Imam Sadiqin (ə) oğlu İmam Kazimə (ə) tapşırıqlarından...


Imam Sadiqin (ə) oğlu İmam Kazimə (ə) tapşırıqlarından... İmam Sadiqin (ə) oğlu İmam Museyi Kazimə (ə) tapşırıqları:
1-Ey oğlum! Xalqı kiçik sayma ki, səni kiçik sayarlar. Sənə köməyi olmayan, səni alçaldan yerlərdən uzaq ol. Söz xeyrinə də olsa, zərərinə də olsa, haqdırsa onu de. Ey oğlum! Ziyarət edirsənsə ən üstün olanları ziyarət et, günahkarların görüşünə getmə, onlar sussuz çeşmə, yarpaqları cücərməyən ağac, bərəkətsiz torpaqdır..
2-İmam Sadiq (ə) cəmiyyətdə qardaşlığa böyük əhəmiyyət verir bu barədə tövsiyələrini bildirirdi:
- Kimdə üç xasiyyət olsa bu şəxsə münasibətdə dörd iş vacibdir. Ünsiyyətdə zülm etməsin, danışanda yalan danışmasın, vəd verəndə vədinə xilaf çıxmasın. Bu zaman xalqın öhdəsinədir ki, onun ədalətini aşkarlasın, müruvvətini kamala çatdırsın, onunla qardaşlıq etsin, onun qeybətinə yol verməsin...
-İmam Sadiq (ə) tövsiyə verir ki, xalqa əhəmiyyət verməsən xalq da sənə əhəmiyyət verməz; bir yerə getməyin sənə hörmət gətirməyəcəksə, səni alçaldacaq...


İmam Sadiqin (ə) dilindən mənəvi müvəffəqiyyətin 25 yolu


İmam Sadiqin (ə) dilindən mənəvi müvəffəqiyyətin 25 yolu İmam Sadiqin (ə) dilindən mənəvi müvəffəqiyyətin 25 yolu:
1) Behişti axtardım nəhayət onu, bağışlamaq və alicənablıqda tapdım;
2) Və sağlamlığı və doğruçuluğu axtardım nəhayət onu, (özünü islah etmək üçün müsbət) kənara çəkilməkdə tapdım;
3) Və (yaxşı) əməllərin ağır gəlməsi yolnu axtardım nəhayət onu, Allah-Taalanın yeganəliyinə və İslam Peyğəmbərinin (s) risalətinə şəhadət verməkdə tapdım;
4) Və Behiştə sürətlə daxil olmaq yolunu axtardım nəhayət onu, bütün əməllərin xalis Allaha xatir görülməsində tapdım;
5) Və ölümü gülərüzlə qarşılamaq yolunu axtardım nəhayət onu, Allah razılığına görə əvvəlcədən Axirətə sərvət (yaxşı əməllər) yollamaqda tapdım;
6) İbadətin şirinlik yolunu axtardım nəhayət onu, günahın tərk olunmasında tapdım;
7) Qəlbin yumşalması yolunu axtardım nəhayət onu, orucluq vasitəsi ilə aclıq və susuzluqda tapdım;
8) Qəlbin nurani olmasını axtardım nəhayət onu, təfəkkür edib (Allah qorxusundan) ağlamaqda tapdım;
9) Siratın köprüsündən asanlıqla keçmək yolunu axtardım nəhayət onu, sədəqə verməkdə tapdım;
10) Çöhrənin nurani olması yolunu axtardım nəhayət onu, gecə namazında tapdım; ...


İmam Sadiqin (ə) hindli həkimə insan vücudunun quruluşu haqda söhbəti


İmam Sadiq (ə) Hindli həkimdən İnsan bədənin quruluşu haqda nələr bilirsən: Hindli həkim dedi: İnsan bədəninin quruluşu haqda məlumatsızam! İmam (ə) buyurdu:
-“Baş sümüyü bir neçə hissədən ibarətdir. Əgər belə olmasaydı, viran olardı. Bir neçə hissə olduğu üçün gec sınır.
- Saç başın yuxarısında yerləşir, çünki onun kökündən beyinə yağlar tökülür və saçların baş tərəfi deşikdir. Buxar oradan bayıra çıxır. Beyinə daxil olan soyuqluq və istilik onunla dəf olur.
- Alında tük olmur, çünki gözə aydınlıq verir.
- Alında olan qırışlar isə başdan tökülən tərin gözə düşməsinə mane olur. Çaylar kimi ki, yer üzərindəki suları özündə saxlayır.
- Qaşlar gözün üstündə yerləşir ki, nur kifayət qədər onlara çata bilsin.
- Burun gözlərin arasında yerləşir ki, nuru hər ikisinin arasında bərabər bölsün...


Bəsirətli mübariz hansı xüsusiyyətlərə malik olmalıdır?


Bəsirətli mübariz hansı xüsusiyyətlərə malik olmalıdır? Bəsirətli mübarizin xüsusiyyətləri:
Belə bir insan Quran və sünnəyə əsaslanan İslam və şiə mərifətinə istinad etməlidir. Bəsirətli mücahid öz milli kimliyini möhkəmləndirir, müstəqildir, və bu kimliyi dindən ayrı görmür. Bəsirətli mücahid ədalət tərəfdarıdır. Ədalət şiə ruhiyyəsindən ayrılası bir dəyər deyil. Hazırki şəraitdə bəsirətli mücahid imperializmə qarşıdır. Bu imperializm şeytan və küfrün modern təcəssümüdür. Bəsirətli mücahid heç bir gücə bağlı deyil və öz ölkəsini də asılı etmək istəmir. Bəsirətli mücahid böyük məqsədlər ardıncadır. Bəsirətli mücahid əxlaqlıdır, mənəviyyatçıdır. O əxlaqi azğınlıqlardan uzaqdır.
Cənab Rəhbərin buyuruğuna əsasən: Bəsirətli mücahid o şəxsdir ki, bugünkü ideoloji müharibədə öz etiqadını, müstəqilliyini, ideallarını müdafiə edə bilsin.


İnsan vücuduna zərərli olan şəriətdə məkruh əməllər:


İnsan vücuduna zərərli olan şəriətdə məkruh əməllər: İslam şəriətində məkruh buyurlmuş insan bədəninə ziyanlı şeylər:
1-Axşam cağı ayaq üstə su içmək,
2-Nahar və axşam vaxtı arasında yeməklər,
3-Çox yemək,
4-Axşam yeməyi yeməmək,
5-Yemək yeyən zaman su içmək,
6-Bişməmiş əti yemək,
7-Günəş altında əyləşmək,
8-Nərdibanlardan istifadə etmək,
9-Çox su içmək,
10-Nəmişli yerdə oturmaq, ...


İnsan vücuduna xeyirli olan şəriətdə müstəhəb əməllər:


İnsan vücuduna xeyirli olan şəriətdə müstəhəb əməllər: İnsan vücuduna xeyirli olan şəriətdə müstəhəb əməllər:
1-Oruc tutmaq,
2-Ağız suyunu məscidə atmaqdan çəkinmək,
3-Gün ərzində ayaq üstə su içmək,
4-Az yemək,
5-Səfərə çıxmaq,
6-Yeməyi udmazdan öncə yaxşı çeynəmək,
7-Yeməkdən doymazdan öncə əl çəkmək,
8-Acmamış yemək yeməkdən çəkinmək,
9-Hər meyvəni öz fəslinin əvvəlində yemək,
10-Az su içmək, ...


Peyğəmbər (s)-ın baxışında axır-zaman insanların imanlarının dəyişməsi!


Peyğəmbər (s)-ın baxışında axır-zaman insanların imanlarının dəyişməsi! Həzrət Peyğəmbər (s) buyurur elə bir zaman gələcək ki insanların imanında böyük dəyişiklik baş verəcək. və İnsanlar həqiqi xoşbəxtliyə səbəb olan inanc və əməllərdən uzaq gəzəcəklər. Həzrət (s) buyurur:
\"Bir vaxt gələcək mənim ümmətim beş şeyə əlaqə bəsləyib və beş şeydən uzaq gəzəcəklər:
1-Ümmətimdən bir dəstə dünyanı sevib ona bağlaraq axirəti unudacaqlar;
2-Həyata elə bağlacaqlar ki, yaşamaq məhəbbəti onların ölümü unutmasına səbəb olacaq;
3-Qəsrləri sevib, rifahda yaşamaq üçün o qədər çalışacaqlar ki daimi yerləri olacaq qəbirləri yaddan çıxaracaqlar;
4-Dünya malını sevib Allahın, nemətlərin haqqında soruşmasını unudacaqlar; (necə ki Əli (ə) buyurur: Dünyanın nəyii ilə fərx edim ki halalında hesab var, haramında isə əzab);
5-Məxluqu sevib (onların razılığını qazanmaqda ifrata varacaqlar), Xaliqini unudacaqlar.


Cəhənnəmə girəcək 25 dəstə insanlar kimlər olacaqlar?


Cəhənnəmə girəcək 25 dəstə insanlar kimlər olacaqlar? Cəhənnəmə girəcək 25 dəstə insanlar:
1) \"Allaha şərik qoşanlar.\" Ğafir 73, 76
2) \"Allaha və Rəsuluna asi olanlar.\" Nisa 14
3) \"Axirəti inkar edənlər.\" Əraf 44, 45
4) \"Ayələri yalan sayıb onlara təkəbbürlüklə yanaşanlar.\" Əraf 36
5) \"Allaha ibadətdən üz çevirənlər.\" Ğafir 60
6) \"Kitabı və Rəsullara göndərilənlərə təkzib edənlər.\" Ğafir 70
7) \"Allah yolundan döndərənlər.\" Əraf 45
8) \"Kafirlər.\" Ali-İmran 12
9) \"Qiyaməti inkar edənlər.\" Furqan 11
10) \"Cəhənnəmi yalan hesab edən fasiqlər.\" Səcdə 20...


Saleh əməl sahibi olmağın 4 amili hansılardır?


Saleh əməl sahibi olmağın 4 amili hansılardır? Saleh əməl sahibi olmağın 4 amili:
1. Allahı yada salmaq. “Ancaq iman gətirib yaxşı işlər görən, Allahı çox zikr edən, zülmə uğradıqdan (Peyğəmbər (s) və İslam əleyhinə həcv eşitdikdən) sonra (onların rəddi üçün şerlər yazmaqla) intiqam alanlardan başqa! Zülm edənlər tezliklə biləcəklər ki, necə bir dönüş yerinə qaytarılacaqlar”. (Şüəra/227). 2. Tövbə-Allaha tərəf qayıtmaqdır. “Ondan sonra tövbə edən və ləyaqət taparaq öz işlərini islah etməyə başlayan kəslər istisna olmaqla! Allah çox bağışlayan və mehribandır”. (Ali-İmran/89). 3. Səbir. Saleh əməl yerinə yetirmək zahirən çətindir. Ona görə də onu yerinə yetirən insanın səbirə ehtiyacı vardır. “Səbir edib yaxşı işlər görənlər (və nəticədə ruhları xatircəmlik məqamına çatmış və halların dəyişməsinin naümidlik, nankorluq, fərəh və məğrurluq yaratmadığı kəslər) müstəsnadır. Bağışlanma və böyük mükafat məhz onlar üçündür”. (Hud/11). 4. Halal ruzi. “Ey Bizim elçilərimiz! (Bəşəriyyətə öyrətmək məqsədi ilə dünyada olan) bütün (yemək, içmək, geyim, hava, bitki və digər şeylərin) paklar(ın)dan bəhrələnin və yaxşı işlər görün ki, Mən etdiklərinizin hamısını bilirəm”. (Muminun/51).


Mömin və müsəlmanların inanclarına zidd 10 əməlləri...


Mömin və müsəlmanların inanclarına zidd 10 əməlləri... Mömin və müsəlmanların inanclarına zidd 10 əməlləri:
1-Allahın varlığını qəbul edir, amma onun əmrlərinə baş əymirik; 2-Quranın hidayət kitabı olmasını qəbul edirik, amma onunla yaşamırıq; 3-Peyğəmbərin (s) gözəl müəllim olduğunu qəbul edirik, amma onun sünnəsindən dərs alıb həyat tərzimizi dəyişmirik; 4-Şeytanın düşmən olduğunu qəbul edirik, amma əməldə onun istəklərinə zidd olduğumuzu göstərmirik; 5-Cənnətin gözəlliyini qəbul edirik, amma onu qazanmaq üçün əməllər etmirik; 6-Cəhənnəmin vəhşətli olduğunu qəbul edirik, amma günah və onun ləzzətlərindən uzaq durmuruq; 7-Ölümün haqq olduğunu qəbul edirik, amma onun üçün hazırlanmaqda qəflət edirik; 8-Mömin qardaşlarımızı pis əməllərinə görə danlayırıq, amma onların etdiyi çirkin işlərlə məşğul oluruq; 9-Allahın nemət verdiyini qəbul edirik, amma sonsuz nemətlər qarşısında gücümüz qədərincə şükür etmirik; 10-Yaxınlarımızın dünyanı tərk etdiyini qəbul edirik, amma bunun hamı üçün yazıldığını bilərək ibrətli yaşamağa çalışmırıq.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter