Səni tərifləyən şəxsin sözləri qarşısında hansı işi görməlisən?


Səni tərifləyən şəxsin sözləri qarşısında hansı işi görməlisən?Bütün camaat sənə «yaxşı adamsan» desə də, sən onların bu sözündən sevinməyəsən! \"Özünü Allahın kitabı olan Quranla müqayisə et\"! İnsanın günaha düşməsinin səbəblərindən biri də onun cəmiyyətdə ictimai məhrumiyyətlərə uğramasıdır. İşlərini xalis ilahi məqsədlərə uyğunlaşdırmayan şəxslərin xoşbəxt və ya bədbəxt olması camaatın onlara qarşı hansı fikirdə olduğundan asılıdır. Yəni onlar həyatda xoşbəxtliyi camaatın onları tərifləməsində, bədbəxtliyi isə camaatın onları pisləməsində görürlər. Belə şəxslər ictimai məhrumiyyətlərə uğrayan zaman özlərində həqarət hissləri keçirirlər. Nəticədə bu hiss onların qəlbində başqalarına qarşı düşmənçilik və kin-küdurət toxumunu əkir və bu yolla da onları müxtəlif günahlara sövq edir. Deməli, bu cür günahların bünövrəsini işlərini qeyri-ilahi hədəflərə görə icra etmək təşkil edir...


İnsani dəyərlərə hörmət zəruridirmi?!


İnsani dəyərlərə hörmət zəruridirmi?! İnsan yaranmışların şərəflisi olduğuna diqqət etsə, çirkin əxlaq və günahdan qaçar. Özünü insan adlandıran varlıq heyvani hisslərə necə təslim ola bilər?! Həzrət Əli (ə) buyurur: «Özünü əziz tutan insan üçün şəhvətlər ləyaqətsiz görünür». İmam Səccaddan (ə) soruşdular ki, ən dəyərli insan kimdir? Həzrət cavab verdi ki, ən dəyərli insan özünü dünyadan dəyərli biləndir. Ruhani kəramətlərə diqqət özünütərbiyədə faydalıdır. İnsan özünə müraciət edə bilər ki, axı sən qüdsi-aləmdən gəlmisən. Axı sən Allahın xəlifəsisən! Axı sən əbədi həyat üçün yaranmısan! Sənə heyvani hisslərə tabe olmaq yaraşırmı?!...


Həqiqi mömin əyləncəyə vaxt sərf edə bilərmi?


Həqiqi mömin əyləncəyə vaxt sərf edə bilərmi?İnsan dəmir maşın deyildir ki, durmadan işləsin. Əslində, maşının da hissələri işlədikcə qızır, soyuması və yağlanması lazım gəlir. İnsan isə maşından fərqli olaraq cismlə yanaşı, ruha da malikdir. İnsanın gözü, əl-ayağı yorulub, istirahətə ehtiyaclı olduğu kimi, ruhu da yorulur və dincini almaq istəyir. İnsanı psixoloji yorğunluqdan çıxaran ən gözəl vasitə, sağlam əyləncədir. Təcrübədə sübut olunmuşdur ki, ruh yorulduqca, onun işinin keyfiyyəti aşağı enir. Qısa müddət əyləncə ilə məşğul olduqdan sonra ruh dirçəlir, yenidən işləməyə həvəs yaranır. İmam Sadiq (ə) buyurur: «Təbukdan qayıdan peyğəmbər, öz yaxınları arasında cıdır müsabiqəsi keçirdi. Həzrətin dəvəsinə minmiş Üsamə, cıdırda qalib gəldi». («Səfinətül-bihar», 1-ci cild, səh.596.)


Təsbihati-ərbəənin sirri və mənası nədir?


Təsbihati-ərbəənin sirri və mənası nədir? Həzrət Peyğəmbər (s) buyurur: “Allah Təala bilir ki, bəni-Adəm Allaha yalan deyir, ona görə də buyurur: “Subhənallah”. Yəni, Allah insanların dediklərindən münəzzəh və pakdır. Allah Təala bilir ki, bəndələri nemətinin şükrünü yerinə yetirmirlər, ona görə də bəndələrinin Onu həmd etməsindən əvvəl O, özünü mədh etmişdir. “Əlhəmdulillah”. Bu İlahi həmd və sitayiş – ilk kəlamdır ki, əgər olmasaydı, Allah heç bir zaman heç kəsə nemət verməzdi. “Lə iləhə illəllah”, yəni Allahın vahid olmasına şəhadət verməkdir. Bəndələrin əməlləri qəbul olmaz, məgər onunla. Bu, təqva kəlməsidir ki, Qiyamət günü əməl tərəzisi onunla ağır olacaqdır. “Allahu Əkbər” – ən üstün kəlam və Allah yanında onların ən sevimlisidir. Yəni, varlıq aləmində Allah Təaladan böyüyü yoxdur. Namaz düzgün olmaz, məgər onunla. Çünki namaz Allah üçün əziz və dəyərlidir və Allah adı da Əzz və Cəll Haqq üçün əziz və dəyərlidir”...


Zəkat verməyin vacibliyinin sirri nədədir?


Zəkat verməyin vacibliyinin sirri nədədir? İmam Riza (ə) cavab yazır: \"Zəkat – yoxsulların ruzisi və qüvvətidir. Zənginlərin malını qoruyar. Ona görə də Allah Təala düzgün insanları vəzifələndirmişdir ki, yoxsul və miskinlərə əl tutsun və onların işləri ilə məşğul olsun. Belə ki, Allah Təala buyurur: \"Mallarınız və canlarınız barədə mütləq imtahan ediləcəksiniz”. (\"Ali-İmran” 186). Məqsəd odur ki, malınızın zəkatını çıxardasınız. Nəfsinizin imtahanı odur ki, nəfsinizi səbir etməyə hazır edəsiniz və Allahın nemətlərinə görə şükrünü əda edəsiniz. Ümidvar olun ki, bu nemətlər sizin üçün artacaqdır, bir şərtlə ki, siz də zəiflərə qarşı mehribanlığınızı artırasınız. Miskinlərə sevgi göstərəsiniz. Bu zəkat – zənginlər üçün öyüd və nəsihətdir. Belə ki, ona diqqət edərək, axirətin yoxsullarına çevrilə bilərlər və nəticədə axirətdə yoxsulluğu aradan qaldıra bilən şeyləri hazır edə bilərlər...


İmamların (ə) hərəmləri yanında dəfn olunmaq insana nə vəd edir?


İmamların (ə) hərəmləri yanında dəfn olunmaq insana nə vəd edir? Əhli-beyt (ə) məktəbinin əqidəsinə görə, Məsum İmamların (ə) qəbirləri müqəddəs məkanlar hesab olunur. Ona görə də hər bir mömin və günahkar insan səy göstərir ki, onların qəbirlərinin kənarında dəfn oluna bilsin. Bu yolla onların müqəddəs qəbirlərinin feyzindən bəhrələnə bilsinlər.
Muhəqqiq Behbani nəql edir: \"Yuxuda İmam Hüseyni (ə) gördüm. Həzrətə (ə) dedim: \"Ey, mənim Mövlam! O kəs ki, sizin ətrafınızda dəfn olunar, ondan sual olunarmı?”. Buyurdu: \"Hansı mələkdir ki, buna cürəti çatsın?”...


“Allaha itaətsizliyin başında hansı 6 amil durur...”


“Allaha itaətsizliyin başında hansı 6 amil durur...” İmam Kazım (ə) buyurur: “Allah Qiyamət günü üç dəstə insana ərşinin kölgəsində pənah verəcəkdir: O kəs ki, müsəlman qardaşını evləndirər. O kəs ki, din qardaşına xidmət edər, o kəs ki, müsəlman qardaşının sirrinin ifşa olmasının qarşısını alar”. Həzrət Peyğəmbər (s) buyurur: “Allaha itaətsizliyin başında 6 amil durur: 1. dünya sevgisi. 2. vəzifə sevgisi. 3. yemək sevgisi. 4. yuxu sevgisi. 5. rahatlıq sevgisi. 6. qadın sevgisi”.
İmam Əli (ə) buyurur: “Dünya sevgisi qulağı hikməti eşitməkdən kar edər. Qəlbləri bəsirət gözünü görməkdən kor edər”.


Dirilərin ölənlər üçün ən yaxşı hədiyyəsi nələr ola bilər?


Dirilərin ölənlər üçün ən yaxşı hədiyyəsi nələr ola bilər? Əgər ölünün qəbri başında ölünü yada salıb, “Fatihə” oxuyarlarsa, ona görə bağışlanma diləyib dua edərlərsə, həmin ölünün bərzəxdəki halı yaxşılaşar. Həzrət Peyğəmbər (s) buyurur: “Dirilərin ölülər üçün ən yaxşı hədiyyəsi - dua və bağışlanma diləməkdir”. İmam Sadiq (ə) buyurur: “Dirilər hədiyyədən sevindikləri kimi, ölülər də onlara görə bağışlanma diləməkdən sevinərlər”. Dirilərin ölüləri ziyarət etməsi onlar üçün bir ibrət dərsidir və ölümü xatırladar. Həzrət Peyğəmbər (s) buyurur: “Ölülərinizin ziyarətinə gedin ki, sizi axirəti (ölümü) yada salsın”.


Axıril-zamanda Peyğəmbər (s) rəcət edəcəkdirmi?


Axıril-zamanda Peyğəmbər (s) rəcət edəcəkdirmi? ...İmam Sadiqdən (ə) gələn hədisdə isə oxuyuruq: “Allaha and olsun ki, dünya sona çatmaz, məgər o halda ki, Allah Təala Peyğəmbəri (s) və İmam Əlini (ə) bu nöqtədə, yəni Kufənin kənarında bir yerə toplayacaqdır. Orada məscid inşa edəcəklər ki, 12 min qapısı olacaqdır. O məscid axıril-zamanda, yəni Həzrət Məhdinin (ə.f) zühuru zamanında olacaqdır”. Həmçinin İmam Səccaddan (ə) nəql edilir ki, Həzrət (ə) də yuxarıdakı ayədə məqsədin Peyğəmbərin (s) rəcəti olduğunu bəyan etmişdir. İmam Baqir (ə) buyurur: “Allah Cabirə rəhmət etsin. Elmi o yerə çatmışdı ki, (sonra yuxarıdakı ayəni tilavət edir) başa düşmüşdü. Bu ayənin təfsirində məqsəd – rəcətdir”. Beləliklə bu ayə və hədislərə əsaslanaraq, deyə bilərik ki, Peyğəmbər (s) də axıril-zamanda rəcət edəcək və zühur zamanı Həzrət (s) də dünyada olacaqdır...


Allah-Taalanın (c.c) bəndəsinə ən böyük rəhməti nədir?


Allah-Taalanın (c.c) bəndəsinə ən böyük rəhməti nədir? ... İnsan nəqədər günah etsə də, Rəbbi ilə olan bağlılığını qırsa da, yenədə Allah rəhm edən, əfv edəndir. Bəndə Rəbbinin ona bəxş etdiyi tövbə hissi ilə yenidən öz Rəbbinə doğru cəzb olur. Əsas odur ki,istəsin. O günahla nə qədər uzaqlaşsada, tövbə ilə yenidən Rəbbinə cəzb olacaq. Çünki Rəbbimizin rəhmət sonsuzdur.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter