Kərbəla vaqiəsinin gözəlliklərindən yazın?


Kərbəla vaqiəsinin gözəlliklərindən yazın? Kərbəla vaqiəsinin gözəllikləri:
1-Ən gözəl qadın istəyi (Züheyrin yoldaşı ərinin İmamla gedməyini istədi)
2_Ən gözəl dönüş (Hürrün tövbəsi)
3_Ən gözəl vəfadarlıq (Əbəlfəzl (ə.s) ın su içməməsi)
4_Ən gözəl döyüş (Əli Əkbər (ə.s) in düşmənlə döyüşü)
5_Ən gözəl reaksiya (Vəhəbin anası onun başını düşmənə atmağı)
6_Ən gözəl cavab (İmam Hüseyn (ə.s) Qasim (ə.s) dan soruşdu ki ölüm sənçün necədir,oda buyurdu baldan şirindir)
7_Ən gözəl hədiyyə (xanım Zeynəb iki oğlu Ovn və Muhəmmədi İmam Hüseyn (ə.s) a hədiyyə etdi)
8_Ən gözəl namaz (Aşura günü gunorta namazı oxlar yağışı altında)
9_Ən gözəl fədakarlıq (Əbdullab bin Həsən əlini uzadır ox onun əlinə dəyir və İmam Hüseyn (ə.s) a dəymir)
10_Ən gözəl çıxış və söhbət (xanım Zeynəb (ə.s) in və İmam Səccad (ə.s) çıxışı Yezidin sarayında)
Yezid deyəndə ki gördün Allah sənin qardaşınla nə etdi,buyurdu: \"Gözəllikdən başka heçnə görmədim\". O an dedilər sanki Əli (ə.s) məzardan çıxıb söhbət edir..


Bəhlul Danəndədən namaz qılmayan şəxsə ibrətli dərsi


Bəhlul Danəndədən namaz qılmayan şəxsə ibrətli dərsi Bəhlul Danəndədən namaz qılmayan şəxsə ibrətli dərs:
Namaz qılmayan və heç bir ibadətlə məşğul olmayan bir şəxs hər gecə yatarkən “Allahım, mənə cənnətini nəsib et!” deyə dua edərmiş.
Bir axşam yenə də eyni şəkildə duasını edib yatır. Bundan xəbər tutan Bəhlul Danəndə bu şəxsin səhvini özünə başa salmaq istəyir və bu məqsədlə həmin şəxsin damına çıxır. Gecənin bir yarısı damda səs gəldiyini hiss edən bu şəxs yerindən qalxıb cəld çölə çıxır: - Kimsən? Orda nə edirsən? Bəhlul Danəndə deyir:
- Dəvəmi itirmişəm, onu axtarıram.
- Dəvənin damın üstünə çıxması mümkün deyil. Bu ağılsızlıqdır.
- Bəs ibadət etmədən Allahdan Cənnəti istəmək ağılsızlıq deyilmi?
Bu cavabdan təsirlənən şəxs tövbə edib ibadətlə məşğul olmağa başlayır.


Əxlaqi fəzilətlərə çatmağın yolları hansılardır?


Əxlaqi fəzilətlərə çatmağın yolları hansılardır? Bütün peyğəmbərlərin (ə) və İlahi dinlərin əsl hədəfi – əxlaqlı və insani fəzilətlərə malik olan bir cəmiyyət yaratmaqdır. Bu da onu göstərir ki, əxlaqi məsələlər həmişə diqqət mərkəzində olmuşdur. Ancaq bizim zamanımızda xüsusi əhəmiyyətə malikdir. Çünki bizim zamanımızda fəsad amilləri daha çoxdur. Bəs necə edə bilərik ki, əxlaqımız gözəl olsun?
1. Qəflətdən ayılmaq. “Onlar heyvanlar kimi, bəlkə (onlardan) daha azğındırlar”. (“Əraf” 179). 2. Elm və imanı gücləndirmək. 3. Ağıldan yardım almaq. O şeyi ki, ağıl dərk etmir, dindən yardım almalıdır. 4. Əməlin nəticələrinə diqqət etmək. Qüdsi hədisdə oxuyuruq: “Ey Musa! Məni xəlqə sevimli et!”.
Beləliklə deyə bilərik ki, insan əgər öz mənəvi inkişafına diqqət göstərsə və İslami bəsirətini gücləndirsə, əxlaqi fəzilətləri əldə edə biləcəkdir.


Bəs Aşura günü şeytan nədən peşman oldu?


Bəs Aşura günü şeytan nədən peşman oldu? Ayətullah Seyyid Mühəmmədtəqi Müdərrisinin atası nəql edir:
“61-ci Hicri ilinin Aşura gününün əsrində şeytanları gördülər ki, İblis onların ordusunun başında dayanıb üz və gözünə vurur. Sonra da ağlayır.
-Ona dedilər: “Bu gün sən gərək sevinəsən, bəs niyə pərişan və ağlarsan?”.
-İblis əleyhi lənətullah: “Böyük bir səhv etmişəm və insanları vadar etmişəm ki, Hüseyni (ə) öldürsünlər”.
-Dedilər: “Niyə? Məgər sən istəmirdin ki, zahirdə müsəlman olan bu insanlar cəhənnəmə getsin? Məgər cəhənnəmlik olmayıblar?”.
-İblis əleyhi lənətullah: “Niyə, olublar. Ancaq bu məsələdən qəflət etdim ki, bu işlə İlahi rəhmət qapısı insanların üzünə açılacaqdır. Və hər kəs öz yolu ilə onun şəfaətindən bəhrələnəcəkdir”\".


Ədəb nə deməkdir?


Ədəb nə deməkdir? Ədəbin tərifi: Ədəb, həddini bilmək, sərhədi aşmamaq deməkdir. Ailədə, iş yerində, cəmiyyətdə hər kəsin bir sərhədi vardır. Bütün çətinlik və dolanışıqsızlıqlar, hamı/həmişə həddi aşmaqdan qaynaqlanar. Hər kəs həddini bilib, sərhədi aşmazsa, məsələn, evin xanımı da, kişi də, öz sərhədini bilib ona görə hərəkət etsə, o ev Cənnət kimi olar. Cənnət kimi olan evdən axirətə gedənlər də, əlbəttə Cənnətə gedər. Hər barədə dinimiz nə əmr edir, onu öyrənib, ona görə hərəkət edən, həddini bilmiş, sərhədi aşmamış olar. O zaman nə döyüş, nə dolanışıqsızlıq, nə də döyüş olar. Dünya, güllük gülistanlık olar. Hər kəsin sərhədini isə, dinimiz bildirməkdədir. Edən tapar.


İmam Əli (ə) buyurur: Mömin şəxsin bu 9 xeyir əməllərini məhv edən bəlalar:


İmam Əli (ə) buyurur: Mömin şəxsin  bu 9 xeyir əməllərini məhv edən bəlalar: İmam Əli (ə) buyurur: \"Hər bir şeyin bir bəlası var ki, onun aradan getməsinə səbəb olur:
Elmin bəlası unutqanlıqdır,
İbadətin bəlası riyakarlıqdır,
Düşüncənin bəlası qürurdur,
Alicənablığın bəlası özünü böyük görməkdir,
Zirəkliyin bəlası boş danışmaqdır,
Bağışlamağın bəlası həddini aşmaqdır,
Xəcalət və həyacanın bəlası iradə süstülüyüdür,
Dözümün bəlası alçaqlıqdır,
Cəldliyin bəlası söyüş söyməkdir.


Yaxşılığa dəvət və pislikdən çəkindirmək haqda İmam Baqirdən (ə) 2 dəyərli hədis


Yaxşılığa dəvət və pislikdən çəkindirmək haqda İmam Baqirdən (ə) 2 dəyərli hədis Yaxşılığıa dəvət və pislikdən çəkindirməyin dəyəri haqda İmam Baqidən (ə) rəvayət:
1-İmam Baqir (ə) buyurur: \"Yaxşılığıa dəvət etmək və pislikdən çəkindirmək peyğəmbərlərin yolu və tutduğu istiqamətdir və saleh və seçilmiş insanların yaşayış tərzidir. İlahi əmrlərin içində ən böyük vacibatdır ki, başqa vacibatların icrası ondan asılıdır, bu vacibatın vasitəsi ilə yollarda müsəlmanlar əmin-amanlıqda get-gəl edərlər, müsəlmanların gəliri halal olar, insanların əzilmiş haqları öz sahiblərinə qaytarılar, torpaqlar abad olar və bərəkətini üzə çıxarar, düşməndən haqlar qaytarılar, işlər öz qaydasında gedər.
2-İmam Baqir (ə) buyurur: \"Allah-Taala Şüeyb Peyğəmbərə vəhu etdi ki: Mən sənin tayfandan 100 min nəfərə əzab göndərəcəm. Onlardan 40- min nəfəri pis əməl sahibidirlər, onlardan 60 min nəfəri isə yaxşı əməl sahibləri olanlardır. Şüeyb (ə) üzünü Allaha tutub ərz etdi: İlahi Pərvərdigara! Pis əməl sahibləri əzab olunmağa layiqdirlər. Amma yaxşı əməl sahiblərinə niyə əzab?! Allah-Taala ona vəhy etdi ki: Onlar (yaxşı əməl sahibləri) Günahkarların əməllərinə razı olub onları pis işlərindən çəkindirmədilər. Və Mənim qəzəb etdiyim əməllərə görə qəzəblənmədilər.\"


İmam Hüseyn (ə)-dan düşündürücü hədis


İmam Hüseyn (ə)-dan düşündürücü hədis İmam Hüseyn (ə.s) dan soruşdular: Ey Rəsulallahın övladı (ə.s),səhərin necə açıldı? Buyurdu: Səhərim elə bir halda açıldı ki,məndən bir neçə şey istənilirdi:
1. Allah məndən vacibatı yerinə yetirməyimi,
2. Peyğəmbər (s.a.v.v) öz sünnəsinə əməl etməyimi,
3. Nəfsim nəfsani istəklərə cavab verməyimi,
4. Şeytan günah etməyimi,
5. (Əməlləri yazan) iki mələk düzgün əməli,
6. Ölüm mələyi ruhumu,
7. Qəbir isə cəsədimi istəyirdi.
Mən də bu xislətlər arasında idim. (Biharul-ənvar,76/15)


İmam Hüseyn (ə) dövründə olan insanları üç dəstəyə bölmək olar!


İmam Hüseyn (ə) dövründə olan insanları üç dəstəyə bölmək olar! Tarixi cərəyanşünaslıq nəzərindən İmam Hüseyn (ə) dövründəki cəmiyyəti ümumi 3 cərəyana təsnif etmək olar:
-Birinci cərəyan Seyyidüş-Şühəda özü və onun köməkçiləridir. Bu insanlar yüksək mərifət sahibi idilər, öz dövrlərindəki dini məsələləri yaxşı dərk edirdilər. Onların nəzərincə, İmam bütün xəta və səhvlərdən məsum, nəfs istəklərinə tabe olmayan həqiqi mömin idi. Qeyd etməliyik ki, Təkcə sağlam baxış insanı səhvdən qoruya bilmir.
-İkinci cərəyana Yezidin rəhbərlik etdiyi əməvilər daxil idi. Onların baxışı zülm və fəsad üzərində qurulmuşdu. Bu gün biz Yezidin azğın olduğunu tam aydın dərk edirik. Amma həmin dövrdə bunu təyin etmək o qədər də asan deyildi.
-Üçüncü cərəyan iki cərəyan arasında yerləşir. Bu cərəyanı taımağın xüsusi əhəmiyyəti var. Bu cərəyandan olanlar bəzən zahirdə, bəzən isə batində İmam Hüseyni (ə) sevənlər idilər. Amma onların sevgisi Kərbəlada olanların sevgisi kimi deyildi. Bu sevgi onların Aşuraya üz tutması üçün bəs etmədi. Bu cərəyana daxil olan qruplar müxtəlif bəhanələrlə İmam Hüseyn (ə) qiyamına qoşulmadılar. Bunların dünya maraqları onların haqq yolu ilə getməsinə mane olurdu.
Əhnəf bin Qeys deyir: \"Biz Əbəl-həsən (ə) övladlarını sınaqdan keçirmişik. Onların hakimiyyət, var-dövlət toplamaq, müharibədə hiylə gücü yoxdur.” O öz cavabı ilə Əhli-Beytlə (ə) keçmişdəki dostluğunun sirrini açmış oldu.


Serialların ailələri məhv edən 8 CƏHƏTİ


Serialların ailələri məhv edən 8 CƏHƏTİ Psixoloqlar serialların gənclər üzərindəki təsirini araşdırdılar, dəhşətli nəticələr ortaya çıxdı.
Araşdırmanın nəticələri:
1. Əsas olan eşqdir, xoşlanmadır. Bunun üçün evlilik, namus və ata-ana fəda edilə bilər.
2. Kasıb insanlar əsla xoşbəxt ola bilməzlər. Xoşbəxt olmağın tək yolu zəngin və ya məşhur olmaqdır.
3. Nikahsız cinsi əlaqəyə girməkdə heç bir problem yoxdur. Əgər böyümüsənsə, istədiyin qız və ya oğlanla istədiyin şəkildə bərabər ola bilərsən.
4. Kiminsə qiymətli, dəyərli və bəyənilən olması üçün gözəl, yaraşıqlı və zəngin olması vacibdir. Əks halda cəmiyyətdə dəyərsiz hesab edilir.
5. Başqalarını alçaltmaq və gözdən salmaq səni məşhur edər.
6. Yalan danışmaq və oğurluq etmək yaxşı məqsədlər üçün edilirsə, bu günah sayılmır.
7. Əgər ata və anan bir-birinə ilk günki kimi aşiq deyilsə, boşanıb başqaları ilə evlənməlidir və sən də onları dəstəkləməlisən.
8. Qadının gözəl olması onun arıqlığından və mini ətək geyinməsindən asılıdır. Kişinin yaraşıqlı olması isə güclü əzələlərdən və bunu hər fürsətdə göstərməkdən asılıdır.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter