İmam Zamanın (ə) varlığının hədislərdə dəlilləri nələrdır?
İmam Zaman (ə) 3 dəlilə əsasən bütün zamanlarda var və olması lazımdır: 1-Xilqətin yaradılışının əsas hədəfi onun səadətə çatması qərar verilmişdir, Bunu da seçilmiş şəxs edə bilər hansısa bir zamanda belə bir şəxs olmasa hədəfin ziddinə baş verən hadisə olmuşdur. Bu da hikmətli Allahdan təsəvvür olunmayan bir hərəkətdir, 2-Neçə cəhətdən İmamın olmasının zəruriliyi: a) Peyğəmbərin xətmi dinin qoruyucusu seçilməsini tələb edir. b) Siyasi hidayət üçün hidayətin hansı yönə düzgün olmasını təyin edən şəxs gərəkir, çünki siyasi hidayətçi qanunları düzgün yola yönəldir və sonucunda cəmiyyət maddi və mənəvi istiqamətdə hədəflərinə çata bilir, c) bütün hidayətçilərin canişinlərinin olması, İslam dininin də bu qaydadan kənarda qalması təsəvvür olunası deyil. 3-Məsum İmamın hər zamanda olmasının zərurliyi də tələb edir ki, İmam Zaman (ə) on birinci İmamın şəhadəti ilə davamçı olaraq yaşamalıdır.
Hansı dəlillərə əsasən cəmiyyətdə hicab olmalıdır?
İslam maarifinə diqqət yetirdikdə 4 əsas fəlsəfə hicabdan istifadə haqda deyilir: 1-Bütün kişi və qadınların borcudur ki, cəmiyyətdə başqalarının namusuna qarşı tamahkarlıqdan uzaq dursunlar, 2-Bütün müsəlmanların borcudur ki, iffət və namuslarına qarşı qeyrətli olsunlar, və fəsad yaradan şəraitdən yan gəzsinlər, 3-Qadınlar gərək gözəlliklərini gizlətsinlər ki, naməhrəm kişilərin diqqətlərini özlərinə cəlb etməsinlər, 4-Hicab qadın və müsəlman cəmiyyəti üçün müəyyən bir əqidə davamçılığının əlamətidir,
İmam Zamanı (ə) kamil tanımağın yolları hansılardır?
Axtarışımızın sonucundan 3 əsas yol İmam Zamanı (ə) tanımaq üçün tövsiyə olunur: 1-Həyatının tarixini dəqiqliklə mütaliə edib sünnəsini dəqiqliklə əldə edək, 2-Onların sözlərində təfəkkür etməklə, baxış və yollarını tapmaq mümkündür. 3-Allaahı tanımaq, yəni Allahın sifətlərini yaxşı tanısaq o zaman onun seçdiyi insanların da həyat tərzi və sünnəsini düzgün başa düşərik.
Kişinin hansı xüsusiyyətləri ailədə ciddi problem yaradır?
İslam maarifində kişilərin bu rəftarları ailə istiliyinə ziyan vurucu səbəblər tanıtdırılır: 1. Həyat yoldaşına əziyyət vermək. əziyyət səmimiyyəti aradan qaldırır, 2. Pis əxlaq. Xoşbəxtliyin və həmfikirliyə ciddi ziyan veirici amildir, 3. Simiclik. Aİlə üçün rifahın daraldırması, inkişafın və geniş baxışlılıq xərab edici amili kimi qeyd olunur. 4. Tədbirsizlik. Ailənin ethiyaclarını nəzərə almamaq və ailəyə heç vaxt ayırmamaq. 5. Yenilik arxasınca olmaq, Ailənin ruhuiyyəsinə və mədəniyyətinə uyğun olmayan baxışları ailə mühitinə yükləmək, onların ziddiyyətli hərəkətlərinə səbəb olur, 6. Yersiz qeyrət göstərmək. Yersiz qeyrət və çoxlu sıxıntılar yaratmaq ailənin etimadının sarsılmasına şərait yaradar.
Arzulara çatmağın 4 yolu nələrdir?
İnsanlar çox zaman bu fikirdə olurlar ki, necə edək ki, (istəklərimizə istər dünya və istərsə də Axirət istəklərimizə) çataq. Qurani-Kərim arzularımıza çatmaq üçün 4 yolu tövsiyə edir: 1-Ümid. çalışqanlığın hərəkət amilidir, 2. Təvəkkül. Hər şeyin Allahın əlində olmasına inanmaq ki, hər bir mümkün olmayanlar onun əmri ilə olandır, 3. Təfəkkür. Hədəf seçmək bütün insanların xoşbəxtliyinin amildir? Amma onun yolunu da düşünmək daha lazımlıdır, çünki əyri yol insanı hidayət etməməkdən əlavə qayıdılmaz yola salar, 4. Dua. İnsan Allah mərhəmətini qazanmasının amildir, Alim Allah dua nəticəsində düzgün yolun hansı olduğunu tapmasına kömək edər. Bu dörd yoldan istifadə edərək haqq və hidayət edici arzula çatmaq mümkündür. Diqqət edək ki, bəzi istəklər yerinə yetmir, çünki onun həqiqətdə şərr olduğuna görə Allahın mane olmasına səbəb olur.
Elmi məsələləri asan öyrənmək üçün hansı yollar tövsiyə olunur?
Elmli olmaq bütün kamillik arxasında olan insanların arzusudur. Amma öyrənmək düzgün yollarla baş verməsə cahillikdə daha dərin yollara düşməyə səbəb olar. Çünki cahilikdən əlavə şübhələr də insanın yolunu azmağa daha çox səbəb olar. Elmi məsələləri düzgün və asan əldə etmək üçün yollar bunlardır: 1-Geniş elmi məsələləri bölmə-bölmə başa düşüb, öyrənmək, 2-Hər bir şeyi öyrənəndə onun özünü düzgün təsəvvür edib sonra elmini öyrənməyə üz gətirmək, 3-Öyrənmək istənilən hər bir şeyin zahiri mənasını nəzərə alandan əlavə daxili istəyini və mənasını başa düşməyin zəruriliyi, 4-Elmi məsələləri hansı yerdə və kimdən öyrəndiyinə də diqqət etsin, 5-Keçmişdə öyrəndiklərini təkrarlasın, 6-Zehində mətləbləri bir-birinə aid düzəltməyə diqqət yetirmək, 7-Oxunan hər bir məsələ haqqında sual və şübhə yaratmaqla cavabını ələ gələn mətləblərdən tapmaq, 8-Öyrəncilik zamanında qüvvəsinə inanmasının zərurliyi, və hər bir şeyi öyrənməyin mümkünlüyünü düşünmək, 9-Hər elmi mövzu haqqında yavaş-yavaş öyrəncilik etməyin gərəkliyi, tez bir zamanda hər bir şey haqqında haqqı tez tapmaq axtarmadan mümkün deyil. İmam Sadiq (ə) buyurur: üç əməl insanın yaddaşlığın qarşısını alan səbəb olur: 1-Quranı oxumaq, 2-Oruc tutmaq, 3-Dişi fırçalamaq.
Tövbəmizi sındırmamaq üçün hansı əməlləri edək?
Tövbə yəni söz vermək. Hər bir ağıllı insan inanır ki, verilən sözə əməl etmək insanın şəxsiyyətinin və vicdanının tələbidir. İnsanın sözünə əməl etməsi onun hörmətini saxlaması deməkdir. Din təlimlərində tövbəni sındırmamaq üçün necə əməllər tövsiyə edilmişdir: 1-Gunah məclislərində iştirak etməmək, 2-Gunaha salan dostlardan uzaqlaşmaq, 3-Günah qarşısında çoxlu zikrlərdən istifadə, 4-Gunahın ziyanları haqda düşünmək, 5-Günahkarların həyatının sonucu haqda düşünmək, hər günahkar əzabsız qalmaz, 6-Din təlimlərindən günahlar haqqında əzabların deyilməsi haqqında düşünmək, eləcə də tövbəkarın savabları haqda düşünmək, 7-Həyatını düzgün əməllərlə doldurmaq, boş işlərə zamanı xərcləməmək,
Hansı ibadətlər daha üstündür?
İslam dinində hansı ibadət başqalarından daha çox üstündür?- sualına dəqiq cavab vermək çətindir. Ancaq hədislərə əsasən ibadətləri savablarına görə şərti olaraq belə sıralamaq olar. 1. Allahın zikri. daimi və diqqətli zikrlər, 2. Namaz. Əhli-Beyt (ə) aşiqlərinin namazı vacib və müstəhəblərdən ayrılmaz olar, yəni gecə namazında diqqət sahibidirlər. Başqa sözlə desək 51 rükət Əhli-Beyt (ə) davamçılarının nişanəsidir. 3. Fərəcin intizarı. İmam Zamanın (ə) gəlişinə uyğun dua və əməllərin edilməsi, 4- Əhli-beytin (ə) vilayəti. Əhli-Beyt (ə) məqamını qəbul etmək onların seçdiyi ilahi yolda addımlamaq, 5. Ən çətin işlər - ən üstünləridir. Çətin olsa daha sevimli olar, çətin ibadət eşqin əlamətidir, 6. Niyyətin dəyəri, Allahı yeganə söykənəcək tanımaq, 7. İnsanları doyuzdurmaq. Başqlarına rəhm ibadət üçün ilahi yardımlara səbəb olar, 8. Saleh əməl. Hikmət verici əməllərə yönəlmək,
Hansı hallarda sirri aşkar etməyə icazə verilir?
İslam maarifində başqalarının sirli əməl və sözlərini açmağa qadağa qoyulmuşdur. Hər bir qadağalarda müstəsna hallar olduğu kimi bu məsələ haqqında də bəzi qeyd olunan hallar var ki, onda sirri saxlamaq haram deyil hətta saxlanılması qadağan olunur. Yəni 6 haldır ki, sirri ifşa etmək olar: 1. Məhkəmədə. məzlumun haqqını müdafiə etmək gərəksə, 2. Münkəri nəhy edəndə. Alim şəxs bunu edə bilər. 3. Təhlükənin qarşısını almaq üçün. deyilməməsi çoxlu fəsadlar törədər ona görə desin, 4. Ziyan vura biləcək adam barədə məsləhət zamanı. Əgər islahatçı şəxs sirri tələb edə ki, onu bilməklə çoxlu fəsadları aradan qaldıracaq onda demək lazımdır, 5. Cəza təyin edilən zaman. Sirr sahibi bəyan edəndə şahidləri də özü ilə olsun, 6. Aşkar fasiqin. Onun çirkin işləri deməklə başqalarını faqisin fəsadlarından amanda saxlamaq məqsədi ilə.
İmam Rzanın (ə) münazirələrinin gözəgələn faydaları nələrdir?
Peyğəmbərdən (s) sonra İmamların öhdəliklərindən biri də bu idi ki, İslamın həqiqi yolunu bəyan və aydın etsinlər. Necə ki, İmam Sadiq (ə) çoxsaylı tələbələrə dini maarifləri bəyan edirdi. İmam Rza (ə)-ın dövründə də bu şərait yarandı ki, İmam Rza (ə) başqa yolla bu öhdəliyini yerinə yetirsin. İmam Dövründə haqqı bəyan etmək yolu onun münazirə və mübahisə etməsi ilə mümkün idi. sualımız budur ki, bu münazirə ilə hansı faydalı ələ gətirdi İmam bu addımı atmağa razı oldu? Cavabda deyirik İmamın münazirələrdən gözəgələn İslam ümməti üçün faydaları bunlardan ibarətdir: 1-İslam ümmətində müxtəlif baxışları düzgün yola yönəltmək, 2-Başqa ölkələrin təhrifi baxışlarını daxil olmasının qarşısını aldı, 3-O zaman Mötəzilə qrupunun baxışının rövnəqlənməyinin qarşısını aldı, 4-Zamanın hakiminin sui niyyətlərinin qarşısını aldı, 5-Azad fikirlərin genişliyinə şərait yaratdı, 6-Münazirə ilə İmam müxaliflərin düzgün yolda olmadığını sübut etdi, yəni sübut etdi ki, naqisdirlər deməli haqq Əhli-Beytlədir məktəb də budur.