Ayat namazinı camaatla qılmaq olarmı, iqtida edənlər həmd və ixlas surəsini oxumalıdırlarmı?


Ayat namazinı camaatla qılmaq olarmı, iqtida edənlər həmd və ixlas surəsini oxumalıdırlarmı? Ayat namazının hökmlərindən:
Gündəlik 17 rəkət vacib namazlarda vacib və müstəhəb olan şərtlər ayat namazı üçün də gərəkdir. Yalnız ayat namazında azan-iqamə yoxdur. Əgər ayat namazı camaatla qılınsa İmam camaat üçün müstəhəbdir ki, azan-iqamə əvəzinə 3 dəfə əs-səlah desin. Əgər ayat namazı tək qılınsa bu sözə demək lazım deyil. sistani.org
Camaatla qılınan ayat namazında iqtida edənlər həmd və ixlas surəsini deməməlidirlər. khamenei.ir


Nə üçün namazda fikrimiz yayınır?


Nə üçün namazda fikrimiz yayınır? Cavab: İmam Cəfər Sadiq əleyhissalam buyurur: \"İnsan namaza duranda Allah Taala üzünü ona tərəf tutub ona baxar, bu üz tutub baxma üç dəfəyə qədər davam edər, üç dəfənin heç birində bəndə Allaha məhəl qoymazsa Allah Taala ondan üz döndərər\". Hədisin şərhi:
1- İmam Sadiqdən (ə) nəql olunur: \"Allah Taala üzünü ona tərəf tutub ona baxar\". Bu cümlədən məqsəd budur ki, Allah Taala lütf və qayğısını insana tərəf yönəldər. Deməli insan Allaha tərəf üz tutsa Allah Taala da ona üz tutar. Yəni, namaz qılan insanı Öz lütfünə, rəhmətinə və qayğısına cəlb edər. İnsan həqiqətdə Allahına qovuşar. Bax bu elə həmin qovuşmadır ki, məsumlar və ariflər bundən ləzzət almış, bu ləzzətdən məhrum olmamağı daima Allah Taaladan istəmişlər.
2- Namaza başlayarkən insandan daha öncə Allah Taala insana nəzər salır. İnsan isə Allah Taalaya etina etmir. Başı başqa şeylərə qarışıb. Allah Taala ikinci dəfə yenidən insana nəzər salar, amma insan bu dəfə də Allah Taalaya etina etməz. Üçüncə dəfə yenə Allah Taala insana nəzər salar bu dəfə də insan Allah Taalaya etina etməzsə, Allah Taala ondan üz döndərər. Həmin insan Allah Taalanın lütf və mehribanlıq nəzərindən məhrum olar.
3- İnsan Allah Taaladan üz döndərməyənədək Allah Taala insandan üz döndərməz. Deməli insan namazda Allah Taalanın nəzər diqqətinə üz tutsa o, Allah Taala ilə rabitəni qırmayınca Allah Taala onunla rabitəni qırmaz...


Ayətəl kürsünün fəzilət və bərəkəti haqda Peyğəmbərin hədisi


Ayətəl kürsünün fəzilət və bərəkəti haqda Peyğəmbərin hədisi Ayətəl-Kürsinin fəziləti haqda:
Həzrət Əli (ə) buyurdu: Sizlər Ayətül-Kürsinin haqqında nə bilirsiniz? Mən Alahın Rəsulundan (s) eşitdim ki, buyurdu: \"Həzrəti Adəm (ə) insanların ağasıdır, Mən ərəblərin ağasıyam, Salman Farsi fars millətinin ağasıdır. Süheyb rumluların seçilmişidir, Sidr ağacı ağacların ağasıdır, Sina dağı dağların ağasıdır, cümə günü günlərin ağasıdır, Quran sözlərin ağasıdır, Bəqərə surəsi quran surələrinin ağasıdır, Ayətəl-Kürsi Bəqərə surəsinin ağasıdır. Bu ayədə (Ayətəl-Kürsidə) 50 kəlmə var, və hər bir kəlmədə isə 50 bərəkət var. tebyan.


Həzrət Əlidən (ə) nəsihətli kəlamlar


Həzrət Əlidən (ə) nəsihətli kəlamlar İmam Əlinin (ə) nəsihətləri:
1- İmam Əli (ə) öz övladlarına buyurub: “Camaatla düşmənçilik etməkdən çəkinin. Əgər düşmən ağıllı olsa məkr və hiyləyə əl atar. Yox əgər nadan olsa ləyaqətsiz işlərə əl atar. Axmaq insanlarla ağız-ağıza verməyin. Çünki onların danışığı erkək, onlara verilən cavab isə dişidir. Elə ki, bir-birinə yetişdilər, ədavət və kin doğular.
2- Əmirəlmöminin Əli (ə) buyurub: “Peyğəmbər (s) sünnəsi iki növdür. Biri dinin vacibatlarıdır ki, hər kəs onlara əməl etsə hidayət olar və hər kəs də onlardan əl çəksə zəlalətə uğrayıb yolunu azar. Digəri isə müstəhəbbi əməllərdir ki, onlara əməl etmək savabdır. Lakin tərk olunması günah deyil.”
3- Əmirəlmömini (ə) yenə buyurub: “İki kəs mənim belimi qırıb: Fasiq və dilli-dilavər alim, işi-peşəsi ibadət olan cahil. Biri dili ilə günahının üzərini örtür, digəri isə ibadəti ilə cəhalətinin. Alimlər arasında olduğunuz zaman fasiqdən, abidlər arasında cahildən uzaq gəzin. Lakin təəssüf ki, qafil insanlar bunlara tez aldanırlar. Peyğəmbər (s) buyurub: “Ey Əli! Bu ümmətin məhvi dilli-dilavər münafiqlərin əli ilə olacaq!” ...


İnsan ruhunun ilahiləşməsi üçün lazım olan dini maarif Ərəfə duasında necə əks olunur?


İnsan ruhunun ilahiləşməsi üçün lazım olan dini maarif Ərəfə duasında necə əks olunur? Ustad Ənsariyan: Ərəfə duası insan ruhunun ilahiləşməsinə yardım edir:
Duanın bir hissəsi “Əntəlləzi” ifadəsi ilə başlayır. İnsanın etiqadının islahı istiqamətində addım atılır. İnsan tövhid nöqtəsinə yönəldilir. İnsana deyilir ki, sənin dünya və axirətin, dərdlərinin çarəsi pul, güc, daxili və xarici amillər yox, Aləmlərin Rəbbidir. Əba-Əbdillah (ə) öz əməlləri ilə Allahı insanlara tanıtdırır. Deyir ki, Sən məni geyindirdin, Sən məni sirab etdin, Sən məni doyurdun, Sən məni tənhalıqdan xilas etdin. Deyir ki, Sən məni daxilən özünə və peyğəmbərlərinə doğru yönəltdin.
Burada Əba-Əbdillah (ə) etiqadi bir mövzunu kamil şəkildə dilə gətirir. İnsan bu növ söhbəti dərk etsə, onun ruhu zənginləşər. Dua əhli, bu duanın cümlələrini düşünərək oxuyanlar özünü göz yaşlarından saxlaya bilmir.
İnsan Seyyidüş-Şühədanın (ə) Aləmlərin Rəbbi ilə elə bir söhbətinə şahid olur ki, duanı oxuyanın ruhiyyəsi təlatümə gəlir, Allahın rəhmani cilvəsi insanın vücudunun dərinliklərində təcəlla edir.


Ustad Möhsün Qiraətinin gənc ailələrdə kişilər üçün dəyərli tövsiyyələri


Ustad Möhsün Qiraətinin gənc ailələrdə kişilər üçün dəyərli tövsiyyələri Dəyərli Quran müəllimi olan Möhsün Qiraətinin yeni qurulmuş ailələrdə kişilərə olan tövsiyyələri:
1. Xanımına səni sevirəm de,
2. Sevmək kəlməsini yalnız xanımın üçün saxla
3. Xanımın xurustaldır muğayat ol ki sındırmayasan
4. Elə davran ki sənə iman etsin
5. Ona yaxşı arxa və dayag ol
6. Onun üçün sərvət yox məhəbbət topla
7. Xanımının gözəlliyinə pərəstiş et
8. Gücü çatmayan işləri ona tapşırma
9. O bir bahar çiçəyidir onu soldurma
10. Gözləmə ki xanımın sənin kimi olsun
11. Mübahisə ilə onu yorma
12. Ona qarşı həmişə vəfalı ol ...


Nə üçün məsum imamlar ən ali dini məfhumları insanlara çatdırmaq üçün dua yolunu seçib?


Nə üçün məsum imamlar ən ali dini məfhumları insanlara çatdırmaq üçün dua yolunu seçib? Höccətülislam Şeyx Hüseyn Ənsariyan cavab verir:
-Çünki bütün insanların vücudu duaya ehtiyaclıdır. İnsan başdan-ayağa qədər istəklərdən ibarətdir. İnsanın “istəyirəm” sözünə bağlılığı dua ehtiyacıdır. “Çatmaq istəyirəm”, “üstün olmaq istəyirəm”, “varlı olmaq istəyirəm” kimi istəklər hamısı duadır. İmam Hüseyn (ə) məşhur Ərəfə duasında insana öyrədir ki, bütün bunların mayası sənin canındadır və kimsə sənin qarşını kəsə bilməz. O düzgün istəmək yolunu öyrədir.
-Məsum İmamlar insanların vücudunda olan bu istedaddan bəhrələnərək onlara doğru yolu öyrədiblər. Mənə bir dəfə qənaətbəxş olmayan bir xanım məndən hər gün namaz qıldığımı soruşdu? Dedim bəli. Dedi biz çox bədbəxtik, siz bizə dua edin. Məsum İmamlar duanın insanların vücuduna yoğrulduğunu biliblər. Ona görə bu yolu seçiblər. Başqa dinlərdə də bundan istifadə olunub. Məsihilər, zərdüştilər, kəlimilər də dua edirlər. Məsumlar biliblər ki, insanları dua vasitəsi ilə doğru yola yönəltmək daha asandır.
-Məsələn, elə Ərəfə günü xalqa elan etsinlər ki, böyük bir din alimi sizə əxlaqdan danışmaq istəyir. Bu söhbətə heç 30 nəfər yığışmaz. Amma deyilsə ki, dua mərasimi var, dua başlamamışdan da qabaq xeyli insan toplanar. Çünki insanların vücudunda duaya ehtiyac var. Bu ehtiyacı başqa söhbətlərə münasibətdə hiss etmirlər.


İmam Bariqin (ə) insan xoşbəxtliyi üçün tövsiyələri


İmam Bariqin (ə) insan xoşbəxtliyi üçün tövsiyələri İmam Baqir (ə) buyurur:
A)-Sənə tövsiyə edirəm: Əgər sənə zülm etsələr zülm etmə (əvəz çıxmaq nəzərdə tutulmur), 2-Əgər sənə xəyanət etsələr sən xəyanət etmə, 3-Əgər səni yalançı adlandırsalar əsəbləşmə, 4-Əgər səni təriflədilərsə, sevinmə, 5-Əgər səni danladılarsa, hövsələsizlik etmə. (Bihar Əl-Ənvar, cild: 75, səh: 167).
B)- Bu üç xasiyyət Dünya və axirətin gözəl xasiyyətlərindən: 1- Əgər sənə zülm etdilər bağışlamağa çalış, 2- Əgər (müsəlman şəxs) səninlə əlaqəsini kəssə, sən onunla yaxın olmağa çalış, 3-Və o zaman ki səninlə nadanlıq səbəbindən rəftar olunsa səbrli olmağa çalış. (Bihar əl-Ənvar, cild: 75, səh: 173).
C) Tənbəllik və dözümsüzlükdən (tələskənlikdən) çəkin ki, bu iki xasiyyət, hər pisliyə yol açan açardır: 1-Hər kim tənbəllik etsə haqqı çatdırmaqda aciz olar. 2-və hər kim tələskənlik etsə haqqa qarşı səbirli olmaz. (Bihar əl-Ənvar, cild: 75, səh: 175).


Nicat yolunu tapmaq üçün Məsumlardan (ə) 19 tövsiyə.


Nicat yolunu tapmaq üçün Məsumlardan (ə) 19 tövsiyə. Nicat yolunu tapmaq üçün Məsumlardan (ə) 19 tövsiyə. Məsumlar (ə) bizə həmişə həyatda düz yolu nişan verən örnək və nümunə olmuşdular. Bizə günahlarımızın bağışlanması üçün göstərdikləri 19 yola nəzər salaq:
1. Düzgün əqidə. Peyğəmbər (s) buyurur: “And olsun o Allaha ki, məni müjdə verən və qorxudan kimi məbus etmişdir! Allah, tək Allaha inananı cəhənnəmdə əbədi saxlamaz, bəlkə onlar şəfaətə nail olarlar”.
2. İstiğfar. Peyğəmbər (s) buyurur: “Tövbəkar,Allahın məhbubudur. O kəs ki, tövbə edər, o cür olar ki, günah işlətməmişdir”.
3. Zikr. Peyğəmbər (s) buyurur: “Elə bir insan yoxdur ki, (Allahı yada salar) onlara Allah tərəfindən nida çatmasın: “Qalxın! Allah sizin pis əməllərinizi və günahlarınızı həsənəyə çevirdi və sizin bütün günahınızdan keçdi””.
4. Gecə namazı. Əli ibni İbrahimin təfsirində belə bir hədis vardır ki, gecə namazı gün ərzində düçar olduğun günahlarını aradan aparar.
5. Öz nəfsini tənbeh etmək. İmam Rza (ə) buyurur: “Bəni-İsrayildən bir nəfər 40 il Allaha ibadət edir. Ancaq ibadətləri qəbul olmur. O, öz nəfsinə xitab edib deyir: “Bu sənsən ki, mənim əməllərimin qəbul olmamasına səbəb olmusan”. Allah tərəfindən ona xitab olur ki, bu məzəmmət sənin 40 illik ibadətindən daha yaxşıdır”. ...


Delil nedirki oluye quran oxumag olar?


Delil nedirki oluye quran oxumag olar? İnsan müstəhəb əməllərini ölənlərinə və ya həyatda olanlara hədiyyə edə bilər.
-Bundan əlavə, yaxşı olar varislər, dünyasını dəyişmiş yaxınlarını unutnasınlar. Çünki, onlar xeyr əməl etməkdən məhrumdurlar. Buna görədə övlad, qohum-əqrəba və mömin dostlarının ehsan və dualarına ehtiyacları var.
-Əllamə Məclisi buyurur: Xüsusi ilə gecə müstəhəb və vacibi namazlardan sonra və ziyarətgahlarda onlara dua etmək yaxşıdır. Ata-ana üçün isə daha çox xeyr əməllər və dua etmək lazımdır. Ata-ana üçün əsas xeyr əməl, onların vacibi vəzifələrini, ilahi haqları və həqqun-nası əda etməkdir.
-Nəql olunur ki, Peyğəmbər (s) buyurdu: Ölənləriniz üçün hədiyyə göndərin! Soruşdular: Onlar üçün hədiyyə nədir? Buyurdu: Sədəqə və dua. Peyğəmbər (s) başqa yerdə (s) buyurdu: Möminlərin ruhları hər cümə günü, dünya səmasına enərək evlərinin qarşısında dayanıb qəmli səslə çağırar ki, ey ailəmiz, ey övladlarımız, ey ata-ana və qohum-əqrəbamız! Bizə mərhəmət edin, bizim əlimizdə olan əmlakdan (ki, indi sizin ixtiyarınızdadır) bir dirhəm pul, bir tikə çörək və paltarla bizə mərhəmət edin ki, Allah sizə cənnət paltarlarından geyindirər...
-İmam Sadiq (ə) buyurub: Ölülər üçün edilən xeyr əməllərin savabı, həm ölüyə və həmdə onu görənə, hər ikisinə yazılır.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter