Adam şam namazını səhvən 4 rükət qılsa və namaz bitdikdən sonra səhvini anlasa, nə etməlidir?


Adam şam namazını səhvən 4 rükət qılsa və namaz bitdikdən sonra səhvini anlasa, nə etməlidir? Namazın elə əməlləri var ki, onları etməyəndə və yaxud sayını azaldıb-əskildəndə istər namazın içində, istərsə də sonra yadına düşərsə, səhvini düzəldə bilər. Unutduğu əməli yerinə yetirməklə və ya sonradan səhv səcdəsi etməklə bu kimi nöqsanlar aradan qalxır. -Amma namazın bəzi əməlləri rükn adlanır və onları həm qəsdən, həm də bilməyərəkdən yerinə yetirməyəndə, sayını azaldıb-əskildəndə namaz batil olur. Bu əməllərə “rükn” deyirlər. Hər bir rükətdə mütləq rükn əməlləri var. Ona görə də əgər insan məsələn 3 rükətlik namazı 4 rükət qılıbsa, deməli, rüknlərin sayını da artırıb. Belə isə, namaz artıq batil sayılır və mütləq qəza edilməlidir.


Vaxtında qılınmamış namazların qəzasını mütləq o namazın əda vaxtında qılmaq lazımdırmı?


Vaxtında qılınmamış namazların qəzasını mütləq o namazın əda vaxtında qılmaq lazımdırmı? Cavab: Əvvəla, namazları heç bir bəhanə ilə qəzaya vermək olmaz. İnsan hər bir şəraitdə gündəlik vacib namazları qılmağa çalışmalıdır. Bunun üçün şəriətdə hətta bəzi güzəştlər də nəzərdə tutulub (məsələn, səfərdə qılınan namaz, xəstə adamın namazı və s.) Amma əgər namaz qəzaya gedərsə, onun qəzasını istənilən vaxt qılmaq olar. Bunun üçün xüsusi vaxt təyin edilməyib. Qəza namazını istənilən gün və günün istənilən vaxtı qılmaq mümkündür. Vacib deyil ki, məsələn, sübh namazının vaxtı başq gün mütləq sübh namazının vaxtında qılınsın...


Ərin həyat yoldaşı ilə rəftarında zəruri olan 3 şey


Ərin həyat yoldaşı ilə rəftarında zəruri olan 3 şey Ərlə arvadın bir-birinə qarşı haqları vardır. Əgər hər ikisi öz haqqına riayət edərsə, həyatları şirin və safalı olar. Ancaq onlara riayət etməmək həyatı acı edər. Kişinin qadına yaxşılıq etməsi o məsələlərdəndir ki, İslam dinində çox tövsiyə edilir. İmam Sadiq (ə) buyurur: “Ərin həyat yoldaşına qarşı rəftarında üç şey zəruridir: onun sevgisini və meylini özünə cəlb etmək, qarşılıqlı anlaşma, onunla xoş əxlaq olmaq”. Həzrət Peyğəmbər (s) buyurdu: “Ey Əbəl Həsən!”. Dedim: “Ləbbeyk, ey Rəsualllah!”. Həzrət (s) buyurdu: “Məndən eşit və mən Pərvərdigar tərəfindən danışıram. O kişi ki, evdə həyat yoldaşına yardım edər, onun üçün çox sayda orucun və gecə ibadətinin savabı hesab edilər. Ey Əli! Ailəsinə o kəslər xidmət edər ki, siddiq, şəhid, ya da Allahın dünya və axirət xeyiri istədiyi kəslər olar”.


Həzrəti Əli (ə) Şiqşiqiyyə xütbəsindən sonra verilən suallara hansı cavabları verdi?


Həzrəti Əli (ə) Şiqşiqiyyə xütbəsindən sonra verilən suallara hansı cavabları verdi? Onlardan beşinə işarə edək: 1. O hansı canlıdır ki, başqa bir heyvanın qarnından çıxar və onların arasında heç bir (qohumluq) bağı olmaz? İmam (ə) buyurur: \"Həzrət Yunus (ə) ki, balığın qarnından çıxır\".
2. O nədir ki, azı mübah və çoxu haramdır? Həzrət (ə) buyurur: \"Talut bulağıdır ki, hər kim ondan çox içsə, haramdır\".
3. O hansı ibadətdir ki, əgər yerinə yetirsə, haramdır, əgər tərk etsə, yenə haramdır? Həzrət buyurur: \"Məst (şərab içən) insanın namazıdır. O kəs ki, şərabla məst olar, əgər namaz qılsa günahdır, əgər namazı tərk etsə, yenə də günahdır. \"Ey iman gətirənlər, sərxoş halda (sərxoşluğunuz aradan gedənə və) nə dediyinizi bilənə kimi namaza yaxınlaşmayın\"\". (\"Nisa\" 43)...


Dinin zəruri hökümlərindən olan “Təvəlla” və “Təbərra” nədir?


Dinin zəruri hökümlərindən olan “Təvəlla” və “Təbərra” nədir? Təvəlla yaxınlıq, dostluq mənasındadır ki, burada Allaha inananları, iman gətirənləri dost bilmək, dost tutmaq mənasındadır. İnsanın qəlbində Allah Təalaya bağlılığ, yaxınlığ artdıqca Onun yartdıqlarını, Ona bağlı olanları qeyri ixtiyarı sevməyə, əziz tutmağa başlayır. Bu insanda formalaşan imanın göstəricisidir.
Təvəlla (dost tutmaq) mühüm əhəmiyyətə malik bir əməldir. İnsan bu işlə bir növ dinə və dindarlara yardım etmiş olur. Çünki müsəlmanlar arasında bağlılığ vəhdət və birlik deməkdir. Bu dinin möhkəmlənsəsi, müsəlmanların bir birinə möhkəm bağlanıb, bir birindən agah olması deməkdir. Qısası bu (təvəlla) Mütəal Allahın öz bəndələrini sevgi və dostluğ “şəmsiyyəsi”altında birləşdirməsi deməkdir...


Müstəhəb dəstəmazla namazın qılınması icazəlidirmi?


Müstəhəb dəstəmazla namazın qılınması icazəlidirmi? Sual. Dəstəmaz öz-özlüyündə müstəhəbdirmi? Namazın vaxtı daxil olmamışdan öncə “qürbətən iləllah” niyyəti ilə dəstəmaz alıb, həmin dəstəmazla namaz qılmaq olar?
Cavab: Dəstəmazlı olmaq niyyətilə dəstəmaz almaq, şəri baxımdan bəyənilir və müstəhəb dəstəmazla namaz qılmaq caizdir.(Ali Məqamlı Rəhbər)


Bir dəqiqə ərzində edə biləcəyimiz əbədi işlər! Bilirdinizmi?


Bir dəqiqədə beş dəfə «Fatihə» surəsini səlis oxuya bilərik. O «Fatihə» surəsi ki, bir dəfə oxunmasına 1400 savab verilir. Beş dəfə oxumaqla, 7000 savab qazanmış olarıq.
Bir dəqiqədə on dəfə «İxlas» surəsini oxuya bilərik. On dəfə «İxlas» surəsini ixlasla oxumaqla, üç dəfə Quranı xətm etmiş olarıq. Hər gün bir dəqiqə «İxlas» surəsinə ayırsaq, ayda üç yüz, ildə isə 3600 savab qazanmış olarıq ki, bu da 1200 Quran xətminə bərabərdir.
Bir dəqiqədə 24 dəfə Allah peyğəmbərinə və onun ailəsinə salam və salavat göndərə bilərik. O salavat ki, Allah onun bir dəfə iqrar olunmasına 250 savab yazar və məqamımızı 250 dəfə artırar. O salavat ki, onun sayəsində insan Muhəmməd (s) və onun ailəsinin şəfaətinə nail olar...


Naməhrəm kişinin qadına sürücülük öyrətməsinin hökmü necədir?


Sual. Bir qadın şəri hicaba və iffətə riayət edərək, sürücülük məktəbində naməhrəm kişidən sürücülüyü təlim ala bilərmi?
Cavab: Əgər hicaba və iffətə riayət olunarsa və fəsada düşməyəcəklərinə əminlik olarsa, qadının naməhrəm kişidən sürücülüyü təlim almasının işkalı yoxdur. Amma bununla belə, yaxşı olar ki, qadının məhrəmlərindən biri onun yanında olsun. Daha yaxşısı isə budur ki, qadın bir qadından və ya məhrəm bir kişidən sürücülüyü təlim alsın. (Ali Məqamlı Rəhbər)


Tərkibində məstedici spirt olan ətirlərin hökmü nədir?


Cavab: Onlardan istifadə etməyin maneəsi yoxdur. Amma əgər onların tərkibindəki spirt, “əsli maye” və mütəxəssis rəyinə görə “məstedici” spirtdirsə, ehtiyata görə bu spirt napakdır. Onun dəydiyi bədən və ya paltarla namaz qılmaq istədikdə, bədən və paltar paklanmalıdır. Amma əgər spirtin “əsli maye” deyilsə, yaxud hansı növ spirt olduğunu bilmirsinizsə, bu spirt pak hökmündədir. Onun dəydiyi paltarla qılınan namaz düzgündür və paltarı paklamağa ehtiyac yoxdur.


Təkasür surəsini oxumağın dünya və axirət üçün hansı fayda və təsirləri var?


Həzrət Peyğəmbər (s) buyurur ki, hər kim \"Təkasur” surəsini oxuyarsa, Allah Təala dünyada ona verdiyi nemətlərə görə ondan hesab çəkməz. Hər kim yağış yağan zaman onu oxuyarsa, Allah günahlarını bağışlayar. İmam Sadiq (ə) buyurur: \"Hər kim \"Təkasur” surəsini vacib və müstəhəb namazlarında oxuyarsa, Allah ona yüz şəhidin savabını yazar. Hər kim onu müstəhəb namazda oxuyarsa, ona 50 şəhidin savabı yazılar. Vacib namazında 40 cərgə mələklər onunla bir yerdə namaz qılar”.
\"Təkasur” surəsinin bərəkətləri: 1. Böyük xeyirə çatmaq. Hər kim bu surəni bazar ertəsi və ya çərşənbə günü 40 dəfə oxuyarsa böyük bir xeyirə çatar. 2. Hacətin yerinə yetməsi. İmam Sadiq (ə) buyurur: \"\"Təkasur” surəsini xəlvətdə 22 dəfə oxuyun və ondan sonra 1000 dəfə salavat göndərin, sonra hacətinizi istəyin ki, yerinə yetər”...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter