Günah anlayışına əhəmiyyət verməməyin acı nəticəsi haqda əxlaq ustadları nə buyururlar?
... Böyük əxlaq ustadlarından Ayətullah Xoşvəqt bu məsələyə diqqət çəkərək belə buyurur: “Bəziləri ya adət ediblər, ya da cahildirlər. Günahı yüngül hesab edirlər. Günaha mürtəkib olmağlarına diqqət etmirlər (günah anlayışına). Deyirlər heç nə olmaz!
Hətta cibə girənlər deyir ki: “Heç nə olmaz adam öldürməmişəm ki? Cibə girmişəm!” Xeyr! Belə deyil! Bütün bunlar günahı kiçik hesab etməkdən (yaxud yox saymaqdan) irəli gəlir. Bu işdə daha da israrçı olur. İnsan nə qədər ki, belə davam etsə (mənəviyyat) azuqəsindən əli boş qalar.”
Allahın Siddiq bəndələri - Onlar kimlərdir?
Qurani-Kərimdə oxuyuruq: Allaha və Peyğəmbərə itaət edənlər (axirətdə) Allahın nemətlər verdiyi nəbilər, siddiqlər (tamamilə doğru danışanlar, etiqadı dürüst, peyğəmbərləri hamıdan əvvəl təsdiq edən şəxslər), şəhidlər və salehlərlə bir yerdə olacaqlar. Onlar necə də gözəl yoldaşlardır! (Nisa -69) İmam Sadiq buy: “Allah Musa ibni İmranı xilas edəndə buyurdu: Ey Musa mən mömin bəndədən gözəl bir mövcud xəlq etməmişəm. Mən onu imtahan edəndə ona xeyir olanı edirəm. Mən ona nəyin uyğun olduğunu bilirəm. Elə isə o, mənim imtahanıma səbr etməli, nemətlərimin qarşılığında şükr etməli və mənim qəzavü-qədərimlə razılaşmalıdır. O zaman mən onu Siddiqlərdən yazacağam.” (Biharul-Ənvar, 10-130)
Həzrət Zəhranın (s.ə) üzüyünə həkk edilmiş zikr və onun mənası?!
Həzrət Fatimeyi-Zəhranın həyatından bəhs edən müasir və qiymətli “Fatemeye Zəhra şademaniye dele Peyambər” əsərində (səh-902) O həzrətin üzüyünün xüsusiyyətləri haqda bəzi hədislər gətirilib.
1-Hədislərə görə Fatimeyi Zəhranın üzüyü gümüşdən olub. Hədislərə əsasən həzrət Fatimənin üzüyünün üzərində “Əminəl-Mutəvəkkilun” (Allaha təvəkkül edənlər təhlükəsizlikdədirlər) zikri həkk olunub.
-Bir hədisə görə isə O həzrətin üzüyünün üzərində “Niməl-Qadiru Allah və Ya Əminəl-Mutəvəkkilun” (Allah necə də gözəl qadirdir və Ona təvəkkul edənlər amandadırlar). Alimlər buyurur ki, bu zikrin üzüyün üzərində olması onun sahibini qoruyan ən güclü səbəblərdəndir...
Allah-Taalanın (c.c) razılığını Quran hansı əmələ bağlı olduğunu bildirir?
Allah təala bu hər iki həyatda nicat tapmağın, ilahi rəhmət və sevgiyə qovuşmağın tək və yeganə yolunu belə bəyan edib: “Həqiqətən, iman gətirib yaxşı işlər görənlər üçün Rəhman (ürəklərdə) bir sevgi yaradacaq.” “Rəhman” kəlməsi Allah Təalaya nisbət verilmiş müqəddəs adlardandır. Təfsirçilər “Rəhman” adını “dünyada hər kəsə rəhm edən Allah” mənasında təfsir və açıqlama vermişlər. Bu da o deməkdir ki, ayənin bizə vəd etdiyi (وُدًّا) sevgi insana yetişəcək dünya nemətlərindən və mükafatlarındandır. Hər kim iman və saleh əmələ sahib olarsa Allah Təala öncə həmin insanın qəlbini paklayar, sonra Öz sevgisini və möminlərin sevgisini həmin qəlbə daxil edər. Bu da insanın dünyada yetişə biləcəyi misli olmayan ən böyük mükafatdır.
Həzrəti Əli (ə) ruhun xəstələnməsi barədə nə buyurmuşdur?!
Həzrət Əli (ə) öz kəlamlarının birində ruhun da cisim kimi xəstə ola biləcəyini, onun da qidaya və müalicəyə ehtiyaclı ola biləcəyini vurğulayır. Təbii ki, özünə məxsus müalicə və qida ilə! İmam (ə) belə buyurdu: “Bədənin 6 haləti vardır. Bunlar: sağlamlıq, xəstəlik, həyat, ölü, yatmaq və oyanmaqdır. İnsan ruhu da bu belədir: -Elm ruhun həyatıdır -Cahillik onun ölümüdür -Şəkk onun xəstəliyidir -Yəqin (qətilki) ruhun sağlamlığıdır -Qəflət ruhun yuxusudur -Hifz və yaddaş ruhun oyanışıdır.” (Tohid Səduq-300)
İmam Əli (ə) zəngin olan insana hansı tövsiyəni edir?
“Nəhcul-bəlağə”də oxuyuruq ki, Əmirəl-möminin (ə) hökumət etdiyi zamanda Əla ibni Ziyanı görməyə gedir. və görür ki, geniş evə malikdir. Həzrət (ə) buyurur: “Bu geniş sarayı dünyada nə edirsən? Sən ona axirətdə daha çox möhtacsan. Əgər bu sarayla axirətdə rahatlığa çatmaq istəyirsənsə, evinin qapısını açıq qoy və qonağı əziz tut. Qohumların və yaxınlarınla onda sileyi-rəhm et. Bu evin dini haqqını ehtiyacı olanlara ver ki, əgər belə etsən, cavidan saraya çatarsan”...
İmam Zamanın (ə.c) Şeyx Mufidə yazdıqları məktublar bir yerdə qeydə alınmışdırmı?
İmam Zamanın (ə.c) məktubları toplayan kitablar vardır ki, onları cəmləşdirib və hətta bəziləri dünyanın müxtəlif dillərinə tərcümə etmişlər:
1-Şeyx Səduqun Kəmaluddin kitabı, Qum çapı, İslami Nəşriyyat mərkəzi, 1405 h.ş. tarixi səhifə: 482-523
2-Əllamə Məclisi, Biharul-Ənvar kitabı, Beyrut, Əl-Vəfa çapxanası, 1403 h.ş tarixi, cild-53, səh: 150-190.
3-Möcəm Əl-Əhadis Əl-Məhdi kitabı, İslam maarifləndirmək mərkəzi elmi heyətinin topladığı məqalələrlə toplusu, Qum çapı, İslam maarifləndirmə mərkəzinin çapı, 1411 h.q. tarixi, Səh: 275,/sualcavab.ge
Ölü yerlərində şəriət baxımından bəyənilən əməllər hansılardır?
Ölü yerlərində şəriət baxımından bəyənilən əməllər:
1-Əzada kədərli olmaq, valideynin üstündə Allah-Taaldan hacət istəmək, və qəbrləri möhkəm düzəltmək ki tez xarab olmasın,
2-Matəmli olan şəxs gərək özünə zərər yetirəcək əməllərdən çəkinsin,
3-Müsətəhəbdir ki, ölən müsəlman olarsa onun üçün şəraiət kitablarında qeyd olunan vəhşət namazı qılınsın,
4-Müstəhəbdir ki, ölən üçün dua və Allahdan bağışlanma tələb olunsun və eləcə də Quran oxunsun,
5-Müstəhəbdir ki, əza məclisində iştirak edənlər, ev sahibinə baş sağlığı versinlər.
6-Müstəhəbdir ki, əza sahiblərinə müsəlmanlar üç gün yeməklərində köməkçi olsunlar. Matəmli olanlarla birlikdə və onların evində ehsan yemək məkruhdur. Mənbə: Ayətullah Sistani, Tövzihul-Məsail, Məsələ: 603-619.
Dəstəmazın düzgün sayılması üçün hansı şərtlər var?
Dəstəmazın düzgün sayılması üçün on üç şərt var.
1. Dəstəmaz suyu pak olmalıdır;
2. Dəstəmaz suyu mütləq saf olmalıdır;
3. Dəstəmaz suyu mübah, halal olmalıdır;
4. Dəstəmaz suyunun qabı halal olmalıdır;
5. Dəstəmaz suyunun qabı qızıl və gümüş olmamalıdır;
6. Dəstəmaz zamanı dəstəmaz üzvləri və məsh yeri pak olmalıdır;...
Bütün elmlər Quranda mövcuddurmu?
Bu mәsәlә ilә bağlı üç әsas baxış mövcuddur. Aşağıda bu üç versiyanı vә onların dәlillәrini ixtisarla nәzәrdәn keçirәk.
Birinci versiya: Bütün elmlәr Quranda mövcuddur. Bu versiyaya ilk dәfә olaraq Әbu Hamid Qәzalinin (vәfat- 505 һ.q.)
İkinci versiya: Quran yalnız һidayət vә din kitabıdır. “Quran axirәt vә onun һaqqındakı әlavә mәsәlәlәrә aydınlıq gәtirmәk üçün göndәrilmişdir”. (Әl-Müvafiqә, c-2, sәһ 76-79.)
Üçüncü versiya: Ayırıcı baxış. Bu baxışa görә, bir tәrәfdәn bütün elmlәr Quranda yoxdur. Quranın başlıca mәqsәdi bәşәriyyəti Allaһa doğru һidayət etmәkdir. Yəni zərurəti yoxdur və bu versiya Qurana nöqsan da sayılmaz...