kərbəla hadisəsi Peyğəmbərin (s) dilindən


kərbəla hadisəsi Peyğəmbərin (s) dilindən Peyğəmbərdən (s) soruşurlar ki, bu körpənin nə üçün boğazından və sinəsindən öpürsən? Həzrət (s) buyurur: “Mən qılınc yerlərini öpürəm.”
1-Siddiqeyi-Kubra (həzrət Fatimə (s)) İmam Hüseynə (ə) hamilə olduğu vaxt İmamın şəhadəti və Kərbəla hadisəsi bilinirdi. Milad gecəsi İmam Hüseynin (ə) pak vücudu həzrət Peyğəmbərə (s) veriləndə o həzrət ilk öncə bu uşağın Kərbəlada şəhadətindən və aşura hadisəsindən danışdı. Peyğəmbər (s) öz həyatı gedişində Kərbəla hadisəsini tez-tez xatırlamışdır. Bu rəvayətlər bəzən Ümmü-Sələmədən, bəzən Ayişə də daxil olmaqla Peyğəmbərin (s) digər zövcələrindən nəql olunmuşdur.
2-Nəql edirlər ki, həzrət Peyğəmbər (s) Hüseyni (ə) öpən vaxt buyurdu: “İndi Cəbrail mənim yanımdadır və deyir ki, bu övladın şəhadətə çatar; belə bir qətl bəşər tarixində görünməmişdir və onun köməkçiləri də şəhid olar. Cəbrail hətta Hüseynin (ə) şəhid olacağı yerin torpağını mənə göstərdi.” Rəvayətlərdə nəql olunur ki, həzrət Peyğəmbər (s) zövcəsi Ümmü-Sələməyə bu torpaqdan bir ovuc verib buyurdu: “Nə vaxt bu torpaq qana dönsə, bil ki, Hüseyn şəhid olmuşdur.”


Əhli-Beyt (ə) əzadarlıqlarına uyğun əzadarlığın hansı xüsusiyyətləri olmalıdır?


Əhli-Beyt (ə) əzadarlıqlarına uyğun əzadarlığın hansı xüsusiyyətləri olmalıdır? Əhli-Beyt (ə) əzadarlıqlarına uyğun əzadarlığın xüsusiyyətləri:
Əzadarlığa iki baxımdan yanaşmaq lazımdır. Bir məzmun, digəri forma baxımından. Məzmun baxımından şərt budur ki, əzadarlıqda haram işə yol verilməsin, yalan və şişirtmə olmasın, məzhəbi gözdən salacaq işlərə yol verilməsin, İmam Hüseyn (ə) və məsumların məqamı uca tutulsun, eyni zamanda möminlər və əzadarların şəxsiyyəti alçalmasın. Yəni əzadarlıq məzmunca Əhli-Beyt (ə) etiqadına zidd olmamalıdır, icazə verilməyən musiqi kimi haram işlərə yol verilməməlidir. Əzadarlıqda elə iş görməməliyik ki, düşmənin əlinə bəhanə düşsün, bu işlərdən Əhli-Beyt (ə) məktəbinin ziddinə istifadə olunsun. Bütün bunlar Əhli-Beyti (ə) razı salacaq nöqtələrdir.


İmam Hüseynə (ə) əzadarlıq etməyin 5 bərəkəti.


İmam Hüseynə (ə) əzadarlıq etməyin 5 bərəkəti. Hədislərimiz Məsumlar (ə) üçün əza saxlamayı tövsiyə edir və bu əzadarlıqların faydalarını bəyan edirlər. Onlardan bəzisinə işarə edək:
1. Günahların bağışlanması. Peyğəmbər (s) Əhli-beyt (ə) müsibətinə göz yaşı tökən insana behişti vacib bilmişdir.
2. Çoxlu savab. Hədislərdə oxuyuruq ki, İmam Hüseyn (ə) ziyarəti üçün həcc və ümrənin savabı bəyan olunur.
3. Aqibətin xeyirli olması. İmam Hüseynin (ə) inayət əli öz əzadarlarının üzərində olar. Xeyirli aqibətin üç mənası vardır: birinci budur ki, izzətdən sonra zillətə düşməz. İkincisi budur ki, ömrünün axırına qədər dinində dəyişməz. Üçüncüsü budur ki, ölən zaman Əhli-beyti (ə) görər.
4. İslamın cavidan olması. İmam Hüseyn (ə) öz səhabələrinə Aşura günü belə buyurmuşdu: “Sizin kimisi olmayıb və gəlməyəcək də”. Hər kim əzadar məclislərində iştirak edər, İmamın (ə) səhabələri kimi olar. və dinin qalmasından necə ki Kərbəla qəhrəmanları dinin qalması üçün canlarından keçdilər, bizlər də əzadarlıqlarımızla haqq dini saxlaya bilərik.
5. Dualar yerinə yetər. ... Qızım dedi: “Atacan, Həzrət Zəhra (s.ə) bura gəlmişdi və o, qara geyimdə idi. O, İmam Hüseynə (ə) dedi ki, bizim başımıza əl çəksin və o, da bizim başımıza əl çəkdi. Biz də sağaldıq”.


Aşura hadisəsi həzrət Əlinin (ə) dilindən


Aşura hadisəsi həzrət Əlinin (ə) dilindən Kərbəla və Aşura hadisəsi İmam Əlinin (ə) dilindən: “Bu yer aşiqlər misrası və dinə yardım üçün Peyğəmbər və Fatimə övladlarının qiyam məhəllidir.”
İbn Abbas deyir: Siffeynə gedərkən Neynəvaya çatdığımız vaxt Fərat çayı kənarında dayandıq. Əmirəlmöminin (ə) buyurdu: “Ey İbn-Abbas, bu yeri tanıyırsanmı?” Ərz etdim ki, tanımıram. Həzrət buyurdu: “Əgər buranı mənim kimi tanısaydın, mənim kimi ağlamamış ötüşməzdin!” Sonra həzrət elə ağladı ki, saqqalı islandı, göz yaşları sinəsinə töküldü. Dəstəmaz alıb namaz qıldı, azca istirahət etdi. Oyandıqdan sonra yenidən göz yaşı axıtdı. O buyurdu: “Sənə gördüyüm yuxunu danışımmı? Röya aləmində gördüm ki, əlində ağ bayraq tutmuş, qılıncları bəyazlıqdan parlayan şəxslər səmadan endilər və bu yeri əhatəyə aldılar. Sonra bu xurma ağaclarının öz budaqlarını yerə döydüyünü gördüm. Yerdən qan fəvvarələnirdi. Oğlum Hüseynin qan dəryasında qərq olduğunu gördüm. O, köməyə çağırırdı və kimsə ona yardım etmirdi. Həmin ağ libaslı kişilər səmadan enib onlara dedilər: “Ey peyğəmbər ailəsi, dözümlü olun. Siz günahkar insanların əli ilə öldürülərsiniz. (Ey Əba-Əbdillah) Behişt səninlə görüş şövqündədir.” Sonra mənə başsağlığı verib dedilər ki, ey Əbəl-Həsən, qiyamət günü Allah sənin gözünü Hüseynlə işıqlandıracaq.” Sonra yuxudan oyandım.” (“Bihar”, c. 44, s. 252, 253)...


İslam dinində vacib əməllərdir bunlar.


İslam dinində vacib əməllərdir bunlar. İslam dinində bir sıra işlər vacib buyurulub və Mütəal Allah onları yerinə yetirənləri mükafatlandıracaqdır. Bu əməllərdən bəziləri aşağıdakılardır;
1-Şəriət məsələlərini öyrənmək.
2-Gündəlik namazları və digər vacib namazları qılmaq.
3-Ramazan ayının orucunu eləcə də digər vacib orucları tutmaq.
4-Ramazan ayının orucunun qəzasını tutmaq.
5-Zəkat, xüms və digər şəri vergiləri ödəmək.
6-Vacib Həcci yerinə yetirmək.
7-Övrətyerni (ayıb yerləri) örtmək; istər kişi olsun, istərsə də qadın. Hətta yaxşı və pisi ayırd edən uşağın qarşısında da övrətyerni örtmək lazımdır.
8-Qadınların naməhrəm kişilərin qarşısında örtünməsi (yəni başı və bədənin bütünlüklə örtmək)...


Ana qarğışı və qəbr əzabı arasında nə belə əlaqə var?


Ana qarğışı və qəbr əzabı arasında nə belə əlaqə var? Ana qarğışı və Qəbr əzabının arasında bağlılıq var:
Cəbrayıl (ə) Peyğəmbərə (s) nazil olub, dedi: \"Ey Allahın Rəsulu! Bəqi qəbiristanlığına gedin. Bəlkə sizin mübarək qədəmlərinizin sayəsində dar və qaranlıq qəbir içində əzab çəkənlər nicat tapalar.”
Peyğəmbər (s) səhabələri və Əli (ə)-la birlikdə Qəbristanlığa çatanda Peyğəmbər (s) qəbirlərin birindən gələn səsi eşitdi:
\"Dadıma çat, ya Rəsuləllah! Peyğəmbər (s) dedi: \"Ey qəbir əhli! Nə üçün və necə əzab çəkdiyinin səbəbini söylə.
Qəbirdən cavab gəldi: \"Ey günahkarların dadına yetən! Ana qarğışı məni bu əzaba düçar etmişdir. Ona görə ki, anamı çox incitmişdim.”
Peyğəmbər (s) Bilala dedi: \"Mədinə camaatına xəbər verin ki, hamı öz ölənlərinin qəbirləri ətrafında toplaşsın.” Bilalın çağırışını eşidən Mədinə camaatı qəbristanlığa toplaşdılar. Beli bükülmüş qoca bir qarı da gəlib həmin qəbrin kənarında dayandı. Qarı Peyğəmbərə (s) salam verib, soruşdu: \"Ey Allahın Rəsulu! Bizi buraya yığmağınızın səbəbi nədir?” \"Ay qarı, bu sənin övladının qəbridir?–deyə. Peyğəmbər (s) soruşdu. Qarı dedi: Bəli. Peyğəmbər (s) qarıya dedi: \"Sənin övladın çox dəhşətli əzaba düçar olub. Gəl sən onun təqsirindən keç və haqqını ona halal et!” ...


İmаm Hüsеynin (ә) inqilаbının sәbәblәri nələr idi?


İmаm Hüsеynin (ә) inqilаbının sәbәblәri nələr idi? Aşаğıdа qеyd еdәcәyimiz üç sәbәbin İmаm Hüsеyn әlеyhissәlаmın inqilаbındа böyük tәsiri оlmuşdur:
1. İmаm Hüsеyn әlеyhissәlаmdаn Yеzid üçün bеyәt аlmаq vә bu mәqsәdlә İmаm Hüsеyn әlеyhissәlаmа tәzyiqlәr göstәrmәk;
2. Kufә cаmааtının İmаm Hüsеyn әlеyhissәlаmı İrаqа (Kufәyә) dәvәt еtmәsi;
3. Әmr bе-mәruf vә nәhy әz-münkәr аmili. İmаm Hüsеyn әlеyhissәlаmın Mәdinәdәn çıхdığı аndаn şüаrı dа mәhz bu оlmuşdur.
İndi bu sәbәblәrin hәr birini аyrı-аyrılıqdа izаh еdәcәyik. Bununlа dа, İmаm Hüsеyn әlеyhissәlаmın inqilаbının bu sәbәblәrini nәzәrә аlаrаq hаnsı mаhiyyәt dаşıdığını vә bu sәbәblәrin inqilаbın yаrаnmаsındа nә qәdәr tәsir göstәrdiyini bilәcәyik.


Qiyamət günü Allah-Taala kimləri rəhmətindən məhrum edər?


Qiyamət günü Allah-Taala kimləri rəhmətindən məhrum edər? İmam Sadiq (ə) buyurur:
«Allah-təala qiyamət günü üç dəstə insanla danışmaz, onların günahını bağışlamaz və onları çətin əzaba düçar edər:
1. Özlərini yalandan Allah tərəfindən təyin olunmuş rəhbər kimi tanıtdıran şəxslər.
2. Allah tərəfindən təyin olunmuş rəhbəri inkar edən şəxslər.
3. Bu iki dəstəni müsəlman bilən şəxslər.» (Üsuli-kafi, 1-ci cild, 373-cü səh.) Bir şeyə diqqətli olmaq lazımdır ki, ali rütbəli şəxslərin cəmiyyətdə böyük rolu olduğu kimi, kiçik dövlət işçiləri də öz səviyyələrinə uyğun cəmiyyətdə yer tuturlar. Deməli, onlar düz adam olsalar, rəhbərlik etdikləri cəmiyyətin də doğru yolda, düzgün inkişafını təmin edəcəklər. Yox əksinə olsa, onların cəmiyyətdə mənfi təsir qoyması şübhəsizdir.


İmam Hüseynə (ə) əza saxlayıb ağlamağın savabı haqda hədislər:


İmam Hüseynə (ə) əza saxlayıb ağlamağın savabı haqda hədislər: İmam Hüseynə (ə) əza saxlayıb ağlamağın savabı haqda hədislər:
1- Allahın Rəsulu (s) həzrəti Fatimə (s)-ya buyurub: «Hüseynin müsibətində ağlayan gözlərdən başqa bütün gözlər qiyamət günü ağlayacaq, (Hüseynə ağlayan şəxslər isə qiyamət günü behişt ne\'mətlərindən bəhrələnərək) gülərüz və şad olacaqlar.» (Əl-Bihar, 44-cü cild, səh. 293)
2-İmam Sadiq (ə) buyurub: «İmam Hüseyn (ə) üçün ağlamaq və şivən salmaqdan başqa hər bir ağlamaq və şivən etmək məkruhdur.» (Bihar, 44-cü cild, səh. 280)
3-Şeyx Səduq İmam Sadiq (ə)-dan, o da öz atasından, atası da öz atasından belə nəql edir: «Bir gün İmam Hüseyn (ə) qardaşı İmam Həsən (ə)-ın yanına getdi və ona baxıb ağladı. İmam Həsən (ə) belə buyurdu: Ey Əba Əbdillah, niyə ağlayırsan?! İmam Hüseyn (ə) onun cavabında belə dedi: Sənin başına gətirilən bu müsibətə ağlayıram. İmam Həsən (ə) buyurdu ki, məni zəhərlədilər, amma sənin şəhadət gününün çətinliyi kimi heç bir gün ola bilməz.» (Nəfəsul-məhmum, səh. 484)
4--İmam Sadiq (ə) buyurub: «Yəhya ibni Zəkəriyyanın və Hüseynin qatili zinadan əmələ gələndir. Göylər bunlardan (Yəhya ibni Zəkəriyya və Hüseyn) başqasına ağlamayıb.» (Bihar, 44-cü cild, səh. 302)


İmam Əlinin (ə) ardıcılının xoşbəxt olması üçün 4 əməl hansılardır?


İmam Əlinin (ə) ardıcılının xoşbəxt olması üçün 4 əməl hansılardır? Bu insanlar üçün xoşbəxtlik o zaman həyata keçər ki, İlahi razılıq əldə olunar. Məsumlarımız (ə) bizə bu xoşbəxtliyə çatmağın yollarını tövsiyə edirlər.
1. Elmə əməl etmək. İmam Əli (ə) buyurur: “Elmə əməl edin ki, xoşbəxt olasınız”.
2. Tənbəllikdən uzaq olmaq. İmam Əli (ə) buyurur: “Rahatlıq, tənbəllik və xoşbəxtliyə çatmaq bir-birlərindən necə də uzaqdırlar”.
3. Alimlərlə yoldaş olmaq. İmam Əli (ə) buyurur: “Alimlərlə yoldaş olun ki, mübarək və xoşbəxt olasınız”.
4. Nəfsi mühasibə etmək. İmam Əli (ə) buyurur: “O kəs ki, nəfsini mühasibə edər, xoşbəxt olar”.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter