Uzun arzu niyə pisdir? Uzun arzulardan xilas olmağın yolları


Uzun arzu niyə pisdir? Uzun arzulardan xilas olmağın yolları Müasir cavanların ən böyük məşğuliyyəti uzun arzular qurub ona çatmaqdır. Arzu etmək insanı fəaliyyət göstərməyə təhrik edən ən mühüm amillərdəndir. Ancaq dinimiz uzun arzular qurmağı bəyənmir, çünki uzun arzular insanı asanlıqla şeytanın tələsinə sala bilər. İmam Əli (ə) buyurur: «Kimin arzusu uzun-uzadı olsa, əməli az və qısa olar». Bəs uzun arzulardan necə xilas olaq? Quran bizlərə bunun üçün bir neçə çıxış yolları təqdim edir ki, onların bəzisi ilə tanış olaq:1. Ümid. uzun arzularına qalıb gələ bilər. Ümid insanı kamala doğru aparır və əgər insanın ümidi olmazsa kamala çata bilməz. 2. Təvəkkül. Allaha təvəkkül etmək insana öyrədir ki, ondan da üstün bir varlıq vardır və ona söykənmək olar.
3. Sağlam təfəkkür. Təfəkkür etmək arzuları qısaldar və hədəfini müəyyən edər. 4. Dua. Arzuları uzun etməz. Çünki bilir ki, Allah onun arzularını və hacətlərini yerinə yetirəcəkdir.


Nuhun (ə) gəmisinin dayandığı Cudi dağı haradadır?


Nuhun (ə) gəmisinin dayandığı Cudi dağı haradadır? ... Alimlərin tədqiqat qrupu Türkiyədə yerləşən Ağrı dağının 1400 metr yüksəkliyində taxta parçalarına rast gəlmişdilər ki, qədim bir gəminin parçaları olduğu sübut olunmuşdur. Bu taxta parçalarının yaşı miladdan əvvəl 2500-ci ilə təsadüf edir. Tədqiqatlar göstərir ki, bu gəminin uzunluğu 1019 metr və eni 118 metrdir. Bu tədqiqatlara görə belə görünür ki, Cudi dağı həmin Ağrı dağıdır. Hədislərin nəql etdiyinə görə, bu gəmi Allahın inayət ilə inşa edilmiş və yeddi təbəqədən ibarət olmuşdur. Çünki gəmiyə hər bir heyvandan bir cüt seçilib qoyulmuşdu. Gəmi təxminən 3500 cüt heyvanı özünə yerləşdirmişdi. Əgər bu gəmi Allah tərəfindən planlaşdırılmasaydı, bu qədər heyvanın və insanın gəmiyə sığması mümkünsüz olardı. Bu gəminin özü İlahi möcüzə idi. Mıxları paslanmır və taxtaları cürümürdü.


Dostu necə seçmək haqda İmam Həsən Müctəba (ə) hansı göstərişləri verir?


Dostu necə seçmək haqda İmam Həsən Müctəba (ə) hansı göstərişləri verir? İmam Həsən Müctəba (ə) beş Ali-Əbadan biri olaraq, öz davamçılarından bəzi əməlləri yerinə yetirməsini istəyir. Bu əməllər ilə tanış olaq.
1. Allahı sevib, ona iman gətirmək. “Hər kim Allahın razılığını insanların qəzəbinə baxmayaraq istəyər, Allah onu insanlardan ehtiyacsız edər. Hər kim Allahı qəzəbləndirərək insanların razılığı ardınca olar, Allah onu insanlara tapşırar”.
2. Elm öyrənmək. İmam Həsən (ə) buyurur: “Öz elmini insanlara öyrət və başqalarının elmini öyrən”.
3. Düşünmək. İmam Həsən (ə) buyurur: “Sizə lazımdır ki, düşünəsiniz. Çünki fikir hikmət qapılarının açarıdır”.
4. Səbir. “Bizim və başqalarının təcrübəsi göstərir ki, səbirdən faydalı və səbirsizlikdən ziyanlı şey görünməmişdir.
5. Dost tapan zaman diqqətli olmaq. “Oğlum! Heç kəslə qardaşlıq etmə, məgər (əvvəl) biləsən ki, hara gedib-gəlir...


Sədəqəni necə verək ki Həcc ziyarətinin savabı bizlərə yazılsın?


Sədəqəni necə verək ki Həcc ziyarətinin savabı bizlərə yazılsın? Yəsə ibni Həmzə nəql edir: “İmam Rzanın (ə) məclisində idik, Həzrət islamın şəriətindən söhbət edirdi. Bu zaman bir kişi gəldi və dedi: Həcc ziyarətindən gəlirəm yolda qalıb pulsuzam!! İmam Rza (ə) buyurdu: “Əyləş, Allah sənə lütf etsin”. Həzrət (ə) ayağa qalxdı və hücrəsinə daxil oldu. Bir neçə dəqiqə sonra qayıtdı və qapının arxasından buyurdu: “O xorasanlı kişi haradadır?”. Həmin kişi ayağa qalxdı və dedi: “Buradayam”. İmam (ə) qapının yuxarısından buyurdu: “Bu bir neçə dinarı götür və get! lazım deyil ki, mənim tərəfimdən sədəqə verəsən. Get ki, nə mən səni görürəm, nə də sən məni”. Xorasanlı kişi getdi. Süleyman İmama (ə) dedi: “Fədan olum, əta etdin, mehribanlıq etdin. Bəs niyə pul verən zaman özünü göstərmədin?”. İmam (ə) buyurdu: “Ondan qorxdum ki, hacətini yerinə yetirdiyim üçün xəcaləti üzündə görüm. Məgər Peyğəmbərin (s) bu kəlamını eşitməmisən ki, buyurub: “Yaxşı işini gizlədən insanın mükafatı 70 həccin mükafatına bərabərdir””.


İmam Baqir (ə)-ın kəlamında kamil insan hansı xüsusiyyətlərə malik olmalıdır?


İmam Baqir (ə)-ın kəlamında kamil insan hansı xüsusiyyətlərə malik olmalıdır? Ayətullah əl-üzma Cəfər Sübhani Əzəm məscidində keçirilən xaric üsul dərsində İmam Məhəmməd Baqirin (ə) buyurduğu bu hədisi nəql edib:
“Qiyamət günündə bu üç gözdən başqa bütün gözlər ağlayacaq: Allah yolunda gecələr oyaq qalıb yatmayan göz; Allah qorxusundan ağlayan göz; Allahın haram buüyurduqlarına baxmamaq üçün yumulan göz”.
Böyük fəqih deyib ki, İmam Baqir (ə) bu qısa kəlamı ilə xəlvət və aşkarda əməl olunması lazım olan əxlaq proqramını açıqlayıb və əməli əxlaqı bizə öyrədib.
Təqlid mərcəsi həmçinin vurğulayıb: “Kamil insan o kəsdir ki, proqramı olsun və İmam Baqir (ə) bu proqramı bizə tövsiyə edib”.


İslam tibb elmini bir cümlədə xülasə etmişdir?!


İslam tibb elmini bir cümlədə xülasə etmişdir?! Sələbi öz təfsirində nəql edir: Harun ər-Rəşidin Bəxtişu adlı xristian, ancaq tibb elmində çox məharətli bir xüsusi həkimi idi. Bir gün Harun ər-Rəşidin hüzurunda Əli ibn Vaqidə dedi: - Sizin Quranınızda tibb elmi barəsində heç bir söz yoxdur. Halbuki, elm iki qismə ayrılır: 1. Din elmi. 2. Bədən elmi.
Vaqid dedi: - Allah-taala bütün tibb elmini Qurani kərimin yarım ayəsində xülasələndirib və buyurub: “Yeyin, için, israf etməyin”.
Təbib dedi: - Peyğəmbərinizdən tibb barəsində hədis varınızdır? - Əlbəttə! Peyğəmbər (s) bütün tibb elmini bir neçə qısa cümlə ilə bəyan edib: “Mədə bütün xəstəliklərin evidir. Pərhiz isə bütün sağlamlıqların başı. Hər bir bədənə adət etdirdiyinizi çatdırın!” Həmin xristian təbib dedi: - Sizin Quran və Peyğəmbəriniz, daha Calyənus üçün tibb qoymayıb.


Hz, Loğmanın (ə) övladına dünyada rahət yaşamaq üçün etdiyi 3 nəsihət nələr haqda olmuşdur?


Hz, Loğmanın (ə) övladına dünyada rahət yaşamaq üçün etdiyi 3 nəsihət nələr haqda olmuşdur? Bir gün Loğman oğluna deyir: Sənə üç nəsihət vermək istəyirəm!
1. Çalış həyatın boyu dünyanın ən ləzzətli yeməklərini yeyəsən.
2. Çalış dünyanın ən rahat yataqlarında yatasan.
3. Çalış dünyanın ən yaxşı saraylarında yaşayasan. -Loğmanın oğlu atasına ərz etdi bizim bunlara imkanımız yoxdur ki?!
Loğman deyir: Oğlum!
1. Gec və az yemək yesən, o yemək sənin üçün dünyanın ən ləzzətli yeməyi olar.
2. Çox çalışıb gec yatsan, yatdığın hər hansı bir yer sənin üçün dünyanın ən rahat yeri olar.
3. İnsanlarla mehriban davranıb onların qəlblərində özünə yer tapa bilsən, demək dünyanın ən gözəl evlərinə, saraylarına sahibsən.


Məsumlar dünya malını sevməyiblər, yoxsa bu sevgiyə qalib gəliblər?


Məsumlar dünya malını sevməyiblər, yoxsa bu sevgiyə qalib gəliblər? Cavab: Məsumlar (ə), sonra isə övliyalar yalnız Allahı sevdiklərindən qəlblərində dünya məhəbbətinə yer qalmayıb. Dünyaya bağlılıq insanı qəflətdə saxlayıb, onu Allahdan uzaqlaşdırdığı üçün məsumlar və övliyalar öz dualarında bu bağlılıqdan uzaqlıq istəmişlər. - İmam Hüseyn (ə) Ərəfə günü belə dua edir: “Allahım, məni dünya bağlılıqlarından qoru”.
-İmam Səccad (ə) belə dua edir: “Ey Rəbbim, qəlbimizi zikrinə, dilimizi şükrünə, bədən üzvlərimizi itaətinə məşğul et”.
-Məsum İmamların (ə) duaları bizə öyrədir ki, insan daim dünya bağlılığından qorxmalı və bu tələyə düşməmək üçün Allahdan yardım istəməlidir.


“Bismillahir-Rəhmanir-Rəhim” müstəqil ayədirmi?


“Bismillahir-Rəhmanir-Rəhim” müstəqil ayədirmi? Başqa fiqh rəhbərlərindən yüz il qabaq fəaliyyətə başlamış, Allah yolunda şəhadətə çatmış, Quranda paklığı yad edilmiş peyğəmbər Əhli-beytinin (ə) etiqadına görə, “bismillahı” ayəsi Qurana daxil olan müstəqil bir ayədir. Fəxr Razi öz təfsirində “bismillah”ın surə tərkibi olmasına on altı dəlil gətirir. Alusi də belə bir etiqaddadır. Əhmədin “Müsnəd”ində də “bismillah” surə tərkibi sayılmışdır. (Müsnəd”, c. 3/177) “Bismillah”ı surədən saymayan və ya onu namazda tərk edənlər etirazla qarşılanmışlar. Hakimin “Mustədrək”ində deyilir: “Bir gün Müaviyə namazda “bismillah” demədi. Xalq ona etiraz edərək dedi: “Ayəni oğurladın, yoxsa yaddan çıxardın?” (Müstədrək”,3/233.) Məsum İmamlar israr etmişlər ki, namazda “bismillah” ucadan deyilsin. İm. Baqir (ə) namazda “bismillah” deməyənlər haqqında buyurmuşdur: “Quranın ən üstün ayəsini oğurladılar.” (“Bihar”, c.85/20.) Beyhəqinin “Sünən”ində bir hədisdə belə deyilir: “Nə üçün bəziləri “bismillah”ı surədən saymırlar? (“Sünəne-Beyhəqi”, c. 2/50.)...


\"Allahın gözəlliyi\" və \"Onunla görüş\" ifadələri nə məna daşıyır?


"Allahın gözəlliyi" və "Onunla görüş" ifadələri nə məna daşıyır? Deyilirsә ki, Аllаh gözәldir, söhbәt маddi gözәllikdәn gеtмir. “Аllаh gözәldir” dеyәrkәn Оnun hәqiqi kамilliyi nәzәrdә tutulur. Çünki Аllаh-tәаlа аğlıмızа gәlәn vә gәlмәyәn bütün kамilliklәrin sаhibi оlаn bir vаrlıqdır. Bеlә bir vücudun insаnlаr tәrәfindәn gözәl аdlаndırılмаsı tәbiidir. “Аllаhlа görüş” dеdikdә isә biziм dünyа hәyаtıмızdаkı görüş yох, Аllаhın qüdrәtinin, әdаlәtinin мüşаhidәsi nәzәrdә tutulur. Аllаhın vücudunun nişаnәlәri vә sifәtlәrinin tәzаhürlәri ilә görüş Оnun özü ilә görüş sаyılır. Әмirәlмöмinin Əli (ә) buyurur: “Nә gördüмsә, gördüyüмdәn qаbаq, gördüyüмdәn sоnrа, gördüyüмlә еyni vахtdа Аllаhı dа gördüм.” Hәzrәt (ә) nәzәrdә tutur ki, bütün мövcudlаrı мüşаhidә еdәrkәn Аllаhın еlм vә qüdrәtini görмәk оlаr...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter