Cənabət qslü verməzdən öncə vanna və yaxud duş qəbul etmək olarmı?


Cənabət qslü verməzdən öncə vanna və yaxud duş qəbul etmək olarmı? Cavab: Sizin verdiyiniz qüsul doğru və düzgündür. Lakin daha ətraflı izah üçün bildiririk ki, qüslun iki növ vermək qaydası var. 1-Tərtibi. 2- İrtimasi.
1- Tərtibi qüsl: İlk öncə niyyət etdikdən sonra baş nahiyyəsini yumaq, sonra bədənin sağ tərəfin daha sonra sol hissəni yumaq lazımdır. Qeyd edək ki, tərtibi qüsl verdikdə bədənin murdarlanmış yerlərini öncədən yumaq vacib deyildir. Çünki bu işi insan qüsl verdikdə də edə bilər. Duşda verilən qüsul, tərtibi qüsuldur.
2- İrtimasi qüsl: Öncə insan bədənin murdara bulanmış yerlərini yuyub təmizləməli daha sonra niyyət edərək suyun içinə girib eyni vaxta bütün bədənini islatlamalıdır. Dənizlərdə, çaylarda və su hovuzlarında, həmçinin vannalarda (əgər kifayət qədər insanın bütün əndamını əhatə edə bilərsə) verilən qüsullar İrtimasi qüsul adlanır.


Ayətullah Safi Qulpayiqaninin baxışında nümunəvi xanım hansı xüsuiyyətlərə malik olmalıdır?


Ayətullah Safi Qulpayiqaninin baxışında nümunəvi xanım  hansı xüsuiyyətlərə malik olmalıdır? ... Ayətullah Safi Qulpayiqani buyurur: Quranın və hədislərin baxışında nümunəvi xanım o xanımdır ki, İslamın təyin etdiyi 10 dəyərli xüsusiyyətləri özündə toplamış olsun ki, bu haqda Qurani -Kərimin Əhzab surəsinin 35 ayəsində gəlmişdir. Nümunəvi xanım gərək təmizliyinə diqqət yetirsin, kamil örtüklə özünü naməhrəmin baxışından qorusun, İffət, şəxsiyyət və müsəlman ailədə olan məqamını qorusun... Xoşbəxt sonuc təqvalılara məxsusdur.


Əmirəlmöminin İmam Əlinin (ə) hikmətli kəlamları...


Əmirəlmöminin İmam Əlinin (ə) hikmətli kəlamları... Hz Əmirəlmöminin (ə) buyurur: Möminin qəniməti hikmət əldə etməkdir. Hər kəs din əldə edibsə nicat tapacaq. Fəzilətlə iftixar etmək, nəsillə fəxr etməkdən üstündür. Nəfsinin şərindən amanda olan şəxs qurtular. İnsanın zirəkliyi onun əsli-nəcabətinə bağlıdır. Nicat düzgünlükdədir. Hər bir ürək bir şeyə məşğuldur. Onun nemətinə naşükür olmağın axırı yoxdur. Hər kəsin sözləri onun şəxsiyyətini tanıtdıran əvəzləyicidir. Haqqı qəbul etmək dindəndir. Qəlbin qüvvəti səhih imanın nəticəsidir. Hərislik həris insanın qatilidir. Hər bir işi tədbir və ölçüb-biçməklə gör ki, xoşagəlməzliklərdən uzaq olasan. Hər kəsin dəyəri onun elmi, biliyi qədərdir. Hər kəsin yoldaşı onun dininin göstəricisidir...


3 il təxirə düşən dua nə idi?


3 il təxirə düşən dua nə idi? Həzrət İmam Sadiq (ə) nəql edir: “Bir gün İbrahim Xəlil Beytul-müqəddəsin ətrafında qoyunlarını otarmaq üçün yer axtarırdı. Bir insan səsi eşidir və bu səsin dalınca gedir. Qoca bir kişini namaz qılan halda görür. Soruşur ki, ey Allahın bəndəsi, kimin üçün dua edirsən? Cavab verdi ki, Allah üçün... Qoca dedi: “Üç il əvvəl buradan qoyun sürüsü keçirdi və xoş üzlü, başının iki tərəfində saçı olan bir cavan qoyunlara çobanlıq edirdi. Ondan soruşdum ki, bu qoyunlar kimindir?” Dedi: “İbrahim Xəlilin”. O gündən dua etdim ki, Allahım! Əgər yer üzündə xəlilin varsa, mənə nişan ver. İbrahim dedi: “Duan qəbul oldu. Mən İbrahim Xəliləm”. Qoca ayağa qalxdı və İbrahimi qucaqladı”...


Hz İbrahim (ə) atəşpərəstə nə üçün süfrə açmağa israr edirdi?


Hz İbrahim (ə) atəşpərəstə nə üçün süfrə açmağa israr edirdi? Bir gün Hz İbrahim (ə) atəşpərəsti qonaq çağırır. Yemək zamanı ona deyir: “Əgər müsəlman olsan, yeməkdə qonağım olarsan”. Bu atəşpərəst ayağa qalxır və İbrahimin (ə) evindən çıxıb gedir. Xitab gəlir: “İbrahim! Məzhəbini dəyişmək şərti ilə yeməyini vermədin, ancaq Mən 70 ildir ki, onun küfrünə baxmayaraq, ona ruzi verirəm”. İbrahim (ə) onun dalınca gedir və onu evə gətirir. Onun üçün yemək süfrəsi açır. Atəşpərəst İbrahimə (ə) deyir: “Niyə öz şərtindən peşman olmusan?”. İbrahim (ə) Allahın sözlərini ona danışır. Atəşpərəst fəryad çəkir: “Mehriban Allah mənimlə bu cür rəftar edir? İbrahim! İslam dinini mənə öyrət”. Sonra yeməkdən qabaq Haqqın bu inayətinə görə müsəlman olur”.


Kafir üçün xeyir duası etmək olarmı?


Kafir üçün xeyir duası etmək olarmı? Əgər kafirin hidayət olması üçün ümid olarsa, onun üçün xeyir duası etmək olar. Ancaq o zaman ki, yəqinlik əldə olunar ki, bu insan geri qayıdası deyildir, hüccətin tamamlanmasından sonra belə iman gətirmir, onun üçün xeyir duası etmək məsləhət deyildir. Allah Təala buyurur: “Peyğəmbərə və iman gətirənlərə müşriklərin Cəhənnəm əhli olduqları onlara bəlli olduqdan sonra onlar üçün, hətta qohumları(ndan) olsalar belə, bağışlanma istəmək yaraşmaz (və bu, şəriət baxımından caiz və ağıl baxımından düzgün olmaz)”. (”Tövbə” 113)... İmam Kazım (ə) buyurur: “Bir xristian üçün (o zamana qədər ki, hidayət olması üçün ümidiniz vardır) dua etməyinizin maneəsi yoxdur. (Ancaq əgər o xristian bilərəkdən haqq və həqiqətlə müxalifətlik edərsə) sizin onun üçün duanızın faydası olmaz və Allah onu yerinə yetirməz”...


Əmirəl-mömininin (ə) təsbihatı necədir?


Əmirəl-mömininin (ə) təsbihatı necədir? Həzrət Zəhranın (s.ə) təsbihatı kimi, Əmirəl-möminin (ə) də təsbihatı vardır. Bu təsbihin də fəzilətləri çoxdur və onunla tanış olaq. Bu təsbihi yerinə yetirməyin yolu belədir: hər namazdan sonra:
10 dəfə “Subhənallah”. 10 dəfə “Əlhəmdulilləh”. 10 dəfə “Allahu Əkbər”. 10 dəfə “Lə iləhə iləllah” demək.
Əmirəl-möminin (ə) Bəra ibni Azəmə buyurur: “Sənə elə bir əməl öyrədimmi ki, onu yerinə yetirən zaman İlahi övliyalardan olarsan?”. (və sair saysız dünya və axirət savabına çatar... Bəra deyir: “Bəli”...


Azad insan olmaq üçün lazım olan xüsusiyyətlər hansılardır?


Azad insan olmaq üçün lazım olan xüsusiyyətlər hansılardır? Bu dünyada azad olmağın şərtləri vardır. İmam Əli (ə) bu haqda buyurur: “Hər kim Allah bəndəliyinin şərtlərini yerinə yetirər – azad olmağa layiqli olar. Hər kim əməldə azadlıq şərtlərinə qarşı səhlənkarlıq edər, (bir başqasının) qulu olmağa düçar olar”.
İmam Sadiqin (ə) nəzərinə görə, o insan azaddır ki, onda bu dörd əxlaqi sifət meydana gəlsin. İmam (ə) buyurur: “Beş sifət vardır ki, əgər insanda onlardan biri olmazsa, onda çoxlu xeyir və bəhrə olmaz. 1. Vəfadarlıq. 2. Tədbir. 3. Həya. 4. Xoş əxlaq. 5. Azadlıq”.


Kiçik bir kənd necə İslam dünyasının elmi mərkəzinə çevrildi?


Kiçik bir kənd necə İslam dünyasının elmi mərkəzinə çevrildi? Qum şəhəri Məsumə xanımdan öncə quraqlıq və kasıbçılığın hökm südüyü kiçik bir kənd imiş. Məsumə xanımın Qumda dəfn edilməsindən sonra Əhli-Beyt aşiqlərinin ziyarət üçün bu bölgəyə axışması daha sonra Qum şəhərini bir dini-elmi mərkəzə çevirmişdir. Həzrət Məsumə xanım hicri-qəməri tarixi ilə 201-ci ildə Quma daxil olub. O həzrət Quma gəldikdən cəmi 17 gün sonra vəfat edib. Həzrət Məsumə hazırda َQumda Mir meydanı adlanan və o zaman Musa ibni Xəzrəcin evində məskunlaşır... Ayətullah Əbdül-Kərim Hairi 1922-ci ildə Qum şəhərində Elmiyyə Hövzəsi təsis etdikdən sonra bütün islam dünyasından elm araşdırmaçıları və tələbləru bu şəhərə axışmağa başladı.


Namazda Həmddən sonra amin demək olar?


Namazda Həmddən sonra amin demək olar? Namazda Həmd surəsindən sonra amin demək təkcə şiə ilə sünni məzhbləri arasında ixtilaflı məsələ olması ilə yanaşı sünni məzhəbinin firqələri arasında da bu məsələyə eyni cür yanaşılmır. Bu onların əllərində səhih hədisin olmaması ilə əlaqədardır. Onlar Həmd surəsindən sonra amin deməyi Əbi Hüreyranın nəql etdiyi hədisə əsasən düyirlər. Amma şiə bu növ hədisləri etibarlı hədis hesab etmir.( Tarixil İslam, Əl Zəhəbi, cild 4, səh 356 və Əl bədayə vəl nəhayyə, İbn Kəsir, cild 8, səh 121) Mənbələrinə əsasən Əbi Hüreyra Ömər Xəttab tərəfindən Allahın kitabının düşməni və oğru hesab edir. Əlidə (ə) Nəhcül bəlağə kitabında Əbi Hüreyrə barəsində heç də xoş sözlər söyləməmişdir və onu yalançı hədis söyləyən hesab etmişdir. Bu barədə İmam Sadiq (ə) belə buyurur: Hər vaxt İmamın arxasında namaz qılarsansa, Həmd surəsindən sonra “ ƏlHəmdulillahir Rabbil Aləmin” de! Amin söyləmə! ( Əli Ətai İsfəhani)...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter