Tərkibində məstedici spirt olan ətirlərin hökmü nədir?


Cavab: Onlardan istifadə etməyin maneəsi yoxdur. Amma əgər onların tərkibindəki spirt, “əsli maye” və mütəxəssis rəyinə görə “məstedici” spirtdirsə, ehtiyata görə bu spirt napakdır. Onun dəydiyi bədən və ya paltarla namaz qılmaq istədikdə, bədən və paltar paklanmalıdır. Amma əgər spirtin “əsli maye” deyilsə, yaxud hansı növ spirt olduğunu bilmirsinizsə, bu spirt pak hökmündədir. Onun dəydiyi paltarla qılınan namaz düzgündür və paltarı paklamağa ehtiyac yoxdur.


Təkasür surəsini oxumağın dünya və axirət üçün hansı fayda və təsirləri var?


Həzrət Peyğəmbər (s) buyurur ki, hər kim \"Təkasur” surəsini oxuyarsa, Allah Təala dünyada ona verdiyi nemətlərə görə ondan hesab çəkməz. Hər kim yağış yağan zaman onu oxuyarsa, Allah günahlarını bağışlayar. İmam Sadiq (ə) buyurur: \"Hər kim \"Təkasur” surəsini vacib və müstəhəb namazlarında oxuyarsa, Allah ona yüz şəhidin savabını yazar. Hər kim onu müstəhəb namazda oxuyarsa, ona 50 şəhidin savabı yazılar. Vacib namazında 40 cərgə mələklər onunla bir yerdə namaz qılar”.
\"Təkasur” surəsinin bərəkətləri: 1. Böyük xeyirə çatmaq. Hər kim bu surəni bazar ertəsi və ya çərşənbə günü 40 dəfə oxuyarsa böyük bir xeyirə çatar. 2. Hacətin yerinə yetməsi. İmam Sadiq (ə) buyurur: \"\"Təkasur” surəsini xəlvətdə 22 dəfə oxuyun və ondan sonra 1000 dəfə salavat göndərin, sonra hacətinizi istəyin ki, yerinə yetər”...


Səcdədə və rükuda vacib zikri dedikdən sonra hansı zikri demək daha fəzilətlidir?


Cavab: Elə vacib zikri təkrarlamaq fəzilətlidir və bu zikrlərin tək sayda deyilməsi daha yaxşıdır. Deyilənlərdən əlavə, səcdədə salavat demək və dünya və axirət hacətlərini istəmək müstəhəbdir.(Ali Məqamlı Rəhbər Seyid Əli Xamneyi)


Tanınmış arif məclisdə qeybət olmasın deyə hansı zikri oxuyardı?


... Mərhum Dulabi deyilənlərə görə hər məclisə girəndə “Bismillahir-Rəhmanir-Rəhim”lə başlayardı və daha sonra dərhal salavat zikr edərdi.
Bismillahdan sonra deyilən salavat zikrinin səbəbini ondan soruşanda o həmişə deyərdi: “İmam Əlidən hədis nəql olunub ki, bir məclisdə qeybətin edilməsinin qarşısını almaq istəyirsinizsə Bismillahdan sonra salavat zikr edin. Çünki bu zaman Allah bir mələyi göndərər ki, o məclisi qeybətdən və qeybət edənlərdən qorusun”
Qeyd etmək lazımdir ki, burada ixlasın Allahla bəndəsi arasında səmimiyyətin olmayacağı təqdirdə bu zikrlər də fayda verməyəcəkdir.


Qadınların məscidlərdə iştirak etməsi barəsində İslamın nəzəri nədir?


... Qeyd edilənlərə diqqət yetirməklə ikinci rəvayətin mənası və onun birinci rəvayətlə ziddiyyətli olmadığı məlum olur. Çünki buyurulur ki, onlar məscidə getmək istədikləri təqdirdə maneçilik törətməyin və icazə verin ki, məsciddə iştirak etsinlər. Çünki hətta əgər məscidə getmək sadəcə namaza görə olarsa belə, haram deyildir. Onlar öz ixtiyarları ilə namazı az savabla da yerinə yetirə bilərlər. Halbuki məsciddə iştirak etmək əksər hallarda çoxlu mədəni-maarif işləri və mənəvi təsirlərlə yanaşı olur. Əgər belə mərasimlərdə iştirak etməsələr, ondan məhrum olarlar. Buna əsasən ikinci rəvayətə uyğun olaraq Peyğəmbər (s) buyurmuşdur ki, əgər onlar məsciddə iştirak etmək istəsələr, maneçilik törətməyin.


İmam Zamanın (ə.f) evi haradadır?


Bəziləri isə belə güman edir ki, İmamın (ə.f) yaşadığı yer - Bermud üçbucağıdır. Deyirlər ki, çünki bu yerə heç kəs gedib çıxa bilmir. Hər nə qədər ora getməyə cəhd edilibsə də, nəticəsiz qalmışdır. Heç kəs İmamın (ə.f) yaşadığı yeri dəqiq bilmir. İmam Sadiqin (ə) buyurduğuna görə, İmam Zaman ağanın (ə.f) hər il gəldiyi yer - Ərəfat səhrasıdır. İmam (ə.f) hər il həcc əyyamında Ərəfata gəlir. İmam Sadiq (ə) buyurur: “O zaman gəlib çatacaqdır ki, insanlar zəmanələrinin İmamını görməyəcəklər. İmam isə həcc mərasimində onları görəcək. Lakin onlar onu görməyi bacarmazlar”. Böyük alimlərin əksər hissəsi İmamı (ə.f) Kufədə, Nəcəfdə, Kərbəlada, Mədinədə, Məkkədə və müqqədəs şəhərlərdə ziyarət etmişdilər. Hədislərin dediyinə görə, İmam elə yerdə sakindir ki, insanlardan uzaq olan dağlar və səhralardadır...


Salavat vasitəsilə böyük var-dövlətə malik olan cavanın əhvalatı


... Bəni-İsrayil deyir: “Bilmirik ki, hansı daha qəribədir: bu cavanın dirilməsi, yoxsa bu cavanın varlanması”.
Həmin cavan Musaya (ə) deyir: “Mən bu malımı düşmənlərin və həsəd aparanların şərindən necə qoruyum? Həzrət Musa (ə) deyir: “Malın üçün Muhəmməd (s) və Ali-Muhəmmədə (ə) salavat göndər ki, Allah hər bir düşmən və həsəd aparanın zərərini səndən dəf etsin”. Bəni-İsrayil Həzrət Musanın (ə) yanına gəlir və deyir: “Biz bütün malımızı bu cavana bağışlamışıq. Dua et ki, Allah bizə də geniş ruzi inayət etsin”. Həzrət Musa (ə) deyir: “Siz də Əhli-beytin (ə) müqəddəs ruhuna təvəssül edin və Muhəmməd (s) və Ali-Muhəmmədə (ə) salavat göndərin”. Onlar da belə etdilər. Allah Təala Həzrət Musaya (ə) vəhy göndərir: “Filan xarabada minlərlə qızıl vardır, onu aranızda bölün”. Bu mal Peyğəmbərə (s) göndərilən salavata görə hasil olur.


Əli Əsğərin qanını göyə atanda, İmam Hüseyn (ə) nə dedi?


Seyyidi-şühədanın (ə) Kərbəlada gördüyü müsibət iman səviyyəsinə uyğun bir müsibət idi. Ona görə də düşmənin haqsız olduğunu bildiyi halda necə ədalətsizliyə dözüb boyun əyərdi ki? O zaman ki, Əli Əsğəri vururlar, Həzrət (ə) körpənin qanını göyə atıb, buyurmuşdu: “Bu müsibət mənim üçün asandır, çünki Allah görür”. İmam (ə) bu ibrətli sözləri ilə buyururdu ki, baxmayaraq müsibət və bəlalar xoşagəlməzdir və ağrılıdır, ancaq əgər Allah yolunda olarsa, insana asan gələr. Elə ona görə də Həzrət Zeynəb (s.ə) İbni Ziyadın tənəli sözünə belə cavab vermişdi: “Mən (Kərbəlada) gözəllikdən başqa bir şey görmədim. Onlar Allahın əmrini canları ilə qəbul etdilər. Bu yolda iftixarlı şəhadət yerlərinə tələsdilər və başı uca halda başlarını şəhadət yatağına qoydular...


Atam namaz qılmır nə edə bilərəm?


Atam namaz qılmır nə edə bilərəm? Cavab: Namaz qılmayan bir insan üçün edilə biləcəkləri bu şəkildə sıralaya bilərik:
1- Sözünüzü dinləyə biləcək biri isə, qürur damarına toxunmadan arabir namazdan bəhs edərsiniz.Əsla kobudluq etməməli, onu bu işə məcbur etməməlisiniz.
2-Hər şeydən öncə ona qarşı xoşrəftar olmalisiniz. Sizin ədəbli davranışınız, ibadətlərlə qazanmış olduğunuz xarici görkəm ona təsir edə bilər.
3-Onun qarşısında namazınızda qeyri-ciddiliktən uzaq olmalısınız
4- Namazla əlaqəli kitab oxudar və vəz-nəsihət dinlədə bilər, varsa film seyr etdirə bilərsiniz...


Həqiqi namaza doğru hansı ilk addımları atmalıyıq?! 3 həqiqət


Həqiqi namaza doğru hansı ilk addımları atmalıyıq?! 3 həqiqət Namazın həqiqətinə çatmaq üçün lazım olan 3 mühüm məsələ:
İLK ADDIM: Həqiqi namaza nail olmaq üçün atılan ilk addım namaz zamanı diqqətli olmaqdır. İnsan bəzən namaz zamanı \"həmddən” \"surəyə” necə keçdiyini hiss etmir.
İKİNCİ ADDIM: İnsan namazda dediyi hər bir cümlənin mənasına diqqət yetirməlidir. Bunu, tədricən də olsa, yaratmaq lazımdır.
ÜÇÜNCÜ ADDIM: Bu yolda üçüncü addım insanın dili ilə dediklərinə qəlbən inanmasıdır. \"Yalnız Sənə ibadət edir və Səndən kömək istəyirik” deyən insan Allahdan başqa heç kimsədən kömək intizarında olmamalıdır. \"Əllahu əkbər” deyən şəxs üçün Allahdan böyük varlıq olmamalıdır.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter