Yediyini qaytarmaq ramazan ayının orucunu pozurmu?
Hawzahnews.com agentliyi bu barədə Şeyx Ayətullah Muhəmməd İshaq Fəyyazın dəftərxanasına sual ünvanlayıb.
Sualda deyilir: Oruc tutan bir şəxs əgər ramazan ayının gündüzündə qaytararsa (qusarsa) orucu batil olurmu (pozulurmu)?
Cavab: Bilərəkdən (qəsdən) qusmaq orucu batil edər. Hətta müalicə məqsədi ilə olsa belə. Lakin qusmaq qeyri ixtiyari olarsa oruca heç bir zərər gəlməz.
Peyğəmbərin (s) dəfələrlə xatırlatdığı 3 fitnəkar dəstə kimlər idilər?
İmam Sadiq (ə)-dan nəql olunan bir hədisin daxilində buyrulur ki, Peyğəmbər (s) həyat yoldaşı Ummu Sələməyə buyurdu: “Ey Ummu Sələmə əyləş və şahid ol! Bu Əli ibn Əbu Talib müsəlmanların ağası, müttəqilərin İmamı, nur və iman əhlinin rəhbəridir. Bu şəxs Qasitin, Nakisin və Mariqini qətlə yetirəndir (onlarla döyüşəndir). Ummu Sələmə deyir soruşdum bunlar kimdir? Həzrət (s) buyurdu: Nakisinlər Mədinədə beyət edib, Bəsrədə bu beyəti sındıranlardır. Qasitinlər Muaviyyə və Şam əhlindən olan tərəfdaşlarıdır. Mariqin isı Nəhrivan əhlidir.” (Əmali-Səduq. 381) Həmçinin Hz. Əli (ə) “Şiqşiqiyyə” xütbəsində belə bir mətləbə işarə edərək buyurur: Ayağa qalxıb xilafəti ələ aldığımda bir dəstə beyətini sındırdı (Nakisin-Cəməl döyüşü), bir dəstə itaətdən üz döndərib dindən çıxdı (Mariqin-Nəhrivan döyüşü) və bir dəstə isə məqam və rəyasət arzusu ilə haqqa itaətdən üz döndərdi (Qasitin-Müaviyyə və Şam əhalisi).
Namazdan sonra əl vermək yaxşıdırmı?
Hədisdə oxuyuruq: “O zaman ki, iki mömin bir-birinə əl verər, payız fəslində ağacdan yarpaqların tökülməsi kimi günahları tökülər”. (Həvzəh)
Merac əhvalatında da oxuyuruq ki, Həzrət Peyğəmbər (s) meracda olan zaman namaz qılır və başqaları ona iqtida edirlər və Həzrət İbrahim (ə) sağ tərəfində dayanıb namaz qılırdı. Namaz bitəndən sonra Peyğəmbərə (s) əl verir (salamlaşır)”.
Orucluqda Təhsil yeri, birinci səfər haqda bir neçə suala cavab...
- Sual: Təhsil yeri vətən hökmündə ola bilərmi?
Cavab: Bütün müctəhidlərin rə`yi (Sistani, Məkarim və Vəhiddən başqa): Təhsil yeri vətən hökmündə deyil. Sistani: Bir il, ya daha uzun müddət həftədə iki gün tam qalarsa, ora vətən hökmündədir. Məkarim: Bir il, ya da daha uzun müddət həftədə üç gün tam qalarsa, vətən hökmündə sayılır.
Vəhid: Bir il və ya daha uzun müddət həftədə dörd gün tam qalarsa, ora vətən hökmündədir. (Vəhidin katibliyi)
-Sual: Səfərə çıxan tələbələrin birinci səfərdə namaz və oruclarının hökmü nədir? Cavab: İmam Xomeyni və Xamenei: Bütün səfərlərdə qəsrdir. Sistani: Birinci ayda ehtiyat etməlidir. Yə`ni namazı tam və qəsr qılsın. Nuri və Safi: Namaz qəsr qılınmalıdır və oruc tutmaq düzgün deyil.
Xanımlara aid orucun bir neçə şəri hökmlərinə cavablar
-Sual: Süd verən qadının vəzifəsi nədir? Cavab: İmam Xomeyni, Xamenei və Nuri: Oruc tutmaq süd azlığına və uşağın narahatlığına səbəb olarsa və ya ana üçün zərərli olarsa, ana üçün oruc vacib deyil və birinci halda gərək hər gün üçün yoxsula bir müdd təam versin. İkinci fərziyyədə (anaya zərərli olduqda) bu iş vacib ehtiyatdır, hər halda gərək orucları qəza etsin...
Sual: Ramazan ayında sübh azanından qabaq heyzdən pak olan qadının hökmü nədir? Cavab: Bütün müctəhidlərin rə`yi: Əgər qüsl vermək üçün vaxt varsa qüsl etməlidir, əgər vaxt geniş olmazsa, gərək təyəmmüm etsin və orucu düzdür. Qəsdən qüsl və ya təyəmmüm etməzsə, orucu batildir və gərək kəffarə ödəsin...
Fitrə kimə verilməlidir haqda gündəmdə olan suallara cavablar
-Sual: Yaşayış xərcini ata-anası tə`min edən şəxsə fitrə zəkatı vermək olarmı? Cavab: İmam Xomeyni: Ehtiyaclı olarsa, başqaları ona zəkat verə bilər.
(İmamdan başqa) Bütün müctəhidlərin rə`yi: Ehtiyaclı olarsa, ata-anası onun xərcini ödəməzsə, başqaları ona zəkat verə bilərlər.
-Sual: İnsan öz ata-anasına (onlar müstəhəqq olduqda) fitrə zəkatı verə bilərmi?
Cavab: Bütün müctəhidlərin rə`yi: Ata-ana yoxsul olarlarsa, övladlar onların vacib xərclərini ödəməlidir və onlara fitrə zəkatı vermək olmaz.
-Sual: Dindar olmayan yoxsul ailəyə fitrə zəkatı vermək olarmı?
Cavab: (Behcətdən başqa) Bütün müctəhidlərin rə`yi: Fitrə zəkatını alan şəxsin ədalətli olması zəruri deyil. Amma açıq-aşkar kəbirə (böyük) günahlara yol verən şəxsə fitrə zəkatı verilməməlidir.
Şeytanı (lən) ən çox sevindirən nədir?
Daxili aləmi insana qarşı intiqam hissləri ilə dolu olan şeytan köməkçiləri ilə birlikdə hər gün yığışar və insanları yoldan çıxartmaq üçün planlar hazırlayar.
İş zamanı sona çatanda şeytanın köməkçiləri ona hesabat vermək üçün geri qayıtdılar. İçlərindən biri belə dedi: -Ağa! Mən bir insana vəsvəsə verərək içki içirtməyi bacardım. Bu şəkildə onu yoldan çıxartdım. Bu xəbər şeytanın o qədər də xoşuna gəlmədi. Sadəcə başını tərpətdi... Bu xəbər də şeytanı çox sevindirmədi. O daha gözəl bir xəbər gözləyirdi. Növbə şeytanın başqa bir köməkçisinə gəldi:-Ağa! Bir adamla həyat yoldaşı arasına fitnə saldım və onların arasını vurdum. Hamıya nümunə olan bir ailələri vardı. Amma mənim sayəmdə araları dəydi. Boşanmaq üzrədirlər. Bir-birlərini elə təhqir etdilər ki, barışmaları əsla mümkün deyil. Bu xəbər şeytanın çox xoşuna gəldi. Artıq üzü gülürdü. Köməkçilərinə belə dedi: -Baxın, gözlədiyim xəbər bu idi. Ən yaxşı işi sən görmüsən. Səni təbrik edirəm. Məni çox sevindirdin.
Namaz qılan insanın sosial şəbəkələrə girməsi nə dərəcədə doğrudur?
Sosial şəbəkələrə daxil olmaq, bu şəbəkələrdə fəaliyyət göstərmək öz-özlüyündə haram deyil. İstər müsəlmanların bir-biri ilə ünsiyyət qurması, istər informasiya ötürmək və bilik qazanmaq, istərsə də halal maddı gəlir əldə etmək üçün bunun xeyri var. Amma əgər bu fəaliyyət İslam qanunlarını pozmaqla nəticələnərsə, haramdır.
Ümumiyyətlə, İslam baxımından virtual aləmin qanunları da real həyatdakı kimidir. Məsələn, əgər sosial şəbəkələrdə naməhrəm insanlar müsəlman əxlaqına zidd olan ünsiyyət qurarlarsa, haram şəbəkələr və oyunlar vasitəsilə qazanc əldə edərlərsə, qeybət, söyüş, təhqir kimi xoşagəlməz hərəkətlərə yol verərlərsə, bu cür fəaliyyət günah sayılır və haramdır.
Qonaqdan ac olduğunu soruşmaq olarmı? Məsumlardan hədislər
Cavab: Hz Peyğəmbər (s) buyurur: «Qonaq behişt bələdçisidir». Qonağa ehtiram göstərilməsi o qədər əhəmiyyətlidir ki, İslam qonağı səmadan enmiş hədiyyə kimi təqdim edir.
Hz Peyğəmbər (s) buyurur: «Qonaq öz ruzisi ilə gəlir və ailənin günahlarını özü ilə aparır». Qonağa böyük əhəmiyyət verilməsi ilə yanaşı, onu təmtəraqla qəbul etmək nəhy olunur. İslam qonağın sadə şəkildə qəbul edilməsini tövsiyə edərək məsləhət görür ki, ev sahibi olanını müzayiqə etməsin, qonaq bunda artıq qəbulun intizarında olmasın.
İmam Sadiq (ə) buyurur: «Qonaqdan yemək yeyib-içməyəcəyini soruşmayın. İmkan çatan həddə süfrə açın». İmam Sadiq (ə) buyurur: «Açılmış süfrəni əskik bilən ev sahibi və qonaq azğındır».
Dünyasını dəyişənlərə necə yardım edə bilərik?
Qəbir əhlinin istiğfara və rəhmətə ehtiyacları vardır. Bu haqda İmam Sadiq (ə) buyurur: \"Ölümdən sonra insana üç şeylə savab yetişər: 1. Sədəqə. 2. İnsanın həyatda olan zaman əməl etdiyi düzgün adət-ənənədir ki, başqaları üçün örnək olmuşdur. 3. Layiqli övladlardır ki, ondan sonra məğfirət istəyər və valideynlərinin bağışlanmasına səbəb olarlar”. Həzrət (ə) başqa yerdə buyurur: \"Nə zaman ki, yaşayanlar hədiyyə ilə sevinər, qəbir və bərzəx əhli də onlara edilən istiğfar ilə sevinərlər”.
Məsumlar (ə) bizə ölülərimiz üçün Quran oxumağın faydalı olacağını tövsiyə etmişdilər. O cümlədən: \"Yasin”, \"Saffat”, \"Əhzab”, \"Ayətül-kürsü”, \"Əraf” surəsinin 54-cü ayəsi, \"Bəqərə” surəsinin son üç ayəsi tövsiyə edilir...