İnsan dünyasını dəyişən kimi niyə gözünü və çənəsini, əl-ayağını bağlayırlar?


İnsan dünyasını dəyişən kimi niyə gözünü və çənəsini, əl-ayağını bağlayırlar? Cavab: Risalələrdə də yazıldığı kimi, insan dünyasını dəyişəndən dərhal sonra müstəhəbdir ki, yaxınlıqda olan şəxslər cənazənin gözlərini və ağzını bağlasınlar. Eləcə də, ölünün çənələrini bir-birinin üzərinə sıxıb, çənənin altından təpəyə doğru nazik ip zolağı ilə bağlayırlar. Cənazənin əl-qolunu da düz açırlar. Qollarını bədənin yanına, ayaqlarını da bir-birinə yüngülcə sıxıb bağlayırlar. Bunu ona görə edirlər ki, can bədəndən çıxdıqdan sonra adətən bədənin əzələləri keyləşib bərkiyir və ölü hansı vəziyyətdə dünyasını dəyişibsə, bədən üzvləri həmin vəziyyətdə qalır. Əzələlər bərkiyəndən sonra çənəni bağlamaq, əl-ayağı düzəltmək çətin olur. Eləcə də, bəzi ölüm hallarında baş verən daxili qanaxma nəticəsində ölünün ağzından qan və köpük gələ bilər deyə, çənəsini bağlayırlar. Qüsldən sonra da ölünün ağzına, burun, qulaq və bağırsaq dəliklərinə pambıq qoyurlar ki, qanaxma və ifrazat olmasın, kəfən bulaşmasın.


Ziyarətlərdə selfi: edək ya etməyək?


Ziyarətlərdə selfi: edək ya etməyək? Ziyarətlər zamanı selfi və canlı yayımların əleyhidarları mövqelərini belə əsaslandırırlar: hər bir əməl kimi, ziyarət də sırf Allaha xatir olmalıdır. Belə səfərlərdə çəkilən foto və videoların yayılması isə bunu şübhə altına alır, zəvvarların hərəkətlərinə riya və ücb elementləri sezilir.
Əks düşərgə isə, təbii ki, bu ittihamlarla razı deyil. Bəs haqq olan kimdir? Ümumiyyətlə, ziyarət boyu, müqəddəs məkanlarda şəkil çəkdirmək olar ya yox?
Öncə qeyd edək ki, bu əməl öz-özlüyündə günah sayılmaz və burda heç bir qəbahət yoxdur. Amma bir məqama diqqət yetirilməlidir: hər işdə olduğu kimi, bu məsələdə də niyyət böyük əhəmiyyət kəsb edir. Məsələn, İmam Hüseyn (ə) zəvvarı Kərbəlada hansı məqsədlə selfi edir? Heç bir tədqiqat aparmadan, heç bir sorğu keçirmədən tam əminliklə deyə bilərik: böyük əksəriyyətinin öyünmək, başqalarına acıq vermək, özünün böyük məqam sahibi olması ideyasını aşılamaq niyyəti yoxdur. Sözsüz ki, bəzi istisnalar mümkündür. Amma biz istisnalardan deyil, ümumi tendensiyadan bəhs edirik...


Cəhənnəm əzabı necə əbədi ola bilər?


Cəhənnəm əzabı necə əbədi ola bilər? İmam Sadiq (ə) buyurub: “Cəhənnəm əhli ona görə həmişəlik cəhənnəmdə yanacaqdır ki, onların fikirləri bu idi ki, dünyada əbədi qalsalar da Allahın əmrindən boyun qaçırıb, günah etsinlər. Behişt əhli ona görə həmişəlik behiştdə qalacaq ki, onlara dünyada əbədi ömür nəsib olsaydı, Allaha itaət və ibadət etmək niyyətindən dönməzdilər” (Kafi, 2-ci cild, səh. 85). Cəhənnəm əzabının bədi olacağına qarşı irəli sürülən əsas arqumentlər bunlardır: Allahın mərhəməti genişdir və bu şəkildə əbədi cəzaya məhkum edə bilməz. Çünki bu, Onun ədalət sifətinə ziddir. Həm də adətən, günah müddətli olur. Yəni insan məsələn bir saat, ya bir il, ya 50 il günah edir. Məhdud müddətli günaha görə əbədi cəza vermək Allaha yaraşmaz.
Cavab budur ki, Allah-təala mərhəmətli olsa da, ədalətsiz deyildir. Onun mərhəməti ədalətinə üstün gəlməz. Yəni Allah-Təala bir məzlumun haqqının pozulduğu yerdə günahkarı tövbəsiz əfv etməz və zərərçəkmişi qisassız qoymaz. Günahkarın cəzalandırılması heç də mərhəmətin yoxluğu demək deyil...


Məsciddə hansı əməllər haram, məkruh və müstəhəbdir?


Məsciddə hansı əməllər haram, məkruh və müstəhəbdir? Məscidə gedərkən ətirlənmək və ən yaxşı paltarı geyinmək mömin şəxsə yaraşan bir əməldir!
1-Məsciddə haram olan işlər: -Məscidi qızılla zinətləndirmək. -Əgər məscid xarab olsa da belə onu satmaq...
2-Məscidlə bağlı müstəhəb olan işlər: -Hamıdan tez məscidə getmək və hər kəsdən sonra məsciddən çıxmaq. -Məscidin işığını yandırmaq...
3-Məsciddə bu işlər məkruhdur: -Minarələri məscidin banından artıq qaldırmaq. - Məsciddə namaz qılmadan keçid məhəlli ünvanında ötüb keçmək...


Əhli-Beytə məhəbbət və düşmənlik haqqında 11 hədisdə nə deyilir?


Əhli-Beytə  məhəbbət və düşmənlik haqqında 11 hədisdə nə deyilir? Həzrət Peyğəmbər (s) buyurur: Bilin!
1. Hər kəs Məhəmməd (s) və Ali-Məhəmməd (ə) məhəbbəti ilə ölsə şəhiddir. (Məqsəd özünü əməl və haqqa itaətdə göstərsin).
2. Hər kəs Ali-Məhəmməd (ə) məhəbbəti ilə ölsə, bağışlanmış halda dünyadan gedər.
3. Hər kəs Ali-Məhəmmədlə (ə) düşmən olduğu halda dünyadan getsə, Alnına qiyamətdə yazılar: “Allahın rəhmətindən naümiddir”.
4. Hər kəs Ali-Məhəmmədlə (ə) düşmən olduğu halda ölsə, kafir olaraq dünyadan gedib.
5. Hər kəs Ali-Məhəmmədlə (ə) düşmən olduğu halda dünyadan getsə behiştin iyini hiss etməz...


Dörd peyğəmbərdən (ə) hansı dörd söz qalıb?


Dörd peyğəmbərdən (ə) hansı dörd söz qalıb? İ. Baqir (ə) buyurub: 4 peyğəmbərdən (ə) dörd söz qalıb: Hz Musadan (ə) “Hər kim pis dostdan qırılsa, sanki Tövrata əməl edib”, Hz Davuddan (ə) “Hər kəs nəfsani istəklərdən uzaq olsa sanki Zəbura əməl edib”, Hz İsadan (ə) “Hər kəs Allahın qismətinə razı olsa sanki İncilə əməl edib”, Hz Məhəmməddən (s) isə “Hər kəs dilinə hakim olsa sanki bütün Qurana əməl edib.”
İmam Məhəmməd Baqir (ə) buyurub: “Hər kəsdə dörd xüsusiyyət olsa dini kamil, günahları bağışlanmış və ölüm zamanı da Allah ondan razı olar. Biri odur ki, camaatla əhd-peyman bağladığı zaman Allaha xatir ona riayət etsin. İkincisi, dili həmişə doğru söz danışsın. Üçüncüsü, Allah yanında və camaat nəzərində pis hesab olunan işdən çəkinsin. Dördüncüsü, ailəsi və övladlarına qarşı xoş xasiyyət olsun.”...


İmam Əlinin (ə) nəzərində dünyanın dəyəri necə tanıtdırılır?


İmam Əlinin (ə) nəzərində dünyanın dəyəri necə tanıtdırılır? İmam Əli (ə) buyurub: «Ey dünya! Mən sənin təlaqını verərək səni boşlamışam, özü də üç dəfə və bundan sonra heç cür qayıtmaq imkanı yoxdur. Ey dünya, məndən uzaq ol! Allaha and olsun ki, heç vaxt sənə təslim olmayacağam ki, sən məni xar edəsən.» O həzrət həmişə dünya, yəni ondan olan şeylər müqabilində itaətsizlik və üsyan edib və onların onun ruhuna təsir göstərmələrinə qətiyyən icazə verməyib. Digər bir yerdə buyurur: «Mən cilovumu sənin əlinə verməyəcəyəm ki, sən məni çəkərək istədiyin yerə aparasan.» O həzrət bir dəfə öz malı olan dirhəm və ya dinarı ovucunda tutaraq bir qədər onlara baxdıqdan sonra belə buyurdu: «Ey pul! Sən nə qədər ki, mənim əlimdəsən, mənim deyilsən.» Həzrət Əlinin (ə) bu sözləri bizim sözlərimizin tam əksinədir. Bizlər belə deyirik: Pul nə qədər ki, cibimdədir, mənimdir, xərclədimsə mənim deyil. Bəli, o həzrətin bu cümləsi bizim sözlərimizin əks nöqtəsində dayanır...


Misir padşahı, Yusifə eşq elan etmiş arvadını nə üçün cəzalandırmadı?


Misir padşahı, Yusifə eşq elan etmiş arvadını nə üçün cəzalandırmadı? Yusifə meyl salmış qadın, onu yoldan çıxara bilmədiyini görüb, böhtana əl atdı. Lakin Misir padşahı hər şeyi bildiyinə ramən arvadını cəzalandırmaqdan vaz keçib, Yusifi zindana saldırdı. Padşahın arvadının xəyanətkarlığı bütün ətrafdakılara məlum olduğu halda, ixtiyar sahibi olan ərinin onu cəzalandırmaması ilk baxışdan təəccüb doğurur. Belə böyük bir xəyanət qarşısında Misir padşahı bir cümlə deməklə kifayətlənir: «Ey arvad, bağışlanmanı dilə, çünki, həqiqətən, günah edənlərdənsən». (Yusif/29.)
-Bəzi təfsirçilər padşahın rüsvay olmaq qorxusundan bu xəyanəti etdiyini deyirlər, -Əksər təfsirçilərin göstərdiyi ikinci səbəb, daha məntiqə uyğundur. Onların fikirincə, axirət dünyasına etiqadsız zalım başçılar, zahirdə özlərini qeyrətli-namuslu göstərsələr də, əsl həqiqətdə, onların xarakterində belə xüsusiyyətlər yoxdur. Dünya nemətlərinə görə millətə zülm edən, millətin qızlarının iffətini düşünməyən başçıların qeyrətli olduğunu zənn etməyə heç bir əsas yoxdur!...


Elm arzusunda olan kəs gərək hansı beş şeyə ciddi riayət etsin?


Elm arzusunda olan kəs gərək hansı beş şeyə ciddi riayət etsin? Elm arzusunda olan kəs gərək beş şeyə ciddi riayət etsin:
1) Aşkarda da, gizlində də təqvalı və pəhrizkar olmaq.
2) “Ayətəl-kürsi” oxumaq.
3) Daim dəstəmazlı olmaq.
4) İki rəkət də olsa gecə namazı qılmaq.
5) Qarını doldurmaqdan ötrü deyil, yalnız qüvvətlənməkdən ötrü yemək.”


Allahın işinə müdaxilə etmək olmaz! kəlamın mənasını necə başa düşək?


Günlərin birində Səffarilər dövlətinin şahı Yəqub Leys xəstələnir. Həkimlər onu müalicə edə bilməyin deyirlər: Bəlkə din böyükləri sənin xəstəliyinə bir çarə tapalar. Dövrün tanınmış arifi Şeyx Səhl ibn Abdullah Şustəri xahiş edirlər ki, dua etsin. Şeyx dua edərək deyir: “İlahi, onun günahlarının cəzasını verdin. İndi də onun ibadətlərinin mükafatını ver ki, xəstəlikdən nicat tapsın”. Bu duadan sonra Yəqub Leys dərhal şəfa tapır. Belə ki, o heç bir ağrı hiss etmir. Şah, arifə çoxlu qızıl verir. Ancaq arif şaha deyir: “Biz tamah ilə deyil, qənaət etməklə və başqalarından heç nə almamaqla bu dərəcəyə çatmışıq”. Beləliklə, şahın bağışladığı qızıllara etina etmir. Şahın göstərişi ilə arifi evinə qaytarmaq üçün xüsusi araba gətirilir. Yolda xidmətçi ona deyir: “Ey Şeyx! Şahın verdiyi pulları alıb, fəqir camaata paylamağın daha yaxşı olmazdımı?” Arif deyir: “Allahın bəndələri öz ruzilərini Allahdan alırlar. Allahın işinə müdaxilə etmək olmaz”.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter