İmam Zaman (ə.f) hökümətinin məmurları kimlər olacaqlar?


İmam Zaman (ə.f) hökümətinin məmurları kimlər olacaqlar? İmam Sadiq (ə) buyurur: Ali-Məhəmmədin Qiyamçısı (Qaim ə.f) qiyam edəndə yeddi nəfər Kəbənin arxasından dirilər. Onlar (aşağıdakılardan) ibarətdirlər: Musanın (ə) qövmündən beş nəfər; onlar haqqa hökm çıxarıb (məhkəmə qurub haqqa hökm ediblər) və ədalətlə rəftar ediblər, yeddi nəfər Əshabi- Kəhf, Musanın canişini Yuşə, Ali-Fironun mömini, Salman Farsi, Əbu Ducacə Ənsari və Malik Əştər. Bəzi hədislərdə onların sayı 27 nəfər qeyd edilir, 4 nəfərinin Musanın (ə) qövmündən olduğu bildirilir. Başqa rəvayətdə Muğdadın da adı zikr edilir. Həzrət Əlidən (ə) söylənlən bir hədisdə “Həmdan qəbilsi onun vəzirləri olacaqdır” deyilir. Göründüyü kimi, ideal cahanşümül ilahi dövlətdə ülul-əzm peyğəmbərdən tutmuş, din və tarixin böyük şəxsiyyətləri də təmsil olunacaqlar.


Hətta Hz Peyğəmbərin (s) şəfaəti bu günahı silmir?!


Hətta Hz Peyğəmbərin (s) şəfaəti bu günahı silmir?! Allah Təala bu ayələrdə buyurur ki, ey Peyğəmbər! Əgər onlar üçün 70 dəfə istiğfar etsən də, Mən onları bağışlamayacağam.Bəs bu nə günahdır ki, hətta Peyğəmbərin (s) günahkar üçün istiğfarı da belə, ona təsir edə bilmir? Bu günah – mömini məsxərə etməkdir. Yəni, sən elə adamsan ki, əgər mömin namaz qılırsa onu məsxərə edirsən, sözlərini məsxərə edirsən, təqvasını məsxərə edirsən. Qızcığaz hicabına riayət edəndə, onu məsxərə edirsən...


Namazda iki ardıcıl səcdənin məna və fəlsəfəsi nədir?


Namazda iki ardıcıl səcdənin məna və fəlsəfəsi nədir? Hərbir əməlin hikmət və fəlsəfəsi olduğu kimi səcdənin də özünə məxsus hikmət və fəlsəfəsi vardır. Həzrəti Əli (ə) namazda iki ardıcıl səcdənin fəlsəfəsi haqqında soruşulan sualı belə cavablandırır: “Birinci səcdənin mənası budur ki, insan səcdəyə getməklə iqrar edir ki, İlahi mənim əslim torpaqdandır. Başını qaldıraraq deyir ki, İlahi məni torpardan yaradıb vücuda gətirdin. Sonra ikinci səcdəyə gedərək deyir ki, İlahi məni yenə torpağa qaytaracaqsan. İkinci səcdədən başını qaldıraraq təsdiq edir ki, İlahi məni qiyamətdə bir daha torpaqdan çıxarıb həyat verəcəksən”. (İləuş-şərae. Şeyx Səduq. cild-1. səh-262)


Günahın özündən də pis olan dörd xislət hansılardır?


Hz Peyğəmbərdən (s) nəql olunan hədisdə deyilir: Dörd şey vardır ki, günahın özündən də şərrdir (pisdir):
Təhqir- Kimsəni təhqir etmək onun haqqını qəsb etməkdən, malını oğurlamaqdan, hətta canını almaqdan daha betərdir.
İftixar- Bəzən insan günah edir, haram yeyir, içki içir, əxlaqsızlığ edir, bu azmış kimi çıxıb insanlar arasında etdiyi əxlaqsızlığı fəxrlə də danışır.
Sevinmək- Bu günahdan sonrakı bir haldır ki, iftixara bərabər olan bir əməldir. İnsan etdiyi əxlaqsızlığı, pis əməli pəxrlə sevinə-sevinə danışır.
İsrar- davamiyyət mənasındadır. Bütün bu deyilənlərdən zərrəcə geri düşməmək, hətta davamına israrlı olmaq mənasındadır.


Evdə hansı heyvanı saxlayaq? – Məsumların (ə) tövsiyələri


Evdə hansı heyvanı saxlayaq? – Məsumların (ə) tövsiyələri Məsumlarımız (ə) hər bir canlı varlığa xüsusi həssaslıqla yanaşmış və onlarla bağlı tövsiyələr vermişdilər. Davud Rəqqi nəql edir: “İmam Sadiqin (ə) yanında olan zaman bir göyərçini gördüm ki, taxtın altından çıxdı. Həzrətə dedim: “Canım sizə fəda olsun! Oxuyan quşu sizə hədiyyə edimmi?”. Həzrət (ə) buyurdu: “O quşlar şəkillərini dəyişdiriblər. Əgər quşa malik olmaq istəyirsənsə, bunun kimi Həzrət İsmayilin (ə) göyərçinlərindən qalmışlara malik ol!”. Bir nəfər Peyğəmbərə (s) öz qorxulardan danışır və çarə istəyir, Həzrət (s) buyurur: “Bir cüt göyərçin saxla”. İmam Əli (ə) buyurur: “Göyərçinin qanad çalması şeytanları qovar”. Hz Peyğəmbər (s) buyurur: “Evdə qoyunun olması səbəb olar ki, yoxsulluğun 70 qapısı aradan getsin”...


Nə üçün \"Vadiüs-salam\" məzarlığı müqəddəsdir?


Nə üçün "Vadiüs-salam" məzarlığı müqəddəsdir? Müqəddəs məkanlardan biri də Nəcəf şəhərində yerləşən və “Vadiüs-səlam” adlanan böyük məzarlıqdır. Burada Həzrət Əli ələyhis-salamın müqəddəs məzarı və çox sayda peyğəmbər və böyük şəxsiyyətlərin məzarı yerləşir. Bu məkanın necə bir müqəddəs məkana çevrilməsi haqqında Sahibi-Təfsiri-Əyyaşi belə yazır: Əmirəlmöminin buyurdu: “Yer üzərində Allaha ilk ibadət olunan yer, Kufənin arxasında yerləşir. Allah, mələklərə “Adəmə səcdə edin” əmrini verəndə, onlar Kufənin arxasına səcdə etdilər.\"


Elm öyrənməyin savabı niyə bu qədər çoxdur?


Elm öyrənməyin savabı niyə bu qədər çoxdur? İslam dini yeganə dindir ki, öz davamçılarını daima elm öyrənməyə və agahlıq əldə etməyə dəvət edir. Çünki elm insanın cəhalətini aradan aparar və dünyasına, axirətinə ancaq fayda verər. Əli (ə) buyurur: “Elmi öyrənin, çünki elm öyrənmək – bəyənilən əməldir”. Dinimizin nəzərinə görə, elm öyrənmək və təhsil almaq – Allahı təsbih və sitayiş etmək kimidir. Elmi söhbətlər etmək – Allah yolunda cihad kimidir. Elmi bilməyənlərə öyrətmək – yoxsullara verilən sədəqə kimidir. Çünki bu elmin vasitəsilə Allahın halal və haramına riayət olunar və Allahın vahidliyinə agahlıq əldə olunar.İmam Sadiq (ə) buyurur: “Din aliminin əcri və mükafatı, gündüzləri oruc tutub, gecələri ibadətlə keçirib və Allah yolunda cihad edən kəsin ( savabından) daha çoxdur”.


“Fərəc” duasını oxumaq şeytanı (lən) niyə əsəbiləşdirir?


“Fərəc” duasını oxumaq şeytanı (lən) niyə əsəbiləşdirir? Fərəc duasının ən böyük təsirlərindən biri – şeytanın narahat və əsəbi olmasıdır. İnsan Allaha hər nə qədər yaxın olarsa və Məsumlara (ə) nə qədər çox təvəssül edərsə, şeytan bir o qədər narahat və əsəbi olar. Çünki həmin bəndəyə yaxınlaşa bilməz. Fərəcin tezləşməsi üçün dua etmək – ən fəzilətli ibadətlərdəndir ki, imanın kamilləşməsinə və Sübhan Allaha yaxınlaşmağa səbəb olar. İnsan ibadətdə hər nə qədər kamala çatarsa, lənətlik şeytandan bir o qədər uzaqlaşar. Həzrət Peyğəmbər (s) buyurur: “Şeytan o zaman ki, mömin beş namazın vaxtına nəzarət edər, davamlı olaraq ondan qorxar. O zaman ki, onları zay edər, şeytan ona cürət edər. Onu böyük günahlara daxil edər”...


Əzadarlıqlarda tökdüyümüz göz yaşı günahlarımızı necə yuyur?


Əzadarlıqlarda tökdüyümüz göz yaşı günahlarımızı necə yuyur? İmam Hüseyn (ə) əzasında göz yaşı tökülməsinə dair çox sayda fəzilət bəyan edilmişdir. Bunlardan biri də göz yaşlarının günahları yumasıdır. İmam Sadiqdən (ə) gələn hədisdə oxuyuruq: “Hər kim İmam Hüseyn (ə) müsibətinə ağlayar, ya ağladar və ya özünü ağlatmağa çalışar, cəsədi atəşə haramdır. Behişt ona vacibdir”. Dəfələrlə özümüzə bu sualı vermişik ki, görəsən niyə məhz İmam Hüseynə (ə) görə ağlamağın bu qədər fəziləti vardır? Alimlər bu suala belə cavab verir: “Buradadır ki, Quran deyir: Yaxşılıqlar pislikləri aradan aparar. “Həqiqətən (namaz başda olmaqla) yaxşılıqlar günahları aradan aparır”. (Hud/114)...


İslamla düşmən olan valideynlə necə rəftar etmək?


İslamla düşmən olan valideynlə necə rəftar etmək? Bir nəfər İmam Cavada (ə) məktub yazır: “Atamın Əhli-Beytə (ə) qarşı düşmənçiliyi vardır. Ona görə də onun tərəfindən çox sayda çətinliyə dözmüşəm. Mənim üçün vəzifəmi mənə bəyan edin. Onunla necə olum?”. İmam (ə) cavabında yazır: “Məktubunu oxudum. Atanın halından xəbərdar oldum! Bil ki, atanla mehriban olmaq, onunla düşmənçilik etməkdən daha yaxşıdır. Bil ki, hər bir çətinlikdən sonra rahatlıq və genişlik vardır. Səbir et, çünki aqibət təqva əhli üçün olacaqdır. Allah Təala səni vilayətdə sabitqədəm etsin. Biz və siz Allahın pənahındayıq”. Hədisi yazan nəql edir ki, bir müddət sonra Allah Təala o şəxsin atasının qəlbini yumşaldır və övladına qarşı mehriban edir. Bir daha rəftar və əməlində oğlu ilə müxaliflik etmir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter