Uşaqları onlarda olan bu xüsusiyyətlərinə görə cox sevirəm - Hz. Peyğəmbər (s)


Uşaqları onlarda olan bu xüsusiyyətlərinə görə cox sevirəm - Hz. Peyğəmbər (s)Peyğəmbər (s) buyurub: “Mən uşaqlarda 5 xisləti çox sevirəm:
1-Onlar çox ağlayarlar (Yəni insanın ağlamağı onun qəlbini kövrəldir, yumşaldır. Qəlbi kövrək insan başqalarına zülm etməz)
2- Torpaqla oynayarlar (Yəni torpaqla yalnız oynayarlar. Daha böyüklər kimi torpaq üçün qan tökməzlər. )
3- Savaşdıqlarında kin saxlamazlar. (Yəni kaş böyüklərdə belə ola. Kin-küdürət nə qədər düşmənçiliyə, savaşlara, ölümlərə səbəb olub)
4- Sabah üçün bir şey yığıb saxlamazlar. (Yəni böyüklər kimi dünyaya beş-əllə sarılmazlar)...


Əllamə Qazi Təbatəbai buyurur: Mənəviyyata ucalmaq üçün bu zikrləri unutmayın?!


Əllamə Qazi Təbatəbai buyurur: Mənəviyyata ucalmaq üçün bu zikrləri unutmayın?!Mərhum Əllamə Seyyid Əli Qazi Təbatəbai Təbrizi hər namazdan sonra deyilməsi təkidlə tövsiyə olunan zikrlərə işarə
edərək buyurur:
1-Hər vacib namazdan sonra Həzrət Zəhra (s.ə) təsbeh zikrini (Allahu əkbər-34, Əlhəmdulillah-33, Subhanəllah-33),
2- Bütün namazlardan sonra şükr səcdəsini,
3- Bütün vacib namazlardan sonra Ayətul-kürsi oxumağı,
4- Hər sübh namazından sonra Yasin surəsi oxumağı,
5- Vitr və əsr namazlarından sonrə 70 dəfə istiğfar etməyi tərk etməyin.


Müstəhəb əməlləri qadağan etdiyi halda valideynə itaət vacibdirmi?


Müstəhəb əməlləri qadağan etdiyi halda valideynə itaət vacibdirmi?... Müstəhəb əməllərə gəlincə isə valideynin icazəsi nəzərə alınmalı, onların icazəsinə uyğun davranmaq tövsiyə olunur. Bu kimi müstəhəb əməllərdə valideynlərdən icazə almağın vacibliyinə gəlincə isə “hawzahnews.com” xəbər saytı Ayətullah Seyyid Muhəmməd Həkimin dəftərxanasına sual ünvanlayıb: Sual: Əgər valideynlər övladlarının müstəhəb əməllərin icrasına narazı olarlarsa, onlara itaət etmək vacibdirmi?
Cavab: Evdə səfa-səmimiyyət, xoş yaşam ona bağlıdırsa bu miqdar icazə vacibdir. Həmçinin Ayətullah Məkarim Şirazi buyurub:
“Bu kimi işlərdə onlarla muxalifətçilik etmək onların əziyyətə düşməsinə səbəb olarsa gərək müxalifət edilməsin. Müstəhəb əməllərdə valideynlərə tabe olmamaq onların əziyyətə düşməsinə səbəb olarsa, gərək onların sözü önə keçsin. Bu halda (müstəhəb əməllərdə) onların sözü vacib olur.”


Övlad istəyənlər üçün Qurani-Kərimdən gözəl bir dua nümunəsi


Övlad istəyənlər üçün Qurani-Kərimdən gözəl bir dua nümunəsiQurani Kərim bir neçə dua nümunəsi göstərib ki, bunlardan biri də Allahdan xeyirli övlad istəməkdir. Quran bu duanı Həzrət Zəkəriyyaın (ə) dilindən zikr edir. Hz. Zəkəriyya (ə) peyğəmbər yaşının çox olmasına baxmayaraq hələ övlad sahibi deyildi. Quranın buyurduğuna görə o Həzrət (ə) bu cür dua edir və Allah Təala duasını qəbul edib ona (ə) Hz. Yəhya peyğəmbəri (ə) bəxş edir: رَبِّ لَا تَذَرْنِي فَرْدًا وَأَنْتَ خَيْرُ الْوَارِثِينَ Ey Rəbbim! Məni tək (kimsəsiz, varissiz) buraxma. Sən varislərin ən yaxşısısan!” (Ya Rəsulum!) Zəkəriyyanı da (yada sal)! Bir vaxt o: \'Ey Rəbbim! Məni tək (kimsəsiz, varissiz) buraxma. Sən varislərin ən yaxşısısan! (Bütün məxluqat yox olar, ancaq Sən qalarsan!)\' – deyə yalvarıb Rəbbinə dua etmişdi. (Ənbiya-89)...


İmam Cavadın (ə) hədisinə əsasən mömin hansı xüsusiyyətlərə sahib olmalıdır?


İmam Cavadın (ə) hədisinə əsasən mömin hansı xüsusiyyətlərə sahib olmalıdır?İmam Cavad (ə) (ə) bir kəlamında möminin diqqət etməli olduğu, ehtiyacı olduğu, onu mənəvi paklığa götürəcək bir mətləbə toxunaraq buyurur: Mömin üç xislətə ehtiyaclıdır:
1 - Allahdan gələn tofiq və inayətə. İlahi tofiq elə bir lütfdür ki, bu lütf olmadan insanın hidayəti, doğru yolu tapması qeyri mümkündür.
2 - Daxilində onu danlayacaq nəfsə (vicdana). İnsan hər an vicdanı ilə danışmalıdır. Onu ölməyə, susmağa qoymamalıdır.
3 - Ona nəsihət edənin nəsihətini eşitməyə. Möminin nəsihət eşitməsi, nəsihət dinləməsi də çox önəmli məsələlərdəndir. Amma rahatçılıqla nəsihət dinləmək çox ağırdır. Bu işə hazır olmaq üçün ilk öncə niyyətin paklanması və vicdanın dilə gəlməsi çox mühümdür.


Hz Peyğəmbərin (s) baxışında münafiq insanın 4 əlaməti var?!


Hz Peyğəmbərin (s) baxışında münafiq insanın 4 əlaməti var?!Allah Rəsulu (s) münafiqləri 4 sifətlə tanıtdırır və insanları bu kimi simaya sahib olan şəxslərdən kənar olmağı tövsiyə edir. Peyğəmbər buyurub (s):
“Bu 4 xislət kimdə olarsa o əsl münafiqdir və ya bu sifətlərdə hər hansı birisi bir kəsdə olarsa, onda münafiqlikdən əlamət vardır:
1-Ona bir şey əmanət edildikdə xəyanət edər.
2- Danışdıqda yalan danışar.
3- Söz verdikdə sözünə dönük çıxar.
4- Düşmənçilik edəndə haqqa(insafa, ədalətə) riayət etməz.”


İmam Sadiq (ə) haqq yolçularını hansı xüsusiyyətləri ilə tanıtdırır?


İmam Sadiq (ə) haqq yolçularını hansı xüsusiyyətləri ilə tanıtdırır?İmam Sadiq (ə) haqq və doğru yolda olanı 3 sifət və xarakterlə bəyan edir. Bu 3 sifət insanın tövbə edib, rəbbinə doğru yol almasının nişanələridir. Ola bilsin ki, hər bir insan, hər bir mömin özünün doğru yolda olduğunu düşünsün. Lakin bununla belə özünü Əhli-Beytin (ə) “hikmət tərəzisində” yoxlasa onun üçün daha xeyirli olar. İmam (ə) buyurub: -“Haqqı bəyan edən (doğru yolda olan) bu 3 sifətlə tanınar:
-Baxılsın yoldaşlarına ki, kiminlə yoldaşlıq edir.
-Namazlarının keyfiyyətinə və necəliyinə baxılsın.
-Namazlarının vaxtına baxılsın.” (Məhasin 1/396)


Namazın son səcdəsində tövsiyə olunan mühüm zikrlər hansılardır?


Namazın son səcdəsində tövsiyə olunan mühüm zikrlər hansılardır?Hz. Zəhra (s.ə) buyurub: “İstədim rəbbimlə söhbət edəm namaz qıldım, istədim Rəbbim mənimlə danışsın Quran oxudum.”
İmam Baqir (ə) buyurub: “Vacib namazın səcdəsində Allahdan ruzi istəmək niyyəti ilə belə de: يَا خَيْرَ اَلْمَسْئُولِينَ وَ يَا خَيْرَ اَلْمُعْطِينَ اُرْزُقْنِي وَ اُرْزُقْ عِيَالِي مِنْ فَضْلِكَ‏ اَلْوَاسِعِ فَإِنَّكَ‏ ذُو اَلْفَضْلِ اَلْعَظِيمِ‏ Ya xeyrəl-məsulin və ya xeyrəl-mutin! Urzuqni. Vər-zuq iyali min fədlik. Fə innəkə zul-fədlil-əzim.
Ey çağırılıb dua edilənlərin ən xeyirlisi. Ey əta edənlərin ən xeyirlisi. Mənə və ailəmə Öz fəzl və rəhmətindən ruzi əta eylə. Həqiqətən Sən böyük fəzl və əzəmət sahibisən.” (Kafi-2)


İslam maarifinə əsasən Günahları təmizləmək üçün hansı 15 əməlləri etmək lazımdır?


İslam maarifinə əsasən Günahları təmizləmək üçün hansı 15 əməlləri etmək lazımdır?Günahları təmizləmək üçün İslam maarifindən 15 göstəriş:
1-Düzgün etiqad. Həzrət Peyğəmbər (s) buyurur: “And olsun o Kəsə ki, məni insanları hidayət etmək üçün məbus etmişdir! Allah, Onun yeganə olmasına inanan şəxsi cəhənnəmdə daima saxlamaz, məgər onları şəfaət edər”.
2. İsitğfar. Həzrət Peyğəmbər (s) buyurur: “Tövbə edən Allahın məhbubudur. O kəs ki, tövbə edər, o cür olar ki, günahı etməmişdir”.
3. Zikr. Həzrət Peyğəmbər (s) buyurur: “Elə bir dəstə yoxdur ki, (Allahı yada salar), məgər o halda ki, Allah Təala tərəfindən onlara nida çatar: “Qalxın! Allah pisliklərinizi və günahlarınızı həsənəyə çevirdi və sizin bütün günahlarınızı bağışladı””...


Namaz qılan hansı əməl sahiblərinə Allah-Taala (c.c) namazlarının qəbul olmamasına xəbərdarlıq edir?


Namaz qılan hansı əməl sahiblərinə Allah-Taala (c.c) namazlarının qəbul olmamasına xəbərdarlıq edir?Çoxlarımız “Maun” surəsini oxumuşuq və bu surənin 4-cü ayəsində oxuyuruq: “Vay halına o namaz qılanların ki, Onlar öz namazlarından qafildirlər və ona etinasızdırlar”. (“Maun” 4-5). Bu ayədən göründüyü kimi hər bir namazın dəyəri yoxdur. Hər bir namaz dinin sütunu deyildir. Bəs bu hansı namazlardır?
1. Qiyamətə qarşı diqqətsiz olmaq. “(Ya Peyğəmbər!) Allahın dinini və cəza gününü yalan hesab edəni gördünmü?”. (“Maun” 1).
2. Yetimlərə qarşı laqeyd olmaq. “Bəli, o, həmin o kəsdir ki, yetimi hiddətlə qovar. Və yoxsulları yedirtməyə rəğbətləndirməz”. (“Maun” 2)
3. Namazı yüngül hesab etmək. “Onlar öz namazlarından qafildirlər və ona etinasızdırlar”. (“Maun” 5).
4. Simiclik. Bu insanlar zəkatı, yardımı, infaqı, sədəqəni əsirgəyərlər. O namazqılan ki, insanlara xidmət etməkdən qafil olar, onalara infaqdan da qafil olar və simiclik edər.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter