Nəfslə muraqibətin inanılmaz təsiri – “Muraqibət” nədir?


Nəfslə muraqibətin inanılmaz təsiri – “Muraqibət” nədir?Ayətullah Bəşir Nəcəfi mənəvi mərhələləri yüksəlməkdə və Allahın rizasına yetişməkdə təqva və muraqibətin (nəfslə mübarizənin) əhəmiyyətinə toxunaraq. Həmçinin Hz. Abbası (ə) misal çəkib:“Muraqibənin bariz nümunəsini Hz. Abbasda (ə) görürük. O bunu öz zəmanə İmamına (ə) itaəti ilə göstərdi. Bunlar hamısı təqvanın nəticəsidir.” Həmçinin ustad buyurub: “Mömin gərək özündən hesab çəkməyə diqqətli və mütamadi olsun. Ən azı gündə bir dəfə bunu etsin. Gün ərzində etdiklərini gözdən keçirsin. Öz ibadət və tilavətlərini gözdən keçirib düzəltməyə çalışsın. Bunu etməklə, növbəti dəfə artıq öz xətalarını görəcək. Həmçinin insan gərək öz ağlını, qəlbini və buraxdığı boşluqları hesaba çəksin...


İmam Baqir (ə) hansı 3 gizli mühüm mətləbi bəyan etdi?


İmam Baqir (ə) hansı 3 gizli mühüm mətləbi bəyan etdi?İmam Baqir (ə) bu 3 mətləbə, bu mətləblərin əhəmiyyətinə diqqət çəkərək buyurur:
1 –Allah, Öz rizasını itaətdə, bədəçilikdə gizli qərar verib, heç bir itaəti, xeyirli əməli kiçik hesab etməyin. Ola bilsin Allahın rizası həmin o işə olmuş olsun.
2 – Allah, Öz qəzəbini günah və üsyankarlıqda gizli qərar verib. Heç bir günahı kiçik hesab etməyin. Olsun ki, bu iş Allahın qəzəbinə səbəb olsun.
3 – Allah, Öz dostlarını xalqın arazında gizli qərar verib. Heç bir Allah bəndəsini həqir, xar görməyin. Ola bilsin həmin şəxs Allahın vəli-dostu olsun...


Allah-Taalanın (c.c) bu dünyada günahkara verdiyi ilk cəzası nədir?


Allah-Taalanın (c.c) bu dünyada günahkara verdiyi ilk cəzası nədir?Hədislərdə buyurulur ki: Bir gün Hz. Musaa (ə) bir kişi yaxınlaşaraq deyir: -Ey Musa! Öz rəbbinə catdır! De ki, mən heç yerdə Onu xatırlamıram. Mənim bütün işlərim yolundadır. Heç bir çətinliyim yoxdur! Hz. Musa (ə) Tur dağına yetişib raz-niyaz etdi. Lakin həmin kişinin xəbərini öz rəbbinə heç cür deyə bilmədi. Allahdan nida gəldi: Ey Musa! Bəndəmin sifarişini Mənə de!Hz. Musa (ə) kişinin dediklərini təkrarladı. Mütəal Allahdan belə xitab gəldi:Bəndəmə de ki, sən elə bir əzaba düçar olmusan ki, özünün də bundan qəflətdəsən! Mən öz zikrimin şirinliyini və Məni xatırlamağın şirinliyini sənin qəlbindən çıxarmışam. Məndən qafil olmusan!


Nə üçün məscidlərə ehtiram göstərilir?


Nə üçün məscidlərə ehtiram göstərilir? İmam Sadiqdən (ə) soruşdular: Məscidlərin əzəmətli tutulmasının illəti nədir? Həzrət buyurdu, Allah məscidlərin əzəmətli tutulmasını ona görə əmr etmişdir ki, onlar yer üzərində Allahın evləri olsun. Habelə həzrət Əbu Abdullahın (ə) belə buyurduğu nəql olunmuşdur: Tövratda yazılmışdır: Mənim evlərim yer üzərində məscidlər olar. Buna görə də, xoş olsun o kəsin halına ki, evində özünü pak və pakizə etmiş olsun. Sonra isə Məni Öz evimdə ziyarət etsin. Ziyarət olunanın haqqı isə odur ki, ziyarət edənə ikram etsin...


\"Allah\" yazılmış boyunbağıdan istifadə etməyin hökmü nədir?


"Allah" yazılmış boyunbağıdan istifadə etməyin hökmü nədir? ...Məsələ boyunbağıdan istifadə etməklə bağlıdır. Bədənin onunla təmasından söz getmir. Qadağan olunan təkcə ona təharətsiz toxunmaqdır. İstifadə etmək deyil. Buna əsasən, əgər bir nəfər libasının üzərindən taxsa, təharətsiz olsa belə, bir problemi yoxdur. Çünki bədənə toxunmur. Yaxud indi elə boyunbağılar hazırlanır ki, “Ləfzi-Cəlalə” plastmas, yaxud şüşəyə yapışdırılmış olur. Bu halda da toxunmağın maneəsi yoxdur. Lakin yazının əslinə təharətsiz toxunulmamalıdır.


Nə üçün ölüyə namaz qılmaq lazımdır?


Nə üçün ölüyə namaz qılmaq lazımdır? ... Meyit namazının fəlsəfəsi haqqında İmam Rza (ə) buyurmuşdur: Əgər kimsə “Nə üçün ölülərimizə namaz qılmağa əmr olunmuşuq”, - deyə sual versə ona deyilər: Ona görə ki, Allah dərgahında meyitin şəfaətedicisi olaq. Onun bağışlanmasını Allahdan diləyək. Çünki heç bir zaman meyit ölümdən sonra şəfaət olunmasına, onun üçün məğfirət və bağışlanma dilənməsinə bir bu qədər ehtiyac duymayıb”. (Şeyx Səduq, “Uyunu Əxbarir-Rza”, c.2, s.113) Buna görə də, dünyadan Bərzəx və Axirət evinə yol tutan kəs üçün bağışlanmasını diləmək və onun üçün dua etmək meyit namazının şəriət qanunu olmasına dəlil sayılır...


Namazı qəsr qılmaq Quran ayəsinə zidd deyilmi?


Namazı qəsr qılmaq Quran ayəsinə zidd deyilmi? Cavab: Şərif ayə müsafirin namazını qısaltmasını qadağa edən açıqlama məqamında deyil, bəlkə onu qanuniləşdirir (Şəriət hökmləri sırasına aid edir). Düzdür ki, \"namazı qısaltmaq sizə günah hesab edilməz\" işlədilir və bu ləfz icazə səbəbilə istifadə olunur, ancaq bu ləfzin vacib kimi işlədilməsinin heç bir problemi yoxdur. Belə ki, Qurani-kərimdə buyurulur: \"(Ey möminlər!) Həqiqətən, Səfa və Mərvə Allahın əlamətlərindəndir (ibadət nişanələrindəndir). Evi həcc və ya ümrə yolu ilə ziyarət edən şəxsin bunları təvaf etməsində (ətrafına dolanmasında) heç bir günah yoxdur.Hər kəs (vacibdən əlavə) könüllü olaraq yaxşı bir iş görərsə, Allah (onun etdiyi yaxşı işdən) razı qalandır, biləndir.\" (\"Bəqərə\", 158)...


İmam Sadiqin (ə) səhabəsi Harun Ər-Rəşidin dövründə yaşamış Bəhlul kim olub?


İmam Sadiqin (ə) səhabəsi Harun Ər-Rəşidin dövründə yaşamış Bəhlul kim olub? Harun Ər-Rəşidin əmisi oğlu və tam adı Buhlul ibn Əmr əs-Seyrəfi, Əbu Vəhib əl-Məcnundur. (Xətib Bağdadi, “Tarixu Bağdad”, c.21, s.65) Nəzərə çarpır ki, o Buhlul ibn Məhəmməd əs-Seyrəfidir ki, Şeyx Tusi onu İmam Sadiqin əshabından hesab etmişdir. (Tusi, “Əl-Əbvab” (Ricalut-Tusi), s.173) Bəhlula “Buhlul Məcnun (divanə)” ləqəbi vermişlər. (“Tarixu Bağdad”, c.21, s.65) Bəhlulun dəlilik, divanəlik məsələsi barədə fərqli sözlər demişlər. Onlardan məşhuru budur ki, onun özünü dəli kimi aparması İmam Musa Kazimin göstərişi ilə olmuşdur, ta bu yolla Bəhlul öz canını qorusun və Abbasi xəlifəsinin əziyyətindən əmin-amanlıq tapsın. Həmçinin başqa səbəbləri də vardır. Bir sözlə, onun dəliliyi təqiyyəyə əsaslanırdı. (Əmin Amili, “Əyanuş-Şiə”, c.3, s.617; Şəbistəri, “Əl-Faiq fi ruvati və əshabi əl-İmam əs-Sadiq, c.1, s.257) Əgər bu fikri qəbul etsək, aydın olur ki, o, İmam Kazimin dövründə də yaşamışdır.


Qəbirlərin üzərindəki yazıları oxumaq yaddaşı zəiflədirmi?


Qəbirlərin üzərindəki yazıları oxumaq yaddaşı zəiflədirmi? Cavab: Bəli, qəbirlərin üzərindəkiləri oxumağın yaddaşsızlığa səbəb olduğu deyilir. Toplam şəkildə iki rəvayət nəql olunmuşdur. Bu rəvayətlər sənəd baxımından zəifdirlər. Lap bunu qəbul etsək və sənədinin zəif olmasına göz yumsaq belə, belə bir fikir irəli sürmək olar, ola bilər ki, qəbir üzərində yazılanların oxunmamasını tövsiyə etməkdə məqsəd budur ki, insan qəbiristanlıqda ölüm haqqında təfəkkür etmək, yaxud tanışlarının məzarı başında Quran oxumaq əvəzinə oturub başqalarının məzar daşında yazılanları oxuyaraq zehnini qarışdırmamalıdır.
Nəql olunan rəvayətlər isə belədir: Peyğəmbər buyurmuşdur ki, on xislət unutqanlığa gətirib çıxarır ki, bunlardan biri qəbirlərin üzərini oxumaqdır. (Məclisi, “Biharul-Ənvar”, c.73, s.321)...


İslam tarixinə aid kitablarda adı keçən Həbəşistan hökmdarı Nəcaşi kimdir?


İslam tarixinə aid kitablarda adı keçən Həbəşistan hökmdarı Nəcaşi kimdir?“Nəcaşi” (nequs, nquse) konkret bir şəxsin adı deyil, ümumilikdə Həbəşistan hökmdarlarının ləqəbi idi...O və ya ondan əvvəlki nəcaşi Həbəşistana hicrət etmiş müsəlman mühacirlərə sığınacaq vermişdi. Hicri 7-ci (miladi 628-ci) ildə İslam Peyğəmbərinin məktubunu alan nəcaşi o həzrətə öz ehtiramını bildirərək bir neçə hədiyyə göndərdi. Rəvayətə görə, hətta nəcaşi gizli şəkildə İslam dinini qəbul etmiş, amma bunu camaata bildirməmişdi. Nəcaşi iki il sonra vəfat etdi. Onun vəfat xəbəri Mədinəyə gəlib-çatmazdan əvvəl Peyğəmbər bu barədə öz səhabələrinə məlumat vermiş və nəcaşinin ruhuna qiyabi olaraq cənazə namazı qılmışdı.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter