Haram tikədən qaçana Allah-Taala hansı 6 mükafatı verər?


Hədisi-qüdsidə gəlmişdir: Hər hansı bir bəndə haram tikəni tamam-kamal iştahası olduğu halda ağzından qaytarsa, Mən ona üç mükafat dünyada, üç mükafat da axirətdə əta edərəm.
A) -Dünyada verilən mükafatlatlar: 1. Ömrünü bərəkətli; 2. Ruzisini bol; 3. Qəbrini nurani edərəm.
B) -Axirətdə verilən mükafatlar: 1. Çöhrəsini ağ edərəm; 2. Tələbkarları ondan uzaqlaşdıraram; 3. Öz mübarək (rəhmət) üzümü ona göstərərəm


Hansı hadisədən sonra və niyə Qurana hərəkələr qoyuldu?


Hansı hadisədən sonra və niyə Qurana hərəkələr qoyuldu? Cavab: Ərəblər İslam dinindən qabaq yazıda hərəkədən istifadə etmirdilər. Deyilənlərə görə, Quran hərfləri üzərində hərəkələr ilk dəfə birinci Əməvi xəlifəsi Müaviyənin zamanında, Kufə valisi Ziyad ibn Əbihinin tapşırığı ilə məşhur ərəb qrammatiki Əbül-Əsvəd Duəli tərəfindən qoyulmuşdur. Əbül-Əsvəd ya işin məsuliyyətindən çəkinərək, ya da Əhli-beyt tərəfdarı olduğu üçün əvvəlcə Ziyadın tapşırığını yerinə yetirməkdən imtina edir (çünki Ziyad Əhli-beytə düşmənçiliyi ilə ad qazanmışdı). Lakin yuxarıda göstərilən ayənin bir nəfər tərəfindən səhv şəkildə oxunduğunu eşitdikdən sonra razılaşır və əvvəldən-axıra bütün Quran nüsxəsinə hərəkələr qoyur. İlk quran nüsxələrində hərəkələri rənginə görə mətndən fərqlənən mürəkkəblə qoyurdular...


Zina edən şəxsin daşqalaq olunmasının hökmü harada yazılıb?


Zina edən şəxsin daşqalaq olunmasının hökmü harada yazılıb? Cavab: Şəriətdə buna “rəcm” deyirlər. Rəcm hökmü Qurani-Kərimin ayələrində yoxdur. Bu barədə fiqh məzmunlu hədislərdə buyurulub. Buna görə də, rəcm hökmü bu gün alimlər arasında müəyyən müzakirələrə və fikir ayrılıqlarına səbəb olub. Belə ki, bəziləri hökmün Quranda olmadığını əsas gətirərək, danırlar. Hətta bəzi mənbələrdə belə rəvayətlərə rast gəlirik ki, guya Quranda rəcmlə bağlı ayə var imiş və Peyğəmbərin (s) zamanında müsəlmanlar həmin ayəni oxuyub əməl edirmişlər. Lakin sonralar ya Peyğəmbərə (s) gələn vəhylə, ya da başqa hər hansı səbəbdən həmin ayə nəsx olmuş (öz qüvvəsini itirmiş) və Qurandan çıxarılmışdır. Amma bu kimi rəvayətlərin mötəbərliyi ciddi şübhə altındadır və Quranın təhrifdən uzaq olması prinsipinə tam ziddir.


Meyyitə qüsl verməyə kömək edən adamla əl verib görüşən şəxs də qüsl verməlidirmi?


Meyyitə qüsl verməyə kömək edən adamla əl verib görüşən şəxs də qüsl verməlidirmi? Cavab: Şəriətə görə, cənazə soyuduqdan sonra ona meyyit qüslü verilənə kimi kimsə toxunsa, boynuna qüsl gəlir. Buna “məssi-meyyit qüslü”, yəni cənazəyə toxunmaq qüslü deyirlər. Əsasən, cənazəni yuyan adamların boynuna bu qüsl gəlir. Amma qüslə səbəb olan bu hal başqası ilə görüşməklə və sairə yollarla ötürülə bilməz. Yəni insan məssi-meyyit qüslü etməzdən qabaq istədiyi adamla əl verib, qucaqlaşıb görüşə bilər; bunun o biri adam üçün heç bir problemi yoxdur. Boynunda məssi-meyyit qüslü olan adam Quran oxuya bilər, məscidə girə bilər, amma namaz qılmaq üçün qüsl almalıdır.


Hüzr məclislərində mollanın səhv danışdığını görüb, səhvini düzəltmək olarmı?


Hüzr məclislərində mollanın səhv danışdığını görüb, səhvini düzəltmək olarmı? Cavab: Bu kimi hallarda əvvəla, buraxılan səhvin nədən ibarət olması fərq edir. Əgər məclisi idarə edən şəxs İslamın əsas prinsiplərini pozan, insanları günaha salan səhvə yol veribsə, bunu yumşaq şəkildə söyləmək lazımdır. Ola bilər ki, molla bu səhvi qətiyyən pis niyyət olmadan, unutqanlıq ya bilməməzlik üzündən edib. İrad bildirərkən həddi aşmamaq və kobudluq etməmək, yaş həddini gözləmək də çox vacibdir. Unutmamalıyıq ki, ruhanilərin abrının aparılmasını Allah sevməz. Əgər mollanın səhvi xırda məsələdədirsə və o səhv heç kimin əqidəsinə, ibadətinə mənfi təsir göstərməyəcəkcə, açıb-ağartmağa dəyməz. Zərurət halında bunu məclisdən sonra, təklikdə və yumşaq tərzdə onun diqqətinə çatdırmaq olar.


Namaz qılmamaq günahdırmı?


Namaz qılmamaq günahdırmı? Namaz hər bir müsəlmanın Allah qarşısında bəndəlik borcu, vicdan vəzifəsidir. Namaz yeganə ibadət növüdür ki, heç bir məhdudiyyətə baxmadan hər kəsə və bütün hallarda vacibdir. Müqayisə üçün deyək ki, orucu xəstə olmayan, səfərə çıxmayan şəxslər tutmalıdırlar. Həccə getmək üçün insanın sağlamlığı, maddi imkanı olmalıdır. Xüms və zəkat da maddi imkandan asılı olan ibadətlərdir. Cihad vəzifəsi sağlam kişilərə aiddir. Yalnız namaz həm sağlam, həm də xəstə, həm səfərdə, həm də vətəndə olanlara, həm kasıblara, həm də varlılara, həm kişilərə, həm də qadınlara fərzdir (qəti vacibdir). Hər kəs yetkinlik yaşına çatmışsa və psixi cəhətdən sağlamdırsa, namaz qılmaq vəzifəsi onun öhdəsindədir. Şəriətdə namazı heç bir bəhanə ilə tərk etməyə və təxirə salmağa icazə verilmir. Hətta namazın ayaq üstə yerinə yetirilməli olan əməllərini icra edə bilməyən xəstələr oturmuş halda, bunu da bacarmayanlar uzanmış vəziyyətdə namaz qılmalıdırlar...


Allah-Taala hansı evi daha çox sevər və rəhmətini nazil edər?


Allah-Taala hansı evi daha çox sevər və rəhmətini nazil edər? Allahin ən çox sevdiyi ev yetimə hörmət edilən evdir..
Bir kimsə bir mömini sevindirərsə sanki məni sevindirər. Məni sevindirərsə kimsə Allahdan vəd alar. Allahdan vəd alana çəhənnəm odu dəyməz.
Bir nəfər Rəsuli-əkrəmə öz qəlbinin bərkliyindən şikayət etdikde həzrət - Pəyğəmbər buyururdu; Yetimin başina sığal çək fəqiri yeizdir.
Məni haqq olaraq göndərən Allaha and içirəm ki yetimlə mərhəmətlə davranana, ona gülərüz göstərib şirin sözlə nəsihət verənə, onun yetimliyinə və zəifliyinə yanana, Allahin bəxş etdiyi nəmələrlə qonşusu önundə lovgalanmayana Allah -taala qiyamət günü əzab vərməz.


İslam ümmətinin vəhdətini qorunması üçün 3 mühüm vəzifə hansılardır?


İslam ümmətinin vəhdətini qorunması üçün 3 mühüm vəzifə hansılardır? İslam vəhdətini qazanmaq üçün üç mühüm nöqtəyə diqqət edilməlidir: 1. Hər bir müsəlman ölkəsində yaşayan müsəlmanlar – şiə və sünnü olaraq vətəndaş mövqeyindən çıxış etməli və daxili-xarici düşmənlərin qarşısında güc və vəhdət nümayiş etdirməlidir.
2. İkincisi müxtəlif ölkələrdə yaşayan islami məzhəb təmsilçilərinin vəhdətidir. Hər bir müsəlman bu gün çox yaxşı başa düşür ki, düşmən müsəlmanların vədətinin olmamasından sui-istifadə edib torpaqlarını və sərvətlərini qəsb edir, öz mənfur və oyunbaz adamlarını onlara başçı təyin edir.
3. Nəhayət son və ən mühüm məsələ bundan ibarətdir ki, müsəlmanlar məzhəbindən asılı olmayaraq bir-birinin hidayətinə can atmalıdır. Hətta öz aralarında baş tutan debatlar belə sağlam təməllər üzərində qurulmalıdır.


Dost seçmək cırıq libasa yamaq vurmağa bənzəyir dedikdə nə başa düşülür?


İmam Əli (ə) buyurub: “Dost geyimdəki yamaq kimidir. Bunları bir-birinə uyğun seçmək lazımdır”. Qürər əl-hikəm” c. 1, səh. 379.
Belə bir misal var: Min dostun olsa da az, bir düşmən isə çoxdur. Və yaxud dost seçmək hünərdir, onu qoruyub saxlamaq isə daha böyük hünər tələb edir. Bunlar doğrudur.
Lakin ən önəmlisi dost seçimində müəyyən “meyarın” olmasıdır. Yoldaşın insan rəftar və düşüncələrində nə dərəcədə təsirli olduğunun izahına lüzum yoxdur. Bəzən ən əməlisaleh insanlar belə təsadüfi, yanlış seçilmiş dostların qurbanına çevrilirlər. Bəzən də yanlış yolda olan günahkar insanlar pak, nəfsini cilovlamış insanlarla dostluq nəticəsində, onların paklıq, sədaqət, dindarlıq ətrini duyur və yeni yolun seçimini qarşılarına məqsəd qoyurlar. İmam Əlinin (ə) təbiri ilə desək, dost seçmək cırıq libasa yamaq vurmağa bənzəyir. Seçilmiş yamağın rəngi, növü libasa uyğun olmalıdır...


Qəzəb alovuna səbir çiləmək necə mümkündür?


Qəzəb alovuna səbir çiləmək necə mümkündür? İmam Əli (ə) buyurmuşdur: “Səbir, hövsələ qəzəb alovunu söndürür. Hiddət və kin isə onu daha da alışdırır”. Qəzəbin üsyankar və əridici alova bənzədilməsi əsassız deyil. Hirsin alovu həm sahibini, həm də qəzəbə tuş gələni yandırır. Çoxlu sayda qərarlar, mühakimələr və rəftarlar vardır ki, qəzəb üzərində qurulur və sonu əvəzolunmaz acı nəticələr verir. Həlim, dözümlü olmaq alovu söndürən suya bənzəyir. Bunun əksinə olaraq, sərtlik və kobudluq göstərmək alovu daha da alışdırır. Quran ibarələri olan “öz qəzəbini gizlətmək” və “hirsini yatırtmağ”ın çətin olmasına baxmayaraq, meyvəsi şirin və sonu asayişdir. Doğrudur ki, hirsini çıxarmaq insana keçici həzz verir və ürəyini soyudur, ancaq ondan sonrakı peşmançılıq, çəkilən həsrətlər faydasız olur. Xoş halına o kəslərin ki, həlimliklə ilə qəzəb alovunu söndürürlər.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter