Nəfsin tərbiyəsi mümkündürmü?


Nəfsin tərbiyəsi mümkündürmü? Vəhşi heyvana təlim vermək olursa, nə üçün ümidimizi itirək?!
Şəriət nəfsin cilovlanması üsullarını öyrədir. Əvvəlcə azğın nəfsin cilovlanmalıdır!
Həzrət Əli (ə) buyurur ki, azğın nəfsin cilovlanması fəzilətli ədəblərdəndir. Şəhvətin, qəzəbin qarşısının alınması tərbiyədə mühümdür. Tərbiyə prosesində bu ilk addımdır. Nəfs ağıldan uzaq və qeyri-şəri işə meyl etdikdə onun qarşısı alınmalıdır. Nəfs yaxşı işdən üz çevirir, pis işə meyil göstərir. Onda həm rəğbət, həm ikrah var.
Mərhum ustadlar buyurur ki, şəhvət və qəzəbin azadlığının məhdudlaşdırılması elə onları cilovlamaqdır. Bu azğın qüvvələrə cilov vurulmalıdır ki, insanı uçuruma aparmasın. İstəklərə hədd qoyulması peyğəmbərlərin işidir
İmam Rahil buyurur: “Peyğəmbərlərin məqsədi nəfsin tərbiyəsi, istəklərə hədd qoyulmasıdır.” Bəli, bütün peyğəmbərlər nəfsin tərbiyəsi üçün gəlib. Əsas məsələ sərhədlərin təyin olunmasıdır.


Həzrət İsanın (ə) nəfsin tərbiyəsi haqda hədisi


Həzrət İsanın (ə) nəfsin tərbiyəsi haqda hədisi Uşaqlıq dövründən sonra nəfsin tərbiyəsi çox çətindir!
Uşaqlıq mühiti ailədə keçir. Ailə mühitində tərbiyə asan olur. Ailə mühitində tərbiyə olmayan uşaqda həvayi-nəfs, azğın nəfs qüvvələri güclənir, onun tərbiyəsi çətinləşir. Həzrət İsa (ə) buyurur ki, azğın nəfsə qalib gəlmək istəyən adamın işi bir şəhəri təkbaşına fəth etmək istəyən insanın işindən çətindir.
İş bir yerə çatır ki, bir heyvani istəyi cilovlamaq bir şəhəri fəth etməkdən çətin olur. Biz çalışmalıyıq ki, tərbiyə prosesinin ailə mühitinə aid olan hissəsini ən üstün şəkildə yerinə yetirək. Ailə mühitində olan uşağa hələ ki, nəfs qüvvələri qalib gəlməyib, onları tənzimləmək mümkündür.


Ayətullah Cavadi Amuli hansı sözü eşitməmək üçün qulaqlarını tutdu?


Ayətullah Cavadi Amuli hansı sözü eşitməmək üçün qulaqlarını tutdu? Ayətullah Cavadi Amuli ağa onu tərif edən şəxsin sözünü eşitməmək üçün qulaqlarını tutdu!
Ayətullah Cavadi Amulinin mazandaranlı universitet tələbləri ilə görüşü zamanı maraqlı hadisə baş verib. Görüş zamanı çıxış edən seyid bir ruhani Ayətullah Amulini tərifləməyə başlayıb. Bu tərifləri eşidən Ayətullah Amuli başını narazılıq əlaməti olaraq sağa-sola çevirib və sonra əlləri ilə qulaqlarını tutub.
Böyük alim bir qədər sonra tələbələr qarşısında çıxış edərkən açıq şəkildə bildirib ki, tərif insanlar üçün bir təhlükədir. Əgər kimsə özü barədə tərifləri ciddi qəbul edərək bu sözlər üçün sevinsə, özünü həlak etmişdir.


İnsan ruhunun 4 çətin sıxıntı anında İmam Sadiqin (ə) göstərişləri


İnsan ruhunun 4 çətin sıxıntı anında İmam Sadiqin (ə) göstərişləri Həzrət İmam Sadiq (ə) buyurur: Təəccüb edirəm o şəxsdən ki, 4 şeydən qorxur amma bu 4 kəlmələrə sığınmır:
1-Təəccüb edirəm o şəxsdən ki, qorxu ona qələbə çalmış, necə olur ki, bu zikrə sığınmır: \"Həsbunallah və Niməl-vəkil\" Ali-İmran sur, ayə: 173,
2-Təəccüb edirəm o şəxsdən ki, qəmgin və üzgünlük ona qələbə çalmışdır, necə olur ki, bu zikrə sığınmır: \"La ilahə illa ənt, sübhanəkə inni kuntu minəz-zalimin\" Ənbiya, s. ayə: 87, Necə ki Yunis Peyğəmbər (ə) bu zikrlə balığın qarnından nicat tapdı Ənbiya/88.
3-Təəcccüb edirəm o şəxsdən ki, ona qarşı hiyləgərlik olub, necə olur ki, bu zikrə sığınmır: \"Ufəvvizu əmri ilallah, İnnallahə bəsirun bil-ibad\" Ğafir s. ayə: 44.
4-Təccüb edirəm o şəxsdən ki, dünya və onun gözəlliklərindən istəyir, necə olur ki, bu zikrə sığınmır: \"Maşə Allah la qüvvətə illa billah\".


İnsan günahlarının bağışlanmasına səbəb olan əməllər hansılardır?


İnsan günahlarının bağışlanmasına səbəb olan əməllər hansılardır? İnsan günahlarının bağışlanmasına səbəb olan əməllər:
1-Mömin qonağın hörmətini qorumaq, 2-Salavat demək, 3-Çoxlu səcdə etmək, 4-Qırmızı rəngli əqiq üzükdən istifadə etmək, 5-Müstəhəb oruclar tutmaq, 6-Ac bir insanı doydurmaq, 7-Müsəlmanın dəfn mərasimində iştirak etmək, 8-Xəstəni yoxlamağa getmək, 9-Xəstələnmək (səbəb olar ki insan səbr etməklə Allah qarşısında günahları silinsin), 10-Məscidin işığını yandırmaq, 11-Möminlə əl vermək, 12-Məscidi süpürmək.


Naməhrəmlə zarafatın cəzası rəvayətlərdə nə təyin edilib?


Naməhrəmlə zarafatın cəzası rəvayətlərdə nə təyin edilib? Naməhrəmlə zarafatın cəzası:
Allah Rəsulundan (s) nəql edilib ki; Hər kəs naməhrəm bir qadınla zarafat etsə, onunla dünyada danışdığı (zarafatyana) hər sözdən ötrü (məhşərdə) min il həbs edilər.
İmam Baqirin (ə) səhabələrindən olan Əbu Bəsir (r.ə) deyir: Bir qadına Quran dərsi deyirdim. Bir gün onunla bir az sözlə zarafat edib, zarafatyana sözlər dedim. Bir müddət sonra İmam Baqirin (ə) yanına getdim. Məni görən kimi dedi: Qadına nə dedin?
Əbu Bəsir davam edərək belə deyir: Mən utandığımdan üzümü örtdüm və İmam (ə) mənə “Bir də bu işi təkrar eləmə!” dedi. sizinyol.com/


Peyğəmbər (s) hədisində ölülәrin аrzusu nə olaraq tanıtdırılır?


Peyğəmbər (s) hədisində ölülәrin аrzusu nə olaraq tanıtdırılır? Peyğəmbərin (s) hədisində ölülərin arzusu:
“Hәr gün bir mәlәk qәbiristаn әhlinә хitаb еdir: Sizdәn bir kәsin аrzusu vә yа qibtә еtdiyi vаrmı? Оnlаr cаvаb vеrәrlәr: Biz nаmаz qılаnlаrа vә оruc tutаnlаrа qibtә еdirik ki, nә üçün biz dә оnlаr kimi bu әmәllәri yеrinә yеtirә bilmirik.
“Cәhәnnәmdә bir yеr vаrdır ki, cәhәnnәm әhli hәr gün istinin şiddәtindәn yеtmiş dәfә fәryаd еdirlәr. Hәzrәtdәn sоruşdulаr: Bu yеr kimlәrin yеridir? Buyurdu: Qurаn әhlindәn оlаn şәrаbхоrlаrın vә nаmаz qılmаyаnlаrın.”
“Nаmаz dinin sütunudur. Оnа görә dә hәr kim qәsdәn nаmаz qılmаsа, dinini mәhv еtmişdir.”


Sağlamlığa zərərli ibadət vardırmı?


Sağlamlığa zərərli ibadət vardırmı? Həzrət Məsumənin (s.ə) zəvvarına düzgün yola göstərməsi:
Mərhum Heydər Ağa Tehrani ləyaqətli şair və təqva ilə zinətlənmiş zahid olub. Onun “Ləməate-eşq” adılı kitabı var. Həmin divanda Xanım Məsumə mərsiyə və rövzələr var. O Qumda olduğu zaman çilə (ibadətlə məşğuldu) saxlayırdı. Ağa Tehrani heyvani mərtəbələri tərk etməyə müvəffəq oldu. O boş vaxtlarını Əhli-beytdən (ə) nəql olunmuş zikr və virdlərlə keçirirdi.
Gecələrin birində Ağa Tehraninin “Feyziyyə” mədrəsəsi ilə “Darul-şifanın” arasında yerləşən hücrəsində qızdırması şiddətli qalxır, o müvazinətini itirir. Özünü ölüm halında hiss edən Ağa Xanım Məsuməyə (s.ə) təvəssül edir. Röya aləmində bir cam su alaq, içdikdən sonar sağalır. Yenə də çoxsaylı zikrlərə üz tutur. Gecələrin birində röya aləmində Xanım Məsumənin (s) müqəddəs görüşünə nail olur. Xanım Ağa Tehraniyə buyurur: “Əgər Allahın razılığını istəyirsənsə yalnız vaciblərə riayət et. Müstəhəblərdən əl çək.” Mərhum Ağa Tehrani buyurur: Bu səbəbdən illərdir mən vird və zikr deməyi tərk etmişəm və mənə vacib olanları həyata keçirirəm. Aman, aman! Müqəddəs şəriətin buyurduqlarını əldən çıxarmayın. Çünki belə virdlər və zikrlər qəlbin paklanması və ilahi eşq yolunda qəlbin səfası üçün müəyyən həddə faydalıdır. Yəni ki, cismə zərər dəyməsin və ruhu solğunlaşdırmasın.


Xanım Məsumənin (s.ə) kəraməti Şeyx Cavad (r) və Ayətullah Mərəşi Nəcəfinin (r) dilindən


Xanım Məsumənin (s.ə) kəraməti Şeyx Cavad (r) və Ayətullah Mərəşi Nəcəfinin (r) dilindən Ayətullah Mərəşi Nəcəfi(r) və Şeyx Cavad Təbrizi(r) Xanım Məsumənin(s.ə) kəraməti barədə
1-Mərhum Ayətullah Şeyx Cavad Təbrizi nəql edir ki, Feyziyyədə(mədrəsədə) hücrədə qaldığım vaxtlar idi. Bir zaman oldu ki, çörək almağa belə imkanım olmadı və bir neçə gün ac qaldım. Bu vəziyyətdə yollandım Hz.Məsumənin(s.ə) hərəminə. Hərəmdə Xanım Məsuməyə(s.ə) belə ərz etdim: \"Bibi can! Biz sizə pənah gətirmişik. Bizim sahibimiz sizsiz. Biz sizin kərəm süfrənizin başında qərarlaşmışıq\". Bunları deyib hərəmdən çıxdım. Elə bu zaman gördüm kimsə məni azəricə səsləyir: Mirzə Cavad! Çöndüm və gördüm ki, Təbrizdən olan həmşəhərlilərimdəndir. Mənə dedi: \"Hardasan? Sənə bir az pul gətirmişəm. Bayaqdan səni gəzirəm ki, sənə verəm\".
Puları alıb hərəmə daxil oldum və Xanıma(s.ə) dedim: \"Bibi can! Çox sağ olun. Çox tez mərhəmət etdiniz. Bilirəm ki, bu pulları siz göndərmisiz\".
2-Mərhum Ayətullah Mərəşi Nəcəfi nəql edir ki, cavanlıq vaxtlarımda maddi vəziyyətim yaxşı deyildi. Qızımın cehizini almağa imkanım yox idi. Hz.Məsumənin(s.ə) hərəminə gedib ona təvəssül etdim. Gözüm yaşlı halda Xanıma(s.ə) müraciətlə dedim: \"Ey mənim seyyidəm və mövlam! Niyə mənim yaşayışıma diqqət etmirsiz? Axı, mən bu imkanla qızımı necə köçürəcəm?\"...


Naxçıvanlı cavanın Həzrət Məsumə (ə) hərəmində şəfa tapması


Naxçıvanlı cavanın Həzrət Məsumə (ə) hərəmində şəfa tapması Naxçıvanlı cavanın İmam Riza (ə) bacısı Həzrət Məsumə (ə) hərəmində şəfa tapması
Ayətullah Məkarim Şirazi buyururdular: “Sovetlər Birliyi dağılandan və müsəlmanların kommunizm ideologiyasından azad olunması ilə Naxçıvanda yaşayan müsəlman
camaatdan bir dəstəsi övladlarının Qumda oxumasını arzulayırdılar və bu müraciətlə müraciət etdilər.
Qumda dini təhsil almaq istəyən 300 nəfərdən 50 nəfəri qəbul olundu. Qəbul olan tələbələrin arasında istedadlı amma bir gözündə çaşlıq olan bir gənc var idi.
Tələbə karvanının Quma yola salınması münasibəti ilə çəkiliş aparılırdı. Çəkiliş aparan şəxs hər hansı bir niyyətlə kamerasını gözündə çaşlıq olan oğlanın gözünə tutur, oğlanın bu göz eybi bütün insanlara aşkar olur. Cavan oğlan bu mənzərəni görəndə çox narahat olur və Həzrəti Məsumənin ziyarətində təvəssül edir. yuxuya gedir. Yuxuda bəzi hadisələrin baş verdiyini görür, oyandıqda gözündəki eybin aradan getdiyinə şahid olur.
Şəfa tapmış oğlan Qumda təhsil aldığı mədrəsəyə qayıdır, onunla Naxçıvandan təhsil almaq üçün gələn dostları bu Həzrəti Məsumənin kəramətini görürkən, hamılıqla İmam Riza (ə) bacısının ziyarətinə gedirərək çoxlu dua və təvəssülə məşğul olurlar.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter