Allah-Taala (c.c) üç dəstəyə təəccüb edər?!


Allah-Taala (c.c)  üç dəstəyə təəccüb edər?!Müdrik alim danışırdı: Allah üç dəstəyə təəccüb edər:
O kəs ki, namaz qılır, kimin qarşısında durduğunu bilir, ancaq namazda hüzuri-qəlbi yoxdur. Hüzuri-qəlb odur ki, namazda həm də sənin qəlbin iştirak etsin. Hiss üzvlərin, fikrin namazda olsun.
O kəs ki, bir ömür Allahın ruzisini yeyib. Ancaq sabahın ruzisinin dərdini çəkir.
O kəs ki, gülür. Halbuki Allahın ondan razı qalıb-qalmadığının fərqində belə, deyil. Bu haqda heç düşünmür də!


Namazda salam vermək, verilən salamın cavabını almaq olarmı?


Namazda salam vermək, verilən salamın cavabını almaq olarmı? Cavab: Namaz əsnasında insan kiməsə salam verməməlidir. Əgər bir başqası ona salam versə, gərək “salam” kəlməsi öndə tutulmalıdır. Məsələn, “Əssəlamu əleykum”, yaxud “Səlamun əleykum” deməlidir, daha “Əleykum səlam” deməməlidir.
İnsan – istər namaz olsun, yaxud namaz olmasın, dərhal salamın cavabını verməlidir. Əgər qəsdən, yaxud unutqanlıq üzündən salamın cavabını bir qədər uzatsa, belə ki, cavabı verdiyi halda artıq həmin salamın cavabı sayılmazsa, namazda olduğu halda cavab verməməlidir. Namazda olmasa, daha cavab vermək vacib deyil.


İffətli insan üçün Şeytanın 8 tələsi hansılardır?


İffətli insan üçün Şeytanın 8 tələsi hansılardır? İffət – insanın öz nəfsi istəklərinin qarşısında müqavimət göstərməsidir. Hər nə ki, şəhvət qüvvəsini təhrik edər – iffətin bəlası hesab olunar. Ona görə də iffətin bəlaları:
1. Haram baxışlar. İffətin ən təhlükəli bəlası – haram baxışlardır. İmam Əli (ə) buyurur: “Gözlər – şeytanın tələləridir”.
2. Naməhrəmlə xəlvət etmək. Məsumlarımız (ə) buyurur ki, hər kim naməhrəmlə xəlvət edər, orada üçüncü şəxs şeytan (lən) olar.
3. Bekar olmaq. İmam Əli (ə) buyurur: “Allah sağlam və bekar insanı ki, nə dünya işindədir, nə də axirət – düşmən bilər”...


Quran ayələrinə əsasən yaxşılıq etməyin 4 faydaları nələrdir?


Quran ayələrinə əsasən yaxşılıq etməyin 4 faydaları nələrdir? Quran ayələrinə əsasən yaxşılıq edən insan 4 böyük mükafat və xeyirə çatar:
1. İqtisadi cəhətdən inkişaf etmək. “Allah yolunda xərcləyin və özünüzü öz əlinizlə təhlükəyə atmayın. Yaxşılıq edin ki, şübhəsiz, Allah yaxşılıq edənləri sevir”. (Bəqərə/195).
2. Günahların bağışlanması. “Onlar üçün Rəbblərinin yanında istədikləri şey vardır. Budur yaxşı əməl sahiblərinin mükafatı! Allahın onların daha pis əməllərini bağışlaması və onları etdikləri ən gözəl əməllərin müqabilində mükafatlandırması üçün!”. (Zumər/34-35).
3. Ruhi hüzur. “(Bəli) yaxşılıq edənlər üçün bu dünyada gözəl mükafat vardır və şübhəsiz, axirət evi daha yaxşıdır. Təqvalıların evi necə də gözəldir!”. -Nəhl/30...


İnsalıq üçün Əxlaq niyə zəruridir?


İnsalıq üçün Əxlaq niyə zəruridir? Əxlaq fəzilətləri sayəsində insan nicat tapar. İnsanı cavidan səadətə çatdırar. Əxlaq rəzillikləri isə insanı həmişə bədbəxt edər. Ona görə də nəfsi bu rəzil sifətlərdən pak etmək və onu fəzilətlərə bəzəmək - ən mühüm vacibatlardandır. O, olmadan həqiqi həyata çatmaq qeyri-mümkündür.
Ona görə də hər bir aqil insan əxlaq fəzilətləri üçün çalışmalıdır. Rəzilliklərdən isə uzaq olmalıdır. Əgər bu sahədə səhlənkarlıq etsələr, əbədi həlakətə çatarlar. İnsan əxlaq rəzilliklərindən pak olmayınca, fəzilətərlə bəzənə bilməz. Nəfsi müqəddəs feyzlərə çata bilməz. Yəni insanın çirkin siması aradan getməzsə, gözəl simaya bəzənə bilməz...


Həzrət Mehdinin (ə.f) qurduğu cəmiyyətdə hansı özəlliklər olacaqdır?


Həzrət Mehdinin (ə.f) qurduğu cəmiyyətdə hansı özəlliklər olacaqdır? Quran və hədislərimizin nəzərinə görə, Həzrət Mehdinin (ə.f) quracağı cəmiyyət ən kamil bir cəmiyyət olacaqdır. Bu cəmiyyətin ən bariz üç sifətləri nə olacaqdır?
1. Ədalət. Mübarək Ramazan ayının duasında oxuyuruq: “Məhdəvi ədaləti sayəsində heç bir insan qul olaraq qalmayacaqdır və hər kəsin haqqı ona veriləcəkdir”.
2. Rifah və rahatlıq. Hz Peyğəmbər (s) buyurur: “Mənim Əhli-Beytimdən (ə) olan kişi qiyam edəcəkdir və səmadan ona bərəkət nazil olacaqdır. Torpaq öz bərəkətlərini onun üçün üzə çıxardacaqdır”...


Loğman (ə) dünyanın ləzzəli yemək, yataq və saraylarında yaşa nəsihətini necə başa düşək?!


Loğman (ə) dünyanın ləzzəli yemək, yataq və saraylarında yaşa nəsihətini necə başa düşək?! Bir gün Loğman oğluna “Sənə üç nəsihət vermək istəyirəm!” deyir: –Birincisi, çalış ləzzətli yeməklərini yeyəsən. –İkincisi, çalış rahat yataqlarda yatasan. –Üçüncüsü, çalış yaxşı saraylarda yaşayasan. Loğmanın oğlu nəsihətlərdən təəccüblənərək “Ata, bizim kiçik və kasıb bir ailəmiz var. Bu kasıb vaxtımızda bunlara mən necə nail ola bilərəm?” – deyir.
Cavabında Loğman buyurur: “Oğlum, əgər gec və az yemək yesən, o yemək sənin üçün dünyanın ən ləzzətli yeməyi olar. Əgər çox çalışıb gec yatsan, yatdığın hər hansı bir yer sənin üçün dünyanın ən rahat yeri olar. Əgər insanlarla mehriban davranıb onların qəlblərində özünə yer tapa bilsən, demək dünyanın ən gözəl evlərinə, saraylarına sahibsən.”


Həkimin təyin etdiyi nəcis şeylərlə müalicə olunmaq icazəlidirmi?


Həkimin təyin etdiyi nəcis şeylərlə müalicə olunmaq icazəlidirmi? Cavab: Nəcasətlər bədənə, libasa və ya başqa nəyə isə dəyəndə, oranı pak etmək lazımdır. Nəcasətləri yemək və içmək qəti surətdə haramdır. Xüsusi hallar, yəni susuzluqdan ya acından ölmək halları istisna olunur. İmamlarımız buyurmuşlar ki, şərab dərman deyil, dərddir. Əgər həkim hər hansı nəcasəti, məsələn, araq və ya donuz piyini dərman kimi təyin edibsə, ondan alternativ müalicə tələb etmək lazımdır. Çünki hər xəstəliyi bir neçə yolla müalicə etmək olar. Nəcasəti bədənə sürtməyə gəlincə, əgər zərurət tələb edirsə, bunu etmək olar. Amma sonra bulaşmış yeri yuyub pak etmək lazımdır.


Yetkinlik yaşına çatmayan uşağın namaz qılması icazəlidirmi?


Yetkinlik yaşına çatmayan uşağın namaz qılması icazəlidirmi? ... İnsan yalnız yetkinlik yaşına çatdıqdan sonra ibadətlərinə görə cavabdehdir. Yetkinlik yaşından sonra insanın hansı ibadətinin batil, hansının düzgün olduğu Allah dərgahında hesablanır. Buna kimi edilən ibadətlərdə hər hansı natamamlıq və yanlışlıq olsa da, insana günah gətirmir, əksinə, ibadətə həvəs göstərdiyinə görə ona savab yazılır. Balaca uşaq hətta dəstəmaz və ya namaz əməllərindən hansı birini düzgün yerinə yetirə bilmirsə, imkan yaratmaq lazımdır ki, bacardığı kimi icra etsin və tədricən həmin nöqsanı aradan qaldırsın.


Bərzəxdə Veriləcək Suallara Ozümüzü Necə Hazırlaya Bilərik?


Bərzəxdə Veriləcək Suallara Ozümüzü Necə Hazırlaya Bilərik? İmam Kazım (ə) buyurur: “Qəbirdə mömindən belə sual olunar: Pərvərdigarın kimdir? O, cavab verər: Allah. Ondan sonra sual olunar: Dinin nədir? Cavab verər: İslam. Ondan sonra sual verilər: Peyğəmbərin kimdir? Deyər: Muhəmməd (s). Sual olunar: İmamın kimdir? İmam Zamanının (ə) adını deyər”. Bu sualların hər birinin cavabı behişt qapılarının açarıdır. İndi ki, bu sualların nə olacağını bildik, bəs bu suallara cavab vermək üçün özümüzü necə hazırlaya bilərik? Mühüm olan - əqidə və inancı qorumaqdır. Biz bu dünyada İslam dininə iman gətirmişik. Ömrümüzdən illər keçər və rahatıq ki, dinimizi tanıyırıq. İnancımız - qəlb inancıdır. Lakin mövzu bu cür sadə deyildir. Bizim inancımız rəftarımız və əməlimizdə də özünü göstərməlidir. Hər nə qədər rəftar, əməlimiz Allah istəyən kimi olarsa, inancımızı möhkəmləndirmiş olarıq. Əqidə ancaq dil əqidəsi olmamalıdır.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter