Necə oldu ki, Salman hər gecə bir Quran xətm edib, bütün ömrü boyu oruc tuturdu?


Bir gün Peyğəmbər (s) səhabələrinə buyurur: “Sizlərdən kim bütün ömrü boyu oruc tutmuşdur?”. Salman deyir: “Mən”. Həzrət (s) buyurur: “Sizlərdən kim bütün ömrü boyu gecə ibadəti etmişdir?”. Salman deyir: “Mən”. Həzrət (s) buyurur: “Sizlərdən kim hər gecə bir Quran xətm edir?”. Salman deyir: “Mən”. Bu sözlərdən sonra səhabələrdən biri çox qəzəblənir və Həzrət Peyğəmbərə (s) deyir: Ya Rəsulallah (s)! Salman – bir əcəmdir və biz Qureyş tayfasının qarşısında fəxrlənmək istəyir. Siz buyurdunuz ki, kim bütün ömrü boyu oruc olmuşdur, halbuki Salman günlərin çoxunda yemək yeyir. Siz buyurdunuz ki, kim gecə oyaq qalır, Salman dedi mən. Halbuki o, gecənin çox hissəsini yatır.
Buyurdunuz ki, kim gecəni bir Quran xətm edir, Salman dedi mən. Halbuki günün çox hissəsində sakit durur. (Yəni, heç bir iş görmür). Həzrət (s) buyurur: “Sükut et! Sən hara, Loğman Həkim hara? Salmanın özündən soruş, səni agah etsin”. Bu zaman həmin kişi üzünü Salmana çevirir və deyir: “Ey Salman! Sən demədimmi ki, bütün günləri oruc olursan?...


İşin ən yaxşı başlanğıcı və sonu nədədir? İmam Hüseynin (ə) hədisi


Həzrət İmam Hüseynə (ə) sual verirlər ki, insanın fəzilət və kəraməti nədədir?
Həzrət (ə) buyurur: “Dili nəzarətdə və ixtiyarda saxlamaqda və səxavətə malik olmaqda”.
Sual verirlər ki, bəs insanın naqisliyi nədədir?
Buyurur: “Özünü faydalı olmayan şeyə məcbur etməkdə”.
Özünü lazımsız yerə əziyyətə salmamaq barədə Həzrət Mövladan (ə.f) da buyuruş var. Belə ki, İmam Zaman ağa (ə.f) buyurur:“Sizdən istənilməyən şeyləri öyrənməyə görə özünüzü əziyyətə salmayın”....


Niyə Kəbə evi dördbucaqlı inşa edilmişdir? Imam Sadiqin (ə) hədisi


Həzrət İbrahim (ə) Allahın əmrinə əsasən Kəbə evini inşa etmişdir. Ancaq onu nə üçün dördbucaqlı inşa etmişdir? Bu suala cavab vermək üçün hədislərə müraciət edək.
Həzrət İmam Cəfər Sadiqə (ə) sual verirlər: “Nə üçün Kəbə bu cür adlandırılmışdır?”.
İmam (ə) buyurur: “Çünki dördbucaqlıdır”.
Sual verirlər: “Bəs niyə dördbucaqlıdır?”.
İmam (ə) buyurur: “Çünki Beytul-məmurla üzbəüzdür və o da dörd bucaqlıdır”.
Soruşurlar: “Nə üçün Beytul-məmur dördbucaqlıdır?”.
İmam (ə) buyurur: “Çünki ərşlə üzbəüzdür və o da dördbucaqlıdır”....


Hansı amillər insanı Allaha qarşı asi edir?


İnsan üsyankar bir varlıqdır. Əgər Allahı tanıyıb onu qəbul etməsə və itaəti özünə sığışdırmasa – bu üsyanı davamlı olar. İnsanı üsyan etməyə vadar edən amillər ilə tanış olaq.
1. Dünya ləzzətləri. İnsan dünya ləzzətinə görə hər cür günah etməyə hazırdır. Çünki tamahkar və hərisdir. Dünya nemətləri onu özünə cəlb edir. Ona görə də deyə bilərik ki, üsyan etməsinin ilk amili – dünya ləzzətləridir.
2. Şeytanın (lən) pis şeyləri ona yaxşı göstərməsi. Şeytan (lən) günahı elə bəzəyir ki, insan onu yaxşı əməl kimi görür. Haram malı halal hesab edir. Naməhrəmə əl uzadır və insanların haqqını tapdalayır.
3. Əmmarə nəfsi. İnsanın əmmarə adlı nəfsi vardır ki, onu daima günah etməyə tərəf cəlb edir və büdrəməsi üçün şərait yaradır....


İbadətlərimizi nə zay edir? Tanıyaq və özümüzü qoruyaq


İnsana qarşı pusquda dayanan İblis (lən), daima onun ibadətlərini zay etməklə məşğuldur. İbadəti zay edən amillər ilə tanış olaq:-
1. Riya. Hər kim Allah üçün deyil, insanların diqqətini cəlb etmək üçün namaz qılar və ibadət edərsə, o, şeytanın tələsinə düşər və ibadətləri zay olar.
2. Təkəbbür. İnsan namaz qılan zaman şeytan ona təlqin edər ki, etdiyi ibadətlərinə görə hamıdan daha üstündür. Bu yersiz qürurlanmaq onun ibadətini zay edər.
3. Günah. Günah, ibadətlərin yaxşı təsirlərini aradan aparar və insanı mənəvi səmərəsiz halda qoyar. Bir əkinçi uzun müddət əziyyət çəkər və buğda əkər. Ancaq bir gün güclü külək və yanğın sayəsində bütün məhsulunu əldən verər. Əziyyətləri boşa gedər. Günah da eyni şeyi ibadətlə edər. “Pis əməlləri onun üçün zinətlənmiş olan və onları gözəl görən (bilən) bir kəs, (həqiqəti görən mömin kimidirmi?”. (“Fatir” 8). “Onlar, dünya həyatındakı (hər hansı bir xeyir işdəki) səyləri (küfrlərinə görə) puç olaraq yoxa çıxmış və yaxşı iş görmələrini sanan kəslərdir”. (“Kəhf” 104)...


İmam Həsənin (ə) Müavilə ilə bağladığı sülhə narazı olanlara həzrətin cavabı nə oldu?!


Şeyx Səduq, İmam Həsəndən (ə) belə bir hədis nəql etmişdir ki, Müaviyə (lən) ilə müqavilə bağladıqdan sonra, o Həzrətə (ə) etiraz edənlərə cavabdır.
Bu hədisdə Həzrət İmam Həsən (ə) buyurur: “Vay olsun sizə! Bilmirsiniz ki, mən nə edirəm? Allaha and olsun ki, mənim davamçılarım üçün etdiyim əməl, Günəşin üzərinə doğduğu və batdığı şeydən daha üstündür. Bilimirsiniz ki, mən sizin İmamınızam? Məgər mən Peyğəmbərin (s) buyurduğu kimi, behişt cavanlarının sərvərlərindən biri deyiləmmi?”
Deyirlər: “Bəli”. Həzrət (ə) buyurur: “Bilmirsiniz ki, Xızır gəmini deşən və divarı bərpa edən və nökəri öldürən zaman Musanın (ə) qəzəbinə uğramışdı. Ona görə ki, bu işlərin hikmətini bilmirdi. Bu əməl də Allah Təala yanında hikmət və savab əsasındadır...


Bu məşhur zikr yoxsulluğu aradan aparar, itən şey tapılar, dua və hacətin qəbul olunmasına səbəb olar!


Salavat – ən üstün zikrlərdəndir ki, Məsumlarımız (ə) onu deməyi bizlərə çox tövsiyə ediblər. Hər kim bu zikri hər gün deyərsə və ixlaslı olarsa, dünya və axirət bəhrələrinə çatar. Salavatın dünya bəhrələri ilə tanış olaq.
1. Dua yerinə yetər. İmam Sadiq (ə) buyurur: “Həmişə dua ilə onun yerinə yetməsi arasında pərdə olar. Muhəmmədə (s) salavat göndərilməyənəcən o pərdə aradan qalxmaz”.
2. Hacət yerinə yetər. Həzrət Peyğəmbər (s) buyurur: “Sizin mənə salavat göndərməyiniz, sizin hacətlərinizin yerinə yetməsinə səbəb olar. Allahı sizdən razı salar və əməllərinizi pak və pakizə edər”...


Peyğəmbər (s) və məsumların hədisinə əsasən 7 yolla sədəqə edilməsi mümkündür?!


Hər birimiz hər gün elə xeyir işlər yerinə yetiririk dinimizin nəzərinə görə onlar da sədəqə hesab olunur. O cümlədən:
1. Hər bir xeyir iş. Həzrət Peyğəmbər (s) buyurur: “Hər bir yaxşı iş – sədəqədir. O kəs ki, xeyir işə yol göstərər, o kəs kimi olar ki, onu yerinə yetirər. Allah çarəsizlərin çətiliklərini aradan qaldırmaq üçün yardım etməyi sevir”.
2. Şəri tərk etmək. Həzrət Peyğəmbər (s) buyurur: “Pisliyi və şəri yerinə yetirməmək – sədəqədir”.
3. Özün üçün sədəqə. Həzrət Peyğəmbər (s) buyurur: “Dilini saxla, çünki dili büdrəmədən qorumaq – sədəqədir ki, onu öz salamatlığın üçün yerinə yetirirsən”.
4. Gözəl danışıq. Həzrət Peyğəmbər (s) buyurur: “Pakizə söz – sədəqədir və həmçinin namazı yerinə yetirmək üçün atdığınız hər addım – sədəqədir”...


Hansı 7 çox savablı əməllərə görə Cəbrail (ə) insan olmağı arzu etmişdir?!


Həzrət Peyğəmbər (s) İmam Əliyə (ə) buyurur: “Ey Əli! Cəbrayil mənə demişdir: “Yeddi əmələ görə insan cinsində olub, onları yerinə yetirməyi arzu edirəm. Bu əməllər ibarətdir:
1. Camaat namazında iştirak etmək.
2. Alimlərlə yoldaş olmaq.
3. Bir-birindən küsən iki insanı barışdırmaq.
4. Yetimlərə nəvaziş etmək.
5. Xəstəni ziyarət etmək...


Hansı 6 dəstə xanımlarla evlənmək məsləhət görülmür?!


Ərəblərdən biri deyir ki: Bu 6 xanımla evlənməyin.
— Ənnanə — Mənnanə — Hənnanə — Həddəkə — Bərrakə — Şəddakə
Ənnanə ⇆ Çox inləyən, şikayət edən və daima başı ağrayırmış kimi başını sarıyıb naz edən qadın deməkdir. Binaənəleyh (buna görə də) psixi xəstə olan və ya yalandan özünü xəstə göstərən bir qadınla evlənməkdə xeyir yoxdur.
Mənnanə ⇆ etdiklərini başa qaxan, ərinə qarşı \"mən sənin üçün onu etdim, bunu etdim\" deməklə ərinə minnət qoyan xanım deməkdir.
Hənnanə ⇆ əvvəlki ərinə və ya sevgilisi üçün darıxan, başqa bir ərin eşqindən alışıb yanan xanım deməkdir...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter