10000 dinar qızıl, yoxsa qəzaya getmiş sübh namazı?


10000 dinar qızıl, yoxsa qəzaya getmiş sübh namazı? Mərhum Məclisi belə bir hədis nəql edir: \"Bir nəfər İmam Sadiqin (ə) yanına gəlir və Həzrətə (ə) Şama ticarət üçün getdiyini söylədi və məsləhət verməsini istədi. İmam (ə) buyurdu: \"Getmə”. İzahat vermədi. Bu kişi getdi və İmamın (ə) sözlərinə qulaq asmadı. Onun ticarəti bir neçə ay çəkir və Mədinəyə qayıdıb, İmamın (ə) xidmətinə gəlir və deyir: \"Yəbnə Rəsulullah! Mən sizə qulaq asmadım, getdim və on min qızıl dinar qazandım”. İmam (ə) buyurur: \"Mən öz məsləhətimin üzərində dururam. Sənə dediyim ki, getmə”. Dedi: \"Niyə, yəbnə Rəsulullah?”. \"Çünki bu arada sənin bir sübh namazın qəzaya getmişdir. Bütün o pul və dünyada olan bütün pulları bu namazın yerinə versən, əvəzini verə bilməzsən”. Allah Təala Quranda buyurur: \"Ey insanlar, yer üzündə olan şeylərin halal və paklarından yeyin, faydalanın və şeytanın addımlarına tabe olmayın ki, o sizin aşkar düşməninizdir. O sizə yalnız pislik və çirkinlikləri, həmçinin bilmədiyiniz şeyləri Allaha nisbət verməyi əmr edir”. (Bəqərə/168-169).


Namazın müxtəlif vaxtlarda qılınmasının fəlsəfəsini necə açıqlamaq olar?


Namazın müxtəlif vaxtlarda qılınmasının fəlsəfəsini necə açıqlamaq olar? Sual: Nə üçün gündəlik beş vacib namazı birdəfəyə ardıcıl qılmaq olmaz?
Cavab: Namazın əsl hədəfi zikrdir və zikr günahların tərk olunması, həmçinin ibadi əməllərin yerinə yetirilməsi ilə bağlıdır. Bu cəhətdən də vacib namazlar üçün günün müxtəlif vaxtları təyin edilmişdir ki, beş vaxtda Allahı yad etməklə dünyaya və həvayi-nəfsimizə bağlılıqdan nicat tapaq.
Sübh çağı yuxudan oyanıb namaz vasitəsilə bizi Yaradanı yad edirik. Sonra dünyəvi işlərə başımız qarışır. Get-gedə qəlbimiz Allahı yad etməkdən uzaqlaşır, şeytan və nəfsi istəklər bizə üz tutur. Günorta vaxtı çatdıqda mömin yenidən namaz vasitəsilə qəlbə daxil olmuş həvayi-həvəsi və şeytanın torlarını parçalayır, onları qəlbindən çölə atır və qəlbini Allaha ev qərar verir...


Ey Allah bəndələrİ, bu dünyadan nə umursunuz?


Ey Allah bəndələrİ, bu dünyadan nə umursunuz? Bir müddət bu dünya evində qonaqsınız və bir can borclusunuz,o borc da sizdən alınacaq. Ömürləriniz sona yetəcək, əməlləriniz yazılıb göstəriləcək. Neçə adam var ki, bütün işlərini sahmana salmağa çalışır, bu mümkün deyil. Çəkdiyi zəhmət hədərdir, elə bir zamanda yaşayırsınız ki, şər xeyri üstələmişdir. Şeytan insanları həlak etmək ümidindədir.
İstədiyin tərəfə nəzər sal: yoxsulluğa düşmüş fəqirdən, Allahın ne`mətlərini küfrə dəyişmiş dövlətlidən, Allaha aid haqları malını çoxaltmağa sərf edən xəsisdən, qulağı nəsihət eşitməyən müddəidən başqa heç kimi görməyəcək-sən. Bəs haradadır mərdləriniz, təmiz adamlarınız, səxavət sahibləriniz, hər şeydə paklığı gözləyənləriniz? Hamısı bu alçaq dünyadan köçüb getdimi? Bu tez ötüb keçən dərdli, ələmli aləmi tərk etdilərmi? Onları düşünərkən heç kimsə dodağını belə qaçıra bilməz, onları yada salarkən başsağlığı belə diləyə bilməz...


İstixarənın hansı növləri var? Necə edilir?


İstixarənın hansı növləri var? Necə edilir? İstixarə müstəhəb əməllərdəndir. Bu haqda İmam Sadiq (ə) buyurur: “İki rükət namaz qıl və Allahdan xeyir istə. Şübhəsiz ki, Allah onun üçün xeyir və yaxşılıq qərar verəcəkdir”. Həzrət (ə) başqa yerdə buyurur: “Allah Təala buyurur: Bəndəmin bədbəxtliyindəndir ki, bir iş görsün və Məndən xeyir istəməsin”.
İstixarə edilən şey Allahın bizə vacib buyurduğu və ya haram buyurduğu məsələlərlə bağlı olmamalıdır. İstixarə edən insanın zahiri və batini pak və pakizə olmalıdır. O kəsin ki, paltarı nəcis olar və batini şəklk-şübhə ilə dolu olar, istixarə etməyə layiq deyildir. İstixarənin növləri: 1. Qurani-Kərimlə istixarə etmək. İmam Sadiq (ə) buyurur: “Nə zaman Qurani-Məciddən istixarə etmək istəsən, Bismilləhir-Rahmənir-Rahimdən sonra de: اللّهم إن كان فی قضائِكَ و قَدَرِكَ‏ ان تمنّ على شیعة ال محمّد صلّى اللّه علیه و آله بفرج ولیّك و حجّتك على خلقك فاخرج إلینا آیة من كتابك نستدلّ بها على ذلك Ondan sonra Quranı aç və 6 vərəq say və 7-ci vərəqin 6-cı sətri haqqında olanları düşün”...


Ölümә әmin оlduqlаrı hаldа nә üçün İnsаnlаr оnu yаddаn çıхаrır?


Ölümә әmin оlduqlаrı hаldа nә üçün İnsаnlаr оnu yаddаn çıхаrır? İnsаn hәyаtının әn mühüm vә tаlе yüklü mәrhәlәlәrindәn biri dünyа hәyаtıdır. Hәr bir insаn dünyа hәyаtını yаşаmаğа vә bu mаddi аlәmdә öz istе`dаdlаrını fәаllаşdırmаğа mәcburdur. О özünü ilаhi göstәrişlәr sаyәsindә еlә tәrbiyә еtmәlidir ki, bu dünyаdаn ахirәt dünyаsınа köçәrkәn аli insаni kаmilliklәrdәn fаydаlаnmış оlsun. Dünyа аlәmi еlә bir tәbiәtә, хаrаktеrә mаlikdir ki, insаnı ilаhi, ruhаni, mәnәvi mәsәlәlәrdәn qәflәtdә sахlаyır vә оnun bütün diqqәtini mаddi dünyаyа yönәldir. Bu yоldа yаlnız ruhunu qоruyаnlаr, ахirәti sоn hәdәf sаyıb dünyаnı оnа müqәddimә kimi qәbul еdәnlәr qәflәtdәn yаха qurtаrа bilir.
Mәsәlәni аydınlаşdırаq. İnsаn аclıq, susuzluq kimi tәbii еhtiyаclаrını Аllаhın vеrdiyi hisslәrlә dәrk еdir. О bu еhtiyаclаrı tә`min еtmәyә çаlışır. Bu işdә mаddi vаsitәlәrdәn bәhrәlәnmәk lаzım gәlir. Mәhz bu mәqаmdа uyğun vаsitәlәrә bаğlılıq yаrаnır. Bu sәbәbdәn dә, аdәtәn, insаn zövcәsinә, övlаdlаrınа, qоhumlаrınа, yаşаdığı mәskәnә, bir sözlә, оnun hәyаtındа iştirаkı оlаn hәr şеyә bаğlı оlur. Mаddiyyаtа bаğlılıq insаnın diqqәtini mә`nәviyyаt vә ахirәt mәsәlәlәrindәn yаyındırır.


Insanı kamalatdan geri salan haram yeməklərin təsirləri hansılardır?


Insanı kamalatdan geri salan haram yeməklərin təsirləri hansılardır? Rәvаyәtlәrə əsasən hаrаm yеyәnә müхtәlif ахirәt әzаblаrı vәd оlunur. Оnlаrdаn bәzilәrini nәzәrdәn kеçirәk:
1. Hаrаmхоrun dахilindә оd qаlаnmаsı: İslаm Pеyğәmbәri (s) buyurur: “İnsаnın оğurlаdığı şеy qiyаmәt günü оddаn оlаn bоyunbаğı ilә bоynundаn аsılаr...
2. Bеhiştә girişә qаdаğа, Әziz İslаm Pеyğәmbәri (s) buyurur: “Kә`b ibn Әcrә, hаrаmdаn yаrаnmış әt hеç vахt bеhiştә dахil оlmаz.”
3. İslаm Pеyğәmbәri (s) hаrаmхоr insаnın әtini оdа lаyiq bilir: “Әti hаrаmdаn cücәrmiş kәsә оd dаhа çох lаyiqdir.”
4. Hеsаb zаmаnı pәrişаnlıq, Pеyğәmbәr (s) buyurur: “Dörd şеyә sеvinәn insаn dörd şеyә qәmlәnәr... Hаrаm mаl yеmәkdәn хоşhаl оlаn insаn hеsаb zаmаnı qәm-qüssәyә qәrq оlаr.”...


İmam Zaman ağanın (ə.f) zahiri siması necədir?


İmam Zaman ağanın (ə.f) zahiri siması necədir? İmam Rza (ə) buyurur: “Qaim (ə.f) o kəsdir ki, qoca kişilərin yaşında və cavanların simasında qiyam edəcəkdir. O, güclüdür və əgər əlini dünyanın ən böyük ağacına uzatsa, onu yerindən qoparar. Əgər dağların arasında fəryad çəksə, qayalar aşağı tökülər”. Bir nəfər İmam Rzaya (ə) belə bir sual verir: “Sizin Qaimin (ə.f) zühur zamanı əlamətləri nə olacaqdır?”. Buyurur: “Əlaməti budur ki, qoca yaşlarındadır, ancaq görünüşü cavandır. Belə ki, baxan deyər ki, 40 yaşındadır və ondan da kiçikdir. O biri əlamət budur ki, gecə və gündüz keçməsinə baxmayaraq, qocalmaz, o zamana qədər ki, əcəli çatar”. İbrahim ibni Mehziyar İmam Zamanla (ə.f) görüşmək şərəfinə nail olmuşdur. O, belə bəyan edir: “O, yeniyetmə bir cavandır, nuranidir. Qaşları genişdir və burnu və üzü uzundur. Boyu ucadır və sanki çiyinləri parlayan ulduzdur. Sağ üzündə xalı vardır, gur və qara saçları qulağının üzərini örtür. Elə bir üzü var ki, heç bir göz onun kimi həyalısını və gözəlini görməmişdir”...


Bir kəsin rastına ailə quracağı şəxsin çıxmasını alın yazısı kimi yozmaq olar?


Bir kəsin rastına ailə quracağı şəxsin çıxmasını alın yazısı kimi yozmaq olar? Cavab: İnsanların bir-birinə rast gəlməsi onların öz iradəsi ilə də baş verə bilər, özlərindən asılı olmadan da baş tuta bilər. Bu mənada bir kəsin öz gələcək həyat yoldaşı ilə heç özünün xəbəri olmadan, təsadüf kimi görünən bir vəziyyətdə rastlaşması mümkündür. Lakin bu, onların məsuliyyətini qətiyyən azaltmaz. İnsanlar özlərindən asılı olmadan bir-birinə rast gəlsələr də, öz istəkləri əsasında ailə qurmalıdırlar. Bir-birinə rast gələn şəxslər ailə qurduqdan sonra uğursuzluqla üzləşsələr, bunun məsuliyyətini taledə və ya başqa adamlarda deyil, özlərində axtarmalıdırlar. Çünki ailə qurmazdan əvvəl yaxşıca düşünməli, bütün müsbət və mənfi cəhətləri ölçüb-biçməli idilər. Əksinə, əgər qurulan ailə uğurlu alınırsa, bunun da səbəbini özlərində görməli və düzgün qərar qəbul etmələrinə şərait yaratdığı üçün Allaha şükür etməlidirlər.


Allah-Taalanın razılı hansı iki məsələyə bağlıdır?


Allah-Taalanın razılı hansı iki məsələyə bağlıdır? Kamillik və səadətə çatmaq üçün iman və saleh əməl əsas şərtlərdəndir. Qurani-kərimdə bu iki xüsusiyyət adətən paralel zikr olunur. “Bəqərə” surəsinin 25–ci ayəsində buyurulur: “İman gətirən və saleh əməllər edən kəslərə müjdə ver ki, onlar üçün altından arxlar axan bağlar var”.
“Nisa” surəsinin 124–cü ayəsində oxuyuruq: “Mömin halda saleh əməl edən kişilər və qadınlar cənnətə daxil olarlar”.
Başqa bir ayədə buyurulur: “İman gətirib saleh işlər görənlərin xoş halına!” (“Rəd” surəsi ayə: 29.)
“Kəhf” surəsinin 30-cu ayəsində oxuyuruq: “İman gətirib saleh əməl edənlər bilsinlər ki, biz yaxşı işlər görənlərin əcrini zay etmərik”.


İmam Əli (ə) zəkat haqqında səhabəsi Kümeylə hansı tapşırığı verdi?


İmam Əli (ə) zəkat haqqında səhabəsi Kümeylə hansı tapşırığı verdi? İslam mətnlərində insanlara yardım etmək, onların qayğısına qalmaq, işlərinə kömək göstərmək haqqında çoxlu tövsiyələr vardır. İmam Əlinin (ə) bu haqda çoxlu sifarişləri vardır. Bu barədə həzrətin Kumeylə olan üç nəsihətini təqdim edirik:
-Ey Kumeyl! Öz qohumların və yaxınlarından olan möminlərə səninlə qohum olmayan sair möminlərdən daha artıq əl tut və onlara qarşı daha artıq mehriban və mərhəmətli ol və yoxsullara da sədəqə ver.
-Ey Kumeyl! Səndən bir şey istəyən heç bir kəsi əli boş qaytarma, hətta, yarım dənə üzüm giləsi də olsa ona ver. Çünki, sədəqə Allah dərgahına ucaldıqca böyüyür...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter