İslamın nəzərində ideal qadın kimdir?
Islam təlimlərində ideal qadının xüsusiyyətləri bəyan edilmişdir ki, onlardan bəzilərinə işarə edək: 1. Dindar. 2. Təqva. 3. Zahirinə fikir vermək. 4. Elm. 5. Ağıl. 6. Ruhi və cismi sağlamlıq. 7. Fədakarlıq.
Əxlaqla bağlı problemləri həlli üçün mühüm tövsiyələr nələrdir?
Əxlaq ilə şəxsiyyətin bir-biri ilə sıx əlaqəsi vardır. İnsan şəxsiyyəti bir necə tovsiyələrə diqqət etməlidir:
1. Mədəniyyətə edilən hücumlardan qorunmali. 2. Dost tapmaq və ünsiyyət. yaxshi dostlarla əlaqədə olmaqa diqqət etməlidir. 3. Peşə. Gərək diqqətlə uyqun fəaliyyətlərə baqli olsun bekar olsa əxlaqi prablemləri coxalar.
4. Ümumi mühit. əxlaqsız insanlarla əlaqə saxlamaq insan rəftarına mənfi təsir qoyar. 5. Yoxsulluq.İslam dini (maddi tənbəllik uzundan olan)yoxsulluğu bəyənmir. Yoxsulluq mənəviyyat qapılarını da bağlayar. 6. Həyatda nümunə və örnəyinin yaxshi olmaması.
Hansı dəstə insanlarla get-gəl etmək faydalı olar?
Peyğəmbərimizin (s) hədisində gəlmişdir üç dəstə insanlarla get-gəl edin:
\"1-Alimlərlə get-gəl edin çünki cahilliyi aradan aparandırlar. 2-Hikmətli insanlarla get gəl edin çünki mərifət artırandırlar. 3-Kasıblarla get-gəl edin insanın batil düşüncə və laqeydlikdən uzaq saxlayarlar.
Ölümdən qorxmağın səbəbi nələrdir?
Böyük İslam alimlərindən olan İbn Sina ölümdən qorxmağın səbəbini bir neçə şeydə xülasə açıqlayır: 1. Ölümün həyatın sonu olması , 2. Ölümün nə vaxt olmasının qaranlığı, 3. Təcrübə olunmamış hadisə, 4. Təkbaşına qarşılanan bir yol, 5. Bağlantılardan üzülmək səbəbkarı, 6. Bəşər arzu və istəklərin puç olması.
Həya əldə etməyin sadə formulu nələrdən ibarətdir?
Həya əldə etmək üçün tövsiyə edilən yollar: 1. Günahlardan çəkinmək, 2. Vacibatları düzgün yerinə yetirmək , 3. Mümkün həddə müstəhəb və məkruhlara diqqət, 4. Həyalı insanlarla dostluq etmək. 5. Günahkarlarla əlaqəni kəsmək. 6. Zəruri olan zaman danışmaq, 7. Düşünərək danışmaq. 8. Şübhəli mövzularda baxış söyləməmək, 9. Gözü, qulağı, ağzı kontrola almaq. 10. İmanı gücləndirmək.
Maddi nemətlər haqqında Raziqi necə tanımaq lazımdır?
İlahi nemətlərə sahib olan (ilahi məqamlardan nəsibini alan) böyük əxlaq və əməl sahibi Ayətullah Behcət (rəhmətullah) bu sualı belə cavablandırmışdır. \"Heç bir uşaq sonrakı ruzisinin haqqında narahat deyil, çünki anasının mehribanlığına imanı var. Ey kaş mən də onun kimi Allahın mehribanlığına etimadım olaydı\".
Necə edək ki, ailə çəkişmələrində uşaqları qoruyaq?
Təhqiqlərə əsasən uşaqları ailə münaqişələrindən amanda saxlamaq üçün 6 əsas meyara diqqət yetirmək gərəkir: 1. Valideyinlər bilməlidirlər ki, hər bir rəftar uşaqların ruhunda təsir qoyur. 2. Məkanın ayrı olmasının zəruriliyi hər bir çətinliyin həllində sonucun müsbət qurtarması üçün, 3. Uşaqlara başa salmaq ki, olanlarda onların heç bir təqsiri yoxdur, Onlara başa salın ki, hər ikiniz səhv edib, kontrolunuzu əldən vermisiniz və hər ikiniz uşaqları sevirsiniz. 4. Onlara başa salmağa çalışın ki, insan mübahisə edərək, problemini həll edə bilməz. 5. Övladlarınıza göstərməyə çalışın ki, evlililyinizdən necə də razısınız. 6. Çalışın ki, ailə həyatınızda bir-birinizlə səsinizi qaldırmadan danışasınız,
Hansı irs dəyərli axirət azuqəsidir və o azuqəni nələrlə düzəldək?
Saleh övlad Qiyamət üçün azuqədir. Onları axirət azuqəsi etmək üçün övladların tərbiyəsi üçün üç əsas məsələyə diqqət yetirmək gərəkir. Onların: 1)Etiqadını düzəltmək. «Ey Rəbbim, (sonralar Məkkə adlandırılacaq) bu şəhəri təhlükəsiz hərəm et və məni və oğlanlarımı bütlərə ibadət etməkdən uzaq saxla!». (“İbrahim” 35). 2) Əməl. «Ey Rəbbim, məni namaz qılanlardan et, həmçinin övladlarımdan (da namaz qılanlar et)! Ey Rəbbimiz, duamı qəbul et!». (“İbrahim” 40). 3) Əxlaq. «Ey Rəbbimiz, bizi Özünə (əmrlərinə) təslim et, övladlarımızdan da Sənə təslim olan ümmət (yarat), bizim (Həcc, qurban kəsmək və qurbanlıq yerləri kimi) ibadət əməllərimizi bizə göstər və bizə nəzər sal ki, həqiqətən çox mehriban, tövbələri qəbul edən və rəhmli Sənsən!». (“Bəqərə” 128).
Nəticədə: İnsanın ən dəyərli azuqəsi ilahi qəzavətdə övladın saleh olmasıdır. saleh övladın əsas üç təribəyəsinə diqqət yetirmək gərəkir: Etiqadı. əməl və əxlaqıni düzgün istiqamətləndirmək.
Dualarımızın qarşısını alan bütlər nələrdir?
Ali dini Rəhbərin “Dua” kitabının tövsiyələrində 3 amili duanın qarşısını alan bütlər tanıtdırılmışdır. İbarətdirlər:
1- Özünü bəyənməsi, 2- Təkəbbürlülük, 3- Əməllərə qane olub nicata inanmaqdır.
Dini qəbul etməyən adama son sözümüz nə olsun?
İki əsas sual verməklə onun üçün höccəti tamam edib və qarşı tərəfin hidayəti üçün ilahi vəzifəni kamil etdiyini yəqin etsin. O suallar ibarətdirlər: 1-İnsan ehtimal verdiyi hadisələrə qarşı hazırlıq görməlidir? 2- Bəs peyğəmbərlərə inanmayıb, kefindən qalmayan insanlar qiyamət sorğusu düz olarsa (hansı ki, düzdür) nə edəcəklər?