İmam Rzanın (ə) Ramazan ayında oruc tutanlara hansı tövsiyələri etmişdir?
Mərhum Əllamə Məclisi Biharul-ənvar kitabın 94-cü cildinin 73-cü səhifəsində İmam Rzadan (ə) bir rəvayət nəql edir. Rəvayətdə İmam Rza (ə) Şaban ayının axırıncı cüməsində Əba Səltə Ramazan ayının gəlişi münasibətilə yerinə yetiriləsi əməlləri öyrədir:
1- Çox dua etmək
2- Çox istiğfar etmək (günahlarının bağışlanmağını diləmək)
3- Çox Quran oxumaq
4- Günahlardan tövbə etmək
Bu rəvayətə əsasən, bu dörd əməl insanın ixlasla Ramazan ayına daxil olmasına səbəb olar.
5- Boynunda olan bütün əmanətəri sahiblərinə qaytarmaq...
Ramazan ayının oruc niyyəti ilə bağlı hansı mühüm məsələlərə diqqət yetirmək lazımdır?
Bu ayda diqqət olunmalı mühüm məsələlərdən biri də “niyyətdir”, beləki möminlər ramazan ayının orucunun niyyətinə diqqət etsinlər:
1 - Ramazan ayının orucunun niyyəti necə olmalıdır? İnsan bütün ibadətlərini gərək niyyətlə yerinə yetirsin. Belə ki yeyib, içməkdən və orucu batil edən bu kimi işlərdən Allah Təalanın göstərişinə uyğun olaraq çəkinsin. Bunu bu cür bilməsi və qərar verməsi kifayətdir. Dilə gətirməsi lazım deyil.
2 - Bir nəfər sabah oruc tutacağına niyyət edə, sübh əzanından sonra oyana və bilmədən bir şey yeyə. Orucunun hökmü nədir? Əgər oruc niyyəti edibsə əhvən, bilmədən bir şey yeyib, içmək oruca zərər vermir (yadına düşən kimi dərhal tikəni ağzından çıxartmalıdır).
3 - Vacib orucun adi qaydada niyyəti nəzaman olmalıdır? Ramazan ayının orucunun və vaxtı müəyyən olan digər orucların (məs- nəzir orucu) niyyəti gecənin əvvəlindən sübh əzanına qədər olmalıdır. (Məs- sabah oruc tutacam)...
Oruc tutan şəxs hansı bəyənilməyən işlərdən uzaq olmalıdır?
Qeyd etmək lazımdır ki, oruc tutan birinci növbədə haramlardan, ikinci növbədə isə məkruhlardan çəkinməlidir. Amma çəkinməsə də bu ona axirətdə cəza və əzab gətirməz. Məkruh əməllər orucu pozmur, amma savabını azaldır. Oruc tutan şəxsin bu işləri görməsi Allah Təala dərgahında bəyənilmir.
1-Gözə dərman tökmək (Qeyri-zəruri halda)
2-Qan aldırmaq
3-Zəifliyə səbəb olacaq təqdirdə hamama girmək
4-Əyindəki paltarını islatmaq
5-Diş çəkdirmək,yaxud ağızdan qan gəlməsinə səbəb olacaq hər hansı bır iş görmək (Qeyri zəruri halda)...
Ramazan ayında hansı mühüm hadisə və əlamətdar günlər vardır?
\"İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və haqqı batildən ayıran Quran, ramazan ayında nazil edilmişdir.\" (Bəqərə-185) Ramazan ayı hicri təqviminin 9-cu ayıdır. Digər aylarda olduğu kimi bu ayda da bəzi mühüm hadisələr baş vermişdir:
1. Həzrət Xədicənin vəfatı -10 (besətin 10-cu ili)
2. İmam Həsənin (ə) doğum günü -15 (hicrətin 3-ü)
3. Qədr gecələri (19-21-23)
4. Məkkənin fəthi - 20 (hicrətin 8-ci ili)
5. Həzrət Əlinin (ə) şəhadəti -21 (hicrətin 40-cı ili)
Dualarımızda Allah-Taaladan (c.c) hansı 4 məsələni istəyək?
Heç şübhəsiz ki, sınıq qəlb və göz yaşları ilə gecə yarısı xəlvətdə edilən dua qəbula çox yaxındır. Allah-Taala Musa ibn İmrana belə xitab edir: «Ey İmran oğlu! Mənim hüzuruma qəlbindən sınıqlıq, cismindən təvazö, gözündən gecə yarısı olan yaş gətir. Məni çağır, yəqin ki, icabət edəcəyəm». (Biharul-ənvar/67-ci cild, səh-14)
İstənilən dörd şeyə nəzər salaq: 1-Allahın müdara ilə yumşaq rəftarı; 2-Rəhmətə qovuşmaq; 3-Verilən ruziyə qane olmaq; 4-Bütün hallarda təvazö.
Orucun nə faydası vardır ki, Uca Allah ona əməl etməyə təkid edir?
Mübarək Ramazan ayı gəlməkdədir və Allah Təala bu ayda hər bir sağlam bəndəsinə oruc tutmağı əmr etmişdir. Bəs orucun nə faydası vardır ki, Uca Allah bu qədər ona əməl etməyə təkid edir?
1. Oruc insanın təqvasını gücləndirər və ixlaslı olmasına səbəb olar. İmam Sadiq (ə): “Allah Təala buyurmuşdur: “Oruc Məndəndir və mükafatını də Mən verirəm””. Hz Zəhra (s.ə) buyurur: “Allah orucu, ixlası möhkəmləndirmək üçün vacib buyurmuşdur”.
2. Dünya və axirət əzabına mane olar. İmam Əli (ə): “Oruc mədəni daraldar, əti tökər və cəhənnəmin yandırıcı istisindən uzaq tutar”.
3. Cismə və ruha hüzur gətirər. Oruc tutan insan bir ay boyunca bədənində olan toksin və zərərli maddələrdən təmizlənər. Eyni zamanda ruhu da hüzur tapar və Ramazan ayının bərəkətləri ruhunu paklaşdırar. Ona görə də Hz Peyğəmbər (s): “Oruc tutun ki, sağlam qalasınız”.
Duanın yerinə yetməsinə mane olan 8 amil hansılardır?
Hər kim duasının yerinə yetməsini istəyirsə, gərək əvvəlcədən duasına mane olan amilləri aradan qaldıra bilsin. Bu amillər ilə tanış olaq:
1. Günah. Günah insana 3 cür təsir qoyar: a) Dua etmək tövfiqini aradan aparar. b) İnsanın qəlbini qəsavət bağladığı üçün, Allaha diqqət etməz və ağlaya bilməz. Başqa sözlə desək, qəlb hüzuru əldə edə bilməz. c) Duası yerinə yetməz. İmam Əli (ə) buyurur: “Günah, duanın yerinə yetməsini aradan aparar”. Ona görə də “Kumeyl” duasında oxuyuruq: “Allahım, dualarımın yerinə yetməsinə mane olan günahlarımı bağışla!”.
2. Xoş günlərdə dua etməyi tərk etmək. Allah Təala Həzrət Davuda (ə) vəhy edir: “Məni xoş və əmin-amanlıq günlərində yada sal ki, Mən də sənin çətin və giriftar əyyamındakı dualarını qəbul edəm”...
İnsanın özünü islah etməsinə mane olan 7 amil hansılardır?
İmam Baqir (ə): “Heç bir üstünlik və fəzilət cihad qədər deyildir. Heç bir chad da qədr və məqam baxımından nəfsi cihadla bərabər deyildir”. İnsanın özünü islah etməsinə mane olan amillərlə tanış olaq:
1. Nəfsin qabiliyyətinin olmaması. İmam Sadiq (ə): “O zaman ki, insan günaha düçar olar, ürəyində bir qara nöqtə əmələ gələr. Əgər günahından tövbə edərsə, qara nöqtə məhv olar. Əgər günaha davam edərsə, qara nöqtə tədricən böyüyər və nəhayət ürəyin hər tərəfinə qələbə çalar. Bu halda heç bir zaman nicata çatmaz”.
2. Dünyaya bağlanmaq. İnsanı Allahdan uzaqlaşdıran amildən biri də dünya sevgisidir. Bura mal-dövlətə, ailəyə, arvad-uşağa, vəzifəyə olan bağlılıq aiddir.
3. Havayinəfsin ardınca getmək. İnsan nəfsini islah etməzdən əvvəl, gərək onu yaxşı tanısın. Nəfsani istəklər nəfsi daima o tərəf-bu tərəfə sürükləyər. Allahdan qafil edər. İmam Əli (ə) buyurur: “Yaxşı olar ki, insan özünə qarşı kübar olsun, həmişə ürəyinə nəzarət etsin və və dilini qorusun”...
Ayə və hədislərə əsasən günahın insan həyatın vurduğu ziyanlar...
Quran və hədislərə əsasən günahın insan həyatın vurduğu ziyanlar:
1. Günah qəlbləri paslandırar. “Allah onların qəlblərinə və qulaqlarına möhür(ü) vurmuşdur və onların gözlərində pərdə(si) vardır. Onlara böyük bir əzab veriləcəkdir”. (Bəqərə/7).
2. Günah nemətlərin aradan getməsinə səbəb olar. İmam Sadiq (ə): “Allah bəndəsinə verdiyi heç bir neməti geri qalmaz, məgər o halda ki, günah edər və ona xatir nemətin aradan getməsinə layiq olar”.
3. Günaha görə ölənlərin sayı çoxdur. İmam Sadiq (ə): “Onlar ki, günaha görə ölərlər, öz təbii əcəlləri ilə ölənlərdən çoxdurlar”.
4. Günah cəmiyyəti viran edər. “Və dedim ki; «Öz Rəbbinizdən bağışlanmaq diləyin. Çünki O, çox bağışlayandır». «Göydən sizə bol yağış göndərsin». «Və sizə mal-dövlət və oğullar yardım etsin, sizin üçün bağlar yaratsın və sizin üçün çaylar axıtsın». (“Nuh” 10-12).
Həzrət Loğmandan (ə) hər kəsə faydalı olacaq dəyərli nəsihət nələr olmuşdur?
Həzrət Loğman (ə) oğluna buyurdu:
Ey oğul! Ədəbi kiçiklikdə öyrənsən, böyüyəndə faydasın görərsən!
Hər kəs ədəb kimi bir dəyərə diqqət yetirərsə, onun əhəmiyyətli olduğunu görər.
Kim ədəbə əhəmiyyət verərsə, elmə mükəlləf olar.
Kimdə elmə mükəlləf olarsa, onda elm tələbi, elm susuzluğu yaranar.
Kimdə elmə tələb artarsa, elmin faydasını idrak edər. - Elə isə daim ədəbli ol! Bunu özünə adət et!