İmam Həsənin (ə) göz yaşlarına səbəb olan 2 amil nələr idi?


İmam Həsənin (ə) göz yaşlarına səbəb olan 2 amil nələr idi? İmam Hüseyn (ə) nəql edir: “O zaman ki, İmam Həsən (ə) vəfat halında idi, ağlamışdı. Ona dedilər: “Ey Rəsulallahın (s) oğlu! Nə üçün ağlayırsan, halbuki yerin Allah Peyğəmbərinə (s) yaxındır. O, sənin fəzilətin barəsində çox danışmışdır. Yalın ayaqla 20 dəfə həccə getmisən, sən o kəssən ki, Allaha and içmisən və o həccin üçündə ayaqqabılarını belə özünlə aparmamısan”. İmam Həsən (ə) cavabında buyurmuşdu: “Ancaq iki məsələyə görə ağlayıram: -Biri xəbər verdiklərin şeyin əzəmətinə görədir (can verməyin). -İkincisi dostlarımdan ayrı və uzaq düşməyimə görədir”...


İmanın “başı” hesab olunan xislət hansı əxlaqi xasiyyətdir?


Həzərəti Əli kəlamları bu qəbil kəlamlardandır. Daim öz ecazkarlığı və kəskinliyi ilə seçilən Hz. Əli kəlamları insanı düşünməyə vadar edir. Əli (ə) imana və imanın əsas, ayrılmaz hissəsi ola səbrə işarə edərək buyurur: Səbrin imana olan nisbəti başın bədənə olan nisbəti kimidir. Başı olmayan bədənin xeyri olmadığı kim səbr olmayan imanda da xeyir olmaz. Səbr demək olar kı, imanın əməl şəklində göstəricisidir. Çünki iman və bu kimi şeyləri zahirdə görmək və ya göstərmək olmur. İman yalnız öz sahibinin əməllərində və əxlaqında təzahür edir. Səbr də bu növ təzahürlərdəndir. Hətta Əli (ə) səbri imanın əsas göstəricisi olaraq tanıtmış və imanın başı adlandırmışdır...


İmam Səccad (ə) Şam əsirliyinin çətinliyi haqda buyurduğu hədis.


İmam Səccad (ə) Şam əsirliyinin çətinliyi haqda buyurduğu hədis. İmam Zeynul Abidin (ə) Şam və Şam yolunun çətinliklərinə işarə edərək buyurur: “ Şəm səfəri kimi ağır müsübətimiz olmamışdı. Əllərimizi bir kəndirlə bağlamışdılar. Hətta bizi əsir kimi satmaq istəyirdilər. Amma Allah izin vermədi. Yəhudilər yaşayan məntəqələrdən keçəndə onlara deyirdilər: Bunlar o kəslərdir ki, ataları sizin atalarınızı öldürüblər, evlərinizi viran qoyublar. Siz də bunlardan intiqam alın! Şam qadınları evlərin üstündən başımıza su və od atırdılar. Şəhidlərin başlarını bizim aramıza salırdılar, övladlarına göstərirdilər. Bizi günün altında saxlayırdılar!” ( Təzkikəruş-şühəda. Molla Həbib Kaşani).


20 suala 20 mükəmməl cavab!


20 suala 20 mükəmməl cavab! İyirmi suala 20 mükəmməl cavab: 1-İnsanların ən varlısı olmaq üçün nə etmək lazımdır? -Qənaətkar olsan,insanların ən varlısı olarsan.
2-Ən xeyirli insan kimdir? -İnsanların ən xeyirlisi,insanlara ən faydalı olandır.
3-Kimə ən ədalətli insan demək olar? -Özü üçün istədiyini başqaları üçün də istəyənə.
4-Allahın ən sevimli bəndəsi olmaq üçün nə etmək lazımdır? -Allahı ən çox zikr edən insan Allahın ən sevimli bəndəsidir.
5-Ehsan sahibi (yaxşı əməl sahibi) olmaq üçün nə etmək lazımdır? -Allaha Onu görürmüş kimi ibadət etsən,ehsan sahibi (yaxşı əməl sahibi olarsan)


Hz Musadan (ə) Allaha necə şükr etməyimizi öyrənək!


Hz Musadan (ə) Allaha necə şükr etməyimizi öyrənək! İmam Baqir (əs) belə buyurdu, Tövratda belə yazılmışdı: Musa ALLAHA belə ərz etdi: — Pərvərdigara, mənə yaxınsan, səninlə ahəstə söhbət edim, yoxsa uzaqsan səninlə uca səslə danışım? Xitab gəldi: — Ey Musa, mən, məni yad edən hər kəsin həmsöhbətiyəm. Musa ərz etdi: — Camaatın eyiblərinə yalnız sənin pərdə çəkdiyin gün hansı şəxslərin eyibləri örtüləcəkdir?... Əbu Abdullah (əs) belə buyurur:«ALLAH TƏALA Musaya belə vəhy etdi»: — Ey Musa, mənə layiq olan şükrü yerinə yetir. Musa ərz etdi: — Bu şükrü necə yerinə yetirə bilərəm. Halbuki bu şükr etməyin özü də bir nemətdir. Xitab gəldi: — Ey Musa, elə indi «bu şükr də sənin tərəfindən olan bir nemətdir» deməklə mənim şükrümü yerinə yetirdin.


Kərbəla hadisəsində ən çox ziyan görən bədbəxt kim idi?


Kərbəla hadisəsində ən çox ziyan görən bədbəxt kim idi? Bu hadisədə ən çox ziyan görən insanın adı Ubeydullah ibni Hürr Cəfi idi. İmam (ə) onu dəvət edən zaman belə demişdi: “Mən öz canımdan qorxuram. Ancaq bir iti qaçan atım vardır ki, nə zaman onunla olsam, qələbə çalıram. Onu sizə hədiyyə edərəm”. İmam (ə) da cavabında buyurmuşdu: “Bizim nə sənə və nə də sənin atına ehtiyacımız vardır”. O, Aşura hadisəsindən sonra çox peşman olur və hətta sonralar Muxtarın yanına gəlir ki, qatillərlə vuruşsun. Ancaq Muxtarı da tək qoyur və Zubeyrin tərəfinə keçir. Sonra Zubeyrə də arxa çevirir Kufə hökumətini əldə etmək üçün qiyam edir. O, Məsəb ibni Zubeyrlə vuruşur və məğlub olur. Özünü Fərat çayına atır və qərq olur...


İmam Hüseynin (ə) dünyaya qayıdışı necə baş verəcək?


İmam Hüseynin (ə) dünyaya qayıdışı necə baş verəcək? “Rəcət” sözünün mənası “qayıdış” deməkdir. Qiyamətdən əvvəl İmam Zaman ağa (ə.f) zühr edən zaman İmam Hüseyn (ə) həyata qayıdacaq və Yezidin (lən) ordusu ilə yenidən vuruşacaqdır. Haqq batilə qələbə çalacaqdır. Bu, elə bir gündür ki, yalnız xalis möminlər və xalis kafirlər diriləcəkdir. Quranda İmam Hüseynin (ə) rəcətinə aid 18 ayə nazil olmuşdur. O cümlədən, bu mübarək ayə: “O gün o titrədən (surun birinci dəfə üfürülməsi bütün kainatı) şiddətlə titrədəcək (sükunət halında olan cisimlərin hamısı titrəyəcək və bütün canlılar öləcəklər). Başqa bir titrədən (surun ikinci dəfə üfürülüşü) onun ardınca (Allahdan başqa heç kimin bilmədiyi bir fasilə ilə) gələcəkdir (və bütün ölüləri dirildəcəkdir)”. (“Naziat” 6-7)...


Şeytanın övladları, onların adları və vəzifələri nələrdir?


Şeytanın övladları, onların adları və vəzifələri nələrdir? Sur çalınana qədər yaşayacağı üçün, İblisə nəsil verildi: İblisin bir çox övladları vardır. Hər birinin adları və vəzifələri vardır. Şeytanın övladlarının adları və onların vəzifələri bunlardır:
1. Hanzəb: Namazda vəsvəsə verər. Təqibatın düzgün yerinə yetirilib yetirilməməsində, sözlərin deyilib deyilməməsində, rəkətlərin sayında və s.-də çaşdırmaq istəyər.
2. Vəlha: Təmizlikdə çox su istifadə etməyiniz, bir yeri bir neçə dəfə lazımsız olaraq silib təmizləməniz üçün vəsvəsə verər. Çox su istifadə etdirər, gərəksiz təmizlik etdirər və daha sonra isə gülüb lağ edər.
3. Zəllənbur: Bu da bazarlarda satıcılara xarab mal satmağı, yalandan and içməyi, malını tərifləməyi, malın qüsurunu gizləməyi və insanları aldatmağı mənfəətli, gözəl göstərər...


Sübh namazı niyə bəzən qəzaya gedir?


Sübh namazı niyə bəzən qəzaya gedir? İnsan bəzən sübh namazını bilməyərəkdən qəzaya verir. Özü ilə əhd bağlayır ki, bir daha belə olmayacaqdır. Ancaq səhər yuxusu o qədər şirin olur ki, namaz üçün qalxa bilmir. Bəs bunun səbibi nədir? Bunun həm maddi və həm də mənəvi səbəbləri vardır. Maddi amillər:
1. Həyatında proqramsızlıq. Sübh namazını dərk etməyə mane olan amillərdən biri - həyatında proqramsız olmasıdır. Bu cür insan nə yuxusunu və nə də gördüyü işlərini tənzim edə bilməz. Ona görə də sübh namazına qalxmaq onun üçün çətin olar.
2. Gecəni çox yemək yemək. Gecə ağır yatmağa səbəb olan amillərdən biri yatmazdan əvvəl çoxlu yemək yeməkdir...


Ata və ananın günahlarını bağışlayan əməl hansıdır?


Ata və ananın günahlarını bağışlayan əməl hansıdır? İmam Sadiq (ə) buyurur: “Hər kim əsr namazından sonra 70 dəfə istiğfar edərsə, yəni “Əstəğfirullah” deyərsə, Allah onun 70-illik günahlarını bağışlayar.
Əgər bu qədər günahı yoxdursa, ata və anasının günahlarını bağışlayar.
Ayətullah Haqşünas deyir: “Gecənin əvvəlində Quran tilavət edin və gecənin axırında istiğfar edin. O zaman ki, gündüz olar, saleh əməl gətirin. Çalışın ki, günah etməyəsiniz. Çünki ölüm mələyi hər gün əməl dəftərinizə diqqətlə nəzər salar”.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter