Niyə bəzən yaxşı işlərdən məhrum oluruq?
İnsan bu dünya tarlasına nə əkər, onu da biçər. Əgər yaxşı məhsul əkibdirsə, yaxşı məhsul da yığar. İstər bu dünyada olsun, istərsə də axirətdə, istər az və istərsə də çox. Əgər insan bu həqiqəti qəbul edərsə, rəftar və əməllərinə diqqət edər. Sualimizin cavabının isə İmam Əlinin (ə) hədisindən alırıq. İmam ƏLi (ə) buyurur: “Sən elə kişisən ki, günahların əl və ayaqlarını zəncirlə bağlamışdır. Qoymur ki, ayağa qalxasan”. Yəni insan üç cür günah edir: Haqqullah- Allahın haramlarından çəkinmir və vacibatlarını yerinə yetirmir, Haqqun-nəfsə aid olan günahlardan çəkinmir, yəni məkruh olan bəzi əməllər ki, onu inkişafdan saxlayır əl çəkmir, və həqqun-nasa diqqət etmir. Yəni başqlarının qəlbini qırır və onların nifrinləri maneə olaraq yaxşı işlərin qarşısını alır. Bu günahlardan çəkinməklə yaxşı işlərdən məhrum olmayaq.
Tərbiyədə lazımli əsaslar nələrdir?
İslam Peyğəmbəri (s) bəşəriyyət üçün kamil bir şəxsiyyət kimi örnək elan edilmişdir. və hər bir cəhətdən eləcə də tərbiyə cəhətindən onun hərəkətləri İslam aləmi üçün ən gözəl və bəyənilmiş örnək hesab olunmuş və olunmaqdadır. Bu sualımızı da elə o həzrətin tərbiyə etdiyi metodları zikr etməklə cavablandırırıq. Peyğəmbərin (s) tərbiyə metodlarının əsasları ibarətdir: 1-Qarşı və müqabil tərəfi cəzb etməyə diqqəti, 2-maraq yaratmaq və müqabil tərəfin cahilliyinə diqqətli olmaq, 3-camaatın baxış və fikirlərinin fərqləini nəzərə alaraq başa salmalarda müxtəlif metodlardan istifadə etmək, 4-yaranan hər fürsətdən ehtiyacları aradan qaldırmaq üçün sualları cavablandırmaq, 5-Gözəl əxlaq, Peyğəmbər (s) bu davranışları ilə yaxınlarını və yaxın olmayan insanları Allahın kamil və səadət bəxş edən dininə dəvət etməyə müvəffəq oldu.
Kişilərin müştərək həyatda (evlilikdə xanımlara qarşı) səhvləri nələrdir?
Ailə səadətinə çatmaq üçün İSlam maarifində haqlar və gozəlliklər yaradan amillər bəyan edilmişdir. Amma kişilər və qadınlar bəzən bilmirlər ki, necə haqlarını və gözəllik yaradan əsaslarını ailə mühitində həyata keçirsinlər. Bu bəhsimizdə kişilərin ailə mühitində xanımlara qarşı etdikləri səhv adımlları qeyd edəcəyik ki, ailə rabitəsində soyuqluq yaradan və çətinlik düzəldən səbəblər kimi qeyd etmək olar. Kişilərin müştərək həyatda (evlilikdə xanımlara nisbətdə) səhv düşüncə və əməlləri bunlardır: 1-Kişilər istiyirlər ki, bütün zamanlar evdə xanımları ilə birlikdə olsunlar, bir halda ki, xanımlar həmişə bunu tələb etmir və gözləmir. 2-Ev işlərində kömək etmək istəyirlər amma hər şeyi xarab edirlər, 3-Bütün hislərini xanımlara deyirlər bir halda ki, xanımlar bunu gözləmirlər. 4-Həddən artıq düz danışandırlar, 5-Bütün istəklərə cavab vermək düzgün nəticə vermir, 6-Həddən artıq özünün zahirinə diqqət etmək, 7-Xanımların ailəsi və yaxınları ilə həddən artıq yaxınlıq hissini yaratmaq, 8-Çox danışmaq,
Cəmiyyətdə yaxşı rabitənin lazım olan rəftarları hansılardır?
Cəmiyyət o zaman xoşbəxt və inkişaf edər ki, bir-biri ilə uyğun hədəf və məqsəd yolunda hərəkətdə olsun. Və bu yaxşı rabitə heç zaman ələ gəlməz əgər bu əxlaqi incəliklərə və yaxşı rəftara diqqət olunmasa. İslam maarifinə əsasən cəmiyyətdə yaxşı rabitəni bərqərar etmək üçün beş mühüm addımı atmaq gərəkir: 1-Düzgün və mərdanə rabitələr, 2-Gunahkar arxasınca olmayaq bəlkə çətinliyi həll etmək üçün gərəkli addımlar ataq. 3-Bağışlamağı bacarmalıyıq, (ədalət yolazmaların qarşısını alır amma bağışlamaq inkişaf gətirir). 4-Qarşı tərəf haqqında qəzavət və düşüncə irəli sürməzdən öncə hər iki tərəfin dediklərinə diqqətlə qulaq asmaq, 5-Yersiz və nəticəsiz çəkişmələrdən uzaq durmağın lazımlığı.
Bədbəxtliyi tanımağın ölçüləri nələrdir?
Bəşəriyyət xoşluq və səadəti yolunda addımlayırlar. Amma çox vaxt bilmirlər ki, ondan uzaq düşmüşlər. Və tanıya da bilmirlər. Gərək narahatçılığı tanıyasan ki, on müalicə edə biləsən. Elm adamları bədbəxtliyi tanımaq üçün bir neçə yolları demişlər. Yəni bir adam əgər bilmək istəyirsə bilsin bəxbəxt insanların cərgəsindədir gərək bu ölçülərlə özünü tərəziyə qoysun. Bədbəxt insanın xüsuiyyətləri bunlardır: 1-Maddi çətinliklərdən həmişə və dəhşətli həddə qorxur. 2-Hövsələsini aradan aparan əməllərlə məşğuldur. 3-Çətinliyi böyüdən şəxsdir, 4-Diqqətini həyatında təkcə uğursuzlarındadır, 5-Tez inciyə və suizənli şəxsdir, 6-bütün işlərdə təkcə özünü düşünən, 7-Qədirbilməyəndir, 8-Həmişə xoşgəlməz hadisələrin olmasını gözləyər, 9-bütün uğursuzluqları valideyinlərin diqqətsizliyi və günahı ehsab etmək, 10-çəkişmələr yaratmaq, 11-Kemişə bağlı və keçmiş məsələləri çəkişmələrdə üzərə çıxarmaq, 12-hər bir şeyə etirazlı olmaq.
Həya neçə cür olur?
İnsanın fitri sifətlərindən biri də həyadır. Həyanın iki növü vardır: ümumi və xüsusi.
1-Ümumi həya odur ki, cəmiyyətdə lazımlı qədər həyaya və utancaqlığa malik olasan. Ümumi həya cəmiyyətə aid bir həyadır. Misal üçün bir insan din aliminin yanında bir iş görməkdən həya edər. Bu cür həya ictimai rabitələrdə özünü büruzə verər. 2-Xüsusi həya isə odur ki, ailədə lazımlı qədər həyaya və utancaqlığa malik olasan. Xüsusi həya ailə mühitinə aid olan bir həyadır, yəni həyat yoldaşları arasında olan həyadır. Ailə övladlara həyanı təlim verən ilk məktəbdir. Həyanın ağılın yanında məqamı böyükdür. Yəni Həya olmadan iffətin mənası olmaz. İffət insanı mənəviyyata çatdırar. Yəni həya coxlu duzgun yollar və əməllərin acaridir
Bizim Quran qarşısındakı 7 vəzifəmiz nələrdir?
Quran - Allahın kəlamıdır. Elə bir kəlamdır ki, həqiqətlər dənizinə bağlanmış və bizləri bu həqiqətdən agah etməyə çalışır. Bizim Quran qarşısındakı vəzifələrimiz nədir? Ibarətdirlər: 1. Quranı öyrənmək. 2. Quranın tilavəti. 3. Qurana qulaq asmaq. 4. Quran haqqında düşünmək. 5. Qurana əməl etmək. 6. Quranın həqiqətlərini kəşf etmək. 7. Quran ayələrini əzbərləmək.
Peyğəmbərin (s) rəvayətində dünya və axirət üçün faydalı olan əxlaqlar hansılardır?
İslam maarifində hər bir əxlaq ki, insanın səadətinə səbəb olar bəyənilmiş sifətlərdən hesablanmışdır. Amma bir dəstə əxlaq və xüsusiyyətlər var ki, insanın onları etməsi ilə həm dünya və axirət səadətini gətirməsinə səbəb olur. Hansı əxlaqlardır ki, insanın dünya və axirətinə xeyirlidir onları Peyğəmbərin (s) hədisindən oxuyuruq: Peyğəmbər (s) buyurur 3 əxlaq var ki, insanın dünya və axirətinə eyni zamanda xeyir verəndirlər: 1-Əlaqələri kəsənlərlə əlaqəni yaratmaqda çalışmaq, 2-Sənə qarşı əlində şərait olan halda verməyən şəxsə qarşı səxavətli olmaq, 3-Zülm edənə qarşı qüdrət ələ keçəndə bağışlamaq.
Ömrü uzadan mənəvi səbəblər nələrdir?
İnsanın ömrünü uzadan və bərəkətli edən səbəblər iki qismə bölünür. Təbii və mənəvi səbəblər. O dəstə mənəvi səbəblər ki, insanın ömrünü uzun edər ibarətdirlər: 1-Güclü iman və rəhman Allaha güvənmək və təvəkkül etmək. 2-Sədəqə vermək. (sədəqə beş yolla mümkündür.) 3-Allah yolunda infaq edib, yaxınlarla get-gəl etmək, 4-Gizli yaxşılıqlar etmək, 5-Günah etməmək,
Kimlər heç bir zaman behiştə getməyəcəkdir?
Qurani-Kərim baxışında insanların bəzisi heç bir zaman behiştə daxil ola bilməyəcəkdir. Bir neçələri ibarətdirlər:
1- Kafir və müşriklər, kafir hər bir üsuliddin və firuddinlərə qarşı müxalifətçilik deməkdir, 2-Təkəbbür əhli, Yəni hər bir şeyin onun kənarda qalması ilə haqqın düz yerdə olması düşüncəsi, 3-İlahi ayələri inkar edənlər. Həqiqətləri eşidib yenə də inadkarlıq üzündən müxafalifətçilik etməklər. Belə ki, Quran buyurur: “Şübhəsiz, səmanın qapıları Bizim ayə və nişanələrimizi təkzib etmiş və onların müqabilində təkəbbür göstərmiş kəslər(in üzün)ə açılmayacaq (ki, yaşadıqları zaman duaları və öldükdən sonra ruhları göyə getsin) və erkək dəvə iynənin gözündən keçməyincə onlar əsla Cənnətə daxil olmazlar. Biz günahkarlara belə əzab veririk”. (“Əraf” 40).