Həzrət Zəhranın (s.ə) İmam Əliyə (ə) vəsiyyət etdiyi 8 məqam hansı məsələlər haqda idi?


Həzrət Zəhranın (s.ə) İmam Əliyə (ə) vəsiyyət etdiyi 8 məqam hansı məsələlər haqda idi? Həzrət Zəhranın (s.ə) bizə gəlib çatan vəsiyyətində 8 mühüm nöqtəyə işarə edilmişdir ki, onlara nəzər salaq:
1. İmam Baqir (ə) buyurur: “Anam Fatimə (s.ə) bu vəsiyyəti yerinəyetirdi, atam Əli ibn Əbutalib (ə) onu yazdı və həmişəlik qalıcıoldu”.
2. Sənə vəsiyyət edirəm ki, məni unutmayasan. Vəfatımdan sonra məni davamlı olaraq ziyarət edəsən”.
3. Quran oxu və dua et. Çünki ölülərin bu zamanda dirilərlə ünsiyyət qurmağa ehtiyacları vardır.
4. Mənim sənə ilk vəsiyyətim budur ki, kişilərin qadınlara ehtiyacı vardır. Məndən sonra bacım Əmamə ilə evlən. Çünki o da mənim kimi övladlarımla mehribandır”...


Həzrət Əlinin (ə) “xoş onun halına” dediyi müsəlman hansı əxlaqi cəhətinə görədir?


Həzrət Əlinin (ə) “xoş onun halına” dediyi müsəlman hansı əxlaqi cəhətinə görədir? Öz gözündə tiri görməyən başqalarının gözündə çöp axtarır deyib müdrük atalarımız. Belə insanlar Allah tərəfindən seçilmiş, cəmiyyət üçün yaşayan insanlardır. Quranda bu seçilmış insanlara işarə edilərək buyurulur: Mən də (Şeytan) onlara (pis əməllərini, günahlarını) yer üzündə yaxşı göstərib onların hamısını yoldan çıxaracağam! Yalnız Sənin sadiq (muxləs) bəndələrindən başqa!\' (Hicr-42-43). Düzgün əqlə və təfəkkürə məxsus insanlar daima özləri ilə məşğul olur, öz eyib və nöqsanlarını aradan qaldırmağa çalışırlar. Həzrəti Əli (ə) bu mətləbə əhəmiyyət verərək buyurur: “Xoş o kəsin halına ki, onu başqalarının eybi yox öz eybi məşğul edir” (Nizamul-Hikmət-8. Səh-320). Başqalarında eyib axtarmaq insanı özündən qəflətə salır.


Hansı xislətdir ki, müsəlmanda olsa imanının olmasını çatdırır?


Hansı xislətdir ki, müsəlmanda olsa imanının olmasını çatdırır? Biz insanı ən gözəl biçimdə yaratdıq! (Tin-4). İslaminSesi.info- İnsan fak zatda, pak fitrətdə yaradılmışdır. Onun daxılındə məbuda doğru meyl vardır. Mümkündür insan zahirən inkar əhli olsun. Dilində və düşüncəsində müxalif olsun. Allahdan qeyrisinə pərəstiş etsin. Bu onun yalnış istiqamət almasının göstəricisidir. Amma hər halda qəlbinin, ruhunun dərinliyində vəsf edilə bilməyən bir kökə, qüvvəyə bağlılğı vardır. Bu onun İlahi fitrət üzrə yaradılışının göstəricisidir. İnsan yaxşını və pisi ümümi şəkildə fitrətən tanıyır. Yaxşı işlərin müqabilində rahatlanır, sevinir, pisliklər müqbilində narahat və gərgin olur. Bu o deməkdir ki, insan ruhən Ali varlığa bağlıdır və bu bağlılığ onun imanıdır. Allah Rəsulu (s) buyurub: “Əgər səni yaxşı işin sevindirir, pis işin kədərləndirirsə onda möminsən” (Nəhcul-fəsahə-41. Hədis-214).


Bəs Aşura günü şeytan nədən peşman oldu?


Bəs Aşura günü şeytan nədən peşman oldu? Ayətullah Seyyid Mühəmmədtəqi Müdərrisinin atası nəql edir: “61-ci Hicri ilinin Aşura gününün əsrində şeytanları gördülər ki, İblis onların ordusunun başında dayanıb üz və gözünə vurur. Sonra da ağlayır. Onlara dedilər: “Bu gün sən gərək sevinəsən, bəs niyə pərişan və ağlarsan?”. İblis dedi: “Böyük bir səhv etmişəm və insanları vadar etmişəm ki, Hüseyni (ə) öldürsünlər”. Dedilər: “Niyə? Məgər sən istəmirdin ki, zahirdə müsəlman olan bu insanlar cəhənnəmə getsin? Məgər cəhənnəmlik olmayıblar?”. Dedi: “Niyə, olublar. Ancaq bu məsələdən qəflət etmişəm ki, bu işlə İlahi rəhmət qapısı insanların üzünə açılmışdır. Hər kəs öz üslubu ilə onun şəfaətindən bəhrələnir””.


Hansı Altı nəfərə İsa (ə), İbrahim, Əyyub, Davud, Yəhya və Məryəmin əcri verilər?


Hansı Altı nəfərə İsa (ə), İbrahim, Əyyub, Davud, Yəhya və Məryəmin əcri verilər? Ədalətli rəhbərin əcri Süleyman ibn Davudun (ə) əcrinə bənzəyir. Rəsuli-əkrəm (s) buyurmuşdur:
1. Təqvalı alimin əcri İsa ibn Məryəmin (ə) əcrinə bənzəyir. 2. Səxavətli varlının əcri İbrahim Xəlil peyğəmbərin (ə) əcrinə bənzəyir.
3. Səbirli fəqirin əcri Əyyubun (ə) əcrinə bənzəyir. 4. Ədalətli rəhbərin əcri Süleyman ibn Davudun (ə) əcrinə bənzəyir.
5. Tövbəkar cavanın əcri Yəhya ibn Zəkəriyyanın (ə) əcrinə bənzəyir. 6. Məhrum qadının əcri Məryəmin (ə) əcrinə bənzəyir.


Zarafatca yalan danışmağın günahı varmı?


Cavab: Əgər şəxs gerçəkliyə zidd olan bir xəbəri verirsə və məqsədi də qarşı tərəfin bu xəbəri ciddi qəbul etməsidirsə, bu iş haramdır. Amma əgər məqsədi ciddi danışmaq və gerçəkliyə zidd olan bir xəbəri vermək deyilsə, məsələn, bir insanın və ya heyvanın dilindən zarafatca söz deyirsə, bu iş haram deyildi./(leader.ir)


İmam Hüseynin (ə) hərəmində müsafir namazl qəsr-yoxsa bütöv qılmalıdır?


Sual: İmam Hüseyn (ə) hərəminin hansı hüdudlarında müsafir öz namazını qəsr və ya tam qılmaqda seçim edə bilər?
Cavab: Məzarın yerləşdiyi otağa, məzarın baş və ayaq tərəfindən pəncərələrə, qapılara və kənar otaqlara qədər olan yerlərə, məzarın baş tərəfindən məscidə qədər olan yerə şamil olur.


İmam Hadi (ə) çətinliyə düşmüş möminin borcunu belə ödədi?!


İmam Hadi (ə) çətinliyə düşmüş möminin borcunu belə ödədi?! Şeyx Ərbəli nəql edir: “Bir gün İmam Hadi (ə) bir iş üçün Samirradan kəndlərin birinə gedir. Bir ərəb gəlir və İmamı (ə) görmək istədiyini bildirir, ancaq ona kəndə getdiyini söyləyirlər. O, da İmamı (ə) tapmaq üçün həmin kəndə gedir və İmamla (ə) görüşür. İmam (ə) soruşur: “Nə hacətin vardır?”. Deyir: “Mən cəddin Əmirəl-möminin (ə) vilayətinin davamçılarındanam ki, böyük bir borca girmişəm. Səndən savayı heç kəs onu ödəyə bilməz”. İmam (ə) buyurur: “Xoş ol və şad ol”. Ərəb İmamın (ə) yanında qalır və səhər olan kimi Həzrət (ə) ona buyurur: “Mənim də sənə bir hacətim vardır ki, onun əksini yerinə yetirmə”. Ərəb deyir: “Müxalif deyiləm”. İmam (ə) bir məktub yazır və orada yazır ki, bir ərəbə borcu vardır və miqdarını ərəbin borcundan daha çox yazır. Buyurur: ...


Kərbəla qətlgahından niyə alma ətri gəlirdi?


Kərbəla qətlgahından niyə alma ətri gəlirdi? ... İmam Səccad (ə) buyurur: “Bu mövzunu atamın şəhadətindən bir saat əvvəl ondan eşitdim. Həzrətin (ə) şəhadətindən sonra qətlgahından həmin almanın ətri gəlirdi. Həmin almanın ətri Həzrətin (ə) məqbərəsində də qalmışdı. Mən nə zaman atamın məqbərəsini ziyarət edirəm, həmin almanın ətrini hiss edirəm. Bizim davamçılarımızdan hər kim atamı ziyarət edərsə, səhər çağı diqqət etsə, əgər muxlisdirsə, həmin ətri hiss edəcəkdir”.


Allahın rizasını İmam Hüseyn (ə) əməldə necə təfsir etdi?


Allahın rizasını İmam Hüseyn (ə) əməldə necə təfsir etdi? Allahın rizası deyildikdə, onun təqdirinə və göndərdiyi bəlalara, müsibətlərə razı olmaq və boyun əymək, dostlarını dost, düşmənlərini düşmən bilmək nəzərdə tutulur. Lakin Allah bəndədən o zaman razı olur ki, öz istəklərini də görməməzliyə vurmasın. Kor-koranə və ləzzəti dərk etmədən Allahın razılığı ardınca olmasın. Yəni, həm Allah onlardan razı olmalıdır, həm də onlar Allahdan. O kəs ki, gecə və gündüzünün Allah rizası ilə keçdiyini hiss edər, ancaq özü qəlbən rizaya çatmaz, gərək dindarlığına bir daha nəzər salsın. Qurani-Kərim buyurur: “Ey (təqvanın kamalı sayəsində) arxayın olmuş nəfs (elə bir məqama yetişmiş nəfs ki, həvayi-həvəslər və şeytanlar onu azdırmağa qadir deyildir), Dön Rəbbinə, sən Ondan, O da səndən razı olaraq! Mənim bəndələrimin zümrəsinə daxil ol!”. (“Fəcr” 27-28). -İmam Hüseynin (ə) riza yolundakı əməli cihadları idi...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter