İnsan özünü sevməlidirmi?


İnsanın özünü sevməsi özlüyündə bir nöqsan və eyib deyildir, bəlkə Allahın böyük nemətlərindən biridir. Ancaq əgər bu meyil həqiqi yolundan çıxarsa, özünəpərəstiş halını alar və insanı yolundan azdırar. Bu cür insan özünü başqalarından üstün görər və öz mənfəətini başqalarının mənfəətindən daha dəyərli hesab edər. Təkəbbür insanı kamal yolundan saxlayar və inkişaf etməsinə mane olar...


Elm məktəbi olan Cəfəri məktəbi bilik arxasınca olanlara hansı tövsiyələri verir?


İmam Sadiq (ə) buyurur: Nəhayət, elm və bilik haqqındakı üç göstərişim bunlardır:
Birincisi, bilmədiyni alimlərdən soruş. Amma bunu onlara əziyyət vermək və onları yoxlamaq məqsədi ilə etmə.
Ikincisi, heç bir işdə yalnız öz fikrinə əsaslanma (başqaları ilə məsləhət et), həmişə ehtiyata riayət et.
Üçüncüsü, bilmədiyin məsələ haqqında və ya haqsız yerə fətva verməkdən elə çəkin ki, sanki amansız şirdən qaçırsan. Camaatın xeyrindən və ziyanından ötrü özünü körpü etmə. (Yəni haqsız yerə kiminsə xeyir görüb, kiminsə ziyan çəkməsi üçün vasitə olma)\"...


Altıncı İmam Səbr və dözümlü olmaq haqda hansı tapşırıqları verir?


İmam Sadiq (ə) səhabəsinə səbr haqda bu cürə buyurur: \"Səbr və dözümlə bağlı üç tövsiyəm bunlardır:
Birincisi, kimsə sənə: \"Bircə kəlmə söyüş söysən, ondan min qat artığını sənə deyəcəyəm\" söyləsə, sən cavabında de: \"Əgər sən mənə on dəfə pis söz desən də, bircə kəlmə pis cavab verməyəcəyəm\".
Ikincisi, kimsə səni söysə ona belə cavab ver: \"Əgər mənim haqqımda dediklərin doğrudursa, Allahdan istəyim budur ki, məni bağışlasın və günahımdan keçsin. Əgər dediklərin yalandırsa, Allahdan diləyirəm ki, səni bağışlasın\"...


İmam Sadiq (ə) əxlaqı gözəlləşdirmək və nəfsi paklamaq haqda hansı göstərişləri verir?


Hz İmam Sadiq (ə) buyurur: Əxlaqı gözəlləşdirmək və nəfsi islah etmək barədə olan göstərişlərim bunlardır:
Birincisi, ürəyin istəməyən qidanı yeməkdən çəkin; bu, insanda nadanlıq və kütbeyinlik yaradar.
Ikincisi, acmadığın zaman yeməkdən qətiyyətlə çəkin.
Üçüncüsü, həmişə halal qida ye və yeyən zaman Allahın adını çək (\"bismillah\" de).
Peyğəmbərin çox yeməyi məzəmmət edən bu kəlamını heç vaxt unutma: \"Insanın doldurduğu heç bir qab onun üçün mədədən daha ziyanlı ola bilməz\". Yediyin zaman mədəni üç hissəyə böl. Bir hissəni yemək üçün, bir hissəni içəcək üçün ayır, bir hissəni isə nəfəs almaq üçün boş saxla.


İmam Sadiq (ə) buyurur: Bu xasiyyətlərlə möminlər səndən zərər görməzlər?!


Elə ol ki, xəlq sənddən təhlükə gözləməsin! İmam Sadiq (ə) buyurur: Çox gözəl olar ki, mömin bu səkkiz xüsusiyyətə malik olsun:
1. Pərişanlıq zamanı soyuqqanlı, dəyişməz və mətanətli olsun.
2. Müsibətlər zamanı səbirli və dözümlü olsun.
3. Nemət zamanı şükürlü olsun.
4. Allahın verdiyi ruziyə qane olsun.
5. Düşmənlərə zülm etməsin...


Hansı dost insanı xoşbəxt edə bilər?


Hansı dost insanı xoşbəxt edə bilər? İnsanın dostlarını üç dəstəyə bölürlər: 1. Vəfasız dostdur ki, öləndən sonra sizi tək qoyar.
2. O dostdur ki, qəbrə qədər sizinlədir, ancaq o zaman ki, dəfn olunarsınız, sorağınıza gəlməz.
3. O dostdur ki, hər yerdə sizinlədir, istər dünyada olsun, istər qəbirdə, istərsə də qiyamətdə.
Birinci dost – insanın mal-dövlətidir. İnsan öləndən sonra varislərinə çatır. İkinci dost insanın dostları və ailəsidir ki, onu qəbrə qoyandan sonra unudurlar. Üçüncü dost isə əməllərinizdir ki, həmişə sizinlədir və sizi tərk etmir. Allah Təala Qiyamət günü bəzi zalımların halını belə təsvir edir: «Vay olsun mənə! Kaş (mənim azmağıma səbəb olan) filankəsi (özümə) dost tutmayaydım». (“Furqan” 28)...


Bütün keçmiş günahların bağışlanmasına səbəb olan əməl hansıdır?


Bütün keçmiş günahların bağışlanmasına səbəb olan əməl hansıdır? İmam Sadiq (ə) Hüseyn ibni Suyərə buyurur: “Ey Hüseyn! Hər kim evindən çıxar və niyyəti Həzrət Hüseyn ibni Əlinin (ə) qəbrinin ziyarəti olar, əgər piyada gedərsə, Mənnan Allah hər atdığı addıma görə onun üçün bir həsənə yazar və bir günahını məhv edər, o zamana qədər ki, hərəmə çatar. O şərif məkana çatandan sonra Allah Təala onu xilasolanlardan qərar verər, o zamana qədər ki, ziyarətin əməl və mərasimlərini sona çatdırar. Bu zaman onu faizinlərdən qərar verər, o zamana qədər ki, qayıtmaq üçün iradə edər. Bu vaxt mələk onun yanına gələr və deyər: “Allahın Peyğəmbəri (s) sənə salam göndərir və buyurur: Əməllərinə əvvəldən başla, bütün keçmişgünahların bağışlanmışdır”.


İmam Mehdi (ə.f) üçün hansı məkanda dua etmək tövsiyə edilib?


İmam Mehdi (ə.f) üçün hansı məkanda dua etmək tövsiyə edilib? Nəql olunan hədislərə əsasən, bəzi müqəddəs məkanlarda İmam Mehdi (ə.f) üçün dua oxumaq xüsusi olaraq təkidlə tövsiyə edilmışdir. O cümlədən, Məscidül-həram (Məkkə), Kufə və Səhlə məscidləri (Kufə), Cəmkəran məscidi (Qum) və s. kimi həzrətə aid yerlər; İmam Hüseynin (ə) hərəmi (Kərbəla); İmam Rzanın (ə) hərəmi (Məşhəd); İmam Əskərinin (ə) (və İmam Hadinin (ə)) hərəmi (Samirə); ümumi şəkildə İmamlardan hər hansı birinin hərəmi; Vüquf məhəllində (Ərəfatda) qeyd edilən məkanlara aiddir.


Yuxuda şeytan peyğəmbər surətində görsənə bilərmi?


Yuxuda şeytan peyğəmbər surətində görsənə bilərmi? Sualın cavabına gələk... İmam Rza məşhur bir hədisdə buyurmuşdur: “Allah Rəsulu belə buyurmuşdur ki, hər kim məni yuxuda görsə, elə məni görmüşdür. Çünki şeytan mənim, canişimlərindən və şiələrindən birinin surətində zahir ola bilməz. Doğru yuxu nübüvvətin yetmiş hissəsindən biridir”. (əl-Fəqih, c.2, s.585; əl-Əmali lis-Səduq, s.64; Uyunul-əxbar, c.2, s.275) Alimlərdən biri bu hədis barədə belə cavab vermişdir: Məsumu yuxuda görmək onun nəticəsidir ki, onu oyaqlıqda görmüş olsun. Əks təqdirdə necə demək olar ki, yuxuda görülən məsumdur?! Yəni bu rəvayətdə belə buyururur ki, şeytan Peyğəmbər və sair məsumların forma və şəklində zahir ola bilməz. Ancaq haradan məlumdur ki, yuxuda Peyğəmbər, yaxud sair İmamlar adı ilə bizə zahir olan, belə bir iddiaya malik olan, əslində öz iddiasında doğru danışır?...


Hz İbrahim peyğəmbər münəccim idimi?


Hz İbrahim peyğəmbər münəccim idimi? Saffat” surəsinin 88 və 89-cu ayələrində oxuyuruq: “Beləcə, ulduzlara nəzər salıb dedi: “Sözsüz ki, mən xəstəyəm (yorğunam)”. İbrahim peyğəmbər bayram mərasimi üçün camaatla birlikdə getməsin deyə, ulduzlara nəzər salıb dedi ki, mən xəstəyəm. Belə bir iş İbrahimin ulduzlar əsasında görücülüyndən xəbər verir. Özü də Quran İbrahimin bu işini danlamır, heç sünnədə də bunu qadağan edəcək bir şey yoxdur. Halbuki görücülük və baxıcılığın xürafat və yanlış iş olduğunu bilirik...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter