Ayətullah Behcət: “Sübh namazının qəza olmasını istəmirsənsə...”


Ayətullah Behcət: “Sübh namazının qəza olmasını istəmirsənsə...” ... Sübh namazının önəmi hamıya bəllidir. Lakin bütün bunlara baxmayaraq möminlər tərəfindən ən çox qəzaya verilən namaz da məhz bu namazdır. Bəs necə edək ki, bu namazı qəzaya verməyək? Cavabı zəmanəsinin misilsiz alim və arifi olan Ayətullah Behcətdən eşidək: \"Sübh namazının qəzaya getməsini istəmirsənsə digər namazlarını zamanında qıl. Bu cür etsən Allah səni özü sübh namazına oyadacaqdır.”


Nə üçün biz şiələr dəstəmazda üzü yuduqdan sonra qolları yuxarıdan aşağıya yuyur?


Nə üçün biz şiələr dəstəmazda üzü yuduqdan sonra qolları yuxarıdan aşağıya yuyur? Cavab: On iki İmamçı şiələrlə sünnilər arasında bəzi vacib dəstəmaz hökmlərində fərq var:
1.Şiə fiqhində üzü yuxarıdan aşağıya yumaq vacibdir. Bəziləri üzün yuxarıdan aşağıya yuyulmasını ehtiyat hesab edir.(\"Urvətül-vusqa”, dəstəmazın əməlləri fəsli) Amma sünnə əhli yekdil olaraq belə hesab edir ki, üzü yuxarıdan aşağı yumaq müstəhəbdir.(Əl-fiqh ələl məzahibil-xəmsə”, s. 35,...
2.Bizim fiqhdə qolları (dirsəkdən aşağı) yuxarıdan aşağıya yumaq vacibdirsə, sünnilər yekdil olaraq bildirirlər ki, insan əlləri yuxarıdan aşağıya və ya aşağıdan yuxarıya yumaqda azaddır, eləcə də, aşağıdan (barmaqların başından) yuxarıya yumaq müstəhəbdir.(\"Əl-fiqh ələl məzahibil-ərbəə” 1-ci cild, səh. 65...)


Nə üçün şiələr azan deyilən kimi ara vermədən namaza başlayır, sünnilər isə ...


Nə üçün şiələr azan deyilən kimi ara vermədən namaza başlayır, sünnilər isə ... Cavab: Onların səbr etməsi nafilə namazının qılınması və namaz qılanların camaat namazına toplanması üçündür. Şiələr də nafilə namazı qıldıqda bu namazdan sonra vacib namazı qılırlar. Ümumiyyətlə, sünnə əhli namazın şəri vaxtına kifayət qədər diqqətlidir. İmam Sadiq (ə)-a sual verdilər ki, sünnilərin azanı ilə namaz qılmaq olarmı? İmam (ə) buyurdu: \"Bəli, onlar namazın vaxtına çox diqqətlidirlər.”(Vəsailüş-şiə”, c. 5, s. 378, bab 3, hədis 1.) Bununla belə, azan deyilən kimi namaz qılmaq olar, çünki azan şəri vaxtda deyilir. Sübh və günorta azanlarından fərqli olaraq, axşam (şam) azanına münasibətdə şiələr və sünnilər arasında ixtilaf var. Sünnilərin nəzərincə, şam namazının və iftarın vaxtı günəş batanda çatır...


Əsr namazı nə zaman qəzaya düşür?


Əsr namazı nə zaman qəzaya düşür? Zöhr namazının məxsusi vaxtı bitəndən sonra ta məğrib azanına kimi əsr namazını qılmaq olar. Üzürlü səbəbdən bu müddət ərzində namaz qıla bilməyən adam məğrib azanına bir rükətlik vaxt qalana kimi əsr namazına başlaya bilər. Yəni onun namazının bir rükəti məxsusi vaxta təsadüf etsə, namazı düzgündür. Lakin namazı qəsdən bu qədər təxirə salmaq bəyənilmir.


Sınmış möhürlə namaz qılmaq olarmı?


Sınmış möhürlə namaz qılmaq olarmı? Cavab: Sınmış möhürlə də namaz qılmaq olar. Diqqət yetirmək lazımdır ki, möhürün ölçüsü şəriətdə nəzərdə tutulan həddən kiçik olmasın və ya insanın alnı ilə möhürün təması şəriətdə nəzərdə tutulmuş həddən az olmasın. Möhürün sahəsi üçün ən kiçik hədd bir dirhəm hesab olunur. Bir dirhəm təxminən baş barmağın dırnağının sahəsi qədər götürülür. Həmçinin, barmaqlardan hər hansı birinin bir bükümünün sahəsi də dirhəm miqdarına bərabər tutulur. Əgər alın bu qədər sahədə möhürə dəyirsə, səcdə düzgündür. Sınmış möhürü bitişdirib pak vasitə ilə yapışdırıb istifadə etmək də olar. Əgər istifadəyə yararlı deyilsə, sınmış möhürü hörmətsizlik göstərməmək şərti ilə torpaqda basdırmaq icazəlidir. Möhürü pak olmayan yerə tullamaq olmaz.


Həzrət Əmirəl-möminin Əli (ə)-ı yuxuda görmək üçün oxunan dua hansıdır?


Həzrət Əmirəl-möminin Əli (ə)-ı yuxuda görmək üçün oxunan dua hansıdır? İmam Cəfər Sadiq (ə) buyurmuşdur: Hər kəs Həzrət Əli (ə)-ı görmək istəyirsə, yatanda bu duanı oxusun: Əllahummə inni əsəlukə ya mən ləhu lutfu xəfiyy. Və əyadihi basitətn la tuqbəz. Əsəlukə bilutfikəl-xəfiyyi ma lətuftə bihi liəbdin illa kufiyə ən turiyəni məvlayə Əmirəl-mumininə Əbi Talibin fi mənami.\"
Dünyasını dəyişmiş insanları yuxuda görmək üçün oxunan dua Hər kəs vəfat etmiş ölünü yuxuda görmək istəyirsə, sağ çiyni üstündə yataraq \"Şəms\", \"Ləyl\", \"Kafirun\", \"Tohid\", \"Fələq\" və \"Nas\" surələrini hər birini yeddi dəfə oxuyub desin: \"Əllahummə ərini mənami kəza.\" \"Kəza\" sözünün əvəzinə yuxuda görmək istədiyi ölünün adını çəkib və daha sonra belə desin: \"İcəl li əmri fərəcən və məxrəca.\"...


Kəbə haqqında bunları bilirsizmi?


Kəbə haqqında bunları bilirsizmi? Kəbənin içəri hissəsinin təmizlənməsi mərasimi ildə iki dəfə yerinə yetirilir. Bu mərasimlər Ramazan ayının və Həcc mövsümünün başlanılmasından 15 gün əvvəl yerinə yetirilir. Kəbənin açarları Bəni-Şeybə qəbiləsində saxlanılır. İçərinin təmizlənməsi üçün adi süpürgələrdən istifadə olunur. Oranı Zəm-zəm suyu ilə Fars qızıl gül suyunun qarışığı ilə yuyurlar. Kəbəni həzrət Adəm Allahın buyruğuyla bəşər tarixində ilk ibadət evi olaraq tikib-qurmuşdur. Nuh peyğəmbərin (ə) dövründə baş verən tufan nəticəsində bu ibadətgah dağılmışdır. Kəbəni Hz. İbrahim peyğəmbər (ə) bərpa edib. Məhəmməd peyğəmbər (s) hələ hicrətdə – Mədinə şəhərində olarkən Allah buyurmuşdur ki, müsəlmanlar namaz qıldıqları zaman üzlərini Kəbəyə çevirsinlər. Həmin vaxta qədər müsəlmanlar ibadət zamanı üzlərini Beytul-Müqəddəsə, Qüds şəhərinə tuturdular...


Niyə ancaq İmam Hüseynin (ə) 40 məclisi qeyd edilir?


Niyə ancaq İmam Hüseynin (ə) 40 məclisi qeyd edilir? İmam Hüseynin (ə) Ərbəini qeyd edilir, qalan İmamların (ə) və hətta Peyğəmbərin (s) ərbəini qeyd edilmir? Çünki: 1. İmam Hüseynin (ə) fədakarlığı ilə İslam dini dirçəldi. İslam dininin dirçəldilməsində onun rolu əvəzsizdir. Ona görə də bu fədakarlıqları canlı saxlamaq lazımdır. Çünki onları canlı saxlamaq İslam dinini canlı saxlamaq deməkdir. Aşura gününü və Ərbəini əziz tutmaq İslam dininin düşmənləri ilə mübarizə aparmaq deməkdir. Və ümumilikdə Peyğəmbər (s) və Əhli-beytinin (ə) müsibətini diqqətdə saxlamaq deməkdir. 2. Hz İmam Hüseyn (ə) müsibəti heç bir İmamın (ə) və Peyğəmbərin (s) başına gəlməmişdir. Onun müsibəti bütün müsibətlərdən daha böyük və ağrılıdır. 3. 61-ci hicri ilinin Məhərrəm ayında İmam Hüseyni (ə), övladlarını və səhabələrini öldürdülər. Əhli-beytini (ə) əsir götürdülər, Kufəyə və Şama apardılar. Bu dağ görmüş karvan İmamın (ə) Ərbəinində Kərbəlaya gəldi və Aşura gününün acısı təzələndi. Həzrət Peyğəmbər (s) ailəsi üçün ağır günlər idi.


Həzrət Adəmdən (ə) öncə insanlar olubmu?


Həzrət Adəmdən (ə) öncə insanlar olubmu? Ayə və hədislərə nəzər salan zaman görmək olur ki, Həzrət Adəmlə (ə) Həvva (ə) dünyada ilk insan olmamışdılar, onlardan öncə də insanlar olub. İmam Baqirdən (ə) sual edirlərr ki, bu aləm öz həyatını başa vurandan sonra nə olacaqdır? İmam (ə) cavab verir: “Allah bu aləmdən başqasını xəlq edəcəkdir. Orada yeni məxluqlar xəlq edəcəkdir ki, erkək və dişi olmayacaqdır. Siz xəyal edirsiniz ki, Allah sizdən başqa bəşər xəlq etməmişdir? Allah minlərlə aləm və minlərlə insan xəlq etmişdir. Sən onun sonuncu aləmindəki, sonuncu insansan”. Ancaq Quranın dili ilə bu suala cavab vermək bir qədər çətindir. Allah insanın xəlqi haqqında iki yerdə söz açmışdır. Biri ilk insanın necə xəlq olunması və o birisi isə necə artması haqqındadır. Birinci dəstə ayələrdə buyurur ki, Həzrət Adəmi (ə) torpaqdan yaratmışdır. Bütün insanların kökü Həzrət Adəmə (ə) çatır. O, torpaqdan yaradılmışdı və onun əsl kök olduğunu nəzərə alaraq demək olar ki, bütün insanlar torpaqdan yaradılmışdır...


Xanım Fatimeyi Zəhra ələyhəs-səlam niyə gecə dəfn olunub?


Xanım Fatimeyi Zəhra ələyhəs-səlam niyə gecə dəfn olunub? Cavab: Gecə dəfn olmaq, xəlifənin xəbəri, hüzuru olmadan qılınan namaz, gizli qəbir Peyğəmbər (s)-in vəfatından sonrakı hadisələrin üstündən qələm çəkib iz itirməyə cəhd göstərənlər üçün xanımın qoyub getdiyi ən gözəl sübütdur.
Niyə xanım Fatimənin qəbri gizlidir? Niyə Peyğəmbər (s)-in qızı gecə və gizlində dəfn olundu? Niyə Əli (ə) onu pak peykərinə Əbubəkrin və Ömərin xəbəri olmadan namaz qıldı? Və... Gecə dəfn olunması əhli-sünnət kitablarında: Buxari öz səhihində yazır: “Fatimə (s) peyğəmbərdən (s) sonra altı ay yaşayıb. Dünyasını dəyişdikdən sonra həyat yoldaşı Əli (ə) Əbubəkrə xəbər vermədən gecə onun namazını qılıb və dəfn etdi.”...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter