İnsan necə dünyada qul olur?!


İmam Əli (ə) buyurub: “Qul aza qane olarsa, “azad”, azad tamahkarlıq edərsə “kölə”dir. Bəzən insan daxilindəki bağlar onu məhdudlaşdırıb köləyə çevirir. Cəmiyyətdə imkanlı, ziyalı və pullu kölələr görmək mümkündür. İnsan tamah və acgözlük kəməndindən yaxa qurtarmaqla “azad”lığa qovuşur. O, “qənaət xəzinəsi”ndən yararlanır, tamahkarlıq üzündən digərlərinə əl uzatmırsa, kölə olsa belə izzətlidir, izzətinin başlıca səbəbi isə tamahkarlıq və acgözlükdən azad olmasıdır. Lakin tamahkarlar güclü, varlı olsalar da həmişə gözləri başqalarının əlində olur. Onları “köləlik zilləti”nə sürükləyən, tamahkarlıq və gözüdoymazlıqdır. Hərisliyə yoluxanlar “varlar”ını qorumaq, yaxud “yoxlar”ına çatmaq üçün nökər olur, yaltaqlıq edir və rüsvayçı həqarətlərə qatlaşırlar...


İslam maarifində dünya ilə axirət arasında olan əlaqə necə mənalandırılır?


İslam maarifində dünya ilə axirət arasında olan əlaqə necə mənalandırılır? Dünya ilə axirət arasında olan əlaqə: Bir neçə ayə: - «O gün hər kəs etdiyi yaxşı və pis əməlləri qarşısında hazır görəcək və günahları ilə özü arasında çox uzaq məsafə olmasını arzulayacaqdır. Allah sizi öz əzabından çəkindirir, çünki Allah mərhəmətlidir.» (Ali-İmran/30.) -«Həqiqətən, yetimlərin mal-dövlətlərini zülmlə mənimsəyənlər öz qarınlarına od daxil edirlər.» (Nisa/10.) Aydındır ki, insanın qiyamətdə özünün bu dünyadakı əməllərinin sadəcə olaraq nəticəsini “görməsi” onun cəza və ya mükafatı olmayacaq, əksinə, nemət və ya müxtəlif əzablar formasında görünən şey məhz əməllərin mələkuti surətləridir ki, zahir olacaq və şəxs onların vasitəsilə nemətə, yaxud əzaba düçar olacaqdır. Sonuncu ayədən məlum olduğu kimi, yetim malını mənimsəməyin batini surəti cəhənnəm odu yeməkdir. Axirət aləmində həqiqətlər zahir olarkən şəxs filan haram yeməyin batini aləmi atəş olduğunu görəcək. Bunun nəticəsində daxilindəki yanğını hiss edəcək və ona deyiləcəkdir: «Bu cəhənnəm odu yediyin haram maldan başqa bir şeydirmi?!»


İmam Həsən Əskərinin (ə) yeddicəhətli fəaliyyətləri hansılardır?


İmam Həsən Əskərinin (ə) yeddicəhətli fəaliyyətləri hansılardır? Abbasilər hökumətinin amansız təqibinə, bu qədər əzab-əziyyətlərinə baxmayaraq İmam Əskəri (ə) bir sıra siyasi-ictimai və elmi fəaliyyətlər göstərmişdir. O Həzrətin fəaliyyətlərini aşağıdakı şəkildə xülasə etmək olar:
1)–İslam dininin müdafiəsi uğrunda göstərdiyi elmi fəaliyyətlər, müxaliflərin şübhə və iradlarını rədd etmək və əsl İslam ideyasını camaata çatdırmaq;
2)–Nümayəndələr təyin etmək, qasid və məktublar vasitəsilə uzaq yerlərin şiələri ilə əlaqə saxlamaq;
3)–Abbasilər hökumətinin son dərəcə nəzarətinə baxmayaraq gizli siyasi fəaliyyət;
4)–Şiələri, xüsusən də, yaxın dostlarını maliyyə cəhətdən təmin etmək;...


İmam Əlinin (ə) şiəsi olmağı arzu edən ulul-əzm peyğəmbər kim idi?


İmam Əlinin (ə) şiəsi olmağı arzu edən ulul-əzm peyğəmbər kim idi? Səhabələrdən bir qrupu Peyğəmbərlə (s) oturmuşdu. Həzrət qüdsi hədis buyurdu: O gecə məni səmaya tərəf meraca apardılar. Üçüncü göyə çatanda mən Peyğəmbərləri (ə) ziyarət etdim. Birdən Əli (ə) zahir oldu. O, nurdan olan bir dəvəyə minmişdi, siması 14 gecəlik ay kimi parlayırdı və bir dəstə parlaq ulduz onun dövrəsində idi. Bu vaxt İbrahim (ə) mənə dedi: Bu nurlu simada görünən hansı böyük peyğəmbər, ya hansı müqərrəb mələkdir? Ona dedim: Bu nə peyğəmbərdir, nə də mələk. Bu, mənim qardaşım, əmim oğlu, kürəkənim və elmimin varisi Əlidir (ə). İbrahim (ə) soruşdu: Onun dövrəsinə toplananlar kimlərdir? Dedim: Onlar Əlinin (ə) şiələridir. Onların əzəmətini görən həzrət İbrahim (ə), Əlinin (ə) şiələrindən olmaq istədi. Allaha ərz etdi: İlahi, məni də Əlinin (ə) şiələrindən et. Sonra Peyğəmbər (s) səhabələrinə buyurdu: Məndən öncəki peyğəmbərlərə salavat göndərmək istədikdə, əvvəl mənə salavat göndərin, sonra onlara. Ancaq İbrahimə (ə) salavat göndərmək istədikdə əvvəl ona, sonra mənə salavat göndərin. Səhabələr soruşdu: Ey Allahın elçisi! Bunun səbəbi nədir? Peyğəmbər (s) buyurdu: Çünki İbrahim, Əlinin (ə) şiələrindən olmağı arzu edirdi.


Ölülər bizləri ziyarət edirmi?


Ölülər bizləri ziyarət edirmi? İshaq ibni Əmmar nəql edir: “İmam Kazımdan (ə) soruşdum: “Meyit öz ailə üzvlərini ziyarət edirmi?”. Buyurdu: “Bəli”.
Soruşdum: “Nə zaman ziyarət edir?”. Həzrət (ə) buyurdu: “Hər cümədə, hər ayda və hər ildə bir dəfə. Həmin möminin Allah dərgahında olan məqamının ölüçü qədər”. )
Soruşdum: “Onlar hansı şəkildə gələrlər?”. Buyurdu: “Lətif bir quş şəklində gələrlər ki, özlərini divarlara çırparlar. Əgər onları (ev əhlini) xeyir və yaxşılıqda görsələr, sevinərlər. Əgər onları ehtiyac və qəm içində görsələr, qəmgin olarlar”.


Valideyinlər! Övladlarınıza nifrin etməklə bilirsiniz hansı bəlanı nazil edirsiniz?!


Valideyinlər! Övladlarınıza nifrin etməklə bilirsiniz hansı bəlanı nazil edirsiniz?! Həyatımızda valideynlərimizə etdiyimiz hörmət və ya kobudluq bizim taleyimizi həll edə bilər. Həzrət Peyğəmbər (s) buyurur: “Atanızın qarğış etməsindən kəskin şəkildə çəkinin. Çünki belə qarğış buludu belə yarar və yuxarı qalxar. Allahın diqqətinə səbəb olar. O yerə qədər ki, Allah Təala buyurar: “Həmin qarğışı Mənim yanıma gətirin ki, onu həyata keçirim”. Ona görə də atanın qarğış etməsindən kəskin şəkildə çəkinin ki, qılıncdan daha kəsicidir”. Ata və ananın qarğışı həyata keçər. Amma əziz valideynlərə məsləhətimiz budur ki, övladlarını lənətləməsinlər. Həzrət Nuh (ə) övladı üçün dua edir. Allah Quranda buyurur: “Bu övlad sənin əhlindən deyildir”. Əlbəttə, Həzrət Nuh (ə) öz xahişində təkid etmir, bağışlanma da istəyir. Yaxşı olar ki, övladı hər nə qədər hörmətsizlik etsə də, valideyn ona qarğış etməsin. Hər bir kiçik münaiqişədə dilini qarğış üçün açmasın. Əgər bu qarğışlar həyata keçərsə, valideyn nə qədər üzülər və əziyyət çəkər? Ona görə də bu məsələdə kamil ehtiyata riayət etmək lazımdır ki, nifrinin pis nəticələri bizi əhatə etməsin.


Allah-təala Nuhun (ə) hansı duasını qəbul etmədi?


Allah-təala Nuhun (ə) hansı duasını qəbul etmədi? Həzrət Nuh (ə) kafirlər üçün nifrin və əzab diləyəndən sonra su yer üzünü bürüyüb, gəmini öz ağuşuna aldıqca, əzaba düçar olan tayfa dalğalar altında görünməz olur. Oğlunu əzaba düçar olanlar içində görən Nuhun qəlbində atalıq hissi baş qaldırır. Allah dərgahına üz tutub deyir: «Pərvərdigara, oğlum mənim ailəmdəndir. Sən mənim ailəmi bu tufandan xilas edəcəyini vəd vermişdin». İstəyinə müsbət cavab alacağını ümid edən Nuh peyğəmbərə buyurulur: «O sənin ailəndən deyildir. O qeyri-saleh bir əməldir. Elə isə bilmədiyin bir şeyi məndən istəmə. Sənə cahillərdən olmamağı nəsihət edirəm». (Hud/46.) Bir an atalıq hissinə qapılmış Nuh, dərhal peşman oldu və Allahdan bağışlanmaq dilədi. Əslində, Allahdan istənilən bir şəxsin bağışlanmasını istəmək günah deyildir. Nuh da bir insanın bağışlanmasını dua etmişdi. Onun duasının qəbul olunmaması, Allah-təalanın bütün işlərdə ədalətə istinad etməsindəndir. Günah uçurumuna yuvarlanmış, hətta qeyri-saleh əməl adlandırılmış bir şəxs, olduqca həssas bir məqamda bağışlana bilməzdi...


Yaxşı söz ruzini necə artıra bilər?


Yaxşı söz ruzini necə artıra bilər? Ruzini artıran əməllərdən biri də ədəb-ərkanı nümayiş etdirən yaxşı sözlər deməkdir. Allah Quranda buyurub: Əgər şükr etsəniz mən artıraram. (İbrahim, 7) Ruzinin artması üçün əməllərin toplusu var. Bu əməllərin bir qismi əxlaqi keyfiyyətlərlə, bir hissəsi insanlar arasında ictimai münasibətlərlə, bir neçəsi dua və ibadətlərlə, daha bir qismi isə məişət həyatı ilə əlaqədardır. Məsələn, ruzisinin artmasını istəyən şəxs gərək Allaha çox təvəkkül etsin, hər bir işi görəndə niyyətini paklaşdırsın (səmimi olsun), haram qarşısında şəhvətini cilovlasın, günahlarını yada salıb tez-tez tövbə-istiğfar etsin. Bunlar əxlaqi keyfiyyətlərə aid olan məsələlərdir. Ruzini artıran əməllərdən biri də ədəb-ərkanı nümayiş etdirən yaxşı sözlər deməkdir. Pеyğәmbәr (s) buyurub: “Gözәl dаnışıq ruzini аrtırаr.” (“Bihаrul-әnvаr”/73-318.)


Hansı Beş halda hədiyyəni geri almaq olmaz?


Hansı Beş halda hədiyyəni geri almaq olmaz? Sual: Hansı hallarda başqasına verdiyimiz bəxşişi (hədiyyəni) ondan geri ala bilərik?
Ayətullah əl-üzma Sistaninin cavabı: Başqasına hədiyyə verən kəs onu geri ala bilər. Amma beş hal müstəsnadır (yəni beş halda verdiyi hədiyyəni geri ala bilməz):
1. Hədiyyəni qürbət qəsdi ilə vermiş olsa.
2. Hədiyyəni qohumuna vermiş olsa. (Burada nəsəb və qan qohumu nəzərdə tutulur: ata, ana, qardaş ... və onların övladları)
3. Hədiyyə almış şəxs, onun hədiyyəsinin qarşısında əvəz vermiş olsa. İstər hədiyyə verdikdə “əvəz” şərt edilsin, istərsə də edilməsin.
4. Hədiyyə digər bir şəxsin mülkiyyətinə keçmiş olsa. Məsələn, hədiyyəni almış şəxs onu satmış olsun.
5. Hədiyyəni alan şəxs onda dəyişiklik yaranacaq bir təsərrüf etsin.


Axirət üçün ən yaxşı azuqə insanlara xidmət etməkdirmi?


Axirət üçün ən yaxşı azuqə insanlara xidmət etməkdirmi? İmam Səccadın (ə) dostlarından biri deyir: Soyuq və qaranlıq qış gecələrinin birində gördüm ki, həzrət Zeynül-Abidin (ə) çiyninə bir qədər odun götürüb yavaş-yavaş harasa gedir. Öz qulamımla irəli gedib, salam verdim və soruşdum: - Ey Peyğəmbərin övladı! Bu ağır yüklə hara gedirsiniz? İmam buyurdu: Səfərə gedirəm. Səfər azuqəsi hazırlamışam ki, onu bir yerə çatdırım. - İcazə verin, bu yükü qulamım sizin üçün aparsın. - Xeyr.
- Onda icazə verin, mən onu aparım. - Mənim qurtuluşuma səbəb olacaq və səfərimi asanlaşdıracaq bir zəhməti başqasına tapşıra bilmərəm. İmamdan ayrılıb getdim. Bir neçə gündən sonra həzrəti yenə gördüm. Dedim: - Bəs, siz səfərə getməmişdinizmi? Buyurdu: - O səfər, sənin güman etdiyin (dünya üçün) səfər deyildi. Mənim məqsədim axirət səfəri idi. İmam Səccadın (ə) belə səfərləri çox olurdu və həzrət yoxsullar üçün lazım olan un, odun və s. kimi şeyləri öz ciyinlərində aparıb onlara çatdırırdı.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter