Gündəlik namazlar nə zamandan vacib oldu?


Gündəlik namazlar nə zamandan vacib oldu?Bəzi tarixi mənbələrə əsasən bu gün rəbul-əvvəlin 12-si gündəlik namazların vacib olan günüdür. Namaz dinin ən mühüm göstərişlərindən biridir. Həmçinin diqqət etsək görərik ki, namaz dinin açarıdır. Yəni bütün əhkamlar hardasa namazdan keçir. Necəki bunu özümüzdə və ətrafımızda da müşşahidə edirik. Allahın hökümlərinə yalnız namaz əhli diqqət eliyir. Namaza başlamaqla sanki isan Allahın hökümlərini icra etməyə başlayıram deyir. Namaza başlamaqla digər hökümlərə də diqət olunmağa başlayır. Qurani Kərimdə namazı əmr edən ayəlar çoxdur: Ayətullah Cəfər Sübhani buyurur: Namaz merac gecəsində vacib olub. Allah Təala müsəlmanlara gündəlik 5 dəfə namaz qılmağı vacib edib. Meracın dəqiq nə zaman baş verməsinə gəlincə isə nəzərlər müxtəlifdir. Amma ümumi fikir budur ki, merac bir dəfə yox bir neçə dəfə baş verib və namaz bunların birində vacib olub.


Ayət namazı və onun vacib olma şərtləri hansılardır?


Ayət namazı və onun vacib olma şərtləri hansılardır?Namaz vacib və müstəhəb olaraq qisimlərə bölünür. Ayət namazı da bu vacib namazlardan biridir. Lakin bu namaz müəyyən hallarda insana vacib olur. Gündəlik namazlar kimi özünəməxsus vaxta malik deyil. Ayət namazı aşağıdakı hallarda insana vacib olur:
1-Günəş tutulanda 2-Ay tutulanda 3-Zəlzələ olanda 4-İldırım və şimşək, qara-qırmızı küləklər zamanı (bu o vaxt vacib olur ki, camaatın çoxsu qorxa)...


Hansı 7 sifət bəndəni Allaha yaxın edər?


Hansı 7 sifət bəndəni Allaha yaxın edər?Allah tərəfindən Peyğəmbərimizə (s) vəhy edilir: “Ey Əhməd! Bilirsənmi ki, bəndə nə zaman abid olar?”.
Həzrət (s) buyurur: “Xeyr, Allah Təala”. Allah buyurur: “O zaman ki, 7 sifət onda cəm olar:
1. Günaha mane olan təqva. 2. Yersiz sözlərdən sükut etmək. 3. Hər gün ağlamasını artıran qorxu. 4. Tənhalıqda Məndən xəcalət çəkdiyi həyası.
5. Zəruri qədər olan yeməyə qənaət etmək. 6. Dünya ilə düşmən olmaq, ona görə ki, Mən onu düşmən bilirəm. 7. Yaxşılarla dost olmaq”.


Günahları yaxşılıqlara çevirən 4 xüsusiyyət hansılardır?


Günahları yaxşılıqlara çevirən 4 xüsusiyyət hansılardır?İmam Baqir (ə) buyurur: “Əgər kimdəsə (bu) dörd sifət olar, baxmayaraq ki, başından ayağına qədər günah onu əhatə etsə də, Allah o günahları yaxşılıqlara çevirər:
1. Doğru danışmaq. 2. Həya. 3. Gözəl xasiyyət. 4. Şükür etmək ruhiyyəsi”.
Beləliklə, hər kimdə ki, bu 4 sifət cəm olar, onun daxili tutumu olar ki, etdiyi günah əməllərdən dönsün və gözəl insana çevrilsin.


Vəhşət namazı və onun qilinma yeri haradır?


Vəhşət namazı və onun qilinma yeri haradır?Vəhşət namazı dünyadan köçən insanın dəfn olunduğu günün birinci gecəsində qılınan bir namazdır. İslaminSesi.info- Namaz elə bir əməldir ki, insan namazla həm bu dünyada, həm də axirətdə faydalanmış olur. Dünyada yaşadığı müddətdə namaz qılan o namazın və digər dini hökümlin insan həyatına qoyduğu müsbət təsirlərindən, axirətdə isə savabından bəhrələnir. Bəzi namazlar da vardır ki, digərləri tərəfindən dünyasını dəyişən insana hədiyyə olunur. Bunlar ya vaciblərin qəzası, ya da müstəhəb namazlardır. Bu müstəhəb namazlardan biri də vəhşət namazıdır. Vəhşət namazı dünyadan köçən insanın dəfn olunduğu günün birinci gecəsində qılınan bir namazdır...


Məssi-meyit halı namaza maneə yaradırmı?


Məssi-meyit halı namaza maneə yaradırmı?...Vəzifəsi məssi-meyit qüslu almaq olan kəs məscidə gedə bilər, vacibi səcdəsi olan Quran ayələri oxuya bilər, cima edə bilər. Lakin namaz qılmaq üçün qüsl etməlidir. Meyyitə toxunub məssi-meyyit qüslu almayan kəsin namazı səhih deyil. Məssi-meyit qüslu cənabət qüslu kimi alınır. Lakin namaz üçün dəstəmaz da alınmalıdır (İmam Xomeyni). Bir meyitə bir neçə dəfə toxunan, yaxud bir neçə meyitə toxunana bir qüsl kifayət edir...


İlk şəriət sahibi olan Hz. Nuha (ə) qədər hansı şəriət mövcud olub?


Cavab: Xeyir din və şəriət Hz. Nuhun zamanından başlayıb. Necəki bunu aşağıdakı ayə də təsdiq edir:
(Ya Peyğəmbər!) Allah Dini doğru-dürüst tutun (qoruyub saxlayın), onda ayrılığa düşməyin!\' – deyə Nuha tövsiyə etdiyini, sənə vəhy buyurduğunu, İbrahimə, Musaya, və İsaya tövsiyə etdiyini dində sizin üçün də qanuni etdi (Şura-13).
Bu ayənin mənası budur ki, Hz. Nuhdan qabaq heç bir şəriət hakim olmayıb. Yəni xüsusi şəri qanunlar təyin edilməyib. Camaat ümümi qanunlara əməl edirdi...


Mənəviyyatlı mömin şəxsin dərəcəsi İmam Əsgərinin (ə) hədisi ilə ölçülməlidir?


İmam Həsən Əskəri (ə) öz gözəl hədisində insanların fəzilət və dəyər baxımından dərəcələrini bəyan edərək bu sifətləri bəyan edir:
İnsanların ən imanlısı şübhəli işlər zamanı çəkinən, ehtiyat edəndir.
İnsanların ən abidi vacibatı yerinə yetirəndir.
İnsanlarin ən zahidi haramdan çəkinəndir.
İnsanların ən çalışqanı (ən diqqətlisi) günahları tərk edəndir. (Tuhəful-uqul. S-489)


“Təkbrətul-ehram” zamanı əlləri qaldırmaq vacibdir?


Namazın əvvəlində niyyətdən sonra deyilən birinci təkbirə “təkbirətul-ehram” deyilir. Namaza başlayan zaman niyyətdən sonra deyilən birinci Allahu Əkbər kəlməsinə “təkbirətul-ehram” deyilir. Namazın bir neçə vacibatı vardır ki, bunların 5-i rükündür. Namaz zamanı bu 5 rükünü qəsdən və ya səhvən artırıb azaltmaq namazı batil edir.
Bunlar niyyət, təkbərətul-ehram, qiyam, rüku və iki səcdədir. Namaz əsnasında deyilən təkbirlər müstəhəbdir. Vacib təkbir olan birinci təkbir zamanı (təkbirətul-ehram) əlləri qulaqlqra qədər qaldırmaq vacibdirmi? Cavab: Ayətullah Xameneyi: Təkbirlər zamanı əlləri qaldırmaq müstəhəbdir. yətullah Sistani: Təkbirətul-ehram zamanı əlləri qaldırmamaq namazı batil etməz...


Onlar dünyadan bu üç şeyi sevdilər - Bəs sən?


Bu zaman Cəbrail (ə) nazil olub salam verir və deyir: Mən də 3 şeyi sevdim: Risalət xəbərlərini gətirməyi, əmanəti qorumağı, bir də kasıbları.
Bunları deyib gedir. Bir az sonra yenə nazil olub salam verib deyir: Allah sizə salam göndərir və sizin dininizdən 3 şeyi sevdiyini buyurur: Zikr edən dili, qorxan qəlbi (Allahdan) və bəlalara səbr edən bədəni. Bu hədisin mövzusu ibrət və əxlaqi bir mövzüdadır. İnsanı düşünməyə, nəyə rəğbət bələyəcəyinə diqqət etməsinə çağırır və yoxsulluq, aclıq və xəstəliklər kimi müxtəlif çətinliklər zamanı səbirli olmağı, üsyan etməməyi, hər bir hadisədə ilahi hikmət axtarmağı, hadisələrdən ibrət dərsi almağı öyrədir...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter