Kompyuter və sağlamlıq haqda professorlərin baxış və məsləhətləri nələrdir?


Kompyuter və sağlamlıq haqda professorlərin baxış və məsləhətləri nələrdir? Kompyuter və sağlamlıq haqda baxış və məsləhətlər:
Kompyuterdən yanlış və hədsiz istifadə insan orqanizmi üçün olduqca zərərlidir. Kompyuter arxasında fasiləsiz və qaydalara əməl etmədən vaxt keçirməyin axırı bədəndə quruma, göz ağrısı, əzələ ağrıları, qol ağrıları, boyun və bel ağrıları, baş ağrısıdır.
Kompyuter arxasında sutkada 2 saatdan artıq əyləşən adamlarda “kompyuter göz sindromu” yaranması ehtimalı böyükdür. Kanadalı professor Cenefer Eşton bu barədə yazır: “CVS deyilən sindrom kompyuter və başqa elektron cihazlardan hədsiz istifadədən yaranır. Bu sindromun əsas əlaməti göz yorğunluğu, ümumi yorğunluq və davamlı baş ağrılarıdır.”
Kompyuterdən istifadə edənlərə məsləhətlər: 1)=İşlədiyiniz kompyuterin monitoru, stol və kreslo standarta uyğun olsun; 2)=10 dəqiqədə bir dəfə gözlərinizi qırpın; 3)=20 dəqiqədə bir dəfə 6 metrlik məsafədə olan nöqtəyə gözlərinizi zilləyin; 4)= işıq başınız üzərində olsun və iş stolunu əhatə etsin; 5)=30 dəqiqədə bir dəfə ayağa qalxıb dartının və dərindən nəfəs alın...


Yuxuya mane olan beş əsas səbəb nələrdir?


Yuxuya mane olan beş əsas səbəb nələrdir? Yataq otağında istilik 21 dərəcədən yuxarıdırsa, bu yataq otağı yox, sobadır.
İndi isə yuxusuzluğun əsas səbəblərini nəzərdən keçirək:
1.Gec qidalanma: Gecə dadlı xörəkdən imtina etmək çətin olsa da istəklərinizə qalib gəlməlisiniz. Gecə yağlı xörək yuxusuzluğa açılan ilk qapıdır. Yatmazdan ən azı 3 saat qabaq yeməyi dayandırmaq lazımdır. 2.Normadan artıq işıq: Yatdığınız otağın qaranlıq olmasına çalışın. İşıq qıcıqlanma yaradır və yuxunu pozur. 3.Yatmazdan qabaq televizor və ya kompyuter qarşısında oturmaq da yuxuya kömək etmir. Yatmazdan qabaq həyəcanı aradan qaldıran, sakitləşdirən işlər görmək, məsələn kitab oxumaq yuxuya kömək edir. 4.Yataq otağının temperaturu: Əgər yataq otağında istilik 21 dərəcədən yuxarıdırsa bu yataq otağı yox, sobadır. Yüngül geyinmək və otağın temperaturunu 21 dərəcədən aşağı salmaq lazımdır. 5.Yuxu vaxtı: İnsanda bioritm deyilən bir tənzimləmə var. Yuxu vaxtı dəqiq müəyyən edilməlidir. Çalışın təyin etdiyinz vaxt yatağa girin. Buna uşaqlıqdan adət etmək lazımdır.


Həzrət Loğmanın baxışında dünyanın əsil ləzzəti nələrdir?


Həzrət Loğmanın baxışında dünyanın əsil ləzzəti nələrdir? Peyğəmbərlər səhabəsi olan Həzrət Loğmanın baxışında dünyanın əsl ləzzətləri:
Bir gün Loğman oğluna müraciətlə dedi:
-Sənə 3 tövsiyəm var, əməl etsən xoşbəxt olarsan. Əvvəla, dünyanın ən dadlı xörəklərindən ye. İkincisi ən rahat yataqda yat. Üçüncüsü, ən gözəl evdə yaşa.
Oğlu atasına təəccüblə baxıb dedi:
-Ata, axı biz yoxsul bir ailəyik, sənin dediklərin bizim üçün xəyaldır.
Loğman gülümsündü:
-Əgər bir az gec və bir qədər az yesən, yediyin xörək sənin üçün ən ləzzətli xörək olacaq. Əgər çox işləyib bir qədər gec yatsan, inan ki, yatağın ən rahat yataqdır. İnsanların qəlbində yerin olsa, dünyanın ən gözəl mənzilinə sahib olmusan.


İnsan həyatında 7 əməli çox qınanılasıdır?!


İnsan həyatında 7 əməli çox qınanılasıdır?! Həzrət İmam Riza (ə) buyurdu: İnsan həyatında 7 əməl çox qınanılasıdır:
1-O kəs ki istiğfar edə, amma qəlbən peşiman olmaya özünü lağa qoyubdur;
2-Eləcə də bir şəxs Allahdan tövfiq və kömək istəyə, amma çalışmaya;
3-Allahdan behişt istəyə, amma çətinliklər qarşısında səbr etməyə;
4-(Allahın Cəhənnəm) əzabından sığınacaq istəyə, amma dünya ləzzətlərindən əl çəkməyə;
5-Ölümü yada sala, amma onun üçün hazırlıq görməyə (saleh əməllər toplamağa çalışmaya);
6-Allahı yad edə, Ölümdən qaçmağa çalışa (yəni ölməyi xoş qarşılamaya);
7-Günaha israrlı ola (ömrünü günahlarla keçir), və tövbəsiz Allahın bağışlaması istəyə. Nəsayeh kitabı, səh: 274


İmam Əlidən (ə) 4 sual və həzrətin mükəmməl cavabı.


İmam Əlidən (ə) 4 sual və həzrətin mükəmməl cavabı. Bir şəxs İmam Əli (ə) deyir. sizə 4 sualım var. həzrət buyurdu. 40 sualın olsada buyur soruş.

=Şəxs soruşdu: 1-Dedi: Vacib nədir? vacibdən də vacib nədir? 2-Yaxın nədir? və ən yaxın nədir? 3-Qəribə nədir, və qəribədəndə qəribə nədir? 4-çətin nədir və ən çətin nədir?
= Həzrət cavab verdi: 1-Allaha itaet etmək vacibdir, ondanda vacibi günahı tərk etməkdir. 2-Qiyamət yaxındır, ondanda yaxını ölümdür. 3-Dünya qəribədir, ondan da qəribəsi dünyaya bağlanmaqdır. 4-Qəbr əzabı çətindir, ondan da çətini azuqəsiz dünyadan getməkdir. \"Nəsayih\" kitabı, səh: 213


Sağlamlıq üçün 20 məsləhət


Sağlamlıq üçün 20 məsləhət Sağlamlıq üçün 20 məsləhət
1. Hər gün eyni vaxt yatmaq və oyanmaq. 2. Səhər, günorta və axşam yeməyinin vaxtına diqqət yetirmək, 3. Ən azı 8 saat yatın. 4. Yatmazdan əvvəl təmiz hava alın. 5. Gün ərzində ən azı 1500 ml su için. 6. Hər gün meyvə, tərəvəz yeməyə çalışın. 7. Gecə yatmazdan əvvəl bir stəkan qatıq için. 8. Gün ərzində internetdən ən çoxu 2 saat istifadə edin. 9. Xarici görkəminizə fikir verin. 10. Səhərlər qaçın. 11. İdmanla məşğul olun. 12. Gülümsəyin. 13. Hər gün 5 yeni söz öyrənin. 14. Hər gün otağınızı səliqəyə salın və bitkilərə qulluq edin. 15. Səhər idmanı ilə məşğul olun. 16. Hər gün yeni bir şey öyrənməyə səy göstərin. 17. Mütaliə edin. Hər gün ən azı 10-15 səhifə oxuyun. 18. Pula qənaət etməyi öyrənin. Bu bir günün işi deyil. 19. İnsanlara gözəl sözlər və komplimentlər deyin. 20. Yalnız yaxşı şeylər haqda düşünün.


Yemək yedikdən sonra vərdiş halını almış 7 şeydən çəkinin!


Yemək yedikdən sonra vərdiş halını almış 7 şeydən çəkinin! Yemək yedikdən sonra bunları etməyin:
Yemək yedikdən sonra bəzi vərdiş halını almış işlərimiz var, çay içmək, siqaret çəkmək və s. Bunların sağlamlığımız üçün nə qədər təhlükəli olduğunu bilirsinizmi?
1. Siqaret çəkməyin: Çünki xərçəng xəstəliyinə yoluxma riskini artırır. 2. Meyvə yeməyin: Yeməkdən dərhal sonra yeyilən meyvə mədəmizin hava ilə dolmasına səbəb olur. 3. Çay içməyin: Çay qəbul etdiyimiz qidalardan aldığımız proteinlərin gec həzm olunmasına və alınan vitaminlərin tam faydalı olmasına mane olur. 4. Kəmərlərinizi açmayın: Çünki bağırsaq xəstəliklərinin yaranmasına səbəb olur. 5. Gəzintiyə çıxmayın: Çünki qəbul etdiyimiz qidaların rahat həzm olunmamasına, yəni yediyimiz yeməyin faydalı olmayacağına gətirib çıxarır. 6. Duş qəbul etməyin: çünki həzm sisteminə zərərlidir. 7. Dərhal yatmayın: Bu həzm sisteminin yetərincə işləməməsinə, bağırsaq iltihablanmasına və mədə narahatlığına səbəb olur.


Rəftarla sevgini göstərməyin yollar hansılardır?


Rəftarla sevgini göstərməyin yollar hansılardır? Rəftarla sevgini göstərməyin yolları:
1- Hədiyyə alırsan. İmam Sadiq (ə): “Bir-birinizə hədiyyə verin və bu yolla bir-birinizə sevgi göstərin ki, hədiyyə kini aradan aparar”.
2- Xoş əxlaq göstərirsən. İmam Baqir (ə):“Yaxşı iş görmək və xoş üz göstərmək – sevgini cəlb etmək mənbəyidir”.
3- Yaxşı adla çağırırsan. Həzrət Peyğəmbər (s): “Üç şey insanın müsəlman qardaşına olan sevgisinə səfa verər: a). Nə zaman onu görsə, xoş üzlə rəftar edər. b). Nə zaman qardaşı onun yanına gəlmək istəsə, onun üçün yer açar. c). Ən çox sevdiyi adla onu çağırar”. 4- Əl vermək. Həzrət Peyğəmbər (s) buyurur: “O zaman ki, müsəlmanlar rastlaşar, bir-birinə əl verərlər, Allah onların günahlarını tökər, necə ki, yarpaq ağacdan tökülər”. İmam Sadiq (ə) buyurur: “Bir-birinizə əl verin ki, əl vermək kini aradan aparar”. 5- Səxavət. 6-. Təvazökarlıq. 7- Sədaqət. 8- Hüsnü-zənn. (yəni başqalarının işlərini yaxşıya mənalandırmaq) 9- İnsaf. 10- Ehtiram. 11- Sevgini yazılı bildirmək.


Peyğəmbərdən (s) qardaşlıq haqda mükəmməl haqqlar resepti


Peyğəmbərdən (s) qardaşlıq haqda mükəmməl haqqlar resepti Həzrət Peyğəmbər (s) buyurur: “Müsəlmanın müsəlman qardaşı üzərində 30 haqqı vardır ki, gərək əda edilsin:
1. Əfv və mehribanlıq. 2. Sirrini gizlətmək. 3. Səhvinin yerini doldurmaq. 4. Üzrünü qəbul etmək. 5. Pis niyyətlilər qarşısında müdafiə etmək. 6. Xeyirxahlıq.
7. Vədələrə əməl etmək. 8. Xəstə olan zaman ziyarət etmək. 9. Cənazəsini müşayiət etmək. 10. Onun dəvət və hədiyyəsini qəbul etmək. 11. Hədiyyəsinin qarşılığını vermək. 12. Din qardaşı tərəfindən əldə etdiyi nemətlərə görə ona təşəkkür etmək. 13. Ona yardım etmək üçün səy göstərmək. 14. Namusunu qorumaq. 15. Hacətini yerinə yetirmək. 16. Çətinliyini həll etmək üçün vasitəçi olmaq. 17. İtirdiyi şeylərə görə ona yol göstərmək. 18. Asqırmağına cavab vermək. 19. Salamına cavab vermək. 20. Onun sözünə hörmət qoymaq. 21. Ona yaxşı hədiyyə almaq. 22. Andını qəbul etmək. 23. Onun dostunu dost bilmək və onunla düşmənçilik etməmək. 24. Onu hadisələr zamanı tək qoymamaq. 25. Özü üçün istədiyini onun üçün də istəmək...”


Qara ciyərdə xəstəliyin olmasını necə bilmək olar?


Qara ciyərdə xəstəliyin olmasını necə bilmək olar? Qara ciyərdə xəstəliyin olması:
Sağ qabırğaaltı nahiyyədə ağrıların olması, qara ciyərin hər hansısa patoloji prosesə məruz qalmasının əlamətidir.
Əksər hallarda kəskin hepatit (viruslu və ya toksik) və qara ciyər sirrozu zamanı dərinin, skleranın (gözün ağlı qişası), dilin saralması qeyd edilir. Bəs, bu cür saralmanın səbəbi nədir? Məsələ bundadır ki, qara ciyərin normal fəaliyyəti pozulduğu halda, qanda, zülalların parçalanma məhsulu olan bilirubinin miqdarı artmağa başlayır ki, bu da dərinin, skleranın və selikli qişaların saralmasına səbəb olur. ...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter