Imam Səccad (ə) Kərbəla hadisəsini bu yolla təbliğ edərdi!


Imam Səccad (ə) Kərbəla hadisəsini bu yolla təbliğ edərdi! İmam Səccad (ə) Kərbəla hadisəsini bu yolla təbliğ edərdi!
İmam Səccad(ə) Aşura hadisəsindən sonra qırx il ömür sürdü. Lakin bu 40 il ömrünün hamısını ağlamaqla başa vurdu. Çünki ona heç bir yerdə söhbət etməyə icazə vermirdilər. Ona heç cür imkan vermirdilər ki, Kərbəla barədə olan söhbətləri camaata çatdırsın. Yezidin adamları onu izləyirdi. Buna görə də o Həzrət hər sözünü camaata ağlamaqla çatdırırdı. Bəzən İmam gəlib qəssab dükanının yanında dayanıb ağlayardı. Qəssab ağlamağının səbəbini soruşanda buyurardı: Sən bu heyvanı kəsməzdən öncə ona su verdinmi? Qəssab deyərdi: Ağa bizlərdə adət belədir ki, heyvanı kəsməzdən öncə ona su verib sonra başını kəsərlər. İmam Səccad(ə) ağlayaraq buyurardı: Amma Kərbəlada atam Hüseynin(ə) başını kəsdilər su da vermədilər. Həzrətin bu sözləri qəssabda təsir qoyardı.
O Həzrət öz sözünü və təbliğini camaata ağlamaqla bildirərdi. Çünki o Həzrətə çıxış etməyə və söz danışmağa heç cür imkan vermirdilər. Hər dəfə İmam Hüseynin ziyarətinə gedərkən ağlaya ağlaya o Həzrətin ziyarətnaməsini oxuyurdı. Yezidin adamları da onu təqib edirdilər. İmam Səccad(ə) ziyarətnaməni oxuyarkən onlar içəri girəndə Həzrət sözü yavaş-yavaş dəyişərdi. Çünki onun hər dəqiqəsi belə bir vəziyyətdə idi. Ona görədə o Həzrət çox sözünü ağlamaqla camaata təbliğ edirdi.


Bəşəriyytin qeybi yardımlara ehtiyacı varmı?


Bəşəriyytin qeybi yardımlara ehtiyacı varmı? Bəşəriyytin qeybi yardımlara ehtiyacı:
Cavab: Bəziləri elə düşünürlər ki, bu gün elmi-texniki tərəqqiyə nail olmuş bəşəriyyətin qeybi yardımlara ehtiyacı yoxdur.
Amma bilməliyik ki, bəşəriyyətin büdrəmələrinin mənşəyi təkcə nadanlıq deyil.
Bəşəriyyətə problem yaradan digər amilləri nəzərdən keçirək: cilovlanmamış nəfs istəkləri, şəhvət və qəzəb, tamahkarlıq, vəzifəpərəstlik, komfort istəyi, bir sözlə, bugünkü bəşəriyyəti yolundan azdıran mənafepərəstlik! Bu amilləri aradan aparan və ya o istəkləri düzgün istiqamətləndirən qeybi köməklərdən başqa nə ola bilər?!


Həzrəti İsanın (ə) Kərbəlada İmam Hüseyn (ə) haqda bir şirlə danışması!


Həzrəti İsanın (ə) Kərbəlada İmam Hüseyn (ə) haqda bir şirlə danışması! Həzrət İsa (ə) Kərbəlada İmam Hüseynin (ə) müsibətindən xəbərdar oldu və Həvariləri ilə birlikdə o həzrətə göz yaşı tökdü:
Bir gün Həzrət İsa (ə) həvariləri (şagirdləri) ilə birlikdə səhrada gəzintiyə çıxmışdılar. Yolları Kərbəlaya düşdü. Bir cinli şir gördülər ki, onların yolunun davam etməsinə mane olur. Həzrət İsa (ə) irəli gedib buyurdu: \"Ey Allahın heyvanı niyə bu yolda oturmusan və keçməyə qoymursan?!\" O şir aydın dillə dedi: \"Sizin üçün yolu açmaram o zamana kimi ki, siz Hüseynin (ə) qatili olan Yezidə lənət deyəsiniz!\"
Həzrət İsa (ə) buyurdu: \"Hüseyn kimdir?\" Şir dedi: \"O (Hüseyn) Məhəmmədin (s) qızının oğludur. O Muhəmməd ki oxumamış və yazmamış möcüzəli kitab gətirər, Hüseyn (ə) Əli (ə) Allah Vəlisinin oğludur.\"
İsa (ə) dedi: \"Onun qatili kimdir?\" dedi: \"Onun qatili aşura günlərində yırtıcıların, canavarların və bütün vəhşi heyvanların lənətinə gəlmiş bir şəxsdir.
Sonra Həzrət İsa (ə) əlini qaldırdı və Yezidə lənət və nifrin oxudu həvarilər isə amin dedilər. İsanın (ə) Yezidə lənətindən sonra şir İsa və onun şagirdlərinin yolunu açdı və onlar getdilər. Bəzi rəvayətlərdə İsanın (ə) Hüseyn (ə) cərgəsində şəhid olmağı peyğəmbərlərlə birlikdə cihad kimi tanıtdırılması deyilir.


Peyğəmbərin (s) hədisində imanın kamillik əlamətləri


Peyğəmbərin (s) hədisində imanın kamillik əlamətləri Peyğəmbər (s) müsəlmanlardan birinci iman gətirən kişiyə belə buyurdu: Ey Əli! Hər kimdə yeddi keyfiyyet olsa,imanı kamildir və cənnətin qapıları onun üzünə açılar
1.Kamil surətdə dəstəmaz alsa.
2.Kamil surətdə namaz qılsa.
3.Qəzəbini udsa.
4.Lazımsız söz danışmasa.
5.Günahına görə tövbə etsə.
6.Zəkat versə.
7.Peyqemberin(s) Əhli-Beytinin (ə) xeyirxahı olsa.


İslamdan öncə Peyğəmbərlərin həyatında aşura günü hansı hadisələr vermişdir?


İslamdan öncə Peyğəmbərlərin həyatında aşura günü hansı hadisələr vermişdir? İslamdan öncə Peyğəmbərlərin həyatında aşura günü baş verən hadisələr:
1. Aşura günü Allah-Təalanın bəxş etdiyi möcüzə ilə dəniz yarılmış, Hz. Musa (ə.s) Firon və ordusunun təqibindən xilas olmuşdur. Firon və ordusu sulara qərq olmuşdur.
2. Hz. Nuhun (ə.s) gəmisi Cudi dağının üstünə aşura günü çıxmışdır.
3. Hz. Yunus (ə.s) balığın qarından bu gün xilas olmuşdur.
4. Hz. Adəmin (ə.s) tövbəsi həmin gün qəbul edilmişdir.
5. Hz. Yusuf (ə.s) qardaşlarının atdığı quyudan aşura günü xilas olmuşdur.
6. Hz. İsa (ə.s) aşura günündə dünyaya gəlmiş və yenə həmin gün səməya yüksəldilmişdir.
7. Hz. Davudun (ə.s) tövbəsi həmin gün qəbul edilmişdir.
8. Hz. İbrahimin (ə.s) oğlu Hz. İsmail (ə.s) aşura günü dünyaya gəlmişdir.
9. Hz. Yaqubun (ə.s) oğlu Hz. Yusifin (ə.s) həsrəti ilə görmə qabiliyyətini itirən gözləri aşura günü işığına qovuşmuşdur.
10. Hz. Əyyub (ə.s) bu gün xəstəliyindən şəfa tapmışdır.
Və ürək ağrısı ilə qeyd etməliyik ki, Rəsulullahın (s.ə.s) nəvəsi Hz. Hüseyn (r.a) və onun ailə üzvləri, yaxınları hicrətin 61-ci ilində aşura günü Kərbəlada şəhid edilmişdir.


Tasua günü Kərbəlada hansı hadisələr baş verdi?


Tasua günü Kərbəlada hansı hadisələr baş verdi? Tasua günü Kərbəlada olanlar:
1. İmam Hüseynin (ə) xeymələrinin mühasirəyə alınması
2. Şümrün əmannaməsinin həzrət Abbas tərəfindən (ə) rədd olunması
3. İmam Hüseyn (ə) tərəfindən müharibənin təxirə salınması istəyi
4. İmam Hüseynin (ə) (düşmənlərə) xitabı
5. İmam Hüseyn (ə) xeymələrinin ətrafında xəndəklərin qazılması
6. Şəhadət qüslü


Dini mərasimlərdə insanlar daha çox hansı mövzulara maraq göstərir?


Dini mərasimlərdə insanlar daha çox hansı mövzulara maraq göstərir? Ən gözəl mövzular arasında Əhli-Beytin (ə) söz və rəftarları yer alır. Əxlaqi mövzulara da yer vermək lazımdır. Cəmiyyətin həmişə əxlaqi mövzulara ehtiyacı var. Təbliğatçı əxlaqi nöqtələri ayə və rəvayətlərdən çıxarış edib xalqa çatdırır. Söhbətində ibrətamiz hadisələrdən bəhrələnir. İslam tarixi və İslam əxlaqı ən gözəl mövzulardır. Bütün xalqın əxlaqi mövzulara ehtiyacı var. Şahidik ki, insanlar xırda söz-söhbətlərə görə bir-birindən inciyir, bir-birindən gileylənir. Kiçik bir maşın qəzası baş verəndə sürücülər bir-biri ilə sərt davranır. Bütün bunlar əxlaqdakı nöqsanlardan irəli gəlir. Ruhanilər minbərdə insanları gözəl əxlaqa dəvət etməlidir.


İmam Hüseynin (ə) mübarək başı niyə Quran oxuyurdu?


İmam Hüseynin (ə) mübarək başı niyə Quran oxuyurdu? Şeyx Əli Namazinin İmam Hüseynin (ə) nizə başında ayələr tilavət etməsi barəsində bəzi ehtimalları vardır ki, onlarla tanış olaq:
1. İmamın (ə) nizə başında danışması onun haqlı və qiyamının İlahi olmasının nişanəsidir.
2. Həzrət Hüseyn (ə) demək istəyir ki, baxmayaraq ki, başımı bədənimdən ayırmısınız, ancaq biz hələ də sağıq. Bizim həyatımız cavidandır. Haris ibni Vəkidə nəql edir: “Mən o kəslərlə bir yerdə idim ki, İmam Hüseynin (ə) başını aparırdılar. Eşitdim ki, “Kəhf” surəsinin 9-cu ayəsini oxuyur və mən özümdə şəkk etdim ki, məgər belə bir şey ola bilərmi? Həzrət (ə) mənə buyurdu: “Ey Vəkidənin oğlu! Məgər bilmirsən ki, biz İmamlar Allah yanında sağıq?””.
3. İmam (ə) bu yolla demək istəyir ki, mən o insanların əlində şəhid oldum ki, bizimlə eyni dində idilər (zahirdə). O kəslər idi ki, cəddim Peyğəmbərin (s) dinində idilər. Bu hadisə Kəhf hadisəsindən daha heyrətlidir. İmam (ə) bu möcüzəsi ilə sübut etmək istəyirdi ki, haqq heç bir zaman məhv olmur, həmişə sağdır.


İmam Hüseynə (ə) əzadarlıq etməyin İslam ümmətinə nə belə faydaları var?


İmam Hüseynə (ə) əzadarlıq etməyin İslam ümmətinə nə belə faydaları var? İmam Hüseyn (ə) əzadarlığının ümumiləşdirilmiş şəkildə üç faydası vardır:

1. Dövrün zalımlarına etiraz və dünya məzlumlarının himayəsi;

2. Ədalət hissinin oyanışı və zalımlardan intiqam almaq arzusunun güclənməsi;

3. Haqqa çatmaqda və onun müdafiəsində müsəlmanların ictimai birliyinin təlimi.


İmam Hüseynin (ə) nurlu hədislərindən bir neçə seçmələr:


İmam Hüseynin (ə) nurlu hədislərindən bir neçə seçmələr: İmam Hüseyn (ə) buyurur:
1-Günah yolu ilə məqsədinə çatmaq istəyən şəxs gec hədəfinə çatar, və qorxduğu şeylə tez üzləşər.
2-Qiyamət günü heç kim Allahın qəzəbindən amanda qalmaz, yalnız o kəslər Allahın rəhmətin çatarlar ki, dünyada Allahdan qorxaq və təqvalı olmuşlar.
3- Məxluqun razılığını qazanmaq üçün Allahın qəzəbinə səbəb olan əməllər edən şəxslər həqiqi xoşbəxtlikdən məhrum olacaqlar.
4-(İlahi) Səninlə danışmayan şəxsin nəyi vardır? səni tapanın nəyi yoxdur? O şəxs ki, (Allah) səndən başqasını bəyənə və onunla sevinə, qətidir ki, ziyan etmişdir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter