zəkatını hədiyyə ünvanında abırlı və müstəhəq qohumlara vermək olarmı?
Cavab: Hədiyyə ünvanında verilə bilər və bunun fitrə zəkatı olduğunu ona demək lazım deyildir. Amma niyyətdə fitrə zəkatı olduğunu tutmaq lazımdır.
244. Fitrə zəkatını qardaşa vermək olarmı?
Cavab: Əgər fəqir olsa, olar. Ümumiyyətlə, fitrə zəkatını qohumlara, qonşulara, borca görə vətənini tərk edənlərə, fəqihlərə, alimlərə və üstünlükləri olan başqa şəxlərə vermək müstəhəbdir.
Cənab Rəhbər Ayətullah Xameneinin fitvalarına əsasən.


Fitrənin yığılması və fəqirlər arasında bərabər bölünməsi necə olmalıdır?


Fitrənin yığılması və fəqirlər arasında bərabər bölünməsi necə olmalıdır? Fitrənin yığılması və fəqirlər arasında bərabər bölünməsi:
242.Biz fəqirlərə və yetimlərə yardım edən xeyriyyə müəssisəsi olaraq bayram namazından sonra kəndin cami məscidində fitrə zəkatını yığırıq. Bildiyiniz kimi, hər “sa”nın(1) (payın) qiyməti müxtəlifdir. Biz əlimizə çatan məbləği toplayıb, fəqirlər arasında bərabər şəkildə bölüşdürə bilərikmi? Məsələn, bir fəqirə iyirmi “sa” yarım(2) (yaxud yarımdan az və ya çox) verə bilərikmi? Cavab: Ehtiyat-vacibə görə fəqirə bir “sa”dan və ya onun qiymətindən az miqdar verilməməlidir(3) . Hətta fitrəyə müstəhəq olanların hamısına fitrənin miqdarı çatmasa belə, fəqirə qeyd edilən miqdardan az verilməməlidir. Fitrə zəkatından hər fəqirə bir neçə “sa”, hətta illik dolanışıq xərci qədər verilməsinə icazə verilir. Ehtiyat-vacibə görə fəqirə bir illik xərcindən artıq verilməsin və o da bundan artıq götürməsin.
(1) Çəkisi üç kiloqram olan bir ölçü, (2) Yəni 20.5 “sa”, (3) Sualda deyilənlərə cavab olaraq, bir fəqirə iyirmi sa və ya iyirmi bir sa – illik dolanışıq xərcindən cox olmamaq şərtilə – verməyin maneəsi yoxdur və düzgündür. Amma iyirmi və yarım sa verməyin, ehtiyata görə maneəsi vardır və bu, iyirmi sa olaraq hesablanır.


Fitrə zəkatını vermək yaddan çıxarılsa hökm nədir?


Fitrə zəkatını vermək yaddan çıxarılsa hökm nədir? Fitrə zəkatını verməyi unutmaq:
239. Fitrə zəkatını verməyi unutmuşam. Bunun hökmü nədir?
Cavab: Əgər fitrə zəkatı verməmisinizsə, fitrə sizin öhdənizdən götürülmür. Əda və ya qəza niyyəti etmədən onu ayırmağınız və verməyiniz vacibdir.
Cənab Rəhbər Ayətullah Xameneinin fitvalarına əsasən


Fitrə zəkatını başqa şəhərə göndərmək olarmı?


Fitrə zəkatını başqa şəhərə göndərmək olarmı? Fitrə zəkatını başqa şəhərə göndərmək
237. Fitrə zəkatını başqa şəhərə göndərə bilərikmi?
Cavab: Əgər mükəlləfin (fitrə vacib olan şəxs) yaşadığı yerdə və şəhərdə müstəhəq (fitrəni alacaq kasıb) tapılmasa, fitrəni başqa şəhərə apara bilər.


Fitrə zəkatının verildiyi qida məhsulu və onun miqdarı haqda 2 məsələ


Fitrə zəkatının verildiyi qida məhsulu və onun miqdarı haqda 2 məsələ Fitrə zəkatının verildiyi qida məhsulu və onun miqdarı haqda iki məsələ:
A) Fitrə zəkatının verildiyi qida məhsulu
232. Fitrə zəkatı adətən istifadə edilən və məlum qida məhsulu ilə verilməlidir, yoxsa şəri qida məhsulu ilə verilməlidir?
Cavab: Əgər buğda, arpa, xurma, düyü və bu kimi qida məhsulu ilə verilsə, kifayət edir və əksər hallarda istifadə edilən qida məhsulunda inhisarlaşmır.
B) Fitrə zəkatının miqdarı
233. Fitrənin miqdarı nə qədərdir? Cavab: Mükəlləf özü üçün və onun çörək yeyəni sayılan fərdlərin hər biri üçün camaatın yediyi qida məhsullarından (məsələn, buğda, arpa, xurma, kişmiş, düyü, qarğıdalı və s.) üç kiloqram və ya onlardan birinin pulunu müstəhəqə (fitrə zəkatı verilən şəxs) verməlidir. (Cənab Rəhbər Həzrət Ayətullah Xamenei həzrətlərinin fitvası əsasında)


Fitrə zəkatının vacib olma şərtləri haqda bir neçə məsələ


Fitrə zəkatının vacib olma şərtləri haqda bir neçə məsələ Fitrə zəkatının vacib olma şərtləri:
1-Qonağın fitrə zəkatı: Məsələ- 225: Onun fitrəsi ev sahibinin öhdəsinə deyildir. Məsələ-227: Qonaq (ev sahibinin çörək yeyəni) öz fitrəsini versə, ev sahibinin icazəsi ilə və onun tərəfindən öz fitrəsini versə, ev sahibinin öhdəsindən götürülür. 2-Fəqirin fitrə zəkatı: Məsələ-228: Əgər fəqir olsa, fitrə zəkatı vermək ona vacib deyildir. …
3-Dolanışıq xərclərini təmin edən qadının fitrə zəkatı: Məsələ- 229: Əgər qadın ərinin və başqasının çörək yeyəni olmasa, qadının özü fitrə zəkatını verməlidir. 4-Naşizə qadının (Ərin haqlarına riayət etməyən qadın) fitrə zəkatı: Məsələ-230: Ər onun fitrə zəkatını verməlidir. Ancaq əgər qadın başqasının çörək yeyəni olarsa, onun fitrə zəkatı ərin öhdəsindən götürülər. 5-Ərin fitrə zəkatı verməməsi, zövcənin və övladın vəzifəsi: Məsələ-231: Onların bir vəzifəsi yoxdur və fitrə zəkatı vermələri lazım deyildir. (Cənab Rəhbər Həzrət Ayətullah Xameneinin fitvaları əsasında)


Fitrə zəkatının anlamı nədir?


Fitrə zəkatının anlamı nədir? Fitrə, lüğətdə bir neçə mənaya işlənilir. Bunlardan ən əhəmiyyətliləri yaradılış və İslamdır. Termin baxımından isə hər müsəlmanın özü və yemək verdiyi adamın zəkatını layiq olan kəslərə verməsidir. Fitrə Zəkatının verilmə zamanı isə Ramazan Ayının son günü günəş batmamışdan, Fitrə Bayramının günorta saatına qədərdir. Bu cür maliyyə hüquqların verilməsi cisim (yaradılış) və ruhun salamat və səhhətinə səbəb olduğundan, ona bədənin zəkatı və ya fitrə deyirlər. İslam mənasında da istifadəyə gəlincə fitrə zəkatı, İslamın gərəklərindəndir; bundan ötəri əgər kafir biri fitir bayramı axşamı günəş batandan əvvəl Müsəlman olursa ondan bu vacib əməl götürülməz, onu yerinə yetirmək məcburiyyətindədir. Zəkat iki qisimdir: Malın zəkatı və fitrə zəkatı. Malın zəkatı doqquz yerdədir, bunlar: Buğda, arpa, xurma, ... Fitrə Zəkatı, hər bir adam üçün xalqın ümumisinin yeməyindən üç kilo qədərinin yəni, xalqın əksəriyyəti ümumiyyətlə nə yeyirsə o yeyilən şeydən üç kilo qədər bir adamın fitrə zəkatı olaraq sayılmaqdadır. Bunlar da ümumiyyətlə buğda, arpa, xurma, çörək, kişmiş, düyü, və bunun kimi şeylərdir. Fitrə Zəkatı, Sünni və Şiənin qəbul etdiyi məsələdir. və dini ədəbiyyatda onun üçün bir çox hikmət və faydalar sadalanıb. Bunlardan bəziləri; orucun təkmil və qəbul olması, cisim və bədənin səhhət və salamatlığını zəmanətə almaq, ruhu pis və çirkin əxlaqdan təmizləmək, insanın ölümdən qorunması və malın zəkatıdır, təkmil edilməsidir.


Saqqal saxlamağın hikmət və faydaları nədir?


Saqqal saxlamağın hikmət və faydaları nədir? İslam dinində vacib buyurulan və dini rəhbərlər tərəfindən tövsiyə olunan məsələlərdən biri də saqqal saxlamaqdır.
A) İlk öncə saqqalı təraş etməyin haramlığının səbəbləri haqda buyurulmuş hədisləri qeyd etmək istəyirik:
1-Allah-Taalanın hökmü; Saqqalı təraş etməyin haram olmasının səbəblərindən biri Allah-Taalanın Peyğəmbərə (s) əmridir. Peyğəmbər (s) bu haqda buyurdu: Allahım mənə saqqal saxlamağı və bığları azaltmağı əmr edib. 2-Yəhudilərə və məsihilərə oxşamaq; Məhəmməd (s) peyğəmbər bu haqda buyurub: Bığlarınızı azaldın və saqqallarınızı uzaldın. Özünüzü yəhudilərə oxşatmayın.
B) Saqqal saxlamağın faydaları: 1-Saqqal əzəmət və mərdlik nişanəsidir; İmam Sadiq (ə): “İnsanın üzündə tükün çıxması onun kişiliyinin, əzəmət və heybətinin nişanəsidir. Tük kişinin uşağa və qadına oxşamasının qarşısını alır”. 2-Kişilərin zinəti. İmam Rzadan(ə): “Saqqal saxlamaqda nə üstünlük var ki, kişilərin saqqalı var, amma qadınların yoxdur?” İmam (ə) buyurdu: “Allah-Taala saqqalı kişilərə zinət olaraq verib. Saqqal kişilər üçün bir fəzilətdir. Kişilər saqqal vasitəsilə qadınlardan seçilirlər”.


Həzrəti Əli ibn Əbi Talibin (ə) ən böyük dərdi nə idi?


Həzrəti Əli ibn Əbi Talibin (ə) ən böyük dərdi nə idi? Tarixin fəxri olan Əlinin (ə) ən böyük dərdi: Onun məqamının tanınmaması, eləcə də onu dərk edən şəxslərin çevrəsində olmaması idi.
Təəssüflər olsun ki, Həzrəti Əli (ə) o böyük məqam sahibi hələ də öz şiələri arasında tanınmamış və qəbul olunmamışdır, qalmışdı ki, başqa məzhəblərin davamçılarının onu tanımasına. A)- -Həzrəti Əmirin (ə) haqqında hələ də çox açıqlanmayan məsələlərdən biri də o həzrətin təklik məsələsidir. O elə bir şəxsiyyət idi ki, bir məbuda və bir sönsüz kamalata aşiq idi. Ondan başqasının ardınca deyildi. Onu düşünməyəndə özünü yapa-yalnız hiss edərdi. İnsan hər nə qədər insanlıq məqamında ucalmağa doğru gedir daha çox yalnız olduğunu hiss edir. Yaşadığı cəmiyyət və dövürdən uzaqlaşır. Dahi şəxsiyyətlərin həyatını oxuyanda da bu mənanı daha da çox dərk etmək mümkündür. Dahilərin ən əsaslı simalarından biri budur ki, öz zamanlarında tanınmaz və tək olduqlarını hiss edirlər, B) Əli (ə) sakitçiliyi çevrəsi üçün dərd olurdu. Sözü ibrət və danlaq olurdu. O Əli (ə) ki səhabələri kənarında rahatlıq tapa bilməzdi Mədinənin o qaranlıq və sakitli gecələrində insanlardan uzaqlaşar və quyuya üzünü tutub dərdini söyləyərdi. İmamın elə bir səhabəsi yox idi ki, onun üçün hikmət bulağından danışa, eşidən qulaq (itaət edən) şəxs yox idi ki, ona sözlərini (yol göstərsin) desin, onu başa düşən yox idi. Əlini (ə) bu aləmə bağlayan yeganə səbəb isə onun İlahi vəzifə və risaləti idi ...


İmam Əli (ə) qeyri-müsəlman düşüncə sahiblərinin baxışı ilə hansı fəzilətləri ilə mədh olunur?


İmam Əli (ə) qeyri-müsəlman düşüncə sahiblərinin baxışı ilə hansı fəzilətləri ilə mədh olunur? Bir neçə qeyri-müsəlman alimlərin Həzrət Əli (ə) barəsindəki sözlərini əziz oxculara təqdim etmək fikirindəyik.
1-Böyük məsihi alimlərindən Cubran Xəlil: “Fikrimcə Əli (ə) (Peyğəmbərdən (s) sonra) ərəb qövmü içində elə bir kişidir ki, bütün kamillik fəzilətlərini öz qövmünə ötürdü. Onların qulağına bu vaxta kimi eşitmədiklərini çatdırdı. Onun yolunu bəyənənlər sağlam fitrətə geri döndülər. 2-Şəbli Şamil Darvin məktəbinin seçilmiş şagirdlərindən, deyir: “Şərq və qərb Onun çıxışları kimisini indiyə qədər görməyib.” 3-Livanlı məsihi alim Mixail Nəimə yazır: “Əlinin (ə) pəhləvanlığı yalnız döyüş meydanında olmayıb. O, aydın baxışlı, pak qəlbli, bəlağətli, gözəl əxlaqlı, imanlı, zülm görmüşlərin və kimsəsizlərin köməyi, haqq və düzgünlüyə tabe olan şəxsiyyət və ümumiyyətlə bütün sifətlərdə pəhləvan idi. 4-Məşhur Livanlı məsihi Corc Cordaq yazır: “Ey dünya, nə olardı ki, bütün qüvvəni toplayaraq yenidən Əli (ə) kimi ağıllı, həmin qəlbə, həmin dil və qılınca sahib olan şəxsiyyət yetişdirəydin.” 5-İngilis filosofu Karl Layl deyir: “Biz Əlini (ə) sevməyə və eşq bəsləməyə bilmərik.Çünki biz sevdiyimiz bütün yaxşılıqlar Əlidə (ə) cəmlənib. 6. Belçikalı keşiş Lamens ərəb dili və tarixi üzrə bir mütəxəssis idi. O, ...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter