Hansı amillər insanı fədakarlıq etməyə vadar edir?


İnsanı fədakar olmağa vadar edən amillər vardır ki, onlarla tanış olaq:
1. Haqqa, hüquqa dəyər vermək. Belə düşünər ki, əgər fədakarlıq məqamına çatmasa, hüquqa lazım olan kimi riayət etməmiş olar. Ona görə də əsil vəzifəsi hüquqa nəzarət etmək olar.
2. Simicliyə nifrət etmək. Bu nifrətin qarşısını ancaq fədakarlıq ilə ala bilər.
3. Məkarim əxlaqa meyilli olmaq. İmam Sadiq (ə) buyurur: “Kamil insanlar çətinlik zamanı başqalarını özündən üstün bilərlər”./Deyerler.


Hədislərdə Nadanlıq insanın axirət həyatını xarab etməsi haqda nə buyurulmuşdur?


Nadanlıq haqqında olan hədislərə İmam Sadiqdən (ə) nəql olunan gözəl bir hədislə yekun vururuq. O həzrət buyurur: «Bəni-Üməyyə xəlifələri xalqa, Allaha imanın necə olmasını öyrənməyə icazə verdilər, lakin camaata Allaha müşrik olmağın necəliyini öyrətmədilər ki, camaatı müşrik olmağa dəvət etdikdə onlar bunu anlamasınlar (Üsuli-kafi, 2-ci cild, 415-416-cı səh.) və asanlıqla müşrik olsunlar.» Bu hədisdən aydın olur ki, Bəni-Üməyyə xəlifələri xalqı, Allaha müşrik olmaq və onun növlərini tanımaqdan çəkindirirdilər. Çünki əgər camaat bunu başa düşsəydi, müşriklik bataqlığında batmış Bəni-Üməyyə xəlifələrindən üz döndərib Əhli-beyt məktəbinə tərəf yönələcəkdilər. Deməli, zalım padşahlar həmişə xalqı müqəddəs islam dininin yatmış kütlələri oyadan qayda və qanunlarından xəbərsiz qoyub onların haqq yoldan uzaq düşmələrinə şərait yaradırdılar.


Günaha bəhanə gətirmək ümumi bir xəstəlikdir...


...Günaha üzr gətirən şəxs, etdiyi günahı ört-basdır edir ki, sonralar günah etmək onun üçün rahat və maneəsiz olsun. İslam dinində günaha üzr gətirmək, bir növ özünü və müsəlmanları aldatmaq hesab olunur. Zahiri gözəl, batini isə bulaşıqdır. Məsələn, bazarda meyvə satan bir şəxs yaxşı meyvələri üstə, xarablarını isə aşağı yığa. Günaha üzr gətirən şəxs də bu mövqedədir. Aşağıda qeyd edilən hədisdə İmam Baqir (ə) buyurur:
«Bir gün İslam Peyğəmbəri (s) Mədinə bazarından keçirdi. Ərzaq malları satan bir şəxsi gördü. Peyğəmbər (s) ona buyurdu: Bəh! Bəh! Nə qədər gözəl və təmizdir». Yeyintinin qiymətini soruşdu. Bu vaxt Allah tərəfindən O Həzrətə xəbər gəldi ki, “əlini yeyintinin içinə sal və altına bax». Peyğəmbər (s) bunu etdi. Bu zaman onun altından bir neçə ədəd xarab yeyinti çıxdı. Peyğəmbər (s) o satıcıya buyurdu: «Sən müsəlmanlara həm xəyanət edirsən, həm də onları aldadırsan»


Yer üzündə fəsad törətməyin aqibəti nə olacaqdır?


Allah-təalanın həzrət Musaya öyüdlərinin sonunda Allah qorxusu məsələsinə nəzər saldıq. Allah-təala həzrət Musadan tələb edir ki, Bəni-İsrailə belə desin: “Onlara de ki, azğınlığa düçar olsalar ondan çəkinsinlər. Çünki mənim cəzam həqiqətən ağırdır.” Allah-təala həddini aşıb yer üzündə fəsad törədənləri cəzalandırır. İlahi əzablar növbənövdür. Bu əzab fərdi, ictimai, dünyəvi, mənəvi və üxrəvi ola bilər. Allahla minacat ləzzətini duymamaq da bir növ əzabdır. Amma bu dünyada ən ağır əzab istidrac qanununa düçar olmaqdır. Bu qanun ilahi göstərişlərə əməl etməyən, tövsiyələrdən təsirlənməyib gücü çatdıqca fəsad törədənlərə tətbiq edilir...


İmam Zamanın (əc) şiələrə tövsiyələri nələr olmuşdur?


İmam Zaman (əc) buyurur: Əgər Allahın əmrinə göz yummaq, hikmət və sirrini aşkar etmək qadağan olmasaydı, bizim haqqımız sizə elə aşkar olardı ki, ağlınızı aparar və şübhələrinizi yox edərdi. Ancaq Allahın iradəsi həyata keçir və hər ölüm üçün bir yazı vardır. Аllаhdаn qоrхun, bizim әmrimizә tаbе оlun vә işlәri bizim öhdәmizә qоyun. Sizi çеşmә bаşınа аpаrıb sirаb еtdiyimiz kimi, gеri qаyıtmаğınız dа bizim öhdәmizәdir.
Sizә mәlum оlmаyаn şеyin аrхаsıncа gеtmәyin və yоlunuzu sаğdаn sоlа çıхmаqlа аzdırmаyın vә Allahın aşkar sünnəsi əsasında yol və mәqsәdinizi öz mәhәbbәtinizlә bizә tәrәf yönәldin. Qaynaq: “Ehticac”, c.2, səh. 467 və “Biharul-ənvar”, c. 53, səh. 179


İmam Sadiq (ə) səhabəsini məzlumcasına qətlə yetirən şəxsə Allahdan nə dilədi?!


Davud ibn Əli (Mədinə şəhərinin cinayətkarı) Müəlla ibn Xünəysi öldürdü və onun bütün var-dövlətini müsadirə etdi. İmam Sadiq (ə) bu xəbəri eşidəndə Davudun yanına gedib dedi: «Sən mənim dostumu öldürdün və onun varını qarət etdin. Allaha and olsun, sənə nifrin dəcəyəm».
Davud İmamın bu sözünə istehza edib dedi: «Sən məni qarğış etməklə qorxudursan?!» İmam Sadiq (ə) evinə qayıtdı və bütün gecəni namaz qılmaqla keçirtdi. Sübh vaxtı Allaha belə xitab etdi: «Ey qüdrətlilərin qüdrətlisi olan Allah! İlahi, Sənin elə bir izzətin var ki, bütün yaranışlar Sənin qarşında acizdirlər. Mənim intiqamımı bu zalımdan al!» Bu nifrindən bir saat keçməmişdi ki, Davudun ölüm xəbəri gəldi.


Ən üstün gün, ay və əməl hansıdır?


İbn Abbasdan soruşurlar: “Ən üstün gün, ən üstün ay və ən üstün əməl hansıdır?”. İbni Abbas cavab verir: “Ən üstün gün – cümə günüdür, ən üstün ay – Ramazan ayıdır və ən üstün əməl – vaxtında qılınan beş vacib namazdır”.
Bu sualı Əmirəl-möminin (ə) eşidir və buyurur: “Əgər şərq və qərbin alimlərindən bu sualı soruşsaydılar, bundan qeyrisinə cavab verməzdilər.
Ancaq mənim cavabım belədir: ən üstün əməl – o əməldir ki, Allah qəbul edər. Ən üstün ay – o aydır ki, onda tövbə edəsən. Ən üstün gün – o gündür ki, dünyadan mömin gedəsən”.


Quran ayəsinə əsasən qonaq gedən zaman ev sahibinə qarşı birinci vəzifə hansıdır?


Quran buyurur: Ey iman gətirənlər! Başqalarının evlərinə sahiblərindən icazə almadan və onlara salam vermədən girməyin. Bu, (ədəb-ərkan baxımından) sizin üçün daha yaxşıdır. Bəlkə, (Allahın bu əmrinin hikmətini) düşünüb anlayasınız. (Nur- 27) Nur təfsirində qeyd olunan ayənin işarə etdiyi və çatdırmaq istədiyi mətləblərə toxunaraq buyrulur: Ayədə bir neçə mətləbin əhəmiyyətinə işarə edilir ki, gərək diqqət olunsun:
1- İmana. İmanlı olmağa. Ey əhli iman öz ömrünüzdə, həyatınızda vəhy göstərişlərinə əməl edin.
2- Hər bir evin əmniyyət və sərbəstliyinə gərək diqqət edilsin (xəbərsiz girməklə digər evin əmniyyətini pozmayın).
3- Töhmət gətirən işlərdən uzaq olun (bu əməl sizə töhmət gətirə bilər).
4- Qapıların açıq olması istədiyiniz yerə girmək üçün sizə əsas vermir...


Əgər qırx nəfər birlikdə vahid bir işin düzəlməsi üçün dua edərlərsə nə baş verər?


... Hz Peyğəmbər (s) buyurur: “Əgər qırx nəfər birlikdə vahid bir işin düzəlməsi üçün dua edərlərsə Allah bu duanı qəbul edər. Əgər bu dua bir dağın ziddinə belə olarsa, Allah bu dağı aradan götürər.” (“Müstədrəkəl-vəsail”.) Rəbbani alim İbn Fəhəd Hilli “Uddətud - dai” kitabında belə nəql edir: “Allah-Taala Həzrət İsaya belə vəhy etdi: «Ey İsa, möminlərə qoşul və onlara əmr et ki, səninlə birlikdə dərgahıma dua etsinlər»; İmam Sadiq (ə) buyurur: “Atam daim belə edərdi: bir iş onu qəmləndirəndə arvad-uşağı bir yerə toplayıb dua edər, onlar isə “Amin” deyərdilər.” (“Vəsailüş – şiə”, 7-104,105.)


On ikinci İmam (ə.f) zühur vaxtı hansı əlamətlərlə tanınacaq? – Hədis


Ayətullah Seyyid Əli Sistaninin dəftərxanasına elektron məktubda suala belə cavab verilmişdir: İmam (ə.f) əsasən nə ilə tanınacaq?
Cavab: “Haris ibn Muğeyrə deyir: İmam Sadiqdən (ə) soruşdum: Qaim İmam (ə.f) nə ilə tanınacaq? İmam Sadiq (ə) : Təmkinlik, aramlıq, ruhu rahatlıq, əzəmət və vüqarla. Haris ibn Muğeyrə: Necə?
İmam Sadiq (ə): İnsanların ona (ə.f) (elminə) ehtiyaclı olmasından və halal-haramlara olan diqətindən tanıyacaqsan. Onun (ə.f) heç bir kəsə (heç bir kəsin köməyinə) ehtiyacı olmayacaq. Onda (ə.f) Peyğəmbərin (s) silahı olacaq. O (ə.f) yalnız vəsidir və vəsi övladıdır. (İmamın nəsəbinə işarə olunur).” Qeyd edək ki, İmamın (ə.f) bir çox əlamətləri də qeyd edilib ki, burada yalnız İmam Sadiqin (ə) bir hədisində gələn əlamətləri təqdim etdik.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter