Namaz qılmayan adam cənnətə düşə bilərmi?


Namaz qılmayan adam cənnətə düşə bilərmi? Cavab: İslam maarifinə əsasən namaz qılmayan insanın cənnətə getməsi qəbul olunası məsələ deyil! Necə ki Quran ayələri və məsumların hədislərində belə oxuyuruq:
Namazı tərk etmək varlığın yaradanı ilə rabitəni kəsməkdir. Bu iş dünya və axirətdə acı aqibətlə sonuclanır. Qiyamətdə behişt əhli cəhənnəm əhlindən soruşar: “Sizi cəhənnəmə nə göndərdi?” Onların verdiyi cavablardan biri budur: “Biz namaz qılanlardan deyildik.” (“Muddəssir” surəsi, ayə 42.)
Allahın rəsulu (s) buyurur: “Namazı bilərəkdən tərk edən şəxs dindən xaric olur.” (“Muhəccətul-bəyza”, 1-ci cild, səh.301.) “Namazın tərki İslamla küfr arasında sərhəddir.” (“Nəhcül-fəsahə”, 1098-ci cümlə.)


İmam Sadiq (ə) şeytanın hansı iki tələsi haqda diqqətli olmağı tapşırır?


İmam Sadiq (ə) şeytanın hansı iki tələsi haqda diqqətli olmağı tapşırır? Möminlərə, xüsusi ilə də Əhli-beyt dostlarına yardımçı olmaq dini vəzifəmizdir. İmam Sadiq (ə) buyurur: \"Ey Cündəb oğlu, insanları ovlamaq üçün şeytanın tələləri vardır. Ən böyük tələlərdən biri insanı öz din qardaşlarına yardımdan məhrum etməkdir. Şeytanın ikinci tələsi isə insanları namazı vaxtında qılmaqdan çəkindirməkdir.\"
Dini vəzifələrə etinasızlığın əsas səbəblərindən biri insanın azğın və dünyagir mühitə düşməsidir. Allah buyuruqlarının xatırlanmadığı mühitdəki dünya söhbətləri insan mənəviyyatını süquta yetirir. «Allah ilə əhdlərini ucuz qiymətə satan şəxslərə axirət nemətlərindən pay yoxdur. Allah qiyamət günü onları dindirməz, onlara nəzər salmaz…». («Ali-imran» surəsi, ayə 77.)


Pis söz danışmağı sevən insanlarla necə rəftar edək?


Pis söz danışmağı sevən insanlarla necə rəftar edək? Uşaq olan vaxtlarda pis söz deyən zaman valideynlərimiz deyərdi ki, tez get ağzını yaxala. Belə düşünürdük ki, söyüş söyən zaman ağzımız çirklənir. İndi ki, böyümüşük, bu qədər pis söz danışırıq, əgər hər dəfə ağzımızı yaxalamaq istəsək, neçə litr su işlətmiş olarıq?! Pis söz danışmaq hansısa insanı guya aram və sakit etsə də, pis nəticələr və aqibətlər gətirər. Başqa bir tərəfdən isə dil bu sözlərə adət edər və pis söz demədən yaşaya bilməz. Söyüş söymək cəmiyyətdə mənfi təsirlər qoyar. Bəs bu cür insanlarla necə rəftar edək? 1. Nəsihət və xeyirxahlıq. 2. Fəzanı dəyişməyə çalışın. (yəni söhbəti başqa yerə yönəltmək), 3. Günah məclisini tərk etmək. (narahatçılığını bildirmək niyyəti ilə), 4. Ciddi rəftar. əlaqəni bir müddət kəsmək kimi işi görmək...


İmam Sadiqin (ə) hədisində 6 günah insana 6 bəlanı nazil edər?!


İmam Sadiqin (ə) hədisində 6 günah insana 6 bəlanı nazil edər?! İmam Sadiq (ə) buyurur: “O günah ki, nemətləri dəyişdirər (aradan aparar) – başqalarının haqqına təcavüz etməkdir.
O günah ki, peşmançılıq gətirər – qətldir.
O günah ki, giriftarlıq yaradar – zülmdür.
O günah ki, abırı aparar – şərabxorluqdur...


Günah məclisində iştirak etmək olarmı?


Günah məclisində iştirak etmək olarmı? İmam Sadiq (ə) buyurur: “Layiqli deyildir ki, imanlı insan elə məclisdə əyləşsin ki, orada günah olur və onu dəyişdirməyə qüdrəti yoxdur”. Günah məclisində iştirak etmək günahdır, baxmayaraq ki, insan özü günah etməsə belə. Belə məclisdə iştirak etmək artıq insanın özünə günah damğasını vurar.
Əgər insan bu məclisdəki ab-havanı dəyişməyə qadir olsa, gərək əmr-be-məruf və nəhy-əz-munkər etsin. Günahın qarşısını alsın. Əks halda, belə məclisdə iştirak etməkdən çəkinmək lazımdır. Əgər insan günah mənzərələrini müşahidə etməkdən laqeyd olarsa, ruhu çirklənər və günahın çirkinliyi gözündə azalar. Belə insan günaha adət edər.


Günahı fikirləşmək günahdırmı?


Günahı fikirləşmək  günahdırmı? Əmirəl-möminin (ə) buyurur: “O kəs ki, günah haqqında çox düşünər, (bu iş) onu günaha tərəf çəkər”. Günah haqqında çox düşünmək insanı günaha dəvət edər. İnsanda günah etmək üçün stimul yaradar. O zamana qədər ki, günah etməmişik, bizə günah yazılmaz. Ancaq insan üçün elə qaranlıq və zülmət gətirər ki, onu günah yoluna çəkər.
“Şübhəsiz, təqvalı olanlara şeytandan bir vəsvəsə yetişsə, (ya qəlblərdə dolanan bir şeytan onların fikirlərinə zərər-ziyan yetirsə, dərhal) (Allahı yadlarına salaraq) özlərinə gələr və onda gözüaçıq olarlar”. (“Əraf” 201)...


Ən adil və ən güclü kimdir?


Ən adil və ən güclü kimdir? Həzrət Musa (ə) Allah Təalaya deyir: “Ya Rəbbim! Sənin bəndələrindən kim daha güclüdür?”. Buyurur: “O kəs ki, Mənim verdiyimə qənaət edər”.
Soruşur: “Kim daha adildir?”. Buyurur: “O kəs ki, özündən insaf göstərər”.
Allahın Peyğəmbəri (s) buyurur: «Adil o şəxsdir ki, özü ilə necə rəftar edilməsini istəyirsə, camaatla da o cür rəftar etsin».
İmam Əli(ə) buyurur: «Özünü tanıyan kimsə qənaəti və iffəti gözləməyə layiqdir»...


İmam Məhdi (ə.f) tərəfdaşlarının “bulud kimi toplaşması” nə deməkdir?


İmam Əli (ə) “Nəhcul-bəlağə”də İmam Zaman ağanın (ə.f) dostlarının və tərəfdaşlarının sifətlərini bəyan etmişdir ki, onlarla tanış olaq: İmam Əli (ə) buyurur: “Onun İmam Məhdi (ə.f) tərəfdaşlarının “bulud kimi toplaşması” nə deməkdir? davamçıları payız buludları kimi toplaşarlar”. Təfsirçilərin nəzərinə görə, İmam işarə edir ki, İmam Məhdinin (ə.f) tərəfdaşları mənəvi cəhətdən o qədər yüksələcəklər ki, teyyul-ərz vasitəsilə özlərini Kəbə evinə çatdıracaqlar. İmam Əli (ə) payız buludu dedikdə, onların sürətini də nəzərdə tutur ki, necə sürətlə İmamın (ə.f) ətrafında toplaşacaqlar...


Bir nəfər başqasının əvəzinə bəzi ibadətləri yerinə yetirirsə, o da savab qazanırmı?


Bir nəfər başqasının əvəzinə bəzi ibadətləri yerinə yetirirsə, o da savab qazanırmı? Bu cür əməllər iki nəfər arasında şərik formada icra edilir. Əlbəttə, savabın çox hissəsi o əməl üçün pul ya mal xərcləyən adama yazılır. Çünki o fədakarlıq edir, , öz pulunu ya malını xərcləyir. Üstəlik bəzi hallarda başqasına zəhməthaqqı da verir. Həm öz vacib ya müstəhəb ibadətinin icra etdirməklə savab qazanır, həm də başqasına muzd verdiyi üçün xeyirxahlıq edir. Bu işi görən adam da savab qazanır. Çünki öz din qardaşına yardım göstərmiş olur...


Cahili-qasir və cahili-müqəssir nə deməkdir?


Cahili-qasir və cahili-müqəssir nə deməkdir? Bunlar müəyyən səbəblər üzündən öz dini vəzifəsinə (təklifə) əməl etməyən şəxslərə aid olunan terminlərdir. Səbəbin üzürlü ya üzürsüz olmasından asılı olaraq, öz dini vəzifəsinə əməl etməyən adam cahil, yəni xəbərsiz sayılır. Amma əgər bunu üzürlü səbəbdən edirsə, ona cahili-qasir deyirlər. Məsələn, adam hər hansı yeməyin haram olduğunu bilmədən yeyir, bu barədə ona heç kim məlumat vermir, amma xəbər tutandan sonra bu işdən əl çəkir. Və ya 15 yaşından namaz qılmağın vacib olmasını bilmir, ona görə də namaz qılmır, amma bunu öyrənən kimi qılmadığı namazları qəza edir. Cahili-qasirin Allah yanında günahı yoxdur, bilməməzlik üzündən etdiyi günahlar da sayılmır. Amma cahili-müqəssir o adama deyilir ki, öyrənib-bilməyə imkanı ola-ola öz dini vəzifəsini öyrənmir...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter