Nifrinlərin təsiri vardırmı?


Nifrinlərin təsiri vardırmı?Həqiqətdə nifrin etmək bir növ sənə zülm edəndən intiqam almaqdır. Halbuki, İslam dinində əfv və bağışlamaq daha fəzilətli hesab edilmişdir. Allah Təala buyurur: “Doğrudan da kafir olub küfr halında ölənlərə Allahın, mələklərin və bütün insanların lənəti olsun!”. (“Bəqərə” 161). İmam Baqir (ə) buyurur: “O kəs ki, bir şeyi lənətləyər və o da buna layiq olmazsa, lənət onun özünə qayıdar. Ona görə də möminin lənətindən çəkinin ki, məbada özünüz giriftar olasınız”. Məzlumun nifrini ən çox təsirə malik olmasi haqda İmam Sadiq (ə) buyurur: “Məzlumun nifrinindən qorxun ki, məzlumun nifrini göyə gedər”. Nəticə: Nifrin etməyin və məzlumların nifrinə seçilmiş şəxs olmayaq ki, təsiri insanıın məhvidir. Xüsusən də valideyinə hörmətsizlik və onların nifrini insanı dünya və axirət səadətindən məhrum edər.


Uşaq tərbiyəsində 3 mühüm hansı sahələr tərbiyə olunmalıdır?


Uşaq tərbiyəsində 3 mühüm hansı sahələr tərbiyə olunmalıdır?Tərbiyə üç mərhələdə olur: 1-Bədəni tərbiyə etmək, Uşağın bədənini tərbiyə etmək o deməkdir ki, uşağın cismini möhkəmləndirmək. Misal üçüb: Üzgüçülük, ox atmaq, at minmək - bunlar elə idmanlardır ki, uşaq cismini möhkəmləndirər və müqavimətini qüvvətli edər. 2-Əqli tərbiyə etmək, İslami və fitrtərə söykənən əqli düşündürmək, Yəni İfrat və təfritdən uzaq olaraq, onu düzgün yolla inkişaf etdirir. 3-Ruhu tərbiyə etmək. Ruhu tərbiyə etmək dedikdə ilk növbədə insan qəlbinin Allahın qüdrəti qarşısında həssas və ayıq olması nəzərdə tutulur. O zaman ki, insan qəlbi Allaha həssas olarsa, onun ruhu müstəqim yola hidayət olar. Yəni Allahı mütləq kamil və hər şeyə qadir təsəvvür ilə uşaq böyüsə ruhu düzgün tərbiyə olunar.


Peyğəmbərin (s) əxlaqından bir necəsinə işarə edin?


Peyğəmbərin (s) əxlaqından bir necəsinə işarə edin?Peyğəmbərin (s) dəyərli əxlaqlarından daha əhəmiyyətlilərin bir neçəsi bunlardır: 1-Səliqəli geyinirdi, zahiri geyimin gözəl olması insanın ruhunun gözəl olması üçün səbəb olandır, 2-Dişlərini, azğının təmizliyinə və iyisinə diqqətli idi, 3-Mübarək cismini təmiz saxlayırdı, paklıqdan əlavə çirkliyin olmaması üçün də vaxtını geniş qoyardı, 4- Ətirlənirdi, Ətir nə qədər çox istifadə olunsa israf deyil, Xoş iyi insanın idarəsini gücləndirən amil olaraq rəvayətlərdə tanıtdırılmışdır. 5-şövqlə namaz qılırdı, şövq üzündən olan ibadət cəhənnəm xilaskarı və beheşt qazancıdır.


Şeytanın kəsici silahı nədir?


Şeytanın kəsici silahı nədir?Qadınlarla hədsiz dost olmaq və onlara sonsuz əlaqə göstərməkdir. O, şeytan üçün kəsici qılınc olar. Fitnə yaradan hər bir rəftar şeytan üçün kəsici qılınc olur. Ən tez fitnə yaradan amil də xanımlarla şəri çərçivədən çıxmaqla dostluqdur.


Namazda diqqəti cəmləşdirmək üçün nələr etmək gərərik?


Namazda fikri və diqqəti cəmləşdirmək üçün əməl sahibləri bu işləri görməyi tövsiyə etmişlər: 1-namazı öz vaxtında qılmaq, 2-Ümumi və məscidlərdə namazı qılmaq, 3-Namazdan əvvəl azan, iqamə və dualara diqqət yetirmək, 4-Namazın zikrlərinin mənalarına diqqət yetirmək, 5-Diqqət aradan aparan əməllərdən çəkinmək. 6-Alim və əməl sahiblərinin həyatlarını oxumaq və ...


Haqq yolçuların yolazmalarının səbəbləri nələrdir?


Haqq yolçuların yolazmalarının səbəbləri nələrdir?Bəşəriyyətin hidayət olması zəruri bir məsələdir, Amma ondan daha əsası budur ki, düzgün yolda daha möhkəm əsaslara bağlanaraq yollarını azmasınlar. Bu müəqdiməyə əsasən deyirik bəzi insanlar yollarını aza bilərlər. İslam maarifinə əsasən haqq yolçuları 5 səbəbə əsasən yollarını azarlar: 1-Lazımi və zəruri məlumatları əldə etməmələri, bilməyib soruşmamaları və axtarmamaları, 2-Haqq məktəbin öndə gedənlərin səhv hərəkət və addımları, 3-İslama yad və düşmən olanların dünyəvi əməl və baxışlarda öndə olmaları, (inkişaf üçüm islamçıların zəruri çalışmalara başlamaları zərərləri dəff edər) 4-Haqq yolçularının sual və şübhələrinin cavabsız qalması, 5-Zahirdə yad və düşmən qrupların qələbəsinin görünməsi,


İslam mədəniyyətini məhv edən amillər nələrdir?


İslam mədəniyyətini məhv edən amillər nələrdir? İslam maariflərində Dini mədəniyyəti məhd edə biləcək amillər bunlardır: 1-İslama yad və düşmən olan baxışların müsəlmanların daxilində yayılması, 2-İslami baxışlara müxalif səhv yollardan (haram yollardan) müqəddəs hədəflərə çatmaq üçün istifadələr. 3- Həddən artıq yenilk və moda arxasında olmaqlar, 4-Təbəqələr arasında ayrılıq yaratmaq, 5-Riya və yaltaqlıq xəstəlik yaradan xüsusiyyətlərin yayılması. 6-Fəsad baxış və rəftarların azad yayılması,


Allaha təvəkkül edəndə hansı təsəvvürlərə söykənməliyik?


Allaha təvəkkül edəndə hansı təsəvvürlərə söykənməliyik?Allaha təvəkkül edəndə, işlərin yerinə yetirilməsi üçün Onun haqqında müsbət təsəvvürlər bunlar olmalıdır: 1. Mütləq qüdrət sahibi, 2. Xeyirxah yaradan, 3. Hər yer və zamanda insanlardır, 4. İnsanın cavabını müsbət cavablandırır, 5. İnsanın günahlarından keçəndir, 6. Hər nə ondan gəlsə xeyir və məsləhətdir.


İslami tərbiyə üçün hansı cəhətlərə diqqət yetirmək gərəkir?


İslami tərbiyə üçün hansı cəhətlərə diqqət yetirmək gərəkir?Bir cəmiyyəti və ya ailəni İslamiyönlü tərbiyə etmək üçün beş mühüm addımı atmak gərəkir: 1. Bəndəlik ruhiyyəsinin gücləndirilməsinin zəruriliyi, 2. Elmi baxışların gücləndirilməsi, 3. Dini baxışların aydınlaşdırılması, 4. Fitri tələblərin çiçəkləndirilməsi, 5. Əxlaqi üstünlüklərin inkişaf edilməsi.


İstixarənin şərtləri nələrdir?


İstixarənin şərtləri nələrdir?İstixarənin şərtləri bunlardır: 1. İstixarə heyrətli işləri hər tərəfdən ölçəndən sonra edilən müraciət olmalıdır. 2. Quranın mənasında biliyə sahib olan şəxsiyyətə istixarə üçün müraciət olunmalıdır. 3. İstixarədən öncə istixarə edən xeyir-bərəkət üçün istixarə duasını oxumalıdır. 4. Vacib və haram şeylər və əqlin təsdiq və bəyənmədiyi şeylər üçün istixarə etmək düzgün deyil. 5. Hər kəs istixarə edə bilməz, əhlini tapıb ondan öyrənmək zəruridir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter