İmam Sadiqin (ə) hədisində qadının həyat yoldaşına qarşı vəzifələri hansılardır?


İmam Sadiqin (ə) hədisində qadının həyat yoldaşına qarşı vəzifələri hansılardır? İmam Sadiq (ə) buyurub: Qadın ərinə qarşı bu üç şeyə riayət etməlidir:
a) Ərinin bütün hallarda etibarını təmin edəcək bir şəkildə özünü pis işlərdən qorumalı ;
b) Ehtimal olunan yanılmaların dəf edilmәsi üçün daim ərinin qayğısına qalmalı;
c) Şirin dil və cəlb-edici görkəmlə ərinə olan sevgisini bildirmәli. (Tovhətul uqul İmam Sadiqdən (ə) hədislər bölümü)
= İslami maariflərə əsasən isə: kişi, zövcəsinə qarşı üç şeyə riayət etməlidir:
a) Xanımının məhəbbətini qazanmaq üçün onunla uyğunlaşmaq və razılaşmaq;
b) Onunla gözəl davranmaq;
c) Zahirini bəzəmək və əliaçıq olmaqla özünü sevdirmək.


İnsan öz ailə üzvlərini namaz qılmadıqları üçün danlaya bilərmi?


İnsan öz ailə üzvlərini namaz qılmadıqları üçün danlaya bilərmi? Deyirlər ki, İslamda məcburiyyət yoxdur. Bəs insan öz ailə üzvlərini namaz qılmadıqları üçün danlaya bilərmi?
Həqiqətən, İslam dinində hər kəsin iradə azadlığı haqqı tanınır. Hər kəs öz seçimi əsasında yolunu müəyyən etməlidir. Ailədə də tərəflərdən biri dini məsələlərdə o birini məcbur edə bilməz. Lakin bunlar dəvət və təbliğ etməyin zərurətinə mane olmur. Çünki dinimizdə əmr bil-məruf və nəhy ənil-münkər, yəni insanları yaxşı əməllərə doğru çağırıb pis işlərdən çəkindirmək vacib işlərdən sayılır. Ailə üzvlərini həqiqətən sevən insan onların günah qazanmasına rahatlıqla tamaşa edə bilməz. O, öz yaxınlarını düzgün yola çağırmalı, bunun üçün hər cür məqbul üsuldan istifadə etməlidir. Namaz qılmağa məcburən və zorla təhrik etmək düzgün deyil. Amma bunun üçün təbliğat, moizə, həvəsləndirmək, danlamaq kimi üsullardan istifadə etmək icazəlidir.


İslam maarifində körpə doğulduqdan sonra müstəhəb əməllər hansılardır?


İslam maarifində körpə doğulduqdan sonra müstəhəb əməllər hansılardır? Körpə doğulduqdan sonra müstəhəb əməllər:
1-Azan və iqamə demək: Hədisdə buyurulub ki, bu, körpəni şeytanın şərindən amanda saxlayır.
2-Damağını çəkmək:Müstəhəbdir ki, körpənin ağzını Fərat suyu və İmam Hüseyn (ə) türbəti ilə açsınlar.Mümkün olmazsa, onda yağış suyu çəkin.
3-Yaxşı ad: Peyğəmbər (s) buyurub : \"Övladın öz valideyni boynunda olan haqlarından biri budur ki, ona yaxşı ad qoysun və onu yaxşı tərbiyə etsin”.
4-Sünnət etdirmək: Müstəhəbdir ki, valideyn uşağına yeddinci günündə sünnət etdirsin.
5-Əqiqə:Əqiqə-valideynin körpənin adına qurban kəsməsinə deyilir. Ömər İbn Yazid adlı bir şəxs İmam Sadini (ə) hüzuruna gəlib soruşdu: Bilmirəm atam mənim üçün əqiqə edib yoxsa yox? İmam buyurdu :”Get onu özün yerinə yetir”.
6-Qonaqlıq vermək:Bu əməl, Peyğəmbərimizdən (s) sünnəsindəndir.


Böyük Arif Qazinin dünya və axirət xoşbəxtliyi üçün tövsiyələri nələrdir?


Böyük Arif Qazinin dünya və axirət xoşbəxtliyi üçün tövsiyələri nələrdir? Ayətullah Qazi Təbatəbai buyurur: İnsanın dünya və axirət xoşbəxtliyindən məhrum olmasının əsas səbəbi onun qəflətə düşməsidir.
Böyük arif Qazi Təbatəbainin qəflət yolundan nicat tapmaq üçün etdiyi tövsiyələr:
1- Yaşayışınızda örnək aldığınız insanı düzgün tapıb tanımaq lazımdır. Bundan sonra isə ilahi beş vaxt vacibata və başqa vacibatlara diqqət yetirilməlidir.
2-Xüşu və xüzunun çoxalması yolunda çalışqanlıq olmalıdır,
3-Hər vacib namazdan sonra Fatimeyi-Zəhranın (s.ə) zikrini deməkdə diqqətlilk göstərmək,
4-Ayətəl-kürsini oxumaqdan qəflətə düşməmək,
5-Hər sübh namazından sonra şükr səcdəsi yerinə yetirib Yasin surəsini oxumağa diqqətli olmaq,
6-Axşam vaxtları, yatmazdan öncə Vaqiə surəsini oxumağa diqqətli olmaq, 7...


Allah Təala Quranda 91 vədə vermişdir. Bu vədələr nə ilə bağlıdır?


Allah Təala Quranda 91 vədə vermişdir. Bu vədələr nə ilə bağlıdır? İndiyə qədər kimə vədələr vermisiniz və ya kimsə sizə vədə veribdirmi? Biz insanlar arasında verilən bu vədələrə nə qədər inanmaq olar? Onların neçə faizi həyata keçəndir?
Allahın nurani kitabı olan Quranda bizlərə çoxlu vədələr verilmişdir. Bu vədələri Sübhan Allah vermişdir. Əlbəttə Allahın verdiyi vədələr hara, bizim verdiklərimiz hara?!
Quranda vədə sözü 151 dəfə işlənmişdir. Bu vədələrin 91-ni Allah vermişdir. (Tebyan)
Bunu nəzərə almaq lazımdır ki, ancaq Allahın vədəsinə inanmaq olar, çünki ancaq bu vədələr haqdır. “Bilin ki, Allahın vədi mütləq haqdır və lakin onların çoxu bilmirlər”. (“Yunus” 55).... Heç indiyə qədər Allahın verdiyi vədələrə diqqət etmisinizmi? Heç bilirsinizmi ki, Allah nə vədələr vermişdir? Allahın verdiyi bəzi vədələrə nəzər salaq:
1-Bağışlanma və əcr vədəsi. (“Maidə” 9). 2-Məad və Qiyamət vədəsi. (“Yunus” 4). 3-Behişt vədəsi. (“Nisa” 122). 4-Cəhənnəm əzabı vədəsi. (“Hicr” 43). 5-İlahi yardım vədəsi. (“Muhəmməd” 7)- (“Həcc” 40). 6-Allah evlilikdə yardım edər. (“Nur” 32).


Ayətullah Məkarim Şirazi doktor Zibakəlamın Facebook-la bağlı sualını cavablandırır:


Ayətullah Məkarim Şirazi doktor Zibakəlamın Facebook-la bağlı sualını cavablandırır: Əxlaq ustadının sosial şəbəkə barədə nüsxəsi:
Birinci sual bu oldu ki, pis görüntülərdən, şübhəli rabitələrdən qoruna bilirsiz? ...Hazırkı vəziyyətdə, cavab müsbət oldu. Yəni qorunuram.
İkinci sual: İşiniz məlumat almaqdır, yoxsa məlumat vermək? ...Hər ikisi. Mənim işim daha çox şeirlər paylaşmaqdır.
Üçüncü sual: Nə qədər vaxt sərf edirsiniz? Bu işinizə mane olur? ...İşim kompyuterdə olduğundan FB səhifəsi açıq alır. Bəli, bəzən gündəlik işimin yarısını yerinə yetirə bilmirəm.
Dördüncü sual: Əgər bu şəbəkədən imtina etsəniz, nə itirəcəksiniz? ...Köhnə dostlarla, yeni dostlarla əlaqə kəsilmiş olacaq.
Son tövsiyə: Haram və şübhəli görüntülərdən və rabitələrdən qorunmaqla həftədə bir dəfə, iki saat şəbəkədən istifadə edin. Gün və saatı dostlara bildirin. Məsələn, cümə günü axşam 22-00-dan 24-00-a qədər. Həmin vaxtda dini baxımdan faydalı məlumatlar paylaşmağa çalışın. Müvəffəq olun.


Həzrtə Peyğəmbərin (s) Xanim Fatimə (s.ə) üçün yatmazdan öncə tövsiyə etdiyi əməllər hansılardır?


Həzrtə Peyğəmbərin (s) Xanim Fatimə (s.ə)  üçün yatmazdan öncə tövsiyə etdiyi əməllər hansılardır? Həzrət Fatimeyi-Zəhra (sə) buyurur: Axşam vaxtı yatmağa hazırlaşırdım. Allahın Rəsulu (s) evimə gəldi. Buyurdu: (Qızım) yatma hələ, 4 əməli et: Quranı xətm et, Peyğəmbərləri (s) şəfaətçin tut, möminləri özündən razı et və həcc və ömrə ziyarətinə get. Bunu buyurdu və namaz qılmağa başladı. Səbr etdim namazı sona çatsın. Dedim: Ey Allahın Rəsulu! Mənə 4 əməli etməyi əmr etdin bir halda onları etməyə gücüm yoxdur! O həzrət gülümsədi və buyurdu:
1-(Quranı xətmi -yəni) 3 dəfə ixlas surəsini oxusan elə bil ki, bir Quran xətmini (savabını) qazanmısan,
2-(Peyğəmbərlərin şəfaəti-) Elə ki, mənə və məndən öncəki Peyğəmbərlərə salavat desən, qiyamət günü sənə şəfaət edənlərdən olarıq,
3-(Möminlərin razılığı) Yəni yatmazdan öncə hamı üçün bağışlanma dilə, onların hamısı səndən razı qalacaqlar,
4- (Həcc ziyarəti -) bu cümləni yatmazdan öncə de: \"Subhanəllah vəlhəmdulillah və la ilahə illalahu vəllahu əkbər\" həcc və ümrə ziyarətinə getmiş şəxsin savabını qazanarsan.


Bu günahın sahibi qiyamətdə 10 min mələk öldürmüş kimi məhşur olar!


Bu günahın sahibi qiyamətdə 10 min mələk öldürmüş kimi məhşur olar! İslam Peyğəmbəri (s) buyurubdur: \"Əgər bir kəs mömini incitsə, hətta bir cümlə ilə belə olsa da. Qiyamətdə bir vəziyyətdə məhşur olacaq (gətiriləcək) ki, onun alınına yazılmışdır: \"Allahın rəhmətindən ümidsiz olan şəxs\", \"bu şəxs dünyada etdiyi günahın görə\" Kəbə və beytül-müqəddəsi viran etmişdir və 10 min mələk öldürmüşdür\".
\"İrşadul-qülub ila səvab\" kitabı, c. 1, səh: 76-77.


Yersiz \"əlhəmdulillah\"-a görə 30 il Allahdan bağışlanma dilədi!


Yersiz "əlhəmdulillah"-a görə 30 il Allahdan bağışlanma dilədi! Böyük irfani məqama çatmış bir alim yersiz \"əlhəmdulillah\"-a görə 30 il \"əstəğfirullah\"- yəni Allahdan bağışlanma dilədi!
İraqın Bəsrə şəhərindən olan bir alim 30 il Allahdan bağışlanma zikrini hey deyərdi. Şagirdlərindən biri soruşdu. Nə üçün bu zikrdən əl çəkmirsiniz?! Bir halda ki sizdən bir günah olsun belə görmədik?
Alim cavab verdi: Mənim 30 illik bağışlanma zikrini deməyimin səbəbi bir dəfə yersiz \"Əlhəmdulillah\" deməyimdir.
Macərası belədir: Bir gün mənə xəbər gətirdilər ki, İraqın Bəsrə şəhərinin bazarını od tutub yanıb. soruşdum: Mənim evim necə? Dedilər: Sizə aid mülk yanmayıb...
Dedim: Əlhəmdulillah...
Əlhəmdulillah deməyimin mənası bu olur ki, Mənim mülküm yanmayıb, camaatın malı cəhənnəmə yansın!
O əlhəmdulillah deməyim özümü istəkdən irəli gəldi, Allaha xatir olmadı...


Necə edək ki düzgün qidalanaq?


Necə edək ki düzgün qidalanaq? Orqanizmin sağlam və gümrah olmasında ən əsas amillərdən biri düzgün qidalanmadır. Hətta ən müasir kosmetik vasitələr belə insanın xarici görünüşünə düzgün və sağlam qidalanma kimi müsbət təsir göstərə bilməz.
1. Aclıq hissi olmadan süfrə arxasına keçməyin. Cəmisi bir neçə gün buna əməl etsəniz növbəti günlərdə qidalanmanız sutka ərzində rejimə düşəcək.
2. İstənilən qida məhsulunu xırda tikələrlə qəbul edin.
3. Düzgün qidalanmanın əsas şərtlərindən biri ağız boşluğunda qidanın yaxşı çeynəlinməsidir.
4. Ayaqüstü qidalanmadan imtina edin.
5. Gündəlik qida rasionunu 2-3 dəfəyə deyil, 4-5 hissəyə bölün. Yəni az-az və vaxt baxımından tez-tez.
6. Qida rasionunuzun çox hissəsini günarta yeməyində qəbul edin.
7. Yeməkarası və yeməkdən dərhal sonra su və digər mayelər içməyin.
8. Köhnə yeməklərdən imtina edin, çalışın təzə hazırlanmış xörəklərlə qidalanasınız...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter