Qurandakı bilgilər məhduddurmu?


Qurandakı bilgilər məhduddurmu? Quranda əsasən, ərəblərdən başqa digər qövmlərə işarə edilməmişdir. Məsələn, çinlilər, hindlilər, yaxdud amerika hinduları kimi kəşf olunmamış qövmlərdən söz açılmamışdır. Quranda zikr olunan heyvanlar o heyvanlardır ki, bu yarımada rast gəlinənlərdir. Məsələn, çəyirtkə, dəvə və s. Heç yerdə, məsələn, bəbir, pələng, ağ ayı kimi heyvanlardan danışılmayıb. Meyvələr də bu cürdür, zeytun, xurma, nar, əncir kimi meyvələrdən danışılmış, digər meyvələrin adları çəkilməmişdir. Təbiət hadisələrindən də həmçinin ildırım, şimşək, tufan kimi hadisələrdən söz açılmış, qar, şaxta kimi şeylərə toxunulmamışdır. Bu cür irada belə cavab vermək mümkündür. İlk öncə qeyd etməliyik ki, İslam dini ümumdünya və cahanşümul bir dindir. Onun xitabı Qiyamət gününə qədər bütün insanlaradır.


Namaz haqda Hz Əliyə (ə) nisbət verilən yalan hədisin araşdırılması?!


Namaz haqda Hz Əliyə (ə) nisbət verilən yalan hədisin araşdırılması?! Bir namazla bütün namazların qəzasını ödəmək olarmı? Yayılmaqda olan bir şayiə və şübhəyə cavab!!!
Bir namazla bütün ömür qılınmamış namazların qəzasını ödəmək olarmı? Belə iddia edirlər ki, guya Peyğəmbər buyurmuşdur: Kimin boynunda qəza namazı varsa, Ramazanın axırıncı cümə gününün zöhründən öncə iki ikirəkətli namaz qılsa, \"Fatihə\"dən sonra bir \"Ayətül-Kürsi\"ni, habelə 15 dəfə \"Kövsər\" surəsini oxusa, dörd yüz illik qəza namazına əvəzdir?! İndi gəlin bir neçə şeyə diqqət edək:
1. Bu rəvayət və bunun mənasında olan bir əməl mötəbər şiə hədis qaynaqlarında mövcud deyil.
2. Hətta mövcud olduğunu fərz etsək belə, onun məfhumu varid olan digər rəvayətlərlə qəti surətdə ziddiyyət təşkil edir...


Namaz qılmayan adam cənnətə düşə bilərmi?


Namaz qılmayan adam cənnətə düşə bilərmi? Cavab: İslam maarifinə əsasən namaz qılmayan insanın cənnətə getməsi qəbul olunası məsələ deyil! Necə ki Quran ayələri və məsumların hədislərində belə oxuyuruq:
Namazı tərk etmək varlığın yaradanı ilə rabitəni kəsməkdir. Bu iş dünya və axirətdə acı aqibətlə sonuclanır. Qiyamətdə behişt əhli cəhənnəm əhlindən soruşar: “Sizi cəhənnəmə nə göndərdi?” Onların verdiyi cavablardan biri budur: “Biz namaz qılanlardan deyildik.” (“Muddəssir” surəsi, ayə 42.)
Allahın rəsulu (s) buyurur: “Namazı bilərəkdən tərk edən şəxs dindən xaric olur.” (“Muhəccətul-bəyza”, 1-ci cild, səh.301.) “Namazın tərki İslamla küfr arasında sərhəddir.” (“Nəhcül-fəsahə”, 1098-ci cümlə.)


İmam Sadiq (ə) şeytanın hansı iki tələsi haqda diqqətli olmağı tapşırır?


İmam Sadiq (ə) şeytanın hansı iki tələsi haqda diqqətli olmağı tapşırır? Möminlərə, xüsusi ilə də Əhli-beyt dostlarına yardımçı olmaq dini vəzifəmizdir. İmam Sadiq (ə) buyurur: \"Ey Cündəb oğlu, insanları ovlamaq üçün şeytanın tələləri vardır. Ən böyük tələlərdən biri insanı öz din qardaşlarına yardımdan məhrum etməkdir. Şeytanın ikinci tələsi isə insanları namazı vaxtında qılmaqdan çəkindirməkdir.\"
Dini vəzifələrə etinasızlığın əsas səbəblərindən biri insanın azğın və dünyagir mühitə düşməsidir. Allah buyuruqlarının xatırlanmadığı mühitdəki dünya söhbətləri insan mənəviyyatını süquta yetirir. «Allah ilə əhdlərini ucuz qiymətə satan şəxslərə axirət nemətlərindən pay yoxdur. Allah qiyamət günü onları dindirməz, onlara nəzər salmaz…». («Ali-imran» surəsi, ayə 77.)


Pis söz danışmağı sevən insanlarla necə rəftar edək?


Pis söz danışmağı sevən insanlarla necə rəftar edək? Uşaq olan vaxtlarda pis söz deyən zaman valideynlərimiz deyərdi ki, tez get ağzını yaxala. Belə düşünürdük ki, söyüş söyən zaman ağzımız çirklənir. İndi ki, böyümüşük, bu qədər pis söz danışırıq, əgər hər dəfə ağzımızı yaxalamaq istəsək, neçə litr su işlətmiş olarıq?! Pis söz danışmaq hansısa insanı guya aram və sakit etsə də, pis nəticələr və aqibətlər gətirər. Başqa bir tərəfdən isə dil bu sözlərə adət edər və pis söz demədən yaşaya bilməz. Söyüş söymək cəmiyyətdə mənfi təsirlər qoyar. Bəs bu cür insanlarla necə rəftar edək? 1. Nəsihət və xeyirxahlıq. 2. Fəzanı dəyişməyə çalışın. (yəni söhbəti başqa yerə yönəltmək), 3. Günah məclisini tərk etmək. (narahatçılığını bildirmək niyyəti ilə), 4. Ciddi rəftar. əlaqəni bir müddət kəsmək kimi işi görmək...


İmam Sadiqin (ə) hədisində 6 günah insana 6 bəlanı nazil edər?!


İmam Sadiqin (ə) hədisində 6 günah insana 6 bəlanı nazil edər?! İmam Sadiq (ə) buyurur: “O günah ki, nemətləri dəyişdirər (aradan aparar) – başqalarının haqqına təcavüz etməkdir.
O günah ki, peşmançılıq gətirər – qətldir.
O günah ki, giriftarlıq yaradar – zülmdür.
O günah ki, abırı aparar – şərabxorluqdur...


Günah məclisində iştirak etmək olarmı?


Günah məclisində iştirak etmək olarmı? İmam Sadiq (ə) buyurur: “Layiqli deyildir ki, imanlı insan elə məclisdə əyləşsin ki, orada günah olur və onu dəyişdirməyə qüdrəti yoxdur”. Günah məclisində iştirak etmək günahdır, baxmayaraq ki, insan özü günah etməsə belə. Belə məclisdə iştirak etmək artıq insanın özünə günah damğasını vurar.
Əgər insan bu məclisdəki ab-havanı dəyişməyə qadir olsa, gərək əmr-be-məruf və nəhy-əz-munkər etsin. Günahın qarşısını alsın. Əks halda, belə məclisdə iştirak etməkdən çəkinmək lazımdır. Əgər insan günah mənzərələrini müşahidə etməkdən laqeyd olarsa, ruhu çirklənər və günahın çirkinliyi gözündə azalar. Belə insan günaha adət edər.


Günahı fikirləşmək günahdırmı?


Günahı fikirləşmək  günahdırmı? Əmirəl-möminin (ə) buyurur: “O kəs ki, günah haqqında çox düşünər, (bu iş) onu günaha tərəf çəkər”. Günah haqqında çox düşünmək insanı günaha dəvət edər. İnsanda günah etmək üçün stimul yaradar. O zamana qədər ki, günah etməmişik, bizə günah yazılmaz. Ancaq insan üçün elə qaranlıq və zülmət gətirər ki, onu günah yoluna çəkər.
“Şübhəsiz, təqvalı olanlara şeytandan bir vəsvəsə yetişsə, (ya qəlblərdə dolanan bir şeytan onların fikirlərinə zərər-ziyan yetirsə, dərhal) (Allahı yadlarına salaraq) özlərinə gələr və onda gözüaçıq olarlar”. (“Əraf” 201)...


Ən adil və ən güclü kimdir?


Ən adil və ən güclü kimdir? Həzrət Musa (ə) Allah Təalaya deyir: “Ya Rəbbim! Sənin bəndələrindən kim daha güclüdür?”. Buyurur: “O kəs ki, Mənim verdiyimə qənaət edər”.
Soruşur: “Kim daha adildir?”. Buyurur: “O kəs ki, özündən insaf göstərər”.
Allahın Peyğəmbəri (s) buyurur: «Adil o şəxsdir ki, özü ilə necə rəftar edilməsini istəyirsə, camaatla da o cür rəftar etsin».
İmam Əli(ə) buyurur: «Özünü tanıyan kimsə qənaəti və iffəti gözləməyə layiqdir»...


İmam Məhdi (ə.f) tərəfdaşlarının “bulud kimi toplaşması” nə deməkdir?


İmam Əli (ə) “Nəhcul-bəlağə”də İmam Zaman ağanın (ə.f) dostlarının və tərəfdaşlarının sifətlərini bəyan etmişdir ki, onlarla tanış olaq: İmam Əli (ə) buyurur: “Onun İmam Məhdi (ə.f) tərəfdaşlarının “bulud kimi toplaşması” nə deməkdir? davamçıları payız buludları kimi toplaşarlar”. Təfsirçilərin nəzərinə görə, İmam işarə edir ki, İmam Məhdinin (ə.f) tərəfdaşları mənəvi cəhətdən o qədər yüksələcəklər ki, teyyul-ərz vasitəsilə özlərini Kəbə evinə çatdıracaqlar. İmam Əli (ə) payız buludu dedikdə, onların sürətini də nəzərdə tutur ki, necə sürətlə İmamın (ə.f) ətrafında toplaşacaqlar...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter