Ağıllı insan hansı 3 iş üçün addım atmalıdır?


Ağıllı insan hansı 3 iş üçün addım atmalıdır?Quran və Məsumlar (ə) bu cür işlərdən uzaq olmağı tövsiyə etmişdir. İmam Əli (ə) də kəlamlarında bu mövzuya toxunaraq, buyurmuşdur: “O kəs ki, yersiz və hədəfsiz işlərlə məşğul olar, ağlı azdır”. Nəticədə: Ağıllı insan bu 3 iş üçün addım atmalıdır: Məadını islah edən işlər, dolanışığının təmin edilməsi, halal ləzzətlər və gəzinti üçün çalışması.


Hər bir yerdə Allahın adlarını və ya Quran ayələrinin silmək gərəksə necə etməliyik?


Hər bir yerdə Allahın adlarını və ya Quran ayələrinin silmək gərəksə necə etməliyik?Xamenei həzrətlərinin suallara cavab kitabının 165 sualında deyilmişdir: Allah adı və Quran ayələrinin aradan aparılmasının yolları bunlardır: Yerlərdə dəft etmək lazımdır və ya su ilə onu məhv etmək mümkündür. İstisna halı da geniş şərhimizdə gəlmişdir.


Quranın bizdən etdiyi gileylərə layiq olmamaq üçün nə edək?


Quranın bizdən etdiyi gileylərə layiq olmamaq üçün nə edək?İslam maarifləri Quranın gileylərinin nümunəsi olmamaq üçün gərək onu davamlı olaraq oxumaq və istəklərinə əməl etməyi lazım bilir. Quran və peyğəmbərimiz (s) buyurur: Ey mənim Rəbbim! Həqiqətən mənim qövmüm (peyğəmbərliyin əvvəlindən dünyanın sonuna kimi) bu Quranı tərk etdi (və onun təlimlərini dərk etməkdən və ona əməl etməkdən üz döndərdi)»”. (“Furqan” 30). Quranın dilindən: “Mən o kəslərdən gileylənirəm ki, məni kənara atıblar, mənə heç nəzər də salmırlar və ancaq hacətinə çatmaq və savab qazanmaq üçün onu hifz edirlər. Yaxşı nəticə almayanda da məni günahlandırırlar”. Gərək Quranın oxunması ilahi niyyət və məqsədlə həyata keçsin.


Mömin üçün 3 mühüm xüsusiyyətlər hansılardır?


Mömin üçün 3 mühüm xüsusiyyətlər hansılardır?Quranda və hədislərimizdə iman əhlinin xüsusiyyətləri haqda çoxlu sayda ayə və hədislərimiz vardır. Bütün bu hədislərimizdə iman əhli üçün nəzərdə tutulan ən üstün xüsusiyyət - imandır. İmam Əli (ə) iman əhli üçün üç xüsusiyyət bəyan etmişdir. 1. Vaxtın qədrini biləndir və ən yaxşı şəkildə bəhrələnəndir. 2. Səbir edəndir və səbir onun həyatının bir hissəsidir. 3. Şükür edəndir və O zaman ki, ona nemət çatar, göz yaşları ilə deyər: “Əlhəmdulilləhi Rabbil-aləmin”.


Kövsər hövuzu nədir və möminlərin ondan içib doyması nə deməkdir?


Kövsər hövuzu nədir və möminlərin ondan içib doyması nə deməkdir?Axirət aləmində bizim üçün adı çəkilən nemətlərdən biri də Kövsər hovuzudur. Bu hovuz Qiyamətə aid bir hovuzdur, behişt və cəhənnəm mərhələsindən əvvəl olur. Bu suyun saqisi yəni su verəni Əmirəl-möminindir (ə). O, öz dostlarına bu sudan verər. Hər kim ondan içsə, susuzluq hiss etməyəcəkdir”. Hədislərdə deyilir ki, günahkarlar atəşdən xaric olandan sonra üzləri qara olacaqdır. Onlar Kövsər suyunda yuyunaraq, ağaracaqlar. Sonra behiştə daxil olacaqlar.


Valideyn övladına namazı necə öyrətməlidir?


Valideyn övladına namazı necə öyrətməlidir?Övladları ibadət və namaz əhli etmək istəyiriksə gərək bu beş əməldən tərbiyədə çəkinək:
- Uşağa zor tətbiq etmək və onu bu yolla namaz qılmağa məcbur etmək. 2-Uşağın istirahət saatında məsələn: oyun, filmə baxan zaman namaz qılmağa məcbur etmək. 3- Öz övladlarını başqalarının namaz qılan övladları ilə müqayisə etmək. 4- Təzə tənbih olmuş uşağı namaza dəvət etmək. 5- Uşağı namazın vaxtını izləməsi ilə yormaq. Bu beş haldan başqa zaman və vəziyyətlərdə dəvətimizin təsirli olması mümkündür.


Bütün müvəffəqiyyətlərin şərti nədir?


Bütün müvəffəqiyyətlərin şərti nədir?Bütün xoşbəxtliklərin açarı və şərti insanın başqalarına nikbin və xoşfikirdə olmasıdır. Necə Əli (ə) buyurur: “Hər kəs qəlbində sənə qarşı nikbin olsa, məbada öz rəftarınla onun hüsnü-zənnini dəyişəsən və nikbinliyini ziyana çevirəsən”. Eləcə də buyurur: “Hər kim insanlara qarşı nikbin olar, onların məhəbbət və dostluğunu mükafat alar”. Nikbinliyin əsas kökü imanlı olmaqdan irəli gəlir.


Bir şəxs şəkk edə əgər qüsl alsa namazın vaxtı keçərmi, vəzifəsi nədir?


Bir şəxs şəkk edə əgər qüsl alsa namazın vaxtı keçərmi, vəzifəsi nədir?Bütün alimlər bu vəziyyətdə təyəmmüm almasını vacib demişlər.


Qonaqlıqda cənabət olan şəxs qüsl etməyə xəcalətli olduğundan, qüslü təyəmmümlə əvəz edə bilərmi?


Qonaqlıqda cənabət olan şəxs qüsl etməyə xəcalətli olduğundan, qüslü təyəmmümlə əvəz edə bilərmi?Qonaqlıqda olan halda cənabətli olan şəxs qüsl almaq üçün ev sahibindən xəcalətli olması ona icazə vermir ki, qüsl əvəzinə ibadətlərini təyəmmümlə etsin. Gərək ki, qüsl alsın. Şəraitin əqli cəhətdən olmaması halda təyəmmüm etməsi və onunla ibadəti axır vaxtda etməsinə icazə verir. Çünki ibadətdə vaxtın az olması səbəbindən təyəmmüm almaq hökmü o vəziyyətdə vacib olur.


Haram məclislərdə oturmaq məcburi olsa vəzifəmiz nədir?


Haram məclislərdə oturmaq məcburi olsa vəzifəmiz nədir?Fiqh alimlərinin hamısı deyirlər: Pisliklərdən çəkindirmək üçün əgər şərait əldə olunması təsəvvür olunsa ki, təsir edə bilərsiniz qalmağınızın heç bir eybi yoxdur, qalmaq təsirsiz olsa onda məclisi tərk etmək zəruridir, bir halda zərurət miqdarında qala bilərsiniz ki, fitnə və fəsad yaranmasına mane olasınız. Bu qalmaq müddət mömin şəxsin təyininə bağlıdır.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter