Möminin həyatda ən böyük arzusu nə olmalıdır?


Möminin həyatda ən böyük arzusu nə olmalıdır?MÖMININ ƏN BÖYÜK ISTƏYI ALLAHIN RAZILIĞIDIR! Merac hədisində oxuyuruq: “Ürəyindən keçəni məndən istə, mən də əta edim. Mənim mərhəmət civarımda sakin ol.” Aşiq bir ömür təlaşdan sonra arzusuna çatmışdır. Görün yəqin əhli olan möminin ruhu hansı məqama çatmışdır ki, belə bir cavab verir: “Pərvərdigara, Sən özünü mənə tanıtdırdın və Səni tanımaqla bütün xilqətdən ehtiyacsız oldum.” Mömin bildirir ki, Allahın əzəmətini dərk etdiyindən, artıq onun behiştdə gözü yoxdur. O, Allahı tanımaqla hər şeydən ehtiyacsız olduğunu bildirir. Axı belə bir əzəmətin müqabilində nə istəmək olar?!


Var-Dövlətin insan üçün nə belə faydaları ola bilər?


Var-Dövlətin insan üçün nə belə faydaları ola bilər?Dünya malı təkcə kafirlər üçün nəzərdə tutulmayıb. Bəzi övliyaların da böyük var-dövləti olub ki, bu səviyyə başqaları üçün əlçatmazdır. Cinlər və insanlar, heyvanlar və quşlar da onun ixtiyarında olub. Demək varlı olmaq pis adam olmaq üçün dəlil deyil. Əslində, dünya neməti imtahan vasitəsidir. Bu imtahandan bəziləri alnıaçıq, bəziləri isə başıaşağı çıxır. Allahı unutmayıb var-dövlətdən Onun razılığı üçün istifadə edənlər nicat tapır, nəfsinə uyub şəri çərçivədən çıxanlar isə zəlalətə düşürlər. Ona görə də axirət yolunda istifadə etmək üçün Allahdan var-dövlət istəməyin heç bir eybi yoxdur. Varlı möminlərə din yolunda pul xərclədikləri üçün qibtə etmək nöqsan sayılmır. Həzrət Xədicənin (ə) İslam yolunda xərclədiyi böyük var-dövlətinə baxıb həsrət çəkmək olduqca çirkin bir işdir...


Əgər cəmiyyətdə ibadət edən dəstə olmasaydı Allah-Taala (c.c) hansı bəlaları vəd edir?


Əgər cəmiyyətdə ibadət edən dəstə olmasaydı Allah-Taala (c.c) hansı bəlaları vəd edir?Qüdsi bir hәdisdә Аllаh-tәаlа buyurur: “Еy itаәtsiz millәtlәr, аsi хаlqlаr, günаhkаr cәmiyyәtlәr! Әgәr rüku hаlındа qоcаlаr, duа hаlındа cаvаnlаr, südәmәr körpәlәr, оt-әlәf yеyәn dörd аyаqlılаr оlmаsаydı günаhlаrınızа görә bаşınızа әzаb әlәrdim; (Kәlimәtullаh, sәh.76.) еy günаhkаrlаr, әgәr аrаnızdа imаnlı, mәnim cәlаlım vаsitәsi ilә bir-birini dоst tutаn, nаmаzı ilә mәscidlәri аbаd еdәn, mәnim qоrхumdаn sübhlәr tövbә qılаn insаnlаr оlmаsаydı bаşınızа әzаb әlәrdim.” (Kәlimәtullаh, sәh.550.)...


Mütəal Allah Quranda kimlərə və nəyə görə and içir?


Mütəal Allah Quranda kimlərə və nəyə görə and içir?Allah Təalanın Quranda and içməsinə gəlincə isə təfsir alimləri aydınlıq gətirərək, bunu bir neçə mətləblə əlaqələndirmişlər:
1)Quran and içməklə, and içdiyi şeyin mətləbinin əhəmiyyətinə təkid etmiş olur. (Təfsiri-mizan. Əllamə Təbatəbai)
2) Quran bir şeyə and içməklə, o şeyin əzəmət və şərafətini xatırlatmağa çalışır. (Təfsiri-mizan. Əllamə Təbatəbai)
3)Ola bilsin ki, and içilən bir şeydə başqa bir mətləb üçün dəlil və sübut vardır. (Təfsiri-mizan. Əllamə Təbatəbai)
4)Quranın and içməsində iki mühüm fayda vardır: Biri and içilən mətləb üzərində təkid, ikincisi and içilən şeyin əzəmət və əhəmiyyətinə işarə etmək, yada salmaqdır. Bəzi mətləblər vardır ki, Allah Təala onu təkidlə yad edib. Hətta bir surədə (Şəms) 11 dəfə and içilib. (Təfsir-nümunə)


Hz. Əli (ə) ədalətini əks etdirən tarixi rəftarı – Qardaşı Əqilin etirazına cavabı nə olmuşdur?


Hz. Əli (ə) ədalətini əks etdirən tarixi rəftarı – Qardaşı Əqilin etirazına cavabı nə olmuşdur?Hz. Əli cazibəsi və sevgisinə sahib olmaq üçün ilk növbədə onun (ə) ədaləti ilə barışmalısan! Tarixdə qeyd olunur ki, İmam Əli (ə) xəlifəliyinin ilk günlərində minbərə çıxıb Allaha həmd və sənadan sonra camaata belə müraciət etdi: “Allaha and olsun ki, sizin qənimətlərinizdən bir dirhəm belə mənimsəməmişəm! Mənim bu Mədinədəki tək sərvətim bir xurma ağacımdır. Elə isə təsdiq edin! Əgər belə deyilsə o bir ağacdan da özümü məhrum edib, onu sizə verəcəm!” Bu zaman İmamın (ə) qardaşı Əqil qyağa qalxıb dedi: And olsun Allaha! Sən məni mədinəli qara bir şəxslə bir tutursan?! İmam (ə): \"Otur yerinə! Burda səndən başqa bir şəxs yoxdur ki, danışsın?! Sənin o, qara dərilidən nə kimi üstünlüyün var? Yoxsa iman, təqva və ya savabda ondan üstnsən?! Tək üstünlüyün ondan əvvəl İslamı qəbul etməndir! Əsl üstünlük iman, təqva, axirət üstünlüyüdür!”...


Dəstəmaz zamanı başa məsh etdikdən sonra əldə yaşlıq qalmasa, ayağa məsh etmək üçün nə etmək lazımdır?


Dəstəmaz zamanı başa məsh etdikdən sonra əldə yaşlıq qalmasa, ayağa məsh etmək üçün nə etmək lazımdır? Cavab 1: Əgər əldə məsh etmək üçün nəmlik qalmayıbsa, nəmliyi qaşlarından və ya saqqalından götürüb məsh etməlidir. Ayətullahul-uzma Seyid Əli Xameneyi, \"Müqayisəli fətvalar\", dəstəmaz fəsli
Cavab 2: Gərək öz saqqalının yaşlığından götürüb onunla məsh etsin. Saqqaldan qeyri yerdən yaşlıq götürüb onunla məsh etmək işkallıdır. Ayətullahul-uzma Seyid Əli Sistani, \"İzahlı şəriət hökmləri\",məs.256
Cavab 3: Əgər əldəki rütubət qurusa, onu başqa üzvlərdəki dəstəmaz suyu ilə isladıb məsh çəkmək olar. Ayətullah Məkarim Şirazi, \"Şəriət hökmlərinin izahı\",məs.276


Hz Peyğəmbər (s) necə dəstəmaz alardı?


Hz Peyğəmbər (s) necə dəstəmaz alardı? İmam Əli (ə) Məhəmməd ibn Əbu Bəkri (r) Misirə vali təyin etdikdə, ona yazdığı əhdnaməsində buyurur: \"Dəstəmazına diqqət et. Dəstəmaz namazın kamalındandır. Üç dəfə ağzına, üç dəfə burnuna su al, sonra üzünü, sonra sağ əlini, sonra sol əlini dirsəkdən barmaqların ucuna qədər yu. Daha sonra isə başına və ayaqlarına məsh et. Çünki mən Peyğəmbərin (s) belə dəstəmaz aldığını görmüşəm və bil ki, dəstəmaz imanın yarısıdır\" (\"Vəsailüş-şiə\", c.1, səh. 279) -Zürarə İmam Baqirdən (ə) nəql edir: \"Sizə Allahın peyğəmbərinin (s) necə dəstəmaz aldığını göstərimmi?\". Biz göstərməsini istədikdə, bir qab su istədi. Əvvəlcə üzünü, sağ qolunu və sol qolunu yudu. Sonra isə əlində qalan su ilə başının ön hissəsinə və ayaqlarının üstünə məsh çəkdi\" (\"Əl-Kafi\",c.3, səh.25)...


Namazda rəkətlərin sayında səhvi düzəltmək üçün ehtiyat namazını necə qılmaq lazımdır?


Namazda rəkətlərin sayında səhvi düzəltmək üçün ehtiyat namazını necə qılmaq lazımdır? Cavab: Ehtiyat namazı üzərinə vacib olan şəxs, namazın salamından sonra gərək dərhal ehtiyat namazı niyyəti edib, təkbir desin, Həmd oxusun və rükuya getsin, sonra iki səcdə etsin. Əgər ona bir rükət ehtiyat namazı vacibdirsə, iki səcdədən sonra təşəhhüd oxuyub salam versin, əgər iki rük`ət ehtiyat namazı ona vacib olsa, iki səcdədən sonra daha bir rükət, birinci rükət kimi yerinə yetirsin və sonra təşəhhüd və salam desin. Ehtiyat namazının surə və qunutu yoxdur. Lazım ehtiyata əsasən, onun Həmdini səssiz oxumalıdır. Onun niyyətini dillə söyləməməlidir. Onun «Bismillah»ını da səssiz söyləmək ehtiyat-müstəhəbdir. Ayətullahul-uzma Seyid Əli Sistani, \"İzahlı şəriət məsələləri\",məs.1202-1203


Şükür namazını necə qılaq?


Şükür namazını necə qılaq? İmam Sadiqin şükür namazı haqqında belə buyurduğu nəql olunmuşdur: Allah sənə bir nemət bəxş etdikə iki rəkət namaz qıl; birinci rəkətdə “Fatihə” və “İxlas” surəsini oxu. İkinci rəkətdə isə “Fatihə” və “Kafirun” surəsini oxu. Birinci rəkətdə rüku və səcdələrində de: “Əlhəmdu lillə̃hi şukrən, şukrən və həmdən” (Həmd Allahındır, şükür, şükür və həmd olsun); ikinci rəkətdə rüku və səcdələrində de: “Əlhəmdu lillə̃hil-ləzi istəcə̃bə du`ã`ἶ və ə`tãnἶ məs`ələtἶ” (Həmd o Allaha məxsusdur ki, mənim duamı müstəcəb etmiş və xahişimi (istəyimi) mənə əta etmişdir).


İmam Sadiq (ə) namazı necə qılırdı?


İmam Sadiq (ə) namazı necə qılırdı? Həzrət (ə) buyurdu: “Sənin üçün zərəri yoxdur, ayağa qalx və namaz qıl ki, mən də sənin necə namaz qıldığını görüm”. Mən üzü qibləyə dayanıb, namaz qılmağa başladım və namazın bütün rüku və səcdəsini yerinə yetirdim. Ancaq İmam (ə) bu namazı bəyənmədi və buyurdu: “Namazı yaxşı qılmadın. Necə də bir insan üçün çirkindir ki, ömründən 60-70 il keçər və bir kamil namaz qıla bilməz”. Buyurdu: ... İmam (ə) buyurdu: “Ey Həmad! Bu cür namaz qıl!”.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter