Müsəlmanın imanını artıran əməllər hansılardır?


İnsan öz imanını kamilləşdirmək üçün aşağıdakı yollardan istifadə edə bilər:
1. Təfəkkür və dəlillər. Allahın varlığını sübuta yetirən dəlillər haqqında düşünmək insanın imanını gücləndirir. «Hədid» surəsinin 4-cü ayəsində buyurulur: «Harada olsanız O, sizinlədir».
2. İlahi nişanələr. İnsan təbiət aləmini, müxtəlif heyvanların həyatını, aylı-ulduzlu səmanı diqqətlə müşahidə edərsə, böyük Yaradıcının nişanələri ilə rastlaşar. Dünya heyrətamiz gözəlliklərə bürünmüşdür...
3. İbadət. \"Hicr» surəsinin 99-cu ayəsində buyurulur: «Yəqin məqamına çatanadək Allahına ibadət et».
4. Zikr və dua. Zikr və duada qəlbin iştirakı əsas şərtdir.


Hüsni-Zənn olan şəxsi Allah-Taala (c.c) sevir...


HÜSNÜ ZƏNN VƏ YAXŞI ƏHVAL-RUHIYYƏLI MƏHBUS: Musa peyğəmbərin (ə) vaxtında 2 nəfər zindana düşür. Bir müddətdən sonra onları azad edirlər. Onlardan biri yaxşı əhval-ruhiyyədə idi, digərisə arıq zəifləmişdi. Musa peyğəmbər (ə) kök kişidən soruşdu: \"Sənin kökəlməyinə səbəb nə olub?\" Kişi deyir: \"Allaha qarşı olan gümanım xoş idi və Ona (Allaha) hüsnü zənn edirdim\"
Həzrət Musa (ə) arıq kişidən soruşdu: \"Sənin bəd hal və arıq olmağına səbəb nə idi? \"Deyir: \"Allahın qorxusu məni bu hala salıb\". Həzrət Musa (ə) əllərini qaldıraraq dedi: \"İlahi! Bu iki nəfərin dediklərini eşitdim. Mənə agah et görüm bunların hansı üstündür. \"Allah-taala buyurur: \"Mənə xoş güman və hüsnü-zənn edən şəxs üstündür.\" (\"Yüz mövzu, yüz dastan\".)


Riyakarlığın həqiqəti və aqibəti və nişanələri haqqında məsumlar nə buyurmuşlar?


-Riya və şirk: Allahın Peyğəmbəri (s):«Hər şeydən çox, sizin üçün kiçik şirkdən narahatam.» Ərz etdilər:«Ey Allahın Rəsulu! Kiçik şirk nədir?» Buyurdu:«Riya.»
-Riyakarların acı aqibəti: İmam Sadiq (ə):«Qiyamət günü namaz qılan bəndəni gətirərlər və o, deyər:«Ey Rəbbim, mən Sənin razılığın üçün namaz qılmışam.» Amma ona deyilər:«Xeyir, əslində sənin barəndə «filankəs necə də gözəl namaz qılır» demələrindən ötrü namaz qılmısan. Onu Cəhənnəmə aparın.»
-Riyakarın nişanələri: İmam Əli (ə):«Riyakarın üç nişanəsi var: insanları görəndə sevincək olar, tək qalanda isə halsız və tənbəl, hər bir işdə təriflənməyini istər.»


İnsanların batini və zahiri həyatını dəyişəcək 4 mühüm amil hansılardır?


Maraqlı və toxunmaq istədiyimiz məqam, insanların fərqli düşüncə sahibi olması Allah Rəsulunun (s) bir hədisində özünü zahir etməkdədir. Bu hədisə əsasən mömündə dörd şey olmalıdır ki, onun rifahına xidmət etsin. Peyğəmbər (s) bu dörd şeyi sayır. Amma fərqli baxışlarla. Zahir və batin baxışları ilə. Peyğəmbər (s) buyurub: Möminin dörd şeyi olmalıdır: Geniş evi Yaxşı miniyi Gözəl libası Nurlu, işiqlı çırağı.
Bir kişi dedi Ya Rəsul Allah (s) bizim bunlardan yoxumuzdu biz neynəyək? Həzrət (s) buyurdu: Bu hədisin həmdə batinin vardır. Geniş ev böyük səbri təmsil edir, yaxşı minik ağıldır, gözəl libas həyadır, nurlu çırağ elimdir ki, onun səmərəsi bəndəçilikdir...


Küfr və fəsad əhli olan yaxınlarımız barədə dua edə bilərikmi?


Tövbə surəsinin 113-cü ayəsində Allah Təala buyurur: Müşriklərin cəhənnəmlik olduqları (müsəlmanlara) bəlli olduqdan sonra onlarla qohum olsalar belə, peyğəmbərə və iman gətirənlərə onlar üçün bağışlanma diləmək yaraşmaz!
Bu ayənın təfsirində Ayətullah Məkarim Şirazi Təfsiri Nümunədə yazır: Bu ayəyə uyğun olaraq müsəlmanlar müşrük olan dost və yaxınları üçün nə qədər ki həyatdadırlar onlar üçün dua və bağışlamna istəyə bilərlər. Yox əgər onların hidayət olmalarına ümid kəsilsə və ya o halda dünyadan köçsələr onlar üçün bağışlanma və xeyir istəyə bilməz (Cild-8. Səh-160).


Müsəlman şəxs həyatının sonunun yaxşı qurtarması üçün hansı məsələlərə diqqət yetirməlidir?


Həzrəti İmam Sadiq (ə) öz dostlarının, onları sevənlərin aqibətinin gözəl olması üçün, sonda İlahi rəhmətə yetişmələri üçün, yaxın dostlarına tövsiyyə məktubu göndərir:
1. Allahın haqqını böyük tüt (bil)! Allah Təalanın nemətlərini günah yollarda zay etmə. Bu nemətlər bizə itaətə vəsilə olaraq əta etmişdir.
2. Allahın helmi səni aldatmasın! Öz bəndələrinə qarşı mərhəmətlidir. Günah müqabilində səna qarşı olan ilahi qəzəbin yetişməməsi səni arxayın eləməsin.
3. Bir kəs bizə olan məhəbbətini aşkar eləsə, özünü bizə nisbət versə ona qarşı ehtiramlı ol. Hərçəd yalan desədə. Sən doğru olduğunu niyyət elə (hüsnü zənn et) ona ehtiram et! (Uyunu əxbari Rza. Cild-2. Səh-4)


İmam Sadiq (ə) namazı necə qılırdı?


Həmad ibni İsa nəql edir: \"İmam Sadiqin (ə) xidmətində idim, mənə buyurdu: \"Namazı yaxşı qıla bilərsənmi?”. Dedim: \"Necə bacarmayım ki, namaz haqqında yazılan \"Hərir” kitabını əzbərdən bilirəm””. Həzrət (ə) buyurdu: \"Sənin üçün zərəri yoxdur, ayağa qalx və namaz qıl ki, mən də sənin necə namaz qıldığını görüm”. Mən üzü qibləyə dayanıb, namaz qılmağa başladım və namazın bütün rüku və səcdəsini yerinə yetirdim. Ancaq İmam (ə) bu namazı bəyənmədi və buyurdu: \"Namazı yaxşı qılmadın. Necə də bir insan üçün çirkindir ki, ömründən 60-70 il keçər və bir kamil namaz qıla bilməz”. Mən xəcalət çəkdim və dedim: \"Qurban olum, namazı mənə təlim verin”. İmam (ə) üzü qibləyə dayandı və əllərini azad buraxdı...


Hansı əmələ edilən tövbə qəbul deyildir?


Hansı əmələ edilən tövbə qəbul deyildir? Peyğəmbərlərin (ə) həyatında bir imanlı şəxs var idi! Bir gün şeytan ona deyir sənin dinin var amma sənə daha yaxşı şeylər öyrədim? Avam dindar deyir: Bəli! Şeytan ona səslənir: Get insanların içində yaxşı görsənən yeni əməllər ixtira edərək təbliğ elə... Bu şəxs həmin günahı edir və İslamda bidət yaradır... Bu zaman Allahın Peyğəmbərinə nida gəlir: \" “İzzət və Böyüklüyümə and olsun ki, əgər Məni o qədər çağırsa ki, sümüklərinin hissələri bir-birindən ayrılar, cavabını vermərəm, məgər o halda ki, bütün o kəslər ki, onun dini ilə dünyadan gediblər dirilsinlər və onları batil dindən geri döndərsin”...


Allahdan necə övlad istəyək?


Allahdan necə övlad istəyək? Halbuki Həzrəti Əli (ə) fəxr ediləcək övladı belə vəsf edir: «Mən öz Allahımdan nə xoş sima övladlar istədim nə də boylu-buxunlu uşaq. Allahımdan Allaha itaət edən, Ondan qorxan övladlar istədim ki, ona baxanda Allaha itaət etdiklərini görüm və gözlərim işıqlansın.»(əl-Kafi, c.6, səh.6, hədis 6 ). Qurani Kərimdə bu məsələyə işarə edərək belə vurğulayır: Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir). Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır. (Hucurat-13)...


İmam Əli (ə) zərbətləndiyi zaman hansı ayəni oxudu?


İmam Əli (ə) zərbətləndiyi zaman hansı ayəni oxudu? Hədisdə varid olub ki, Əli (ə) zərbətləndiyi an əlini yerə atıb torpağ götürüb başının yarasına sürtdü və bu ayəni oxudu: “Biz sizi torpağdan yaratdıq, oradan yenidən dirildəcəyik, digər bir vaxt yenidən sizi o torpağdan çıxardacayıq (Taha-55). İmam (ə) bu ayəni oxuyub ardınca Allahın əmri yetişdi və Peyğəmbərin dediyi doğru oldu, kəlməsini dedi. İmamın (ə) tilavət etdiyi bu ayə və qısa kəlmə həqiqətən də möhtəvası, əhatə dairəsi geniş olan bir mövzudur ki, ümumi yaradılışı, ölümdən sonrakı həyatı və məadı, qiyaməti özündə əhatə edir. Allahın vədinin mütləq haqq olacağını, peyğəmbərlərin söylədiklərinin Allahdan olduğunu çatdırır. Bütün bunlar da demək olar ki, dinin və insanlığın qayəsinin təşkil edir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter