Zəmanə İmamını (ə.f) öz əməllərimizlə Necə cür yad edək?! – Dəyərli bir nəsihət


Əgər biz öz məhəbbətmizi İmam Zamanın (ə.f) qəlbində çoxaltmaq istəyiriksə, bunu bir neçə yolla edə bilərik:
1-ci bütün xeyir əməllərimizi İmamın (ə.f) pak vücudunə hədiyyə edək... Sədəqə vermək istəyirik, xeyir iş görmək istəyirik, valideynlərimizin ruhuna hədiyyə etmək üçün iş görmək istəyirik. Bunların hamısını o Həzrətin (ə.f) yolunda edək! Cümə gecəsində ata-analarımızın ruhuna ehsan vermək istəyirik. Bütün bunları İmama (ə.f) hədiyyə etməklə edək və deyək: “Ağacan vəfat edən ata-analarımıza nəzər elə!” Övladın xəsdədirsə, ona qan vermək istəyirsənsə və ya qurban ehsan etmək istəyirsənsə, bunları Höccətin niyyətinə elə və de: \"Ağacan! Övladımıza nəzər elə!”
İmam Sadiq (ə) buyurub: “Hər kəs Höccətin yolunda bir dirhəm xərcləsə, bu öz yolunda xərclədiyi 2 milyon dirhəmdən əfzəldir...”


Duaların qəbul olmasına mane olacaq bu kimi işləri tərk edin! – İmam Səccad (ə)


İmam Səccad (ə) insanın dualarının qəbul olmasına mane olan bəzi işləri xatırladaraq buyurub: Bu kimi günahlar duanın qəbul olmasına maneədir:
- Pis niyyət - Daxilin, mənəviyyatın napaklığı - Qardaşlarla münafiq, ikiüzlü kimi rəftar etmək
-Duada tərəddüd etmək -Vacib namazları tərk etmək -Səni Allaha yaxınlaşdıracaq ehsan və yaxşılığı tərk etmək
-Söyüş nə nalayiq sözlərdən istifadə etmək, bu kimi sözləri dilə gətirmək.(əl-Kafi 2/331)


Namaz əsnasında səcdə ayəsi eşidən şəxs nə etməlidir?


Qurani-Kərimdə səcdə vacib olan ayələr: Ələq surəsi-19 Səcdə surəsi-15 Fussilət- 37 Nəcm- 62 Qeyd olunan bu ayələri kamil şəkildə eşitdikdə həmin şəxsə səcdə etmək vacib olur. İnsan gərək səvdəyə getsin. Bu zaman səcdənin xüsusi zikri yoxdur. İstədiyi zikri deyə bilər. Bəs namaz əsnasında bu ayələrdən hər hansı birini eşitdikdə səcdə vacib olurmu, yaxud vəzifəmiz nədir? Bu barədə Ayətullah Seyyid Əli Xameneinin dəftərxanasına elektron sual ünvanlayıb: SUAL: Namaz əsnasında səcdə ayələrdən hər hansı birini eşitdikdə səcdə vacib olurmu, yaxud vəzifəmiz nədir? CAVAB: Bu zaman onun namazı səhihdir (düzdür). Bu zaman bu ayələri eşidənə səcdəyə getmək əvəzinə işarə ilə yerinə yetirmək vacib olur. (Yəni başı, gözü ilə səcdəyə gedirmişkimi işarə etsin, ürəyindən keçirsin).


Ruzi duası necə oxunur?! Azərbaycan hərfləri olə oxunuşu


Ruzi duası: Bismillahir rəhmanir rəhim
1. Ya raziqəl muqillin. Və ya rahiməl məsakin, və ya vəliyyəl muminin, və ya zəl quvvətil mətin. Səlli əla Muhəmmədin və əhli bəytih. Vərzuqni və afini vəkfini ma əhəmməni.
2. Əllahummərzuqni min fəzlikəl vasiil həlalit təyyibi rizqən vasiən həlalən təyyibən bəlağən liddunya vəl axirəh.səbbən səbbən həniən məria. Min ğəyri kəddin və la mənnin min əhədin min xəlqikə illa səətən min fəzlikəl vasi. Fəinnəkə qultə vəsəlullahə min fəzlih. Fəmin fəzlikə əsəlu vəmin ətiyyətikə əsəlu və min yədikəl mələi əsəl.


Süfrə duası necə oxunur?! Azərbaycan hərfləri ilə oxunuşu


Bismillahir rəhmanir rəhim. Əlhəmdu lillahi rəbbil aləmin. Vəl aqibətu lil muttəqin.
Əssəlatu vəs səlamu əla səyyidina və nəbiyyina Əbilqasimi Muhəmməd. Və alihit tahirin.Və lənətullahi əla ədaihim əcməin.
Minəl anə ila qiyami yəvmiddin. Həniən lil akilinə və bərəkətən lil bazilin. Və sihhətən və səlamətən lil hazirinə vəl calisinə və musafirin.
Və rəhmətən li əmvatil hazirin. Əllahummə təqəbəl həsənatil muhsinin və itaməl mutimin. La siyyəma hazihil həsənəh.
Və bəlliğ səvabəha ila ərvahi əmvati sahibil ihsan. Bihəqqi ayətil Qur\'an. Və bi həqqi əsmaikəl husna. Və bihəqqi surətil mubarəkətil fatihəti məəssələvat.


Spirt murdar maddə hesab olunurmu? Dörd müctəhidin baxışı


Cavab 1: Əgər spirtin əsli maye olsa və mütəxəsislərin rəyilə məstedici mayelər sinfinə aid edilsə, vacib ehtiyata əsasən nəcisdir. Onun dəydiyi bədən və paltarı namaz üçün dəyişmək lazımdır. Əlbəttə, bu cür spirtlə tibbi ləvazimatları və s. dezinfeksiya etməyin heç bir eybi yoxdur. Lakin spirtin əslinin maye və sərxoşedici olmasına əminlik olmazsa, paklığına hökm olunur. Ayətullahul-uzma Seyid Əli Xameneyi, \"Əcvibətul-istiftaat\",s.304,305
Cavab 2: Qapı, pəncərə, stol, stul və s. kimi əşyaların rənglənməsində istifadə olunan texniki spirtin bütün növləri pakdır. Müstəhəbb ehtiyata əsasən məstedici olan spirtlərdən çəkinmək lazımdır.


Peyğəmbər (s) və Əhli-Beytin (ə) gözmuncuğuna baxışı necə olmuşdur?!


- 1) Peyğəmbərimizin(s.ə.a.s) dörd yaşı olarkən səhrada dayəsi və süd anası sayılan Həlimə xanım ilə yaşadığı zaman anasından süd qardaşları ilə birlikdə çölə getməyə icazə verməsini istəyir.Həlimə deyir ki,həmin günün səhərisi Muhəmmədi(s) yuyundurub saçlarına yağ,gözlərinə sürmə çəkdim.Ona çöl cinlərindən bir xələl dəyməsin deyə ipə düzlənmiş yəmən gözmuncuğusunu boynundan asdım.Muhamməd (s) gözmuncuğunu boynundan çıxarıb mənə dedi: <<Anacan,narahat olma,Allahım həmişə mənimlədir,o məni qoruyar>>. Biharul-ənvar c-15,s-392
2-İmam Sadiq(ə.s) buyurur: Əksər gözmuncuqları şirkdir


Namazı necə qılmalıyıq! Məsumlar bu haqda hansı göstərişləri veriblər?!


-Zürarə İmam Baqirdən (ə) belə nəql edir: “Namaz qılanda hüzuri-qəlblə və diqqətlə qıl! Çünki sənin namazdan nəsibin – təkcə ona olan diqqətin qədərdir. Heç vaxt namazda əlinlə, başınla, üzünlə oynama, ürəyində danışma, əsnəmə!”.
-Həzrət Peyğəmbərdən (s) nəql olunur ki, buyurur: “Mömin bəndə namaza durduğu zaman, Allah Təala ona namazın sonunadək mərhəmətlə baxar, Allahın mərhəməti onun başının üstündən səmayədək kölgə salar, onun yanından üfüqlərədək mələklər toplanar. Allah Təala onu üçün bir mələk təyin edər ki, onun başı üstündə durub deyər: “Ey namaz qılan! Əgər kimin sənə baxdığını və kimlə söhbət etdyini bilsən, heç vaxt yeirndən tərpənməz, bu haldan çıxmazsan”...


Cümə gününün savabı və dəyəri haqda məsumlar nələr buyurmuşlar?!


Məsumların hədisində cümə günün dəyəri və savabı: Allahın Peyğəmbəri (s):«Cümə günü günlərin ağasıdır və o Allah-taalanın yanında Qurban və Fitr günündən də hörmətlidir.» (Bihar/.89, səh-267, hədis 5)
İmam Əli (ə):«Hər cümə günü öz ailə üzvlərinizə bir az təzə meyvə nübar edin ki, cümənin gəlməsindən sevinsinlər.» (Bihar/104, səh.73, hədis 24)
İmam Baqir (ə):« Həm xeyir, həm də şər cümə günü ikiqat artar.» (Bihar/89, səh.283, hədis 28) İ Baqir (ə) «Cümə günü sədəqə(nin savabı) ikiqat artar. Çünki, cümə günü digər günlərdən üstündür. (Səvabul-Əmal, səh.220, hədis 1)
İmam Sadiq (ə) (həmin ayənin təfsirindən): «Şəhadət verən cümə günü, şəhadət verilən isə Ərəfə günüdür.» (Məani əl-Əxbar, səh.299, hədis 18)


Dünyada evlilikdə olanlar, behiştdə də olacaqlarmı?


Cavab: “Behiştdə hər cür nemət mövcuddur – ...\" Tövbə/72 Insan dünyada bir şəxsi sevər və ona qovuşa bilməzsə, əgər hər ikisi də iman və təqva əhlidirsə, ümid vardır ki, axirətdə bir-birinə qovuşsunlar”. Hz Peyğəmbər (s) bir nəfərə xitab edərək, belə buyurur: “Əgər Allah səni behiştə daxil etsə, ürəyin istədiyin şeyləri və gözünün ləzzət aldığı şeyləri orada tapacaqsan”. Həmçinin hədislərdə oxuyuruq ki, əgər behiştdə kişinin məqamı həmin qadından yüksək olarsa – kişi həyat yoldaşı baxımından seçim edə bilir. Əgər qadının məqamı yüksəkdirsə - seçib-seçməmək mövzusu onun ixtiyarında olacaqdır.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter