Nə edək ki, dünyaya qarşı laqeyd olaq?


Nə edək ki, dünyaya qarşı laqeyd olaq? Deməli, dünyanın həqiqəti – onun keçici olmasındadır. İnsan gərək bunu dərk etsin. Əgər biz bu həqiqəti dərk edə bilsək, ürəyimiz dünyadan soyuyar. Bütün qəm və qüssələrimizin səbəbi - dünya sevgisidir. Əgər bu sevgidən xilas ola bilsək, daha rahat və hüzurlu ola bilərik.
Şeytan bizi üç tərəfdən aldadar: 1. mal toplamağa həvəsləndirər; 2. qohumlarla əlaqəni kəsməyə təşviq edər və onlara ehsan etməkdən bizi saxlayar; 3. İlahi haqqı və sədəqəni verməkdən bizi saxlayar. Hər bir müsəlmanın boynunda İlahi haqq vardır və bu haqq – yoxsulların haqqıdır. Əgər insan mənəvi cəhətdən inkişaf etməzsə, dünya onu aldada bilər. Dünya sevgisindən xilas olmağın ən yaxşı yolu – nəfsi islah etməkdir...


Ayətullah Məkarim Şirazi dünya və axirət haqda hansı nəsihətləri edir?


Ayətullah Məkarim Şirazi dünya və axirət haqda hansı nəsihətləri edir? Ayətullah Məkarim Şirazi buyurur: \"Mənim əzizlərim! Allah buyurur ki, dünya qürur və aldatmaq yerindən başqa bir yer deyildir. Fikir etdiyimizdən də çox boş və mənasızdır. Cavidan həyata etiqad ancaq o biri dünyadadır. Əgər o, olmasaydı, bu dünyanın nə dəyəri olardı, nə də hədəfi. Mən bütün ömrüm boyu mənəvi və insanlıq dəyərindən başqa bir dəyərli şey tapmadım. Bütün maddi dəyərlər ilğım kimidir. İnsanlar yuxudadırlar, insan həyatında daima əziyyət içindədir. Dünənin uşaqları bu günün cavanlarıdır. Bu günün cavanları sabahın qocalarıdır! Sabahın qocaları torpaq yatağındadırlar. Elə bil ki, heç olmamışdılar kimi. Bəzi alimlərin evlərinin yanından keçən zaman yada salıram ki, dünən bu evə nə qədər insan gəlib-gedirdi. Nə qədər göz bu evə dikilmişdi. Ancaq bu gün toz-topağın içində unudulmuşdur...


İmam Əli (ə) buyurur: Bu 6 əmələ sarılın ki behiştə yetişə biləsiniz?


İmam Əli (ə) buyurur: Bu 6 əmələ sarılın ki behiştə yetişə biləsiniz? İmam Əli (ə) buyurur: \"O kəsdə ki, altı sifət cəm olar, behiştə daxil olmaq və cəhənnəmdən qaçmaq üçün heç bir istəyi əldən verməz:
1. O kəs ki, Allahı tanıyar və itaət edər.
2. O kəs ki, şeytanı tanıyar, itaətsizlik edər.
3. Haqqı tanıyar və ardınca gedər.
4. Batili tanıyar və ondan çəkinər...


Kimlər şəfaətə layiqdir və kimlər bu nemətdən məhrum olacaqlar?


Kimlər şəfaətə layiqdir və kimlər bu nemətdən məhrum olacaqlar? İmam Rza (ə) buyurur: \"O kəs ki, Allahın Rəsulunu (s) inkar edər və ona etiqad bəsləməz – o Həzrətin (s) şəfaəti ona çatmaz”.
Həzrət Peyğəmbər (s) buyurur: \"Qiyamət günü mən dörd nəfərin şəfaətçisi olacağam:
1. O kəs ki, övladlarımı əziz tutmuş və hörmət etmişdir.
2. O kəs ki, onların istəklərini yerinə yetirmişdir.
3. O kəs ki, onların işini görməkdə səy göstərmişdir, o zaman ki, həmin işə ehtiyac duymuşdular.
4. O kəs ki, onları dili və qəlbi ilə sevmişdir”.


Müsəlman şəxs ölümündən sonra 3 əməlindən faydalana bilər?


Müsəlman şəxs ölümündən sonra 3 əməlindən faydalana bilər? İnsanların əli ölümdən sonra üç şeydən başqa bütün əməllərdən kəsilər! Peyğəmbər (s) buyurub: Möminin nişanəsi üç şeydir; az yeyər az danışar az yatar. Mən özümdən sonra ümmətimdən ötrü üç şeydən qorxuram; hidayət olduqdan sonra azmaqdan, insanı azdıran fitnələrdən, qarın və fərc şəhvətpərəstliyindən.
İnsanların əli ölümdən sonra üç şeydən başqa bütün əməllərdən kəsilər: Birincisi, uzun müddətli sədəqə digəri insanların faydalandığı xeyir əməllər (məsələn, tədris, kitab yazmaq və s.), üçüncüsü isə valideyni barəsində dua edən saleh övlad.


Nə üçün \"Fərəc\" duasının oxunmasında Şeytan narahat olur?


Nə üçün "Fərəc" duasının oxunmasında Şeytan narahat olur? Fərəc duasının ən böyük təsirlərindən biri – şeytanın narahat və əsəbi olmasıdır. İnsan Allaha hər nə qədər yaxın olarsa şeytan bir o qədər narahat və əsəbi olar. Çünki həmin bəndəyə yaxınlaşa bilməz. Fərəcin tezləşməsi üçün dua etmək – ən fəzilətli ibadətlərdəndir ki, imanın kamilləşməsinə və Sübhan Allaha yaxınlaşmağa səbəb olar. İnsan ibadətdə hər nə qədər kamala çatarsa, lənətlik şeytandan bir o qədər uzaqlaşar. Hz Peyğəmbər (s) buyurur: \"Şeytan o zaman ki, mömin beş namazın vaxtına nəzarət edər, davamlı olaraq ondan qorxar. O zaman ki, onları zay edər, şeytan ona cürət edər. Onu böyük günahlara daxil edər”. lbəttə, insan əgər Allahın buyurduğu ibadətləri kamil şəkildə yerinə yetirərsə, Allaha yaxınlaşar. O cümlədən: namaz qılmasında, oruc tutmasında, dua etməsində, Quran oxumasında...


Şeytan həqiqidir, yoxsa xəyali? - O insanı necə aldadır?


Şeytan həqiqidir, yoxsa xəyali? - O insanı necə aldadır? İnsan dünyaya gələndən hey çarpışır. Özüylə(nəfsi ilə), dünya ilə, xəstəliklərlə, maddi çətinliklərlə və sair: Bunlar azmış kimi bir yandan da şeytan var. Şeytanın canlı, müstəqil bir varlığ olduğunu bəziləri qəbul etmir. Hətta onu mənəvi bilənlər də vardır. Amma kimin necə bilməyindən aslı olmayaraq Allah-Təala onu bir varlıq kimi təqdim etmiş və onu insanın açıq aşkar düşməni olduğunu buyurmuşdur: Ey Adəm övladı! Məgər Mən sizdən əhd almadımmı ki, şeytana ibadət etməyin, o sizin açıq-aşkar düşməninizdir (Yasın-60). Qurani-Kərim ayələrinə əsasən şeytan insanın aşkar düşmənidir. O insanları azdıracağına, onları həlakətə, məhvə sürükləyib, cəhənnəmə tökdürəcəyinə and içib. Özü də Allah Təala qarşısında. (İblis) dedi: \'Sənin izzətinə-qüdrətinə and olsun ki, onların hamısını azdıracağam (Sad-82).


Günahkarın əməlindən də böyük günahı hansı işdir?


Günahkarın əməlindən də böyük günahı hansı işdir? Mərhum Ayətullah Behcətdən ən böyük günah barədə soruşduqda, o böyük şəxsiyyət İmam Sadiq(ə) dan hədis rəvayət edib buyurdu: Bir şəxs bir günaha mürtəkib (düçar) olarsa, onun Allah Təalanın rəhmətinə, bağışlanmasına naümüd olması daha böyükdür. Əgər günaha düçar olduqca qarşısını almasaq, Allahın ayələrinin inkarına, ələ salmağa, yalanlamağa gətirib çıxardar və ya elə bir yerə gəlib çıxar ki, Allahın rəhmətinə ümidsiz olar. Geniş ilahi rəhmətdən ümidi üzülər (bu daha pisdir). Baxmayaraq ki, İmam (ə)buyurur qiyamət olanda Allah Təalanın rəhməti hər yeri elə bürüyər, hətta İblis belə bu rəhmətə ümidli olar...


İnsanın qəlbini təsir altında saxlayan iki mühüm amil hansılardır?


İnsanın qəlbini təsir altında saxlayan iki mühüm amil hansılardır? O iki şeyin birincisi təfəkkürdür. Təfəkkür elə bir nemətdir ki, yalnız insana məxsusdur. İnsan bu güclə Allahını dərk edir, bu güclə düşünür, elm kəsb edir, təbiətlə mübarizə aparır, özünü idarə edir, həyasını qoruyur, namusunu qoruyur. Bir sözlə təfəkkür əvəz olunmaz bir ilahi nemətdir. İnsanın bütün işləri onun təfəkkür “süzgəcindən” keçir. Hər bir əməl təfəkkürün məhsuludur. İnsan fikirləşir sonra əməl edir. Bu gün cəmiyyətimizin ictimai, əxlaqi fəsada getməsi, milli, dini dəyərlərimizin aradan itməsi, torpağlarınızın əldən getməsi də təfəkkür və dayaz düşüncəmizin məhsuludur.
İkincisi isə əməldir ki, birbaşa qəlbə təsir edir. İnsanın gördüyü işlər onda təsir qoyur. Yaxşı əməl müsbət təsir, pis əməl isə mənfi təsir qoyub qəlbi bərbad edir. Təbii ki, bərbad, xəbis qəlbdən də ardınca pis işlər gələr...


Məsumlar nəyə görə sədəqəni pərdə arxasından və şəxsin üzünü görmədən veriblər?


Məsumlar nəyə görə sədəqəni pərdə arxasından və şəxsin üzünü görmədən veriblər? Allah Rəsulu (s) buyurub: Xeyir işini gizlədən hər bir kəsin hədiyyəsi yetmiş həcc ziyarətinə bərabərdir. Bir nəfər İmam Rizanın (ə) yanına gəlib kömək etməsini istədi! Həcc ziyarətində varını əldən verdiyi söyləyərək sözünə başladı... İmam (ə) buyurdu: Bu pulları al və yol xərclərinə istifadə et. Bizim adımızdan da sədəqə verməyin lazım deyil. Götür və vətəninə get. Nə mən səni, nə də sən məni müşahidə etməyəsən. Qonağ pulu alıb təşəkkür edib getdi. İmamın (ə) pulu pərdə arxasından verməsinin və belə deməsinin səbəbini soruşdum. O həzrət (ə) buyurdu: Qoxdum ki,pulu alan vaxtı onun üzündəki sevinc və utancaqlığ hissini görəm. Allah Rəsulu (s) buyurub: Xeyir işini gizlədən hər bir kəsin hədiyyəsi (savabı) yetmiş həcc ziyarətinə bərabərdir.(Səfinətun Nicat. Cild-1. Səh-41 və 418)...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter