Qəlbin dirilməsi və ölməsi dedikdə nə başa düşülür?


Qəlbin dirilməsi və ölməsi dedikdə nə başa düşülür? Tələb olunan budur ki, qəlb diri saxlanılsın. Qəlbin ölümü insan üçün olduqca böyük fəlakətdir. Həzrət Əli (ə) İmam Həsənə (ə) vəsiyyətnaməsində qəlbin həm dirildilməsi, həm də öldürülməsini tapşırır: “Qəlbini moizə və nəsihətlə dirilt, zöhd və pəhrizlə öldür.” Məgər qəlbin öldürülməsi də yaxşı bir iş ola bilərmi? Bəli, bəyənilməyən həyat tərzinin ölümü çox yaxşı işdir. İnsan qəlbi ikiüzlü sikkə kimidir. Onun bir üzünə baxmaq üçün o biri üzünü qapamalısan. Qəlbə aid olan meyl və istəklər həm ilahi ola bilər, həm də heyvani. İnsanı kamala aparan meyllər ilahi, onu alçaldan meyllər heyvanidir. Heyvani şəhvətlər, şeytani istəklər, insanı uçuruma sürükləyən əmmarə nəfs hökmən öldürülməlidir. Bu meyllərin öldürülməsinə, əmmarə nəfsin insana hakim olmasına yol verilməməlidir...


Qiyamət günü xalqdan şikayət üçün səhnəyə gələcək üç şey nələr olacaq?


Qiyamət günü xalqdan şikayət üçün səhnəyə gələcək üç şey nələr olacaq? İslam maarifində Qurana ehtiram ciddi tövsiyə olunmuşdur. Amma belə bir ehtiram o zaman mümkündür ki, insan ilahi kitabın göstərişləri ilə tanış olub, öz həyatının müxtəlif sahələrində həmin göstərişlərə əməl etsin. İctimai, elmi və əxlaqi yönümlərdə uyğun göstərişlərə əməl etmədən müqəddəs kitaba həqiqi ehtiram əlçatmaz olur. Allah-taala Quranla tanışlıq haqqında buyurur: “Ey insanlar, sizə Rəbbinizdən nəsihət, qəlblərinizdəkinə şəfa, möminlərə hidayət və mərhəmət gəlmişdir.” (“Yunus”, 57.) Bir rəvayətdə həzrət Peyğəmbər (s) həyatını Quran göstərişləri əsasında qurmayanlar haqqında buyurur: “Qiyamət günü üç şey xalqdan şikayət üçün səhnəyə gələr: onlardan biri Quran, digəri məscid, o biri isə Peyğəmbər ailəsidir (itrət). (“Biharül-ənвar”, c. 7, s. 222.)...


Dini ləqəblərdən olan Təbatəbai kimlərə deyilir?


Dini ləqəblərdən olan Təbatəbai kimlərə deyilir? Belə bir fikir formalaşıb ki, Təbatəba həm atası həm də anası seyyid olan şəxslərə deyilir ki, bu fikir əsassızdır. Bildiyimiz kimi İmamlar peyğəmbərin(s) nəslindəndir. İmamlardan yalnız İmam Həsənin(ə) övladlarına İmamət verilməyib. Buna görə bəzən İmam Həsənin(ə) övladları haqda az araşdırmalar aparılır. Təbatəbai bir dini ləqəbdir ki, onu yalnız İmam Həsənin(ə) övladlarından olan seyyidlərə deyirlər. Qeyd etmək lazımdir ki, bu ləqəb İmam Həsənin(ə) bütün övladlarına və sülaləsinin bütün nümayəndələrinə verilmir. İmam Həsənin(ə) törəmələri olanlara Sadati-Həsəni deyirlər. Onların arasında bəziləri Təbatəbaidir. Şeyx Mufid İmam Həsənin(ə) övladlarının sayının 15 olduğunu bildirir. İmamın oğlanları arasında yalnız dördünün nəsli davam etmişdir. Onlar bunlardır: Həsəni-Müsənna, Zeyd, Əmr, Hüseyni-Əsrəm


Rəbiul-əvvəl niyə belə adlanıb? Bu ayda nələr baş verib?


Rəbiul-əvvəl niyə belə adlanıb? Bu ayda nələr baş verib? Rəbiul-əvvəl hicri-qəməri tarixinin üçüncü ayıdır. Hicri tarixindən öncə Cahiliyyət Dövrünün ərəbləri onu “Xəvvan” ya “Xuvvan” deyə adlandırırdılar. Rəbi bahar deməkdir. O zaman belə adlanıb ona görə ki yaz fəslinə təsadüf edib. İslam tarixində Rəbiul-əvvəl ayında baş verən hadisələr bunlardır:
1- Rəbiul-əvvəlin biri Peyğəmbərin dəfn edilməsi, Leylətul-Məbit gecəsi, Peyğəmbərin hicrəti, İmam Həsən Əskərinin zəhərlənməsi
2- Rəbiul-əvvəlin 3-ü Kəbə evinin Yezid ibni Muaviyənin ordusu tərəfindən dağıdılması
3- Rəbiul-əvvəlin 5-i Həzrət Səkinənin vəfatı
4- Rəbiul-əvvəlin 8-i İmam Həsən Əskərinin şəhid olması
5- Rəbiul-əvvəlin 9-u İmam Zamanın İmamətinin başlanması, İkinci xəlifə Ömər bin Xəttabın terror edilməsi, Yezidin nümayəndəsi Ömər Sədin qətlə yetirilməsi...


Peyğəmbər (s) kimin ona bənzədiyini dilə gətirib?


Peyğəmbər (s) kimin ona bənzədiyini dilə gətirib? Əllamə Məclisi Biharul-Ənvar əsərində (cild-43, səh294) peyğəmbərin(s) İmam Həsən(ə) kiçikkən onu dizi üstə otuzdurub bu sözü deməsini nəql edir: “Ey Həsən! Sən yaradılış və əxlaq baxımından mənim bənzərimsən\"
əl-Ərbili öz əsərində yazır ki, Həsən(ə) xasiyyət, davranış və siyadət baxımından insanlar arasında babası Məhəmmədə ən çox bənzəyən adam olmuşdur.”
Amma müsəlmanlar Müaviyət ibni Əbu-Sufyanın hiyləsinə uyaraq, Bəni-Üməyyə tayfasına boyun əydilər və Həzrət Əlidən(ə) sonra İmam Həsəni(ə) də dünya malına satdılar.


Yuxu zamanı insanın ruhu və bədəni necə olur?


Yuxu zamanı insanın ruhu və bədəni necə olur? Quranda oxuyuruq: “Allah (əcəli yetişənlərin) canlarını onlar öldüyü zaman tamam-kamal alar, (əcəli yetişməyib) ölüm vaxtı olmayanlarınkını da yuxuda alar”. (“Zumər/42).
Bəzən sürücü maşınını dayanacaqda söndürər və evinə gedər. Bəzən də küçədə maşını yanılı qoyar və kafeyə gedər. Hər iki halda sürücü maşında deyildir. Birinci halda həm sürücü maşında deyildir və həm də maşını söndürmüşdür. İkinci halda isə sürücü yoxdur, ancaq maşın işləyir. İnsan yuxuda olanda bədəni ayıq olar. Yəni bədən üzvləri öz işi ilə məşğuldurlar. Ancaq ruhu başqa yerə gedər. Ancaq ölən zaman bədəni də sönər. Ruhu da bədəndən tamamilə çıxar.


Qiyamətdə hansı insanlar daha çox 3 əməllərindən narahat olacaqlar?


Qiyamətdə hansı insanlar daha çox 3 əməllərindən narahat olacaqlar? Qiyamət günü bir çoxları həsrət çəkəcəklər. Bu həsrət bütün varlıqlarını bürüyəcəkdir. Həyatda olan həsrətlə müqayisə edilə bilməyən bir həsrətdir. Bu insanlar üç dəstədir:
a) O kəs ki, axirətini başqalarının dünyası üçün dəyişər. Peyğəmbər (s): “Qiyamət günü hamıdan çox peşman olan insanlar o kəslərdir ki, axirətini başqasının dünyasına satmışdır”.
b) O kəs ki, ədaləti deyər, ancaq özü ədalətə riayət etməz. İ. Sadiq (ə): “Qiyamət günü ən çox peşman olacaq insanlar o kəslərdir ki, insanlara ədalətdən danışar, ancaq özü başqalarına ədaləti rəva bilməz”.
c) O kəs ki, mal-dövlətini rəva olmayan yollarla toplayar. İ. Əli (ə): “Qiyamət günü ən böyük əfsus o kəsin əfsusudur ki, malını rəva olmayan yollardan toplamışdır. Cəhənnəmə gedər və o malı elə bir insana irs qoyar ki, Sübhan Allaha itaət yolunda xərcləyər və behiştə gedər”.


İmam Rizanın (ə) təvazökarlığı haqda tarixdə hansı dastan nəql olunmuşdur?


İmam Rizanın (ə) təvazökarlığı haqda tarixdə hansı dastan nəql olunmuşdur? Bir nəfər İmam Rzanı (ə) görmək üçün uzun bir yolu gəlməli olur. Səhər tezdən şəhərə gəlib çatır. Öz-özünə deyir: “Hamama gedim və yolun tozunu bədənimdən yuyum. İmamın xidmətinə pak və təharətli halda gedim”. Hamama gedir və orada bir nəfəri görür, ondan xahiş edir ki, su tökməklə bağlı ona yardım etsin. Hamama daxil olan insanlar bu şəxsi görən zaman ona xüsusi ehtiram göstərirdilər. Həmin insana münasibətdə ədəb nümayiş etdirirdilər. Yoldan gəlmiş bu kişi yavaş-yavaş başa düşür ki, bu, İmamın özüdür. Sürətlə kənara çəkilir və xəcalət çəkərək üzr istəyir. İmam (ə) ona ürək-dirək verir və kömək etməyə davam edir. İmam (ə) buyurur: “Sən bütün bu yolu yalın ayaqla bizi ziyarət etmək üçün gəlmisən, mən də burada səni gözləyirdim”.


İmam Rizanı (ə) ziyarət etmək insana qiyamətdə hansı faydaları yetirər?


İmam Rizanı (ə) ziyarət etmək insana qiyamətdə hansı faydaları yetirər? İmam Rizanı (ə) ziyarət etmək qiyamətdə insana 3 faydanı bağışlayar:
1-İmam Rza (ə) buyurur: “Hər kim hərəmimin uzaq olmasına baxmayaraq, məni ziyarət edərsə, Qiyamət günü üç yerdə ziyarətinə gedərəm ki, onu həmin günün çətinliyindən xilas edim: o zaman ki, yaxşı və pis əməllərinin dəftəri açılar, Sirat körpüsündən keçən zaman, əməllərin ölçüldüyü zaman”.
2-Həzrət İmam Rza (ə) başqa yerdə buyurur: “Hər kim məni qürbətdə ziyarət edər, Allah onu bizimlə məhşur edər və ali dərəcələrdə bizim rəfiqimiz olar”.


İnsanın ömrünü hansı əməl qısaldar?


İnsanın ömrünü hansı əməl qısaldar? İnsan ömrünü gödəldən əməl: Əmirəlmöminin İmam Əlinin (ə) buyuruqlarından...
-«Ən böyük dərd dünyaya heyranlıqdır».
-«Uzun-uzadı arzu ölümü yaxınlaşdırar və insanı öz məqsədindən uzaq salar».
-«Zahidlik arzuları məhdudlaşdırmaq, əməlləri xalis etməkdir».
-«Elm və bilik var-dövlətdən üstündür. Elm səni saxlayır, var-dövləti isə sən saxlayırsan».
-«Allah qorxusundan ağlamaq qəlbi münəvvər edir və günaha qayıdış yolunu bağlayır»...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter